Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet202/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   198   199   200   201   202   203   204   205   ...   289
Ключевые слова: мотив, сюжет, миф, сказки, дастан, чудное рождение, таинственность, переодевания, испытания.
Pərinaz Sadıqlı
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
e-mail: perinazsadiqli@rambler.ru
KİTABİ-DƏDƏ QORQUD” DASTANINDAKI ETNOQRAFİK TERMİNLƏR MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ
Özət
“Kitabi-Dədə Qorqud” dastanı türk xalqının tarixini və mədəniy­yətini öyrənmək üçün ən dəyərli qaynaqlardan biridir. Bu əsəri türk xalqının həm qəhrəmanlıq tarixi, həm də həyatının güzgüsü adlan­dırmaq olar.
“Kitabi-Dədə Qorqud” dastanında işlənmiş bir çox etnoqrafik terminlərə Mahmud Kaşğarinin “Divan”ında da rast gəlinməsi böyük maraq doğurur. Ətmək, bozlamac, qaftan, sarıq, ana, ata, bacı, qardaş, börk, qayış, başmaq, bez, aş, yedi, ətək, səksən, əgin, əksik, al, alaca və s. bu terminlərə misal göstərmək olar. Bu terminlərdən əksəriyyətinin “Kitabi-Dədə Qorqud” dastanında və “Divan”da verilmiş mənaları tam üst-üstə düşür. Məsələn, bazlamac sözünü götürək. Bazlamacın mənası “Di­van”da “sac üstə bişən fətir” kimi açıqlanmışdır. “Kitabi-Dədə Qorqud” dastanında da bu söz eyni mənada işlənmişdir.
Məqalədə “Kitabi-Dədə Qorqud” dastanında və “Divan”da rast gəlinən ondan çox etnoqrafik terminin geniş izahı verilmiş və onların arasındakı oxşar və fərqli cəhətlər açılıb göstərilmişdir. Bütün bunlar türk xalqının tarixini və həyatını öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, dastan, etnoqrafiya, termin, Mahmud Kaşğari, “Divanü lüğat-it-türk”
Böyük türk alimi, ensiklopediyaçısı Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsəri etnoq­rafik materiallarla olduqca zəngindir. Bu materiallar arasında etnoqrafik terminlər xüsusi yer tutur. Mahmud Kaşğarinin “Divan”ında işlənən bir çox etnoqrafik terminlər oğuzlara məxsusdur. Bu terminlərə olduğu kimi “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinməsi böyük maraq doğurur. On­lar­dan bir neçəsini nümunə göstərmək olar. Oğuz sözü ilə bağlı “Divan”da bir neçə ifadələrə rast gəlirik: “oğuz, oğuzladı-oğuz saydı”, “ol məni oğuzladı – o məni oğuz saydı, oğuza nisbət qıldı” (3, 322). “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “oğuz” türk tayfasının adı kimi izah olunmuşdur (2, 139). Belə sözlərdən biri də “dədə”dir. Oğuzca ataya elə “dədə” demişlər (5, 209). Oğuzca “tarığ” darı (3, 375), “çəkic-çəkük” (4, 282), “küvük-saman” (5, 163), “keçi” sözü “keçi” kimi işlənmişdir. “Dədə Qorqud” dastanında da keçi formasında rast gəlinir. Başmaq sözü oğuzca elə “başmak” formasında işlənmişdir. “Divan”da “keçə” oğuz sözü kimi qeyd olunub. “Divan”da “koç” oğuz sözü olub, mənası da “qoç” (3, 337) deməkdir, “Dədə Qorqud” dastanında “qoç- qoyunun erkəyi” adlanırdı. “Divan”da rast gəlinən oğuz sözlərindən biri də “bal”dır (5, 156).
