İqtisadi tərbiyənin vəzifələri bunlardır:
1. İqtisadi tərbiyə kiçik yaşlarından başlayaraq, uşaqlarda iqtisadi təfəkkürün sadə ünsürlərinin inkişafına zəmin yaratmalıdır;
2. Məktəbliləri iqtisadiyyatın, iqtisadi həyatın ən zəruri hadisələri ilə tanış etməli, onlarda iqtisadi təfəkkür və şüurun formalaşmasına kömək etməlidir;
3. Ailədə gəlirin və çıxarın hesaba alınmasını, il üçün ailə büdcəsinin planlaşdırılması və istifadəsini öyrətməli, xalq əmlakını qorumalı, əməklə manatın qədrini bilməlidirlər.
İqtisadi tərbiyənin ən mühüm yollarından biri dərsdir. Müxtəlif fənlərin tədrisi prosesində şagirdlər iqtisadiyyata dair anlayışları mənimsəyir, atalar sözlərini öyrənərkən xalqımızın qənaətçilliyə dair fikirləri ilə tanış olurlar. ”Kəlilə və Dimnə”də deyilirdi:
Dağdan hey götürüb desən ki, çoxdur,
Bir də görəcəksən dağ özü yoxdur.
Məktəblərdə həyata keçirilən sinifdənkənar işlər təlim prosesini tamamlayır, məktəblilərin təlim prosesində əldə etmədikləri iqtisadi bilikləri möhkəmləndirir, iqtisadi tərbiyəyə dair məlumatlarını zənginləşdirir.
Suallar və tapşırıqlar
-
Zehni tərbiyənin (intellekt tərbiyəsi) mahiyyəti nədən ibarətdir?
-
Zehni tərbiyənin metod və vasitələri ilə bağlı fikirlərinizi açıqlayın.
-
Əxlaq tərbiyəsinin vəzifələri nədən ibarətdir?
-
Mənəvi tərbiyənin vəzifələrinin şərhini verin.
-
Fiziki tərbiyənin yolları hansılardır?
-
Fiziki tərbiyənin vəzifələri nədən ibarətdir? Fiziki tərbiyənin vasitələrinə nələr daxildir?
-
Mütəfəkkirlərin sağlamlıq haqqında hansı fikirlərini söyləyə bilərsiniz?
-
Estetik tərbiyənin mahiyyəti nədən ibarətdir?
-
Estetik tərbiyənin vəzifələrinə nələr daxildir?
-
Estetik tərbiyə ilə bədii tərbiyənin müqayisəsini verin.
-
Estetik təlim və estetik tərbiyə haqqında danışın.
-
Gənc nəslin estetik tərbiyəsi hansı sahələrdə aparılır?
-
Əmək tərbiyəsinin mahiyyəti nədən ibarətdir?
-
Məktəbdə əmək tərbiyəsinin vəzifələrinə nələr daxildir?
-
Şagird əməyinin hansı növləri vardır?
-
Əmək tərbiyəsinin iş formalarına nələr daxildir?
-
Əmək tərbiyəsinə aid hansı atalar sözlərini deyə bilərsiniz?
-
Mütəfəkkirlərin əmək tərbiyəsi ilə bağlı fikirlərini şərh edin.
-
Əmək tərbiyəsinin yollarına nələr daxildir?
-
Əmək tərbiyəsinin mahiyyətini səciyyələndirin.
-
Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində sinifdənxaric və məktəbdənkənar işlərin rolu barədə danışın.
-
Məktəblilərin ekoloji tərbiyəsi mahiyyətini səciyyələndirin.
-
Məktəblilərin hüquq tərbiyəsi barədə danışın.
-
Məktəblilərin iqtisadi tərbiyəsinin mahiyyəti ilə bağlı fikirlərinizi açıqlayın.
Ədəbiyyat
-
Heydər Əliyev. Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunda nitq. “Azərbaycan” qəz. Bakı, 1996, 6 fevral.
2. Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.
3. Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə işinin təşkili. Bakı: ABU, Təhsil, 2006
4. Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010.
5. İlyasov M. İ. Məktəbdə peşəyönümü işinin sistemi. Bakı: Nurlan, 1997.
6. İlyasov M.İ. Şagirdlərin peşə seçməyə hazırlanması. Bakı: Elm, 2009 .
6. Cаbbаrоv S. Şаgirdlərin еkоlоji tərbiyəsi. // Аzərbаycаn məktəbi, 1989, №3.
7.Həmzəyеv Ə.А. Kiçikyаşlı uşаqlаrdа еkоlоji biliklərin аşılаnmаsınа dаir // İbtidаi məktəb və məktəbəqədər tərbiyə, 2008, №1.
8. Həmzəyеv Ə.А. Kiçikyаşlı uşаqlаrа еkоlоji biliklərin аşılаnmаsı mеtоdikаsı. // «İbtidаi məktəb və məktəbəqədər tərbiyə». Bаkı, 2006, №2.
9. Məsimоv N.M. Gənclərin еkоlоji tərbiyəsi. Bаkı: Bilik, 1989.
IX fəsil
TƏRBİYƏNİN METODLARI
Əhatə olunan məsələlər:
9.1. Tərbiyənin metodlarının xüsusiyyətləri və təsnifatı.
9.2. Şüuru formalaşdıran metodlar.
9.3. Fəaliyyəti təşkil edən və davranış təcrübəsini formalaşdıran metodlar.
9.4. Davranışı və fəaliyyəti stimullaşdıran metodlar.
9.1. Tərbiyənin metodlarının
xüsusiyyətləri və təsnifatı
“Metod” yunan sözüdür. Yol, üsul deməkdir.
Tərbiyə metodları dedikdə tərbiyə edənin və tərbiyə olunanın özünə, ətrafdakı insanlara və ətraf aləmə düzgün münasibət formalaşdırmaq məqsədilə qurulan qarşılıqlı fəaliyyətin təşkili modelidir. Deməli, metod qarşıya qoyulan məqsədlə sıx bağlı olub, təbiəti dərk edilən prosesdə meydana çıxır.
Tərbiyə metodunun düzgün seçilməsi və düzgün tətbiq edilməsi pedaqoji peşəkarlığın mühüm şərtidir.
Tərbiyə metodlarının xüsusiyyətləri aşağıdakılardır:
-
Tərbiyə metodları tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyət və münasibətidir.
-
Tərbiyə metodları müəllimlə şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır.
-
Tərbiyə metodları şagirdlərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsidir.
-
Tərbiyə metodları şəxsiyyətin xüsusiyyətlərinin forma-laşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir.
-
Tərbiyə metodları şagirdlərin (tələbələrin) məqsədyönlü fəaliyyətinin təşkil edilməsində, müəllim və uşaq kollektivinin fəa-liyyətində özünü əks etdirir.
-
Tərbiyə metodları qoyulmuş məqsədə nail olmaq üçün istifadə olunan üsul və vasitələrin sistemidir.
-
Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir.
-
Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hisslə-rinə və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyət-dir.
-
Tərbiyə metodları uşaqların məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin fəaliyyətinin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir.
-
Tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik.
-
Tərbiyə metodları tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
Tərbiyə metodlarının seçimini müəyyən edən səbəblər:
Tərbiyənin məqsədi və vəzifələri. Məqsəd metodları müəyyən edir. Məqsəd necədirsə, ona çatmaq metodları da elə olmalıdır.
-
Tərbiyənin məzmunu. Metodları məzmunca deyil, konkret məna ilə düzgün əlaqələndirmək olduqca vacibdir.
-
Şagirdlərin yaş xüsusiyyətləri. Eyni bir məsələ şagirdlərin yaşından asılı olaraq müxtəlif metodlarla həll olunur. Yaşın arxasında sosial təcrübə, psixoloji və əxlaqi keyfiyyətlərin inkişaf səviyyəsi durur.
-
Kollektivin formalaşma səviyyəsi. Kollektivin idarə olunmasında çeviklik müəllim və şagirdlərin əməkdaşlığının zəruri şərtidir.
-
Şagirdlərin fərdi və şəxsiyyət xüsusiyyətləri. Humanist müəllim elə metodlar tətbiq etməyə çalışmalıdır ki, onlar hər bir şəxsiyyətə öz qabiliyyətini inkişaf etdirməyə, öz fəaliyyətini, öz “mən”ini realladırmağa imkan versin.
-
Tərbiyə şəraiti. Tərbiyənin baş verdiyi vəziyyət pedaqoji situasiya adlanır. Buraya maddi, psixofizioloji şəraitdən başqa, sinifdə yaranan münasibətlər də daxildir.
