Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli


Uşaq şəxsiyyətinin formalaşmasında



Download 3,96 Mb.
bet31/39
Sana27.06.2017
Hajmi3,96 Mb.
#16812
TuriDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

12.7. Uşaq şəxsiyyətinin formalaşmasında

ailədaxili münasibətlərin rolu
Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiy­yətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası müna­si­bətlər məsələsi də müasir pedaqogika və psixologiyanın aktual prob­lemlərindən birinə çevrilmişdir.

Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsa­sən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbi­yə­si­nə xüsusi təsir göstərir.

V.A.Suxomlinski qeyd edirdi ki, “Uşaqların əsas tərbiyə mək­təbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir”. Odur ki, ailədə tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anla­maq­dır. Bu anlama və münasibət ailənin gələcək planlarını qur­maq­da vacibdir.

Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır.

Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiy­yə­tinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və dav­ranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasi­bət­ləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailə­dəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliy­yət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir.

Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasi­bət­ləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiy­yət­lərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin for­ma­laşmasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələ­batı da məhz bu münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaq­ların taleyində neqativ izlər buraxır.

Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlə-məsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır dü­zələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbi­yə­sin­də birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Bu kontekstdə ailədə intizam tərbiyəsi vacibdir. Qeyd etdi­yimiz kimi ailələrdə çox vaxt uşaqların həddindən artıq əzizlənməsi buna mane olur. Uşağını kor-koranə sevən ata, yaxud ana onun bü­tün tələblərini yerinə yetirməyə çalışır. Hətta kiçik yaşlı uşaqlar sö­yüş söyəndə belə valideyn onu müdafiə edir. Azərbaycanın böyük sa­tirik şairi M.Ə.Sabirin “Uşaqdır” satirası bu xüsusda şeiri diqqəti cəlb edir.

Ay başı daşdı kişi, dinmə uşaqdır, uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır, uşağım!

... Bir söyüşdən ötəri etmə əziyyət balama,

Göyərib coşma, utan, qonşuları yığma dama,

Sənə söydükləri getsin başı batmış atama,

Qışqırıb bağrını da yarma, uşaqdır, uşağım!

Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır, uşağım!”

Ailədə uşaqların tərbiyəsində kökə bağlılıq, keçmişin yaxşı xü­susiyyətlərinin təcəssümü üçün pedaqoj, psixoloji materiallar önəmlidir. Xalqımızın qədim, ulu dastanı olan “Kitabi-Dədə Qorq­ud”da əksini tapan etnik-psixoloji xüsusiyyətlər ailədaxili münasi­bət­lərin formalaşması və bu zəmində uşaqların tərbiyəsində zəngin xəzinədir.

Mütəffəkirlərin yaradıcılığına nəzər saldıqda görünür ki, onlar tərbiyə və tərəqqi işində ailə münasibətlərinə xüsusi diqqət yetir­miş­lər.

Mütəfəkkirlər ailənin möhkəmləndirilməsini cəmiyyətin sağ­lam əsaslar, mütərəqqi qaydalar üzrə inkişafı üçün zəruri hesab et­miş­lər. F.Köçərli bu xüsusda yazırdı: “Ər və övrət (arvad)... bir bə­də­nin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə, bunların ara­sında olan yekdillik, ülfət, məhəbbət və mənəvi rəqabət gərəkdir”.

Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində bu münasi­bət­lər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub.

Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hör­­mət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində vahid tə­ləbləri gözləmək ailədaxili münasibətlərdə əsas faktordur.

İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlərin ilk gündən bu məsələlərə məsuliyyətlə yanaşmaları zəruridir. Çağanın dünyaya gəlişi onun vasitəsiz-emosional ünsiyyəti ilə xarakterizə olunur ki, bunun əsasında da valideyn-ana durur.

Uşaqlar doğulduqları gündən özünəməxsus sosial-psixoloji ailə mühitinə düşür... Müəyyən edilmişdir ki, dilsiz-ağızsız çağa üç aylıq olanda mədəniyyət onun bütün həyatına nüfuz edir. Bu kon­tektdə, uşaqların psixi inkişafında, tərbiyə və təlimində valideyn­lərin xüsusilə də, ananın rolu önəmlidir.