“Kitabi-Dədə Qorqud”da və “Divan”da verilmiş etnoqrafik terminləri aşağıdakı kimi qruplaş­dır­maq olar:

  1. Təsərrüfatla bağlı terminlər.

Saman sözünə həm “Divan”da, həm də “Dədə Qorqud”da rast gəlinir: “Bir torba saman döşəkli” (1, 147). “Dədə Qorqud” dastanında oxuyuruq: “– Toğlucuqlar, dövlətim saqar qoç, gəl keç! – dedi” (1,120). “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “toğlı-toğlu, qoyun balası” (2, 170), “Divan”da “toklı-toxlu, altı aylıq quzu” kimi izah olunmuşdur (3, 424). “Divan”da “ərkəç-erkəc, təkə” (3, 159) sözünə “Dədə Qorqud” dastanındakı “– Mərə, qoyun başları, erkəc! – dedi. Qoyunlar bir-bir gəlib keçdi” (1, 120), “Çoban erkəcə qaqdı, iləri vardı” (1, 115). ifadəsələrində rast gəlirik. “Kitabi-Dədə Qor­qud”un izahlı lüğətində “ərgəc-erkəc (erkək keçi, təkə)”, “Divan”da “erkək-hər heyvanın erkəyi” (3, 172) kimi açıqlanmışdır.
“Divan”da “təgirmən-dəyirman” sözünün izahı verilmişdir (5, 309). “Kitabi-Dədə Qorqud” das­tanında bu sözə “dəvə dəyirmandan gəlmədi” ifadəsində rast gəlirik (1, 18). İnək “Divan”da “inqək” adlanırdı (3, 172). “Dədə Qorqud” dastanında verilmiş “Qaravaşlar inək sağar görmədinmi” ifadəsində bu söz elə “inək” kimi yazılmışdır. “Divan”da at sözünə “yund” (5, 15) və “at” (3, 109) formalarında rast gəlinir. Bu söz “Dədə Qorqud” dastanında da olduğu kimi həm at, həm də yund kimi işlənmişdir: “at ayağı kölik, ozan dili çevik olur” (1, 96), “dolanbaz urub, yundları ürkütdü, gətirib ol qoruya qoydu” (1, 138). “Divan”da “yorığa at” ifadəsinə “yorğa yerişdən başqa yeriş bilməyən atın adı” kimi açıqlama verilmişdir (3, 447), “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində verilmiş “yorğa-sakit yerişli, rahat yeriyən” açıqlanması da onunla tam üst-üstə düşür. Eyni zamanda “Divan”da “yügrüg at-qa­ça­ğan, yüyrək atdır” (5, 46), “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “yügrək-yüyrək, iti gedən, bərk qaçan, qaçağan” formasında izah olunmuşdur. “Dədə Qorqud” dastanından götürülmüş:
Hey qırx eşim, qırx yoldaşım,
Yüyrək olsa yarışsam, (1, 98)
bu misralarında yüyrək sözünün iti, cəld anlamında işləndiyini görürük.
“Divan”dakı “kulın-qulun, day” (3, 401), “keyik-əti yeyilən heyvanlardan ceyran, maral, dağ keçisi kimi heyvanlar haqqında işlənir” (5, 165) ifadələrinə “Dədə Qorqud” dastanında da olduğu kimi rast gəlirik:
Getdikdə yerin otlaxların keyik bilir,
Gənəz yerlər çəmənlərin qulan bilir (1, 15).
Burada “qulan” sözü çöl eşşəyi kimi tərcümə olunmuşdur.

  1. Yemək adları ilə bağlı olan etnoqrafik terminlər

Aş bu gün də Azərbaycan xalqının şah yeməyi sayılır. “Divan”dakı “aş-yemək, aş” (3, 147), “Dədə Qorqud” dastanındakı “-Yüklü Qoca ilə yapaqlı Qocayı Təpəgözə verin, aşın bişirsin-dedi və həm gündə iki adam ilə beş yüz qoyun istədi-dedi” (1, 117) ifadələrindən aydın olur ki, hər iki əsərdə aş sözü eyni mənada işlənmişdir. Aşın həm “Divan”a, həm də “Dədə Qorqud” dastanına düşməyi onun tarixinin qədimiliyini bir daha sübut edir.
Bildiyimiz kimi, kabab da Azərbaycanda geniş yayılan yeməklərdən biridir. “Divan”dakı “ol ətig şışka təvdi-o, əti şişə düzdü, şişə çəkdi, şişə keçirdi” (4, 43) ifadəsində söhbətin kabadan getdiyini gö­rürük. “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “şişlik” sözü “şişlik, şişə çəkiləsi ət, kabab, ka­bab­lıq ət” kimi izah olunmuşdur (2, 200). Dastanda rast gəldiyimiz
Ağayıldan tümən qoyun vergil bu oğlana
Şişlik olsun-ərdəmlidir (1, 22).
misralarında qoyunların kabablıq üçün xüsusi seçilməsinə işarə edilmişdir.
Ayran türk xalqlarının qədim dövrlərdən bəri istifadə etdikləri sərinləşdirici içkilərdən biri ol­muşdur. “Divan”da və “Dədə Qorqud”da “ayran” sözünün həm yazılışı, həm də mənası eynidir. Bu da türk xalqlarının ortaq maddi mədəniyyətə malik olduqlarını bir daha sübut edir. “Dədə Qorqud”da ayran haqqında deyir:
Gəlinə ayran demədim mən Dədə Qorqud
Ayrana doyran demədim mən Dədə Qorqud (1, 11).
“Divan”da “yoğurt” sözünə rast gəlirik. “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “yoğrud-yo­ğurt, qatıq” formasında yazılmışdır (2, 112).
“Divan”da və “Dədə Qorqud”da “ətmək” sözü “çörək” anlamında işlənmişdir. Dastanda “Şunda bir dəli yigit yolçunun-yolaqçının, çobanın-çoluğun ətməyin alır” (1, 139) ifadəsində “ətmək” sö­zünün ümumi anlamda işləndiyini görürük. Divan”da “köməç-küldə bişirilən çörək” (3, 310), “Dədə Qorqud”da “köməc-çörəyin bir növü” izahlarına rast gəlirik.
Əlan sabah yerindən duran qızlar!
Ağ otağı qoyuban qara otağa girən qızlar!
Ağ donları çıxarıb qaraları geyən qızlar!
Bağir kimi öynəndə yoğurtdan nə var?
Qara sac altında güməcdən nə var?
Kəndürikdə ətməkdən nə var?
Üç gündür yoldan gəldim, doyurun məni! (1, 63)
“Dədə Qorqud” dastanındakı bu şeir parçasında güməc, ətmək və yoğurd sözləri işlənmişdir. Bunlara olduğu kimi, “Divan”da da rast gəlinir.
“Divan”da “kımız”a “qımız. Qısraq südü tuluqda saxlanaraq turşudulur, sonra içilir” (3, 370) kimi açıqlama verilmişdir. “Dədə Qorqud” dastanında oxuyuruq: “Dirsə xan dişi əhlinin sözü ilə ulu toy elədi, hacət dilədi. Təpə kimi ət yığdı, göl kimi qımız sağdırdı” (1, 21). “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “qımız-at südündən hazırlanan içki” (2, 60) kimi açıqlanmışdır. Hər iki mənbədəki izahların eyniliyi qımızın türk xalqlarının həyatında önəmli yer tutduğunu bir daha göstərir.

  1. Geyim adları ilə bağlı olan etnoqrafik terminlər

“Divan”da “ətək-ətək” (3, 136) və “Dədə Qorqud”da “ətək-paltarın ətəyi” izahları verilmişdir. Hər iki izah eynidir. “Divan”da “börk-başlıq, papaq” (3, 357) kimi qeyd olunmuşdur. Dastanda rast gəlinən
Başındakı tuğulğanı nə öyərsən mərə kafir?!
Başımdakı (keçə) börkümcə gəlməz mana (1, 33).
misralarından aydın görünür ki, börk geniş istifadə olunan papaq növlərindən biri olmuşdur.
“Divan”da börklə bağlı bir atalar sözünə də rast gəlirik: “Tatsız türk bolmas, başsız börk bolmas- Tatsız türk olmaz, başsız börk olmaz” (4, 277).
“Divan”dakı “əgin-əyin, əyin-baş, kürək” (3, 145), “ton-paltar” (5, 142), “Kitabi-Dədə Qor­qud”un izahlı lüğətindəki “əgin-bədən, çiyin” (2, 86), “ton-paltar, don” (2, 172) açıqlamalarının ey­ni­liyi də maraq doğurur. Dastanda “Əyni bəg dəmir donum saxlardım” (1, 75) misrasında həm əyin, həm də ton sözlərinə olduğu kimi rast gəlirik.
“Divan”da “könqlək-köynək” (5, 331) kimi verilmişdir. Dastanda bu söz “kömlək // könlək” formalarında yazılmışdır: “(Ağacdan) gəmi yondum, (ağ) kömləyim çıxarıb yelkən qurdum” (1, 111).
“Divan”da “yaka-yaxa, paltar yaxası” (5, 29) və “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “yaqa-paltarın boyuna keçən hissəsi, bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı” (2, 98) for­ma­sın­da izah olunmuşdur. Dastanda “yaxa” sözünə “dartdı yaxasın yırtdı” (1, 57) misrasında da rast gəlirik.
Kaftan/qaftan sözü həm “Divan”da (3, 428), həm də “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə “qədim türklərin üstdən geydikləri xüsusi paltar növü” kimi izah olunmuşdur (2, 57). Kaftan Azərbaycanda və oğuz türklərində qədim dövrlərdən və geniş istifadə olunan geyimlərdən biri ol­muş­dur. “Kitabi-Dədə Qorqud” dastanında da qaftanın adına tez-tez rast gəlinməsi bu fikri söy­lə­mə­yə əsas verir. Beyrək boyunda belə bir yer var:
“-Ağanızın başı və gözü sədəqəsi, köhnə qaftanınız var isə geyəyin, düyünə varayın, düyündə əlimə qaftan girərsə geri qaftanınızı verəyin-dedi” (1, 63).
“Divan”da “ətük-ayaqqabı” (3, 136), “Dədə Qorqud”da “ədük-çəkmə” (1, 85) açıqlamalarına rast gəlirik. Dastanda rast gəlinən “Basatı önünə qatdı, tutdu, boğazdan sallandırdı, yatağına gətirdi, ədü­yünün qüncünə soxdu” (1,120) ifadəsində ədüyün təsviri verilmişdir.
“Divan”da “başmak-başmaq” (3, 454) kimi yazılmışdır və bu sözün oğuz sözü olduğu qeyd olun­muşdur. “Dədə Qorqud” dastanında da başmaq sözünə olduğu kimi rast gəlirik: “-Bu evi xarab olası, ərə varalıdan bəri dəxi qarnım doymadı, üzüm gülmədi, ayağım başmaq, üzüm yaşmaq görmədi, de­yər” (1, 17).
“Divan”dakı “yüzük-üzük (barmağa taxılan üzük)” (5, 24), “Dədə Qorqud”dakı “yüzik-üzük. Əsasən qızıldan hazırlanan bəzək üçün və ya evlilik rəmzi” (2, 116) ifadələrində üzük sözü eyni an­lamda işlənmişdir. Dastanda verilmiş “Altun üzük sənin deyildir. Altun üzükdə çox nişan vardır” (1, 69) misralarından aydın olur ki, üzük oğuzların həyatında çox önəmli yer tutmuşdur. Bu çox qədim dövrlərdən oğuzların qızıl əşyalardan istifadə etdiklərini göstərir.
“Divan”da verilmiş “kürk-kürk” (3, 360) sözünə “Dədə Qorqud” dastanında olduğu kimi rast gəlirik: “Onun ardınca altmış öyəc dərisindən kürk eyləsə topuqların örtməyən” (1, 85) ifadəsindən aydın olur ki, kürk oğuzların istifadə etdikləri geyimlərdən biri olmuşdur. Bu söz bu gün Azərbaycan dilində olduğu kimi işlənir.

  1. Yaşayış məskənləri ilə bağlı olan etnoqrafik terminlər

“Divan”da türklərin yaşayış məskənləri haqqında da məlumatlar toplanmışdır. “Divan”da verilmiş bəzi yaşayış məskənlərinin adlarına “Dədə Qorqud” dastanında da olduğu kimi rast gəlirik. “Divan”da “yaylağ-yaz demək olan yay sözündən alınmışdır” (3, 63), “ol anı tağda yaylattı-o, onu dağda yaylattı” (4, 337) yaylaqla bağlı rast gəlinən ifadələrdir. “Dədə Qorqud”da “yaylaq-sərinliyə görə yay istirahəti üçün əlverişli olan dağ yeri” (2, 100) kimi izah olunmuşdur. Dastanda verilmiş “Qarşu yatan qara dağlar sana yaylaq olsun!” (1, 69), “Qarşı yatan qara dağdan oğlana yaylaq verdi” (1, 133) ifadələrindən aydın görünür ki, yaylaqlar əsasən yüksək dağlıq yerlərdə yerləşir. Azərbaycan­da xalq bu gün də yaylaqdan istifadə edir.
“Divan”dakı “el-vilayət, el” (3, 122) və “Dədə Qorqud”dakı “el-oba, el, mahal” (2, 83), “il-el, camaat” (2, 95) ifadələrinin məna açıqlamaları eynidir. Dastanda “Qarı bəylər ölmədən el boşaldı” (1, 104) və “El ürkmədən oğlum meydana varsın, girsin!” (1, 130) ifadələrində rast gəlinir. “Divan”da ev sözünə “öv” (3, 147), “əv” (4, 33) formalarında rast gəlinir. Dastandan götürülmüş “Qonağı gəlməyən qara evlər yıxılsa yey” (1, 15), “Bəri gəlgil, başım baxtı, evim taxtı. Evdən çıxıb yürüyəndə səlvi boy­lum!” (1, 20) misarlarından aydın olur ki, ev sözünün yazılışı ilə “Divan”da verilən ev sözü ara­sında elə bir fərq yoxdur.
“Divan”da “kərpiç-kərpic” kimi verilmişdir (3, 444). Dastandakı “Yarım kərpic yastıqlı” (1, 147) ifadəsindən aydın olur ki, bu sözün həm yazılışı, həm də mənası olduğu kimi gəlib bizə çatmışdır. “Divan”da qapı haqqında da müəyyən məlumatlara rast gəlinir. “Kapuğ-qapı”, “kapuğluğ əv-qapılı ev” qapıyla bağlı rast gəlinən ifadələrdir (3, 475). “Dədə Qorqud” dastanında da “qapı” sözü çox iş­lənmişdir. İki misralara baxaq: “Bəylərbəyi olan Qazan divanında buna heç qapı-baca yox idi” (1, 134), “Xatun gəlib zindançıya qapıyı açdırdı” (1, 144). Göründüyü kimi, “Divan”da qapı sözü “ka­puğ” şəklində yazılsa da, “Dədə Qorqud”da bu söz dilimizdə hazırda işləndiyi kimi, yəni “qapı” şək­lindədir.
“Divan”dakı “köl” sözü “göl, hovuz, yığılmış su, sututar” kimi izah olunmuşdur (5, 140). “Dədə Qorqud”dastanında “Təpə kimi ət yığdı, göl kimi qımız sağdırdı!” (1, 21) misralarından aydın olur ki, bu sözün həm yazılışı, həm də mənası hər iki əsərdə eynidir. “Divan”dakı “tam-divar” (5, 157) sözü “Dədə Qorqud”da “dam-ev” (2, 166) formasında verilmişdir. Dastandan götürülmüş “toyuq komasına, sığır damına” ifadəsində “dam” sözü tövlə mənasında işlənmişdir (1, 17).
“Divan”da çadırla bağlı məlumatlara da rast gəlirik. Burada çadır sözü “çatır” formasında yazıl­mışdır (3, 404). “Dədə Qorqud” dastanında oğuz elinin yaylağa köçməyindən və burada çadır evlər qurulduğundan söhbət açılır. “Ağ çadır tikdilər, ala xalı döşədilər” ifadəsində bunu aydın görürük. Burada çadır evin xalçalarla bəzədilməsi haqqında məlumat verilmişdir (1, 98).

  1. Sənətkarlıqla bağlı olan etnoqrafik terminlər

“Divan”da dəri sözü “təri” kimi yazılmışdır (3, 138). “Dədə Qorqud” dastanında Qanturalı Sel­can xatunu almaq üçün Təkurun onun üstünə buraxdığı qızmış “dəvənin boğazını kəsir, arxasından iki qayış çıxarıb Təkurun önünə atır və deyir:
“-Aqınçıların tirkəşi bağı, üzəngisi qayışı üzülür, tikməyə gərək olur-dedi” (1, 103).
Qanturalının dediklərindən aydın olur ki, oğuz türklərində dəriçilik sənəti yüksək səviyyədə in­ki­şaf etmişdir.
“Divan”da insanların ən qədim dövrlərdən bəri həm ovçuluqda, həm də döyüşlərdə istifadə etdikləri oxlar haqqında məlumat verilmişdir. “Divan”da “ok-ox” (3, 111),“yay-yay” (5, 50), “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “oq/ox-yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil” (2, 138), “yay-oxun yayı” (2, 100) kimi söz və izahlarla rastlaşırıq. Dastanda “-Bəylər, sizin eşqinizə çə­kəyin yayı, atayın oxu-dedi” misrasında ox və yay sözlərinin yazılışı və mənaları bu gün də eynilə dil­də saxlanmışdır (1, 65). “Divan”da “kiş-sədəq, oxdan, oxqabı” (5, 134), “Dədə Qorqud”da “kiş-yay düzəltmək üçün möhkəm ip” (2, 119) izahları verilmişdir. Dastanda verilmiş “Sadaqda oxum kişin dələr” (1, 131) misrasında kiş ox qabı kimi işlənmişdir.
“Divan”da “kılıç-qılınc” (3, 350), “kın-qılınc və ya bıçaq qını” (5, 143), “Dədə Qorqud”da “qılıc-qılınc”, “qın-xəncər, qılınc və s. kəsər silahları qoymaq üçün qab” (2, 60) izahları vardır. “Dədə Qorqud” dastanında oxuyuruq:
Cilasın bəy ərənlər dönə-dönə savaşdı ol gün.
Qara polad üz qılıclar çalındı ol gün.
Qarğa dilli qayım oxlar atıldı,
Ala uran sür cidalar susaldı ol gün.
Namərdlər, müxənnətlər sapa yer gözətdi ol gün (1, 76) .
Yenə eyni boyda “Ələ qalxan bağını qısa düydülər. (Qından) qılıc sıyırdılar” (1, 77).
Bu izahlardan aydın olur ki, “Divan”da və “Dədə Qorqud”dastanında rast gəlinən bir çox ifadələrin yazılışı və mənaları eynidir.
“Divan”dakı “sünqü- süngü, mizraq, nizə” (5, 319) və “Dədə Qorqud”dakı “sügü-ucu şiş silah” (2, 162) izahlarından aydın olur ki, söhbət eyni silahdan gedir. Dastanda oxuyuruq: “Sügüsün əlinə aldı, bir yüksək yerə çıxdı, gözlədi” (1, 104).
“Divan”da “yarık-zirehə, qalxana verilən ümumi ad” (5, 22), “Dədə Qorqud”da “yaraq-yaraq, silah” (2, 103) izahları verilmişdir. Dastanda “Uruz babasına gedər, yaraqla gəlin-dedilər” (1, 148) deyilir. “Divan”dakı “biçək-bıçaq” sözünə (3, 386), “Dədə Qorqud”da “bıçaq” formasında rast gəlinir (2, 38). Dastanda deyilir: “Bıçaq çıxarıb dərisini üzdü” (1, 100).
“Divan”dakı “çomak-çomaq, əsa, dəyənək” (3, 383) sözü “Dədə Qorqud” dastanında “çomaq-başı iri və yumru ağac” (2, 194) kimi izah olunmuşdur. “Təkur qarmalayıb əlindən çomağın aldı” (1, 112).

  1. Mənəvi mədəniyyətlə bağlı olan etnoqrafik terminlər.

“Divan”da mənəvi mədəniyyətin demək olar ki, bütün sahələri haqqında müəyyən məlumatlara rast gəlinir. “Divan”da “tənqri - ulu tanrı” kimi izah olunmuşdur (5, 326). “Dədə Qorqud” dastanında verilmiş
Ucalardan ucasan
Uca Tanrı!
Kimsə bilməz necəsən
Körklü tanrı! (1, 132)
misraları bir daha göstərir ki, Tanrı və tanrıçılıqla bağlı düşüncələr oğuz türklərinin təfəkküründə geniş yer tutmuşdur.
“Divan”da “alkış- alqış, dua etmək, kimisə öymək, yaxşılıqlarını saymaq” kimi qeyd olun­muş­dur (3, 161). “Dədə Qorqud”da “Ol zamanda bəylərin alqışı alqış, qarğışı qrğış idi. Duaları müstəcab olurdu” (1, 46).
“Divan”da “ikindi” sözünə “ikindi, ikindi namazı vaxtı” kimi izah verilmişdir (3, 196). “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “ekindü-ikindi, günortadan sonrakı vaxt” kimi açıqlanmışdır (2, 83). Dastanda Təpəgöz deyir: “İkindi vaxtı munu, mana çevirəsiz yeyəm - dedi, -yenə uyudu” (1, 120).
“Divan”da ay (30 gündən ibarət olan ay) elə “ay” adlanmışdır (3, 148). Dastanda ay sözü ilə bağlı məlumatlara da rast gəlinir:
Doqquz ay dar qarnımda götürdüyüm oğul!
On ay deyəndə dünyaya gətirdiyim oğul! (1, 39).
“Divan”da “küz-payız” kimi izah olunmuşdur (3, 341). “Dədə Qorqud” dastanındakı “Yapağlı kökcə çəmən güzə qalmaz” (1, 15) ifadəsində güz elə payız anlamında işlənmişdir.
“Divan”da qızıl “altun” adlanmışdır (4, 214). “Dədə Qorqud” dastanında da bu sözə olduğu kimi rast gəlirik: “Altun ayağım əlimdən yerə düşdü” (1, 88).
“Divan”da “aşuk-insanın topuq sümüyü, topuq aşığı” (3, 135) və “aşuk-aşıq” ifadələrində rast gəlinir (4, 218). “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində “aşıq/aşuq” sözü “diz qapaqlarından çıxan oynaq sümüyü // uşaqların aşıq-aşıq oyununda işlətdikləri sümük (adətən qoyunların diz qapağından çıxarılan)” kimi izah olunmuşdur. Dastanda aşıq sözünün çox işləndiyini görürük: “Məgər, sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordu uşağı (meydanda) aşıq oynarlardı” (1, 22), “Altun aşıq oynar Sün­cüdanın bəyləri” (1, 146). Aşıq-aşıq oyununun “Dədə Qorqud” dastanına düşməsi bu oyunun tarixinin nə qədər qədim olduğunu bir daha göstərir.
“Divan”da verilmiş “kürəş-güləş” (3, 459) sözünə “Dədə Qorqud” dastanında olduğu kimi rast gəlirik:
Ox atanda mən sənin oxunu yarmadımmı?
Gürəşdə mən səni basmadımmı? (1, 69)
“Divan”dakı “kobuz-qopuz” (4, 238) sözü “Dədə Qorqud”da “qopız/qopuz-Orta Asiya türk­lə­rində və qədim Azərbaycanda işlədilmiş saza bənzər musiqi aləti” (2, 64) kimi izah olunmuşdur. Das­tandakı “-Mərə! Qolça qopuzum ələ alın, məni öyün!” (1, 101) kimi çoxlu ifadələrdən aydın olur ki, oğuzları qopuzsuz təsəvvür etmək olmaz.
“Divan”da “tovıl” sözü davul, nağara” kimi izah olunmuşdur (5, 163). Dastanda “Gumbur-gum­bur davullar döyülmədi” (1, 82) ifadəsində “davul” sözünə olduğu kimi rast gəlirik.
“Divan”da gördüyümüz “bir-bir”, “iki/ikki/eki-iki”, “üç-üç”, “tört-dörd”, “beş-beş”, “on-on” (4, 364) saylarına dastanda olduğu kimi rast gəlirik:
Yigidim, mən sənə bir il baxam.
Bir ildə gəlməzsən, iki il baxam.
İki ildə gəlməzsən üç, dörd il baxam.
Dörd ildə gəlməzsən beş il, altı il baxam (5, 137).
“Divan”da “al-turuncu rəng”, “ak-ağ”, “kara-qara” (4, 25) ifadələrinə “Dədə Qorqud” dastanında da rast gəlirik:
Ağ südün doya əmizirsə ana görklü.
Yanaşıb yola girəndə qara buğır görklü (1, 16).
Yenə dastanda
Güz almasına bənzər al yanaqlım!
Qadınım, dirəyim, döləyim! (1, 20).
Bu nümunələrdən aydın olur ki, “al-qırmızı”, “ağ-ağ”, “qara-qara” sözlərinin yazılışları və izah­ları “Divan”da və dastanda tamamilə eynidir.
“Divan”da verilmiş “ərdəm-ərdəm, ədəb, tərbiyə, fəzilət” (3, 169) sözünə “Dədə Qorqud” dasta­nında “ərdəmli/ərdəmlü-ərdəmli, hünərli” kimi rast gəlirik.
Hey Dirsə xan
Oğluna bəylik vergil,
Taxt vergil-ərdəmlidir (1, 22).
“Divan”da “bilig-bilik, elm, hikmət, ağıl, dərrakə” olaraq qeyd olunmuşdur (3, 386). Dastanda biliklə bağlı “Biliyi yetmiş (bir qoca babam vardır)” ifadəsinə rast gəlirik. “Divan”da “ana-ana” (3, 156), “ata-ata” (3, 151), “ata-dədə” (5, 217) (Oğuzca) ifadələrin dastanda da eyni anlamda işlənmişdir:
Anam adın sorar olsan, Qaba Ağac.
Atam adın deyirsən Qoğan Aslan (1, 123).
“Divan”da verilmiş “beşik-uşaq beşiyi, nənni” (3, 406) sözü “Dədə Qorqud” dastanında beşik şəklində işlənmişdir: “Dolama beşiklərdə bələdiyim oğul” (1, 91). “Divan”da “kəlin-gəlin” (3, 402) sözünə “Dədə Qorqud” dastanında elə “gəlin” formasında rast gəlirik: “Ağca yüzlü qızını-gəlinini yesir elən-demiş” (1, 129).
Beləliklə, Mahmud Kaşğarinin “Divan”ında rast gəlinən bir çox etnoqrafik terminlərin “Dədə Qorqud” dastanında da eyni anlamda işləndiyini görürük. Bu iki əsər türk xalqının, o cümlədən oğuz­ların qədim və erkən orta əsrlərdəki tarixini və mədəniyyətini öyrənmək üçün əvəzsiz qaynaqlardır. Ona görə də bu əsərlərin daha geniş müqayisəli təhlilinə ehtiyac duyulur.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   198   199   200   201   202   203   204   205   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish