I mərhələ kollektivin təşəkkülü mərhələsidir. Bu mərhələdə müəllim qrupu kollektivə çevirmək istəyir. Kollektivdə fəallar yaradıldıqdan sonra şagirdlər ümumi məqsəd, fəaliyyət və ümumi təşkilat əsasında birləşir.
II mərhələdə sinif fəallarının şagird yoldaşlarına təsiri güclənir. Fəallar müəllimin tələblərini müdafiə edirlər. Burada fəallarla iş müəllimdən diqqət tələb edir.
Tərbiyənin subyekti kimi kollektiv öz inkişafının müəyyən səviyyəsinə bu mərhələdə çatır. Bu mərhələdə kollektivin inkişafı ziddiyyətlərin aradan qaldırılması ilə bağlıdır. Kollektivin inkişa- fında sıçrayışlar, geriləmələr labüddür.
III mərhələ kollektivin inkişafı mərhələsidir. Bu mərhələdə kollektivin üzvlərinin bir-birlərinə verdikləri tələblərin səviyyəsi də fərqlidir. Belə ki, kollektivin hər bir üzvi yoldaşına nisbətən öz qarşısında daha ciddi tələblər qoyur. Ümumi təcrübə, hadisələri bir cür qiymətləndirmək bu mərhələdə kollektivin əsas əlamətlərindəndir.
Tərbiyə praktikasında perspektivliyin (praktik məqsədin) növləri:
14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin
inkişaf modelləri
Elmi tədqiqatlar şəxsiyyət və kollektiv arasında münasibət- lərin inkişafının geniş yayılmış üç modelini fərqləndirir.
Şəxsiyyət və kollektiv arasında münasibətlərin inkişafının modelləri:
I modelə görə, şəxsiyyət kollektivin tələblərinə təbii şəkildə və könüllü tabe ola bilər, habelə kollektivə xarici qüvvə kimi güzəştə gedə bilər, ona zahirən, formal tabe olmaqla özünün müstəqilliyini saxlamağa çalışa bilər. Əgər şəxsiyyət kollektivə daxil olmaq istəyirsə, o, kollektivin dəyərlərinə meyllidirsə, onları qəbul edir. Kollektiv şəxsiyyəti öz həyatının normalarına, dəyərlərinə və ənənələrinə tabe edir.
II modeldə hadisələrin inkişafı müxtəlif yollarla ola bilər:
1) Şəxsiyyət zahirən kollektivin tələblərinə tabedir, amma daxili müstəqilliyini saxlayır.
2) Şəxsiyyət müqavimət göstərir, konfliktə girir. Şəxsiyyətin kollektivə, onun norma və dəyərlərinə uyğunlaşma motivləri müx- təlifdir.
Belə hallarda məktəbli kollektivin norma və dəyərlərini an- caq zahirən qəbul edir, ondan gözlənilən fikri söyləyir, müxtəlif situasiyalarda kollektivdə qəbul edilmiş ümumi qaydaya uyğun hərəkət edir. Amma məktəb kollektivindən kənarda o, həm də mühakimə yürüdür və həm də başqa cür düşünür. Belə vəziyyət müvəqqəti, keçici olur.
III modelə görə, şəxsiyyət və kollektivin qarşılıqlı münasi- bətlərində şəxsiyyət kollektivi özünə tabe edir. Belə ki, yaradıcı şəxsiyyət, onun fərdi təcrübəsi bu və ya digər səbəblər üzündən kollektivin üzvlərinin nəzərində cəlbedici ola bilər.
Bu cəlbedicilik daha çox şəxsiyyətin keyfiyyətləri, mühaki- mə və hərəkətlərinin qeyri-adiliyi ilə şərtlənir. Bu halda kollektivin sosial təcrübəsi dəyişə bilər. Bu proses ikili xarakterdə ola bilər və həm kollektivin, həm də kollektivin sosial təcrübəsinin zənginləşməsinə, həm də zəifləməsinə gətirib çıxara bilər.
Şəxsiyyət və kollektiv münasibətlərin müxtəlifliyi göstərilən modellərlə bitmir. Şəxsiyyətin fəaliyyət və davranış motivlərinin psixoloji mexanizmlərini bilməklə hər bir konkret münasibətin təhlilinə yanaşmaq lazımdır.
Amerika psixoloqu C.Moreno iddia edir ki, şəxsi münasibətlər sistemində insanın vəziyyəti cəmiyyətdə var-dövləti bölüşdürməyə bənzəyən daimi kəmiyyətdir (miqdardır) və sosiodinamik adlanan qanuna tabedir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, hər bir insan anadan doğularkən gətirdiyi özünəməxsus xassəsinə görə, ya insanların rəğbətini qazanır, ya da insanları özündən uzaqlaşdırır.
Yaxşı ailələrdə doğulub boya-başa çatmış tərbiyəli uşaqlar yaxşı xassələrə malikdirlər. Əlverişsiz, irsi xəstəliklərlə doğulan, pis tərbiyə olunan uşaqlarda isə mənfi xassələr çoxdur və ona görə də onlar başqalarını özlərindən uzaqlaşdırırlar. Bu şəxsiyyətin və kollektivin münasibətlərinin inkişafına təsir edir.
Hər hansı bir məktəb kollektivində onun üzvlərinin yaşından və mütəşəkkilliyindən asılı olmayaraq, orada mikroqruplar vardır ki, onlar bir-biri ilə qeyri-formal münasibətlərlə bağlıdırlar.
Beləliklə, sinif kollektivinə diqqət artırılmalıdır, ona görə ki, şəxsiyyətə göstərilən təsir vasitələri içərisində o, ən təsirli vasitələrdən biri olaraq qalır. Sinif kollektivi şəxsiyyəti neqativ yönümlü qeyri-formal birliklərin qorxulu təsirindən qorumaq üçün çox zaman yeganə vasitədir.
14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi
Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Odur ki, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.
Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır.
Şagird kollektivində yoldaşlıq və dostluq hissinin formalaşması üçün geniş imkanlar yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlə- rinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur.
Kollektiv özü şagirdlərdə kollektivçilik hissinin formalaşmasına da gətirib çıxarır ki, nəticədə həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur.
Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi sosial keyfiyyətlər baş qaldırır.
Deməli, məktəb ilk kollektivlər toplusu olmayıb, şagirdləri ümumi məqsəd və birgə fəaliyyətdə birləşdirən vahid kollektivdir. Məktəb şagird şəxsiyyətinin formalaşmasını istiqamətləndirən əsas mərkəzdir.
Təcrübə göstərir ki, fəaliyyət növlərinə və başlıca vəzifələ- rinə görə müxtəlif kollektivlər olur. Məsələn; əmək kollektivləri, idman kollektivləri və s. təlim-tərbiyə müəssisələri kollektivləri sırasında məktəb kollektivi xüsusi yer tutur. Məktəb kollektivi iki kollektivin, yəni müəllim və şagird kollektivlərinin üzvi vəhdətidir.
Şagird kollektivinin özləri də müxtəlif olur: sinif kollektivi, şagird komitəsi, uşaqların maraqları zəminində pedaqoji şuranın qərarı ilə yaradılmış klublar, studiyalar, dərnəklər və özünüidarə prinsipi əsasında fəaliyyət göstərən digər növ şagird birləşmələri.
Bu kollektivlərdən hər biri şagirdlə çoxluğun mənafeyi ilə şəxsi mənafeylə ictimai mənafeyi şüurlu surətdə əlaqələndirir, öz fəaliyyətində məqsəd ümumiliyinə və dostluq-yoldaşlıq münasibət- lərinə əsaslanır, məktəblilərin bütöv şəxsiyyət kimi boya-başa çat- masına əhəmiyyətli kömək göstərir.
Məktəbdə təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşmasına, intizamın möhkəmlənməsinə, uşaqların yaradıcı özfəaliyyətinin inkişafına müsbət təsir göstərir. İlk kollektivlərdə şagirdlər arasında yaxınlıq, ünsiyyət, əlaqə daha sıx olur. Bu kollektivdə hər bir uşağa öz imkanına, bacarıq və qabiliyyətinə uyğun iş tapmaq, şəxsiyyətlərarası münasibəti düzgün tənzimləmək xeyli asandır.
Belə olmasa, şagirdlərdə vətəndaşlıq şüurunu lazımi şəkildə formalaşdırmaq, onları faydalı ictimai-siyasi fəaliyyətə qoşmaq, geniş sosial həyata hazırlamaq çox çətin olar. Başqa bir təhlükə də var: kollektivdə iş düzgün təşkil edilməzsə, üzvlər arasında səmi- miyyət olmasa, müvəkkillərlə üzvlər arasında konflikt yaranarsa, onlar bir-birinə qarşı dursalar, vəzifə başçıları ləyaqətsiz, səviyyəsiz adamlardan seçilmiş olsa, habelə onlar qalanlarını özlərinə zorla tabe etməyə çalışsalar, kollektiv tərbiyəvi rolunu itirər.
Deməli, şagird kollektivinin elmi əsaslar üzərində qurulmasına, kollektivdə şəxsiyyətlərarası münasibətlərin normallığına, konfliktlərə səbəb ola biləcək hallara yol verilməməsinə nail olun- malıdır. Bu baxımdan kollektivdə vəzifələrin düzgün bölüşdürül- məsinin əhəmiyyəti böyükdür. Şagird kollektivinin müxtəlif növləri mövcuddur.
Onların ümumi məqsədləri eyni olsa da, konkret məqsəd- lərində, eləcə də quruluş və təşkilində müəyyən fərqlər var. Kollek- tivdə yaradılmış ənənələr şagirdləri bir-birinə daha da yaxınlaşdırır, onların arasında möhkəm dostluq münasibətlərini bərqərar edir.
Təcrübə və müşahidələr göstərir ki, şagird şəxsiyyətinin mənəvi cəhətdən formalaşması daha uğurlu şəkildə, məhz yaxşı təşkil olunmuş kollektivdə baş verir. Həm də bu formalaşma kollektivin inkişaf mərhələlərinə uyğun olaraq gedir. Yəni şagirdlərin fəallığı-mənəvi cəhətdən az əhəmiyyətli olandan başlayıb onların vətəndaşlıq mövqeyinə qədər yüksəlir.
Şagird şəxsiyyətinə kollektivin tərbiyəvi təsiri xeyli dərəcədə məhz kollektivin üzvləri arasındakı qarşılıqlı əlaqə ilə, yəni şəxsiy- yətlər arası ünsiyyət və münasibətlərlə şərtlənmiş olur. Şagird kol- lektivi şəxsiyyətlərarası ünsiyyət və münasibətlər humanist və işgü- zar səciyyə daşıyır.
Aparılmış elmi tədqiqatlar həmin münasibətlərin aşağıdakı əlamətlərini müəyyənləşdirmişdir:
-
Kollektivin üzvləri arasında dostluq, mehribanlıq, qarşı- lıqlı anlaşma, bir-birinin qayğısına qalmaq, bir-birinin ehtiyacına, kədərinə və sevincinə şərik olmaq kimi xüsusiyyətlər üstünlük təşkil edir;
-
Uşaqların bəzilərinin rəftar və hərəkətlərində özünü göstərən laqeydlik, lovğalıq, dikbaşlıq, təkəbbürlük, yaxud tənha- lığa meyl kimi mənfi hallar tamam aradan qaldırılır, ya da aşağı səviyyəyə endirilmiş olur;
-
Kollektiv, ümumi məqsəd və ideya naminə digər kollek- tivlə qaynayıb qarışmağa səy edir, böyük kollektivlərlə sıx əlaqə saxlayır;
Bütün bu əlamətlər həm eyni kollektivin üzvləri, həm də müxtəlif kollektivlər arasında səmimi ülfət yaradır, işgüzar ünsiy- yəti və ümuminin xeyrinə olan işlərdə bərabər iştirak etmək meylini formalaşdırır, həmin keyfiyyətlərə emosionallıq verir və onları ideya zənginliyi ilə cilalayır. Bu sahədə daha yaxşı nəticələr qazanmaqdan ötrü hər bir şagirdin güclü və zəif cəhətlərini nəzərə almaqla kollektivin bütün üzvlərinə eyni gözlə baxmaq lazımdır.
Kollektivin şagird şəxsiyyətinə tərbiyəvi təsirinin psixoloji mexanizminə gəldikdə, bu belədir: kollektiv öz üzvünün, yəni şagirdin hərəkətini bəyənib təqdir edəndə, tərifləyib yüksək qiymətləndirdikdə uşaq (şagird) sevinir və bu sevinc hissini təkrar-təkrar yaşamaq üçün səyini, qüvvəsini həmişə yaxşı iş və hərəkətlərə sərf edir.
Kollektiv öz üzvünün hərəkətini tənqid etdikdə, pislədikdə isə uşaq (şagird) utanır, xəcalət çəkir, belə vəziyyətə bir daha düşməməkdən ötrü pis hərəkətlərdən çəkinir. Məktəbdəki müxtəlif növ şagird kollektivləri demokratik əsasda, özünüidarə prinsipi üzrə fəaliyyət göstərir.
Həmin təşkilatlara rəhbərlik işini əsas etibarı ilə onların özlərinin seçdikləri müvəkkillər və təşkilatlar həyata keçirir. Məsələn; tədris-təlim kollektivinə-şagird komitəsi, şagird əmək kollektivinə - həmin kollektivlərin şuraları və müvəkkilləri; dərnəklərə, bölmə və klublara isə onların seçdikləri şuralar və səlahiyyətli şəxslər rəhbərlik edirlər.
Ancaq bu heç də şagird kollektivinin işinə müəllimin pedaqoji rəhbərliyini istisna etmir. Uşaq kollektivləri öz işlərinin məzmun və məqsədini, təşkili formalarını, istiqamətlərini, həyata keçirmə üsullarını, metodikasını dəqiq müəyyənləşdirməkdə daha təcrübəli şəxs olan müəllimlərin köməyinə möhtacdır.
Əks halda onlar belə məsələlərdə müəyyən səhvə yol verə bilərlər. Digər tərəfdən, şagird kollektivləri müəllimlərlə əlaqə saxlamasalar, öz işlərini onların tərbiyəvi təsiri ilə uzlaşdırmasalar, bir-birinin köməkçisi olmazlar və hərtərəfli inkişaf etmiş şəxsiyyət-lər yetişdirmək vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilməzlər.
Uşaq kollektivinə səmərəli rəhbərliyin bir mühüm şərti də şagird fəalları ilə müntəzəm iş aparmaqdan, “vəzifəli” şagirdlərə öz səlahiyyətlərini, işlərinin mahiyyətini və metodikasını dərindən başa salmaqdan ibarətdir.
Bu məqsədlə şagird kollektivi orqanlarına seçilmiş uşaqlara təlimatlandırıcı söhbət və seminarlar təşkil etmək, məsləhətlər ver- mək, onların iştirakı ilə kollektiv müzakirələr keçirmək, belə uşaqlar arasında təcrübə mübadiləsi aparmaq kimi üsullardan geniş istifadə edilməlidir.
Ənənələrdə kollektivin ümumi zövqü və ictimai rəyi daha tam həyata keçirilir. Kollektiv mütəşəkkil, idarə orqanlarına malik, intizamlı və məsuliyyət hiss edən qrupdur. Kollektiv sağlam bəşər cəmiyyətində ictimai orqanizmdir. Kollektivin gücü ilə uşaqlarda olan yaxşı cəhətləri aşkar etmək olur. Uşaqlarda daha yaxşı, daha maraqlı cəhətlər layihə halında nəzər almaq, görmək kimi bacarıqları tərbiyə edir. Kollektiv hər bir şagirddə gizli halda olan quruculuq qüvvəsinin üzə çıxmasına, inkişaf etməsinə şərait yaradır. Odur ki, kollektiv üzvləri kollektivin mənafeyini həmişə üstün tutmalıdırlar.
Suallar və tapşırıqlar
-
Şagird kollektivi nəyə deyilir?
-
A.S.Makarenko kollektivin hansı inkişaf prinsiplərini müəyyən etmişdir?
-
Şəxsiyyət və kollektiv arasında münasibətlərin hansı inkişaf modelləri vardır? Onları şərh edin.
-
Şagird şəxsiyyətinə kollektivin təsiri nədən ibarətdir?
-
Kollektivin hansı mühüm istiqamətlərini tanıyırsınız?
-
Kollektivin zəruri xüsusiyyətləri hansılardır?
-
Kollektiv haqqında alimlərin fikirlərini söyləyin.
-
Şəxsiyyətin tərbiyəsində şagird kollektivinin rolu nədən ibarətdir?
-
Kollektivin şagird şəxsiyyətinin formalaşmasına təsiribarədə açıqlama verin.
-
Şagird kollektivinin əlamətləri haqqında nə deyə bilərsiniz?
-
Kollektivin mərhələlər üzrə formalaşması texnologiyasının şərhini verin.
-
Kollektivin istiqamətləri və əlamətləri barədə danışın.
-
Kollektivin təşkilinə dair müxtəlif baxışlar barədə nə bilirsiniz?
-
Kollektivin səciyyəvi xüsusiyyətlərini göstərin.
Ədəbiyyat
-
Abbasov A.N., Əlizadə N.Ə. Pedaqogika. Bakı, 2000.
-
Əlizadə H.Ə., Qasımova L.N., Əliyev B.H. Məktəbdə tərbiyə işinin metodilası. Bakı, 1990.
-
Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə işinin metodikası. Bakı, 2010.
-
Hüseynzadə R.L. Sinif saatı və onun təşkili metodikası. AMİ-nin “Elmi əsərləri”, 1999, № 7.
-
Hüseynzadə R.L., İsmayılova M.C. Tərbiyə işi və onun metodikası (Dərs vəsaiti). Bakı: ADPU, 2012.
XV fəsil
SİNİFDƏNXARİC VƏ MƏKTƏBDƏNKƏNAR
TƏRBİYƏ İŞİ
Əhatə olunan məsələlər:
15.1. Sinifdənхаric və məktəbdənkənаr tərbiyə işinin mahiyyəti, məqsədi və məzmunu.
15.2. Sinifdənхаric tərbiyə işinin fоrmаlаrı və təşkili prinsipləri.
15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri.
15.1. Sinifdənхаric və məktəbdənkənаr tərbiyə işinin mahiyyəti, məqsədi və məzmunu
Pedaqoji ədəbiyyatda “sinifdənxaric iş və “məktəbdənkənar iş” analışları tez-tez işlədilir. Bəziləri bu ifadələri fərqləndirməkdə çətinlik çəkir, əksər hallarda onları sinonim anlayışlar kimi başa düşürlər. Halbuki, aralarında müəyyən oxşar cəhətlərin olması ilə yanaşı, fərqli xüsusiyyətləri də vardır. Oxşar cəhət budur ki, hər iki halda tərbiyənin ya dərsə qədər, ya da dərsdən sonra (yəni təlim fəaliyyəti çərçivəsindən kənarda) həyata keçirilir. Hər ikisi məktəblilərlə aparılan ümumi tərbiyə işinin tərkib hissəsi və ya davamıdır.
Fərqli cəhətləri isə aşağıdakılardır:
Sinifdənxaric iş – məktəbin apardığı təlim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir. Bu işi dərsdən əvvəl (əgər dərslər ikinci növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növbədə keçilirsə) ya pedaqoji kollektivin üzvləri (məktəbin rəhbər işçiləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şagird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri təşkil edib həyata keçirirlər.
Sinifdənxaric iş prosesi şagirdlərin tədris materialları üzə- rində və onlar müəyyən fakt və hadisələri öyrənərkən əldə etdikləri bilik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oyna- yır. Belə ki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyom- larının, tərbiyələndirici tədbirlərin müstəqil təşkilinə xidmət edən qabaqcıl üsul və tərzlərin tətbiqi sinifdənxaric iş prosesində daha geniş təzahür imkanlarını tapır.
Bu yönümdə tərbiyələndirici sinifdənxaric tədbirlərə yanaş- ma aşağıdakı istiqamətlərlə həyata keçirilməlidir:
Sinifdənxaric tərbiyəvi tədbirlər üzərində iş apararkən bu prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır;
Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagird- lərin fakt və hadisələri müstəqil fəaliyyət süzgəcindən keçirib, məlum və məchulları təhlil etməsi, nəticələri özlərinin ümumiləş- dirməsi, tərbiyənin mənbələri üzərində müstəqil və fərdi qaydada iş aparılması zəminində qurulmalıdır;
Sinifdənxaric iş üzərində işləməyin yəqinliyini uşaqların özü müəyyənləşdirməli, bu zaman onların mühakimə və fakir ümumiləşdirmələrinin məntiqi ardıcıllığı və sistemliliyi təhlil olunma-lıdır.
Bütün bu proseslərdə şagird daxili əks-əlaqə imkanlarına yiyələnir, kütləvi-mədəni tədbirlərin ayrı-ayrı ünsürlərindən istifadə metodikasının elmi-idraki, intellektual-mənəvi meyarlar əsasında qurulmasına özünü səfərbər etməklə, müasir şəraitdə tərbiyəvi təd- birlər üzərində işləməyin tətbiqi haqqında metodik-nəzəri göstəriş- lərə əməl edir.
Məktəblilərin sinifdənxaric tədbirlərə cəlb olunması iki isti- qamətdə aparılır:
1) Şagirdlərin təlim xarakterli sinifdənxaric işlərə cəlb edil məsi;
2) Tərbiyələndirici səciyyə daşıyan sinifdənxaric fəaliyyətə təhrik olunması.
Müasir şəraitdə sinifdənxaric tədbirlərin təkmilləşdirilməsi istiqamətlərinin məzmununu, yəni forma və üsullarla müəyyənləşdirmək üçün xüsusən, əməyə hazırlıq, əqli, əxlaqi, fiziki, estetik, iqtisadi və ekoloji tərbiyə, habelə insan hüquqlarına hörmət əsasında hər bir məktəbli ilə bir neçə yönümdə iş aparılmalıdır.
İlkin olaraq, şagirdlərin tərbiyələndiricilik vəsilələrinin bila- vasitə dərsdə və dərsdənkənar vaxtda onların əməli fəaliyyətini vahid sistemdə birləşdirməyin daha təsirli yollarını aşkara çıxar- malı, hər bir müəllimin (tərbiyəçinin), məktəb rəhbərlərinin diqqət mərkəzində olmalıdır.
Məktəblilərin həmin amillər zəminində təlim və sinifdənxaric fəaliyyətinin, ictimai-faydalı və məhsuldar əməyinin onların milli-mənəvi dünyagörüşünün formalaşdırılmasına tabe etdirməyin forma və üsulları işlənib hazırlanmalıdır. Bunlar fənn müəllimlərinin, ibtidai siniflər üzrə qrup tərbiyəçilərinin və sinif rəhbərlərinin gündəlik əməli fəaliyyətinə çevrilməlidir.
Yeniyetmə şagirdlərin tərbiyə amilinin və sinifdənxaric təd- birlərin qarşılıqlı təsirlərinin ən real variantları seçilməli, yerli şərai- tə uyğun tətbiq olunmalıdır.
Məktəblilərin təlimini, tərbiyəsini və inkişafını vahid prosesdə həyata keçirmək işində dərsin, tərbiyə işlərinin, sinifdənxaric tədbirlərin üzvi surətdə əlaqələndirilməsi, bir-birini tamamlaması tələbinə işdə ciddi əməl edilməlidir.
Bütün bu deyilənlər sinifdənxaric işlərin tərbiyə və mahiyyətində, təkmilləşdirilməsi istiqamətində, müasir tərbiyə nəzəriyyəsində, məktəb təcrübəsində çox vacib məsələlərdəndir.
Məktəblilərlə aparılan sinifdənxaric iş formalarından aşağı- da qeyd edəcəyimiz amilin öz təsirliliyi daha da səmərəli meydana çıxır:
-
Bədii mətnlərin oxunması, kitab müzakirələrinin keçirilməsi, əxlaqi söhbətlərin təşkili yolu ilə;
-
Rollu oyunların (“Kosa-kosa”, “Gəldim, qaç”, “Qoduqodu” və s.) təşkili yolu ilə;
-
Oyun-səyahətlərin təşkili (məktəb turizmi, idman kompleksi, ətraf mühiti müşahidə əsasında) yolu ilə;
-
Bayram tədbirlərinin keçirilməsi (Novruz, Qurban, Ramazan, 26 İyun, 31 dekabr, 28 May) yolu ilə;
-
Müvafiq soyqırımı və matəm günlərinin qeyd olunması (20 yanvar - Şəhidlər gününün, 26 fevral Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların soyqırımı gününün və s.) yolu ilə;
-
Sinif və məktəb fəalları dəstəsinin işinin təşkili (nəzarət, rejim, kitabların təmiri, ictimai-faydalı əmək və s.) yolu ilə;
-
Müsabiqə və yarışların keçirilməsi yolu ilə;
-
Viktorina və gecələrin təşkili yolu ilə;
-
Əmək işlərinin yerinə yetirilməsi,əməyin insan həyatında yeri və s. müəyyənləşdirilməsi yolu ilə;
-
Kino, televiziya və radio verilişlərindən istifadə yolu ilə;
-
Ekskursiya və turizm işlərinin təşkili yolu ilə və s.
Bütün bu sadalanan sinifdənxaric tərbiyəvi tədbirlər şagird- lərə başlıca olaraq yurdsevərlik, milli özünüdərk, soykökünə bağ- lılıq, İslam dəyərləri və Şərq mədəniyyətini əxz etməyi, yüksək milli və bəşəri həqiqətləri aşılayır.
Habelə şagirdlərdə bacardıqları səviyyədə intellektual mənəvi fəzilətə rəğbəti, rəzalətə nifrəti, tərbiyədə aşkarlıq və demokratik meyli stimullaşdırır, həyatda, cəmiyyətdə, qarşılıqlı münasibətlərdə normal davranmağın əhəmiyyətini başa salır, istifadə edilən tərbiyə və təlimin harmonik vəhdətindən istifadə edilməsi həqiqətlərini anladır.
Sinifdənxaric iş öz müntəzəmliliyi və məzmunu, forma və çoxnövlülüyü ilə geniş imkanlar açır. Bu baxımdan uşaq şəxsiy- yətinin formalaşmasında tərbiyə işi başlıca yeri tutur. Tərbiyə işinin praktik həyata keçirilməsi həm təlim, həm də problemi ehtiva edən tərbiyəvi məzmunlu sinifdənxaric tədbirlər prosesində baş verir.
Hazırda kifayət qədər sinifdənxaric tərbiyəvi iş üsulları möv- cuddur. Son illər məktəb praktikasında belə tədbirlərin nizama sa- lınması üçün tərbiyəvi fəaliyyət növü kimi sinifdənxaric və mək- təbdənkənar iş formaları genişləndirilir.
Sinifdənxaric işlərin səmərəli təşkili üçün rəngarəng iş for- malarından, üsul və vasitələrdən istifadə olunur ki, bu da yetiş- məkdə olan cəmiyyətin tərəqqisinə xidmət edir.
Məktəbdənkənar tərbiyə işi isə dərsdən sonra, məktəblilərin məktəbdəki təlim-tərbiyə işlərindən sonra onların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən planlı, məqsədyönlü tədbirlərdir. Bu tədbirləri əsasən məktəbdənkənar təhsil müəssisələri təşkil edib keçirir. Məktəbdənkənar təhsil müəssisələri haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimati – metodik və statistik məktub”unda deyilir: “Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.
Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlə-rindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyən edir.
Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dərnək məşğələləri;
2.Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi;
3. Təlimati-metodiki işlər.
Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, yeniyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş aparılır...
Do'stlaringiz bilan baham: |