-
Tərbiyə vasitələri. Tərbiyə metodları vasitələrlə qar- şılıqlı əlaqədədir və onlarla birlikdə tətbiq edilir, əyani vasitələr, təsviri incəsənət və musiqi əsərləri, kütləvi informasiya vasitələri metodların səmərəli tətbiqi üçün mühüm əhəmiyyətə malikdir.
-
Pedaqoji (psixoloji) kvalifikasiya (ixtisas) səviyyəsi. Bir çox metodlar mürəkkəb olduğundan tərbiyəçi ancaq bildiyi metodlardan istifadə edir.
-
Tərbiyə üçün vaxt. Vaxt amili tərbiyənin layihələşdirilməsi metodların seçilməsi zamanı olduqca vacibdir.
-
Gözlənilən nəticələr. Metodu seçən zaman uğur qazanılacağına inam olmalıdır. Ona görə də metodun tətbiqinin nə kimi nəticələr verəcəyini qabaqcadan görmək lazımdır.
Pedaqogika elmində metodların təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər.
Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüurun, iradə və adətlərin, habelə hisslərin məhsuludur.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və saxtanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metodları gərəkdir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu normalara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma metodları gərəkdir.
Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür.
Tərbiyə işində insanın hissi aləmi, duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm-eqoizm, həzz-ikrah hissləri insanın davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir.
Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:
1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.
9.2. Şüuru formalaşdıran metodlar
Şüuru formalaşdırma metodları düzgün tərbiyə tələblərinin nədən ibarət olmasını izah etmək və onların icrasının zərurliyinə tərbiyə olunanları inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələrə deyilir. İnsanın möhkəm əqidəyə müxtəlif şəraitdə yiyələnirlər. Məktəbdə bu iş təlim, həmçinin sinifdənxaric və məktəbdənkənar tədbirlər prosesində aparılır. Təlim prosesində bu iş müxtəlif fənlərin tədrisi zamanı həyata keçirilir. Sinifdənxaric və məktəbdənkanar tədbirlər prosesində isə şüurun formalaşdırılması prosesi – yəni inandırma əxlaqi söhbətlər, fərdi söhbətlər, tərbiyə məsələlərinə dair məruzə və mühazirələr, disputlar və bədii əsərlərin müzakirəsi, öyüd və nəsihətlər, nümunələr və s. vasitəsilə həyata keçirilir.
-
İzah etmə öyrənilən obyektin ayrıca anlayış və hadisələrin qanunauyğunluqlarının sözlə şərh edilməsidir. Bu metoddan istifadə problemə dair misallar gətirməyi və məntiqiliyi tələb edir.
-
Tərbiyəvi söhbətlər metodunun mahiyyəti ondan ibarətdir ki, tərbiyəçi (müəllim, sinif rəhbəri, şagird özünüdarə təşkilatlarının rəhbərləri və i.a) tərbiyə ilə bağlı hər hansı bir məsələni canlı söhbət formasında şərh edir, uşağa həmin məsələyə aid konkret suallar verir, onun fikirlərini aşkara çıxarır, lazım gəldikdə müvafiq dəqiqləşdirmələr aparılır
-
Aydınlaşdırma emosional formada təsir metodu olub, qrupa və ya ayrıca şəxsə yönəldilir. Bu metodun tətbiqi sinfin və kollektivin üzvlərinin şəxsiyyət keyfiyyətlərini bilməyə əsaslanır. Məktəb təcrübəsində aydınlaşdırma təlqinə yaxındır.
-
Təlqin hiss edilmədən insanın daxilə aləminə, psixikasına qüvvətli təsir etmək, inam yaratmaqdır. Təlqin qüvvətli inandırma metodudur. Təlqin digər tərbiyə metodlarının təsirini gücləndirmək üçün istifadə olunur.
-
Bədii əsərlərin müzakirəsi Uşаqlаrın mənəviyyаtınа – zеhnini və hissi аləminə təsir göstərməkdə, dаvrаnış nоrmаlаrını оnlаrа bаşа sаlmаqdа, inаm və əqidə yаrаtmаq işində qüdrətli tərbiyə üsullаrındаn biri də bədii əsərlərin müzаkirəsidir.
-
Mühazirə bu və ya digər mövzu üzrə dinləyicilərdə nisbi də olsa, düzgün anlayış formalaşdırmaq üçün planlılığı, ardıcıllığı, elmiliyi ilə səciyyələnən mütəşəkkil şərhdir. Bu metod tərbiyə vasitəsi olub, gənclərdə sosial fəallıq, müstəqillik kimi keyfiyyətləri formalaşdırmaqla yanaşı, onları şüurlu intizam, kollektivçilik ruhunda tərbiyə edir.
Bu metod üçün səciyyəvi cəhət budur ki, o, hər hansı bir mövzu üzrə dinləyicilərdə tam anlayış yaradılmasına yönəlir. Mühazirə elmiliyi, dərinliyi, ardıcıllığı, sistemliliyi ilə fərqlənir. Bu səbəbdən də o, müvafiq mənəvi dəyərlərin şüurlu başa düşülməsinə münasib imkan yaradır. Bu metod ciddi hazırlıq tələb edir. Dinlə-yi-cilərin də mühazirə mövzularına hazırlaşmaları vacib sayılır. Mühazirə yuxarı siniflərdə keçirilir.
-
Etik və estetik söhbət (müsahibə) biliklərin sistematik və ardıcıl müzakirəsidir. Bu metodun predmetini daha çox əxlaqi və estetik problemlər təşkil edir. Belə söhbətlərin məqsədi bilikləri ümumiləşdirmək və estetik əqidələr sistemi formalaşdırmaqdır. Planlı söhbətlər qabaqcadan nəzərdə tutulur, onları aparmaq üçün hazırlıq görülür. Plansız söhbətlər kortəbii şəkildə meydana gəlir. Planlı etik və estetik söhbətlərin mövzuları tərbiyə prosesinin ümumi məzmununu, şagirdlərin tərbiyəlilik səviyyəsini və yaşını nəzərə almaqla müəyyən olunur. Söhbət üçün ədəbiyyat tövsiyə edilir, həyatdan faktlar, nümunələr seçilir.
Aparıcı giriş sözü söyləyir, sonra iştirakçıların qarşısında suallar qoyur, onların fəallığını stimullaşdırır. Burada müxtəlif fikirlər dinlənilir, çıxışlara qiymət verilir, əlavələr edilir, düzəlişlər aparılır. Sonda isə fikirlər ümumiləşdirilir və söhbət yekunlaşdırılır.
Etik və estetik söhbətlərin səmərəsi bir sıra mühüm şərt-lərdən asılıdır:
Söhbətin problem xarakterində olması, orada ideyaların, fikirlərin mübarizəsi vacibdir.
Müəllim şagirdlərin qeyri-standart suallarını stimullaşdırmalı, onlara həmin suallara cavab tapmaqda kömək etməlidir;
Şagirdlərə sərbəst şəkildə öz fikirlərini söyləmək imkanı verilməlidir;
Söhbət üçün material şagirdlərin emosional təcrübəsinə yaxın olmalıdır. Real təcrübəyə əsaslanan mücərrəd mövzulara dair söhbətlər uğurlu qurula bilər;
Söhbət zamanı açıq ifadə olunan fikirlər və onlarla bağlı yaranan şübhələr müəllimə söhbəti istiqamətləndirməyə kömək edir ki, şagirdlər müzakirə olunacaq məsələnin mahiyyətini başa düşsünlər;
Söhbətin gedişində bütün nöqteyi-nəzərləri üzə çıxarmaq və tutuşdurmaq olduqca vacibdir. Bu obyektivlik, ədalətlilik, ünsiyyət mədəniyyəti cəhətdən xüsusi əhəmiyyət kəsb edir;
-
Öyüd-nəsihət xahiş, rica, aydınlaşdırma və təlqinlə əlaqələndirilir. Öyüd-nəsihətin səmərəsi müəllimin nüfuzundan, onun şəxsi keyfiyyətlərindən, müraciət formasından və s.-dən asılıdır. Tərbiyə metodu kimi nəsihətdən müəllimlərimiz, valideynlərimiz tez-tez istifadə edir. Səbəbi odur ki, nəsihət bilavasitə gənc nəslin şüuruna ünvanlanır.
Nəsihət bir şəxsə, bir qrup adama, hətta bütöv bir xalqa da aid ola bilər. Nəsihətə qulaq asanlar da, ona əməl edənlər də, nəsihətə biganə qalanlar da tapılır. Birincilər həyatda düzgün yol seçə bilir, ikincilər isə bir çox çətinliklərdən keçməli olurlar. Qoca Şərqin böyük şairi Sədi gözəl deyib:
“Yazıq o şəxsə ki, sevmir nəsihət
Nəsihət sevənlər qazanar sərvət”.
Nəsihətin əhəmiyyəti atalar sözlərində, habelə hikmətli sözlərdə müxtəlif formalarda dönə-dönə xatırlanır. Məsələn; “Nəsihət acı olar, meyvəsi şirin”, “Məsləhətli don gen olar”...
Deməli, nəsihət geniş həyat təcrübəsinə malik olan şəxsin başqasına həyatda səhvə yol verməməsi, düzgün istiqamət götür- məsi üçün verdiyi tövsiyədir.
-
Təlimat tərbiyəvi metod olub, uşağın tapşırıqların icrasına necə yanaşmasını, ona necə münasibət göstərməsini aşkar edir.
-
Disput latın sözü olub, mühakimə yürütmək, mübahisə etmək deməkdir. Disput müxtəlif mövzular üzrə canlı, sağlam mübahisələrdir. Burada mühakiməər toqquşur, müxtəlif fikirlər tutuşdurulur. Məktəblərdə təşkil edilən müxtəlif məzmunlu disputlar şagirdlərin elmi dünyaqgörüşünün zənginləşməsinə, mənəvi keyfiyyətlərinin formalaşmasına və zənginləşməsinə şərait yaradır. Disputlar tədris və tərbiyə işləri ilə uyğunlaşdırılmalıdır. Bu tədbirlər gənc nəsildə təşəbbüskarlıq vərdişlərinin, ictimai fəallığın, milli ləyaqətin, Vətənə məhəbbətin, düzlüyün, doğruçuluğun və s. keyfiyyətlərin tərbiyəsinə təkan verməli, əxlaqi keyfiyyətlərin, mənəvi davranışın həqiqiliyinə inam yaratmalı, əqidə formalaşdırmalıdır.
Disputlar şagirdləri düşündürməklə, fəallaşdırmaqla yanaşı, həm də onları ölkəmizin tarixi ilə tanış edir, Vətən uğrunda mübarizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahi-sələr aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kateqoriyalar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar yuxarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisələrin gerçəkliyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi ideyalara yiyələnməyə inkan verir.
Disput iştirakçıların qabaqcadan bildiyi hər hansı mövzu üzrə fikir birliyi yaratmaq məqsədi ilə müəyyənləşdirilmiş vaxtda mütəşəkkil keçirilən fikir mübadiləsidir. Bu metod mürəkkəb olub, müəllimdən yüksək peşəkarlıq tələb edir. Müəllim şagirdlərə fikirlərini toplamağa, cəmləşdirməyə, öz mövqeyini əsaslandırmağa kömək etməlidir. Deməli, disput müstəqil tədbir kimi təşkil edilib keçirilə də bilər, hər hansı məşğələlərin tərkibində bir metod kimi tətbiq edilə də bilər. Metod kimi disputun tətbiq sahəsi çoxdur: ondan şagirdlər və tələbələr, habelə valideynlər arasında da istifadə edilir. Bu səbəbdən də disputun mövzusu müxtəlif ola bilər. Disputun səmərəsi ona hazırlığın səviyyəsindən asılı olur. Disputun mövzusu, keçirilmə vaxtı, müzakirəyə qoyulacaq məsələ və ya sual, habelə müvafiq mənbələr barədə iştirakçılara xeyli əvvəl məlumat verilir. Disputun belə mövzuları ola bilər : “Bilikli adam kimə deyilir”, “Gözəlliyi necə başa düşürsən”, “Gözəllik ondur, doqquzu dondur” - atalar sözünün mahiyyəti nədən ibarərdir”, “Gənclərin mənəvi tərbiyəsi üçün nə etmək lazımdır”, ”Vətənpərvər insan necə olmalıdır”, “Milli-mənəvi dəyərlərimiz” və s.
Disput mövzularının təsnifatı və məzmun istiqamətlərini aşağıdakı kimi qruplaşdıra bilərik: 1) Əxlaqi-etik mövzulara - milli ləyaqət, milli mənlik şüuru, dostluq – yoldaşlıq, düzlük və doğruçuluq, vicdan, borc və məsuliyyət hissi daxildir; 2) ideya-siyasi mövzularda keçirilən disputlar şagirdlərə yüksək ideyalııq, siyasi yetkinlik aşılamaqda, mənəvi tələbatın inkişafı qayğısına qalmaqda böyük rol oynayır; 3) vətənpərvərlik mövzusu şagirdləri Vətən uğrunda mübarizəyə ruhlandırır, Vətən torpağının düşmənlərinə qarşı barışmazlıq ruhunda tərbiyə edir, onlarda milli mənlik şüurunu inkişaf etdirir; 4) estetik mövzular şagirdlərə cəmiyyət və ictimai münasibətlərdəki gözəlliyi duymaq, qavramaq və mənimsəməkdə kömək edir, onlarda bədii yaradıcılıq qabiliyyətlərini, ətraf aləmə, əməyə, davranışa gözəllik meylini formalaşdırır; 5) ədəbi-bədii mövzularda keçirilən disputlar gənclərə öz tarixi köklərinə, qədim adət və ənənələrə bələd olmaqda, gələcəkdə öz yerlərini düzgün müəyyən etməkdə, Vətən sevgisi, böyüyə hörmət, xeyirxahlıq, millətə bağlılıq, dosta sədaqət və s. keyfiyyətlərə yiyələnməkdə kömək edir.
Disputların keçirilməsində üç mərhələ vardır: 1) Disputa hazırlıq mərhələsi. Bu mərhələdə disputun mövzusu, maqsəd və vəzifələri, planı, ssenarisi, vaxtı, yeri, çıxış edənlər, dəvət olunan şəxslər müəyyənləşdirilir; 2) Disputun keçirilməsi mərhələsində artıq burada “Giriş sözü”, “Çıxış edənlərin və iştirakçıların sözü ”, “Son söz” ardıcıllığı ilə keçirilməlidir; 3) Disputun yekun mərhələsində fikirlər ümumiləşdirilir, düzgün nəticələr çıxarılır, düzgün mövqe bildirilir .
Məruzə səmərəli tərbiyə üsullarından biri olub, gəncləri məruzə ətrafında öz tənqidi qeydlərini deməyə istiqamətləndirir. Məruzə ardıcıllığı, sistemliliyi və əhatəliliyi ilə şərtlənir. Məruzələri bir çox hallarda tərbiyə olunanların özünə də tapşırmaq olar. Bu zaman müəllim və tərbiyəçi ona rəhbərlik etməlidir. Məruzə və mühazirədən sonra aydın olmayan məsələlər barədə suallar verilməsinə imkan yaratmaq lazımdır. Bəzən tərbiyəçinin izahatına, ümumləşdirici çıxışına ehtiyac da yarana bilər. Məruzəçidən yüksək şüurluluq, savadlılıq, pedaqoji mərifət, pedaqoji takt tələb edilir.
-
Nümunə Vaxtilə qədim yunan filosofu Seneka deyirdi ki, öyüd və nəsihətlərin yolu uzun, nümunələrin yolu isə qısadır. K.D. Uşinski isə göstərirdi ki, şəxsiyyət tərbiyəsi üçün şəxsiyyətə şəxsiyyətlə təsir göstərmək olar. Fransız psixoloqu Anri Vallon yazırdı: “Müsbət nümunə götürmək və onu təqlid etmək insanı fəaliyyətə təhrik edir”.
Böyük çex pedaqoqu Y.A.Komenski isə təsdiq edirdi ki, “Uşaqlar dərk etməzdən əvvəl nümunəni götürürlər”.
İnsanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində özünə nümunə tapmaq istəyir, yəni kimdənsə örnək almaq istəyir. Gözəl tərbiyə nümunələri insanın mükəmməl tərbiyə almasına əlverişli şərait yaradır.
Psixoloqlar və sosioloqlar insan həyatında nümunənin əhəmiyyəti mövzusunu çox araşdırmışlar. Onlardan biri də tanınmış qərb psixoloqu Qabriel Tarddır.
Onun nəzərincə, insanı ictimailəşdirən, onu mədəniyyətlərə diqqətli edən əsas amil nümunələr, təqlidlərdir. Əgər müsbət nümunələr olmasaydı insanın danışıq dili, yazı xətti də olmazdı. Yaxşı nümunələrdən istifadə etməyən və ya ondan imtina edən insan yazıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməz.
İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrübələrindən faydalanmalı, onlardan nümunə götürməli, öz ictimai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün onlara əsaslanmalıdır. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil nümunə götürməkdir. Atalarımız nahaq yerə deməmişlər ki, “Dünya gör-götür dünyasıdır”.
Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən faydalanmasaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz problemlərlə üzləşərdik. Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?! Bəşəriyyət yaxşı örnəklərdən imtina etsəydi, hazırkı təkamüldən məhrum olardı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas amili müsbət nümunələrdən faydalanmaqdır.
Əlbəttə ki, bütün sahələrdə kor-koranə nümunəyə üz tutmaq ifratçılıqdır. Amma, düşünmək olmaz da ki, insanın formalaşmasında yeganə yol nümunədir.
Tərbiyə prosesində hansı nümunələrdən istifadə olunur:
1. İlk növbədə görkəmli şəxsiyyətlərin, alimlərin, incəsənət adamlarının, yazıçı və şairlərin, ictimai və dövlət xadimlərinin həyatından nümunələr
2. Kiçik məktəblilərin idealı konkret şəxslərdir. Böyük məktəb yaşlı uşaqların idealı isə ümumiləşmiş obrazlar, ideallardır. Buna görə də ədəbi obrazların, kinofilm film süjetlərindəki obrazlar nümunəsində tərbiyə mühüm yer tutur.
3. Sadə insanların, məktəblilərin, yoldaşların müsbət nümunələri, müsbət davranışları məktəblilər üçün bir tərbiyəvi örnək mənbəyidir.
4. Müəllim və ya tərbiyənin şəxsi nümunəsi qüvvətli tərbiyə mənbəyi və təsirli tərbiyə metodudur. Müəllimin sözü, hərəkət və davranışı ən qüvvətli tərbiyə vasitəsidir. Məktəbli üçün müəllim, xüsusilə sinif müəllimi onun üçün idealdır.
5. Valideynin şəxsi nümunəsi qüvvətli təsiredici tərbiyə vasitəsidir. Nəinki valideyn nümunəsi ailənin bütün üzvləri bir-birindən nümunə götürərək tərbiyələnir və inkişaf edirlər. Böyük pedaqoq A.S.Makarenko deyirdi ki, uşaqları hər şey tərbiyə edir: insanlar, əşyalar, hadisələr. Amma insanlar daha qüvvətli tərbiyəedici təsirə malikdirlər ki, bu sahədə valideynlər birinci yerdədirlər. Onlar hər gün uşaqlarla ünsiyyət və münasibətdə olarkən onların mənəvi aləminə qüvvətli təsir göstərirlər. Valideyn nümunəsi uşaqların gələcək ailə həyatında, onların xarakterlərinin formalaşmasında mühüm təsir qüvvəsinə malikdirlər.
Nümunələr əsasında tərbiyədə nüfuzlu, hörmətli şəxsin nümunəsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Hörmət və nüfuz nə qədər böyükdürsə tərbiyəvi təsir də bir o qədər yüksək olacaqdır. Buna görə də nümunə tərbiyəsində valideynlərin və müəllimlərin nüfuzu, hörmət və şərəfi əsas yer tutmalıdır. Ona görə A.S.Makarenko dəfələrlə deyirdi ki, nüfuz olmadan heç bir tərbiyəvi təsir mümkün deyildir. Tərbiyəçi və valideynin nüfuzu tərbiyədə əsas şərtdir.
Böyüklər hər bir hərəkətində, davranışında, rəftarında uşaqlara nümunə olmalıdırlar. Əgər böyüklər uşaqlarda düzlük və doğruluq tərbiyə etmək istəyirlərsə bunu ilk növbədə özləri öz əməlində nümunə göstərməlidirlər. Səliqəli geyinməyən bir valideyn və ya bir tərbiyəçi uşaqdan səliqəli geyinməyi tələb edə bilməz.
Nümunə tərbiyəsində böyüklərin uşaqlara vahid tələbkarlıqla yanaşmasının böyük əhəmiyyəti vardır. Tərbiyənin mühüm prinsiplərindən biri “Tələblərdə vahidlik” prinsipidir. Uşaqlar bəzən pis nümunələrlə də qarşılaşırlar. Bu nümunələri onlar həyatda, küçədə, kinofilmlərdə və s. görə bilirlər. Onları bunlardan ayırmaq və ya qadağan etmək mümkün deyildir. Cəmiyyətimizdə pislərlə yaxşılar bir yerdədir. Ona görə də uşaqlarda rast gəlinən pis nümunələrə qarşı etiraz hissi yaradılmalı, onlar pis nümunələri görsələr də onu etməməlidirlər. Artıq yaxşı nümunələr əsasında tərbiyə görmüş məktəbli pis nümunə gördükdə onun ardınca getməz ona öz etirazını bildirər.
Do'stlaringiz bilan baham: |