M.T.Sidqi bu xüsusda yazırdı ki, “Uşağın əvvəlinci müəllimi təbii ki, validəsidir. Burada ananın öhdəsinə daha çox məsuliyyət düşür. Çünki uşağa birinci tərbiyə və təlim verən anadır”.

Pedaqoji və psixoloji tədqiqatlardan aydın olmuşdur ki, uşa­ğın sağlam psixoloji inkişafa malik olması üçün onun ana ilə ün­siy­yəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəbbət, qayğı, ülvi hisslərin məcmusu kimi qiymətləndirmək mümkündür. Bu dövr­lərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.

Ailədaxili münasibətlərdə ana ilə bərabər atanın da rolu önəmlidir. Onları ailə tərbiyəsinin qoşa qanadları adlandırırlar. Azər­­baycan ailəsində həm ata, həm də ana uşaqlar üçün yaşayır. Deyimlərimizdəki “Dörd göz uşaq üçündür”, “Anasız uşaq evdə xar olar, atasız uşaq çöldə” və s. bu kimi kəlmələrin fəlsəfi, psixoloji kökləri aydındır.

Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, valideynlər uşaqların ayrı-ayrı yaş dövrlərinin qanunauyğunluqlarını bilməli və onların rəftar və davranışlarında cinsi tərbiyənin xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidirlər.

Hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Prob-lemlə bağlı xüsusilə böhranlı yaş dövrlərində bir sıra cəhətlər üzə çı­xır. Bunlar tərbiyə işi üçün çox vacibdir. Digər tərəfdən Azər­baycan ailəsi üçün xüsusi aktuallıq kəsb edən cinsi tərbiyə və cinsi fərqlərin psixologiyasının nəzərə alınması şəxsiyyətin formalaş­ma­sın­da vacib məsələdir.

Cinsi tərbiyənin psixoloji aspektlərini geniş təhlil edən peda­qoq və psixoloqlar bu məsələlərin kökünü lap uşaqlıqdan başlan­ma­sı­nı vurğulayırlar. Oğlan, yaxud qız uşaqları ilə ünsiyyət, rəftar və dav­ranış onların gələcəkdə kişi, yaxud qadınlıq etalonlarına necə yi­yə­lənmələrinə zəmin yaradır. Uşaq adlanan varlıq doğulduğu ilk gün­dən etibarən yüksək hissiyyata malik olur. Bu hissiyyat onların ilk anlarındakı davranışından görünür.

Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstəri­cilə­rin­dən biri də onların idrak fəallığının inkişafıdır ki, bu da za­ma­nı­nın tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyat­da­kı irəliləyişlər uşaqların istedad və zehin qabiliyyətlərinin geniş­lən­məsi məqsədini qarşıya qoyur.

Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prosesin ana­dangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alimlər qeyd edir­lər ki, sağlam psixoloji mühit və şəraitin yaradılmasıdır. Bu mə­nada müasir dövrdə valideynlərin pedaqoji savadı və mə­də­niy­yə­ti­nin yüksəldilməsi vacibdir.

Xüsusilə də, anaların savadlı olması övlad tərbiyəsində və ailə­daxili münasibətlərin düzgün qurulmasında zəruridir. Ailədaxili mü­nasibətlər, ailənin psixoloji iqlimi, “ər-arvad”, “valideyn-uşaq” və “uşaq-uşaq” münasibətləri ailə tərbiyəsinin əsaslarıdır. Çünki ailə­daxili və onun ətrafdakı psixoloji iqlim şəxsiyyətin formalaş­ma­sın­da mühüm əhəmiyyət kəsb edir və şəxsiyyətlərarası münasi­bət­lə­rin özünəməxsus sahəsini təşkil edir.

12.8. Məktəblə ailənin birgə işinin təşkili formaları
Uşaqlara, onların tərbiyəsinə qayğı göstərmək ümumxalq iş­dir. Bütün cəmiyyət bu iş üçün cavabdehdir. Çünki uşaqlar cəmiy­yətin, xalqın gələcəyidir, yaşlı nəslin davamçılarıdır. Ulularımızın kəlamları ilə desək: “Uşaq valideynin mabədidir”, “Son beşik- yurda keşik”.

Odur ki, davamçıların gələcəyini xoşbəxt görmək, yurdu, və­tə­ni etibarlı adamlara vermək istəyən hər kəs gənc nəslin təlim-tər­bi­yəsi ilə ciddi məşğul olmalı, onun hərtərəfli və ahəngdar inki- şafı üçün əlverişli şərait yaratmalı, hər bir uşağın ictimai cəhətdən fəallığının, meyl və bacarığının inkişaf etməsini təmin etməlidir. Bu vəzifəni isə daha yaxşı şəkildə ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin birgə işi zəminində yerinə yetirmək olar.



Birincisi, uşaq (şagird) daim bu qüvvələrin əhatəsində olur. Uşa­ğın (şagirdin) xarakterinin, dünyabaxışının, həyata, əməyə, ide­ya-mənəvi və mədəni sərvətlərə münasibətinin əsasları həmin qüv­və­lərin reallığında təşəkkül tapıb formalaşır.

İkincisi, uşağı (şagirdi) tərbiyə etməkdə ailə, məktəb də, ictimaiyyət də eyni məqsəd güdür, xalq qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin qarşılıqlı fəaliyyətində yekdillik olmasa, uşaqların (şagirdlərin) tərbiyə işində xoşagəlməz hallar baş verə bilər. Müxtəlif xarakterli cinayətlər törətdiyinə görə həbsxanaya düşmüş minlərlə yeniyetmələr və gənclər üzərində aparılan tədqiqatlardan aydın olur ki, onların pis əməllərə qurşanmasına əsas səbəb əksər hallarda: ya ailədə, ya məktəbdə, ya da əmək kollektivlərində özünü qabarıq şəkildə göstərən nöqsanlardır.

Məlum olduğu kimi, uşaq cəmiyyətin ilkin özəyi olan ailədə dünyaya gəlir. Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun ünsürlərindən biridir. Ailə sosial qurum olub, nigah və yaxın qo­­humluqla qarşılıqlı mənəvi münasibətlərlə səciyyələnir. İnsan­la­rın nəsli davam etdirməyə olan təbii tələbatı nigah və ailə vasitələri ilə nizama salınır.

Beləliklə, ailə qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsas­lanan birlikdir. Ailənin 2 mühüm vəzifəsi vardır:

1. Nəslin davam etdirilməsi;

2. Yeni nəslin, yeni insanın tərbiyəsi.

Bu iki vəzifə bir-biri ilə sıx bağlıdır. İnsan öz nəslini artır- mır­sa, öz nəslinə tərbiyə verməsə, cəmiyyət məhv olar. Birinci vəzi­fənin əhəmiyyətli olmasına baxmayaraq, ikinci vəzifə daha mə­suliy­yətlidir. Çünki burada təkcə təbiətin bəxş etdiyi xüsusiyyətlər deyil, həm də mədəniyyətin, cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər tə­zahür edir.

Ailə insani münasibətlərin ilk tərbiyə məktəbidir. Ailədə ilk əx­laqi təcrübə, fəzilət təşəkkül tapır. Ailə özlüyündə kiçik hər bir dövləti xatırladır. Ailədə uşaqlar yalnız tərbiyə almırlar, həm də onlar böyüdükcə övladlıq borclarını dərk edir, qocalmış valideyn-lə­ri­nə qayğı göstərməyin zəruriliyini anlayırlar. Bütün ailələrdə uşaq­ların tərbiyəsinə böyük qayğı göstərilir. Ailədə tərbiyə prosesinin baş­lanğıcı və sonu yoxdur. Uşaqlar üçün onların valideynləri idealdır. Müəllimlər müxtəlif tip ailələrlə iş aparmağa, valideynlərlə əlaqə saxlamağa, onlara müəyyən pedaqoji biliklər verməyə məcbur olurlar.

Müasir ailələr uşaqların sayından asılı olaraq çoxuşaqlı, azu­şaq­lı, biruşaqlı və uşaqsız olurlar. Tərkibinə görə bu ailələr bir nəsil­li (ancaq ər-arvad), iki nəsilli (valideynlər və uşaqlar), nəsil­lər­arası (uşaqlar, valideynlər, nənə və baba) olur. Əgər ailədə va­lideynlərdən yalnız biri varsa, belə ailələr natamam ailə hesab edilir.

Pedaqogikada ailələr təkcə tərkibinə görə deyil, həm də qarşılıqlı münasibətlərin xarakterinə görə təsnif olunurlar:

İdeal ailələr, orta ailələr, neqativ (qalmaqallı, əsəbi) ailələr. Ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə elə keyfiyyətlər formalaşdır­maq­dır ki, onlar çətinlikləri və maneələri aradan qaldırmağa kömək etmiş olsun.

Uşağın (yeniyetmə və gənclərin) intellektual və yaradıcı qabiliy­yətlərinin, idraki qüvvələrinin inkişafı, habelə ilkin əmək fəaliyyətində qazandığı təcrübə, emosinal mədəniyyəti və fiziki sağ­lam­lığı ailədən və valideynlərdən asılıdır. Bütün bunlar ailə tər­bi­yəsinin başlıca məqsədini təşkil edir.



Ailənin uşağa göstərdiyi tərbiyəvi təsir bütün digər tərbiyəvi təsirlərdən güclüdür. Uşaq böyüdükcə həmin təsir zəifləyir, bəzən də tamamilə yox olur. Burada elə keyfiyyətlər inkişaf etdirilir ki, onları ailədən kənarda formalaşdırmaq çətin olur. Ailə şəxsiyyətin sosiallaşması prosesini həyata keçirir. Bu uşağın (şagirdin) fiziki, əxlaqi və əmək tərbiyəsi üzrə ailənin səylərinin ümumiləşmiş ifa-də­sidir. Cəmiyyətin üzvləri ailədən çıxır; ailə necədirsə, cəmiyyət də elədir. Ailə ənənələrin varisliyini təmin edir. Vətənpərvər vətən­daş, gələcək ailə başçısı, qanuna tabe olan cəmiyyət üzvi tərbiyə et­mək ailənin mühüm sosial funksiyasıdır. Ailə uşağın peşə seçiminə əhəmiyyətli təsir göstərir. Müasir ailələrin əksəriyyəti vaxtının çox hissəsini uşaqlarının mənəvi cəhətdən inkişafına deyil, onların maddi təminatına sərf edirlər.

Ailədə uşaqların tərbiyəsinə mənfi təsir göstərən səbəblər aşağıdakılardır:

  1. Zəhmətkeş ailələrin əksəriyyətinin iqtisadi səviyyəsinin aşağı olması;

  2. İctimai həyatın mədəni səviyyəsinin aşağı olması;

  3. Ailədə qadının iki qat yüklənməsi: onun həm ailədə, həm də cəmiyyətin ictimai həyatında iştirak etməsi;

  4. Boşanma hallarının artması;

  5. Nəsillər arasında münaqişələrin yaranması;

  6. Ailə və məktəb arasında əlaqələrin zəifləməsi və s.

Uşaqların ailədə tərbiyəsi zamanı, ilk növbədə, onların dav- ranış və rəftarında mənfi keyfiyyətlərin yaranmasının qarşını al- maq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır. Nə qədər ailə varsa, o qədər də tərbiyə xüsusiyyətləri vardır. Bu müxtəlifliyə baxmayaraq, ailədə böyüklərlə uşaqlar ara- sındakı qarşılıqlı münasibətlərdə tipik modelləri fərqləndirmək olar.

Ailə tiplərini sxemi:




Uşaqları sevən ailələrdə valideynlər uşaqları nə maraqlan­dır­dı­ğını və narahat etdiyini bilir, onların rəyinə, fikrinə, hiss və hə­yə­canına hörmət edir, onlara kömək etməyə çalışırlar.

Həssas, qayğıkeş ailələrdə yaşlılarla uşaqlar arasında mü­na­sibətlər normal olsa da, onların münasibətlərində müəyyən məsafə mövcud olur. Bu münasibəti heç bir tərəf pozmağa çalışmır. Belə ailədə uşaqlar öz mövqelərini bilir, valideynlərinə qulaq asırlar. Bu ailənin uşaqları sözəbaxan olsalar da, kifayət qədər təşəbbüskar olmurlar.

Maddi oriyentasiyalı ailələrdə başlıca diqqət ailənin maddi təminatına verilir. Valideyn uşaqlarını kiçik yaşlardan həyata praq­ma­tik yanaşmağa, hər şeydə xeyir görməyə, fayda axtarmağa alış­dı­rırlar. Onları yaxşı oxumağa məcbur edirlər, yeganə məqsəd ali mək­təbə qəbul olunmaqdır. Belə ailələrdə valideynlərin və uşaqların mənəvi aləmi yoxsuldur.

Düşmən ailələrdə uşaqlar özlərini pis hiss edirlər. Onlara hör­mət edilmir, etimad göstərilmir, habelə uşaqlara etibar edilmir, on­lara daim nəzarət olunur. Heç bir əsas olmadan uşaqlar böyüklər tərəfindən cəzalandırılırlar. Belə ailələrdə uşaqlar öz niyyət və ar­zu­larını gizli saxlayır, bir-birinə qarşı mehriban olmur, valideynlərinə pis baxır, yoldaşları ilə yola getmir, məktəbi sevmirlər.

Antisosial ailələrə, əslində, ailə demək olmaz. Onlar daha çox uşaqlar üçün müvəqqəti sığınacaqdır. Burada valideynlər uşaq­ları sevmir, onların dünyaya gəlməsini arzulamır, onları bir övlad kimi qəbul etmirlər.

Adətən, belə ailələrdə valideynlər yanlış həyat tərzi keçirir, bö­­yüklər bir-biri ilə yola getməyib münaqişələrə girir, uşaqlara hə­də-qorxu gəlirlər. Odur ki, belə ailələrdə tərbiyə alan uşaqlar ev­dən tədricən uzaqlaşırlar.

Pedaqogikada ailə tərbiyəsi dedikdə, valideynlərlə uşaqların qarşılıqlı münasibətlərinin idarə olunması sistemi başa düşülür. Bu münasibət həmişə tərbiyəedici xarakter daşıyır. Bu zaman onlar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

Məktəblə ailə arasında uşağın tərbiyəsinə xidmət edən vahid tələblərin yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir:



  • Valideynləri öz ətrafında birləşdirməyə və onların böyük tərbiyə imkanlarından istifadə etməyə ruhlandırmalıdır;

  • Valideynlərin pedaqoji biliklərə yiyələnməsinə və onların pedaqoji mədəniyyətinin yüksəldilməsinə xüsusi qayğı göstərilməli, valideynlərlə aparılan maarifləndirmə işlərinə diqqət yetirilməlidir.

  • Məktəb və ailə ictimai tərbiyənin həyata keçirilməsində aparıcı rol oynayır.

Məktəb uşaqların tərbiyəsində ailə və ictimaiyyətin fəaliy­yə­tinin əlaqələndirilməsi üçün öz işini aşağıdakı kimi həyata keçirir:

Məktəb pedaqoji kollektivin, valideyn komitəsinin, yaşayış yerlərində ictimai şuraların, klubların, kitabxanaların, stadionların, sə­hiyyə orqanlarının tərbiyəvi iş planlarını əlaqələndirir, tərbiyə pro­­sesinin iştirakçılarının hər birinin funksiyalarını dəqiq bölüş­dürür;



    • Məktəb öz gücü ilə valideynlərə və ictimaiyyətin nüma­yəndələrinə uşaqlarla iş aparmağın ən effektli üsullarını sistematik surətdə öyrədir;

    • Məktəb tərbiyə işinin gedişini və nəticələrini diqqətlə öy­rə­nir və müzakirə edir, nöqsanların səbəblərini aşkar edir və onları aradan qaldırmaq üçün birgə tədbirlər həyata keçirirlər.

    • Məktəbdə valideynlərlə iş valideyn birlikləri vasitəsi ilə apa­­­rılır. Bu birliklər aşağıdakılardır: valideyn komitələri, şuraları, konqreslər, yardım cəmiyyətləri, rəyasət heyətləri, komissiyalar və s.

Məktəb və ailə tərbiyəsi arasında sıx inteqrasiyaya keçilən yer­lərdə “məktəb-ailə” kompleksi yaradılır. Belə komplekslərin baş­lıca tələbi məktəbin fəaliyyətinin bütün istiqamətləri üzərində va­lideyn nəzarətini təmin etməkdən ibarətdir. Valideyn birliklərinin başlıca vəzifələrindən biri pedaqoji bilikləri yaymaqdır. Valideyn universitetləri, dəyirmi masalar, konfranslar, pedaqoji maarifin mün­təzəm fəaliyyət göstərən bir çox cari və birdəfəlik formaları valideynlərə kömək edir. Ümumi etik, iradi, intellektual dəyərləri öyrənmək üçün valideynlər məktəbi yaradılır.

Ailələdə uşaqların tərbiyəsini düzgün təşkil etmək üçün vali­deynlər məktəblə sıx əlaqə saxlamalı, ondan vaxtında lazımi məs­lə­hətlər almalıdır. Məktəb ictimai-dövlət təşkilatıdır, ictimai və sosial tərbiyənin müvəkkilidir. Burada uşağın təlim-tərbiyəsi səriştəli adamlar-mütəxəssislər tərəfindən aparılır. Məktəbdə aparılan tər­bi­yə işi prosesində müəllimlərin vəzifəsi, ilk növbədə, ondan ibarətdir ki, şagirdlərdə aşılayacaqları əxlaq prinsiplərinə dərin şəxsi inam hissi və vərdişlər qazandıra bilsinlər. Şagirdlərlə aparılan tərbiyəvi iş hər gün və hər saat: dərslərdə, tənəffüslərdə, küçədə, oyun prose-sin­də və s. həyata keçirilir. Şagirdlərlə aparılan tərbiyəvi iş mək­təbin bütün fəaliyyəti prosesində həyata keçirilir ki, bu da şagirdləri ümumbəşəri əxlaqın mühüm keyfiyyətlərinə yiyələndirməyə istiqa­mət­ləndirir.

Məktəb, eyni zamanda, valideynləri də unutmur. O, təlim-tər­biyənin forma və üsullarını uşaqların yaş, fərdi və cins xüsu­siy-yətlərinə əsasən müəyyənləşdirməkdə valideynlərə yardım göstərir, əhali arasında pedaqoji bilikləri yayır, uşaqların həyatını düzgün təşkil etməyin metodlarını ailəyə öyrədir, övladlarının tərbiyəsində yaxşı nəticələr əldə edən ailələrin iş təcrübəsini ümumiləşdirib geniş kütləyə çatdırır. Məktəb təlim-tərbiyə sahəsində mütəxəssislərin çalışdığı mühüm mərkəz olmaq etibari ilə özünün fəaliyyət dairəsini daim genişləndirir, ailələrə də hər cəhətdən kömək göstərir.

Məktəb gənc ailələrin köməyinə çatmalı, uşağın asudə vaxtını səmərəli təşkil etməyin yollarını valideynlərə izah etməlidir: ailədə boş vaxtlarda müxtəlif növ oyunlar keçirmək, oyuncaqlar almaqla uşağı mədəni əyləncəyə alışdırmaq, onu yaşına uyğun texniki yara­dı­cılıq işinə cəlb etmək, müxtəlif bədii kitabların, qəzet və jurnal­lardakı maraqlı məqalələrin ailədə oxunuşunu keçirmək, uşaq­lar üçün nəzərdə tutulan radio və televiziya verilişləri haqqında fikir mübadiləsini təşkil etmək, uşağa şəkil çəkdirmək, şeir, mahnı oxu­maq, tapmaca tapdırmaq, uşaqla birlikdə parka gəzintiyə çıx­maq, ai­lənin məişət və təsərrüfat işlərində fəal iştirakını təmin etmək və s. belə yollardandır. Məktəb ailələrlə həmişə səmimi təmasda olma­lıdır.

Məktəbin ailə ilə digər əlaqə formalarına: müəllimlərin ai­lə­yə getməsi, valideynlərin ailəyə dəvət edilməsi, məktəbdə ke­çi­rilən valideyn günü, ailə tərbiyəsinə həsr edilmiş kon­frans­lar, valideyn universitetləri və s. daxildir. Məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində məktəbin ictimai təşkilatlarla da əlaqəsinin böyük əhəmiyyəti vardır. İctimai təşkilatlar məktəblə əlaqə formasını sinif rəhbəri və məktəb valideyn komitəsi vasitəsi ilə həyata keçirirlər. Bu isə məktəbdə tərbiyə işinin yüksəldilməsinə böyük təsir göstərir.
12.9. Valideynlərlə yeniyetmələr arasında

meydana çıxan ziddiyyətlərin aradan qaldırılması yolları
Bəzən ailədə valideynlər yeniyetmələrin arzu və istəklərinə mane olurlar. Belə hallarda yeniyetmələr geri çəkilməyə, valideyn­lə­rinə tabe olmağa məcbur olur və böyüklərdən incik olduqlarını gizlədirlər. Bəzi valideynlər yeniyetməyə güzəştə gedir, öz gücsüzlüklərini göstərirlər. Burada hər iki model qüsurludur. Belə situasiyalarda düzgün qərarların axtarışı xüsusi metodikanın köməyi ilə əldə olunur. Belə metodika “Altı addım” adlanır.

Altı addım” metodikasını nəzərdən keçirək:



Birinci addım problemin müəyyənləşdirilməsidir. Burada uşa­ğın, yaxud yaşlının xoşagəlməz davranışının səbəbləri müəy­yən­ləşdirilməli və izah edilməlidir. Bu məqsədlə yeniyetmə və gəncə diqqətlə qulaq asmaq, sonra ona tələblər, hisslər haqqında məlumat vermək lazımdır. Burada “Mən danışıram, söyləyirəm” tipli va­ri­ant­dan istifadə etmək zəruridir. Birinci addım problemin müəyyən­ləş­məsi ilə başa çatmalıdır.

İkinci addım məsələnin mümkün variantlarının həllinin axta­rı­şıdır. Onları birgə axtarmaq lazımdır. Əvvəl çox sərfəli olar ki, beynə gələn bütün variantları bir-bir nəzərdən keçirəsən, hətta onlar ilk baxışda gərəksiz olsalar da belə, bunu etmək mütləq lazımdır. Burada “beyin hücumu” zamanı bütün ağla gələn ideyalar təklif olunur və onlardan heç biri tənqid edilmir.

Üçüncü addım təklif olunmuş variantların müzakirəsi və də­yər­ləndirilməsidir. Burada çıxış nöqtəsi birdir. Hər iki tərəfin tə­ləb­ləri – həm uşağın, həm də böyüyün tələbləri mütləq yerinə ye­tiril­məlidir.

Dördüncü addım məsələnin ən yaxşı həlli yollarını axtarıb tapmaqdır. Burada bir-birinə suallar vermək daha yaxşıdır: “Əgər biz bu ideyadan istifadə etsək, necə olar? Hamı razı qalarmı? Belə variantın həllində səhv nədən ibarətdir?” Qəbul edilmiş qərar yazılı şəkildə qeyd oluna bilər ki, hər iki tərəf onun altında “müqavilə” sözünü yaza bilər.

Beşinci addım qərarı necə yerinə yetirməyi müəyyənləşdir­məkdən ibarətdir. Burada bu və ya digər qərarın müqavilə bəndinə kimin cavabdehliyini müəyyənləşdirmək lazımdır.

Download 3,96 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish