Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli


Peşəyönümü işinin metodları aşağıdakı kimi təsnif edil­mişdir



Download 3,96 Mb.
bet21/39
Sana27.06.2017
Hajmi3,96 Mb.
#16812
TuriDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

Peşəyönümü işinin metodları aşağıdakı kimi təsnif edil­mişdir:

1) Peşələr haqqında söhbətlər; 2) Şəxsi sənəd və materialların öyrənilməsi, müəllimin, ailə üzvlərinin və tanışların rəyi və xarak­te­ris­tikası; 3) fərdin imkanlarının, meyl və maraqlarının aşkarlanması üçün musahibə və intervülərin aparılması; 4) maraq və meyli müəy­yənləşdirmək üçün anketləşdirmə; 5) peşə yararlığını, meyllərini və qabiliyyətlərini müəyyənləşdirmək üçün testləşdirmə; 6) peşə məs­lə­həti və peşəseçmə üçün tibbi müayinələrin aparılması.

Peşəyönümü cəmiyyətin sosial inkişafı ilə dəyişilən və daim inkişafda olan bir prosesdir. Cəmiyyət inkişaf etdikcə, bu problem də inkişaf edir, genişlənir, yeni mahiyyət və məzmun kəsb edir. Bu da özünü hər şeydən əvvəl cəmiyyətdə tərbiyənin məqsəd və məz­mununun yeniləşməsində, sosial-iqtisadi inkişafın dinamikasında və elmi-texniki tərəqqinin məktəbin bütün sahələrinə getdikcə daha çox nüfuz etməsində göstərir. Bu baxımdan məktəbdə peşəyönümü işinin sisteminin təkmilləşdirilməsi onun məzmun, forma və metodlarının cəmiyyətimizin indiki tələbləri səviyyəsində təşkilində və respubilkamızın təhsil islahatının tələblərinə müvafiq qurul­ma­sı­na həmişə diqqət yetirilməlidir.
8.5. Estetik tərbiyə
"Estetika" yunanca "estezis" sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyat­dakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.

Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövq­lər yaradır, gözəlliyi görmə, qavrama, dərk edərək qiymət­lən­dir­mə bacarığı formalaşdırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir.

Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir.

Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də əxlaq, əqli, fiziki, əmək, hüquq və s. kimi keyfiyyətlərlə qarşılıqlı əlaqə­dədir.

Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. Estetik tərbiyə zehni tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir.

Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxah­lıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır.



Estetik tərbiyə prosesində öncə insanda estetik şüur yara­dılmalı, sonra estetik hisslər inkişaf etdirilməli və daha sonra estetik davranışa nail olmaq lazımdır.

Estetika – gözəllik haqqında elmdir. Gözəllik hissi insan qəl­bini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu mənada "Dünyanı gözəllik xilas edəcək" fikrinə haqq qazandırmaq olar. Dahi şairimiz Hüseyn Cavid deyirdi: “Mənim tanrım gözəl­lik­dir, sevgidir”.

Gözəlliyin başlıca mənbələrini təbiət, cəmiyyət, ədəbiyyat, incəsənət və insan gözəlliyi təşkil edir. İnsanın gözəlliyi zahiri və daxili gözəlliyin vəhdətidir.

Estetik tərbiyə məktəblilərin həyata estetik münasibətlərini, bədii zövqünü, gözəlliyi duyma, qavrama bacarıq və qabiliy­yət­lərini, hisslərini inkişaf etdirir və formalaşdırır.

Estetik tərbiyə geniş anlayış olub, bədii tərbiyəni də əhatə edir. Bədii tərbiyə incəsənət əsərləri vasitəsilə həyata keçirilən estetik tərbiyə prosesidir.

Estetik tərbiyənin sisteminə ailədə və uşaq bağçasında estetik tərbiyə, məktəbdə təlim prosesində və sinifdənxaric tədbirlərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, habelə uşaq həyatının təşkilində, insan münasibətlərində estetik tərbiyə işləri daxildir.

Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk məktəbi, ana laylası uşaqların ilk nəğməsidir. Ailədəki səliqə-sahman, təmizlik, uşaq oyuncaqları, ev avadanlığı və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahnı və şeirlər, danışdıqları nağıllar, təbiət gəzintiləri - bütün bunlar kiçik yaşlarda uşaq zövqünü formalaşdırır.

Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Uşaqlarla estetik məzmunlu məşğələlər - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik oyunlar keçirilir, bay­ram və əyləncələr yüksək estetik formada təşkil edilir.



Estetik tərbiyənin vəzifələri: Estetik tərbiyənin başlıca və­zi­fə­ləri şagirdlərin estetik anlayışlarını, estetik mühakimələ­rini, es­te­tik zövq və baxışlarını, bədii təxəyyülünü, gözəlliyi duymaq, qav­ra­maq qabiliyyətlərini formalaşdırmaq və inkişaf etdirməkdir. Estetik mədəniyyətə yiyələnmək tərbiyəliliyin meyarlarından biri, insanın mədəni səviyyəsinin göstəricilərindən biridir. Estetik tərbiyə nəti­cə­sin­də yaranan estetik mədəniyyət mənəvi mədəniyyətin tərkib his­sə­si kimi əməkdə, incəsənətdə, davranışda gözəlliyi, xeyirxah­lığı, yax­şılığı duymağı, qiymətləndirməyi və fərqləndirməyi nəzərdə tutur.

Uşaqlara ictimai həyatda, incəsənətdə gözəlliyi duymağı və hiss etməyi öyrətmək, uşağın qarşısında təbiət və cəmiyyətdəki gözəllikləri açmaq uşaqların estetik qabiliyyətini inkişaf etdirmək vacib vəzifələrdəndir.

Estetik tərbiyənin mühüm bir vasitəsi təbiət gözəllikləridir. Təbiət gözəlliklər mənbəyidir. O, estetik hisslərin, təxəyyülün inki­şa­fına zəngin material verir. Təbiət gözəlliklərini uşaqlara sev­dirmək və onlardan zövq almağı öyrətmək lazımdır. Görkəmli şair Hüseyn Arif təbiət gözəlliklərini gözəl misralarla belə vəsf etmişdir:

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.
Nə kaman götürək nə tar nə qaval,

Orda nəğmə də var, nəğməkar da var,

Yarıb buludları dinəndə qartal

O səsə bərabər bir səs harda var.

Təbiət gözəllikləri insanın ağlını və qəlbini zənginləşdirir, onda yüksək estetik və mənəvi hisslər - vətənpərvərlik, xeyirxahlıq, həssaslıq, doğma torpağa məhəbbət, iftixar hissləri oyadır. Bütün bun­lar isə təbiətə, ətraf mühitə, insanlara estetik münasibətin forma­laş­masına kömək edir.

Təbiətin füsunkar gözəlliklərini şagirdlərə anladılması üçün hər gülə-çiçəyə, ağaca, quşa, küləyə, buluda, yağışa, qara mənsub əlamətləri başa salmaq lazımdır. Görkəmli İsveçrə peadqoqu İ.H. Pestalotsi oğlunun tərbiyəsi haqda yazdığı gündəliyində təbiətin əvəzsiz gözəlliyindən və onun əvəzsiz tərbiyəçi olduğundan bəhs edərək yazırdı: “Təbiətin azad auditoriyasında oğlunun əlindən tutub gəzdirəcəkəsn, onu dağlarda, vadilərdə öyrəcəkəsn. Təbiətin bu azad auditioriyasında onu sənətlə necə tanış edəcəyinə diqqət yetirəcək, dil və yerölçmək çətinlikləri onun üçün azadlıqla əvəz olunacaqdır. Lakin, bu azadlıq saatlarında təbiət səndən daha yaxşı müəllim olacaq... Quşlar füsunkarlıqla civildəyəndə qurdlar yarpa­ğın üstündə xışıltı ilə sürünəndə sus, danışma, dayan, dur! Bil ki, təbiət ən gözəl tərbiyəçilərimizdir”.

Estetik tərbiyənin mühüm bir istiqaməti məişətdə, geyim və mü­nasibətdə gözəllik ruhunda şagirdləri tərbiyə etməkdir. Böyüyən nəsil məktəbdə, ailədə, şəxsi həyatda gözəllik qanunları ilə yaşa­ma­ğa, hər yerdə estetik mühit yaratmağa çalışmalıdırlar: gözəl danış-malı, gözəl geyinməli, gözəl yeriməli, gözəl davranmalıdırlar. Necə ki A.Çexov deyirdi ki, insanda hər şey gözəl olmalıdır. Fikir də, geyim də, sifət də, davranış da və s.

Kütləvi tədbirlər sırasında teatr-kino tamaşalarına kollektiv gedişlər, əyləncəli gecələrin keçirilməsi, albom, stendlərinin tərtibi və s. də estetik tərbiyə baxımından əhəmiyyətlidir.

Məktəbin özü bütövlükdə estetik baxımdan gözəl, səliqəli və təmiz olmalıdır. Uşaqlar məktəbin həm daxili və həm də xarici gözəlliyindən zövq alamlı, onu qorumalıdırlar.Y.A. Komenski haqlı olaraq deyirdi ki, məktəb həm içəridən, həm də bayırdan gözləri cəlb edəcək xoş bir yer olmalıdır.

Bütün bu işlərdə müəllimlərin, valideynlərin, böyüklərin nü­mu­nəsi, emosional, estetik mədəniyyəti, gözəl, nəzakətli davranışı böyük rol oynayır. Tərbiyəçinin daxili gözəlliyi, uşaqlarla ədalətli münasibəti, həssaslığı, pedaqoji məharəti, hər işdə ölçü hissini gözləməsi, düzlüyü, doğruçuluğu, mədəniliyi münasibət və davranış estetikasının çox təsirli vasitələridir.

Estetik tərbiyənin bir çox vasitələri mövcuddur. Bunların içə­ri­sində: a) insanların təbiətlə əlaqəsi; b) ictimai-sosial həyat; v) əmək fəaliyyəti mühüm yer tutur. İnsanların gözəlliklə, təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vur­ğun­luq əmələ gəlir. Bu işdə təbiətə ekskursiyalar, yaşıllaşdırma işin­də iştirak etmək və s. əhəmiyyətli yer tutur.

Təbiət, onun gözəlliyi özü uşaq və yeniyetmələri gözəlliyi sev­dirir. Estetik tərbiyənin ikinci vasitəsi insanların sosial həyatıdır. Abadlaş­dırılmış şəhər və kəndlər, onların gündən-günə gözəlləş­diril­­məsi, yaraşıqlı binalar tikilməsi və istirahət guşələrinin salın­ma­sı insanlar arasında gözəl, mehriban ünsiyyət yaradır, onları həyatı daha da gözəlləşdirməyə ruhlandırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə sövq edir. Estetik tərbiyənin vasitələri içərisində əmək mühüm yer tutur. İnsan öz əməyinin nəticəsindən, cəmiyyətə verdiyi xeyrdən zövq alır. Estetik tərbiyə metodlarına:

a) estetik bilgilərin verilməsində istifadə edilən təlim me­todları;

b) estetik zövq və estetik baxışların tərbiyə edilməsində isti­fa­də edilən tərbiyə metodları;

c) estetik yaradıcılığın özünə məxsus olan spesifik metodlar daxildir.

Birinci qrupa şifahi şərh, müsahibə, illustrasiya və demon­stra­si­ya, izah və s.; ikinci qrupa söhbət, müzakirə, disput, ədəbi-bədii gecələr və s.; üçüncü qrupa isə estetik fəaliyyətin təşkili metodikası daxildir. Məsələn, rəssam olmaq istəyirsə şəkil çəkmə qaydaları, naturanı görə bilmək, fırçadan, qələmdən və s. istifadə öyrədilir. Rəqqasəyə rəqs elementləri, musiqiyə uyğun hərəkət etmək qaydası öyrədilir. Ümumiyyətlə estetik təlim və tərbiyə, əsasən iki formada təlim və dərsdənkənar proseslərdə həyata keçirilir, mədəniyyət və incəsənət müəssisələrində də estetik tərbiyə tədbirlərinə geniş yer verilir.

Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyədə də baza kimi təlim prosesi götürülür.

Məktəblərdə tədris edilən dərslərin, demək olar ki, hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə bilavasitə estetik tərbiyə və təliminə (musiqi, rəsm, nəğmə və s.) xidmət edir

Ayrı-ayrı fənlərin tədrisində estetik tərbiyə imkanlarından geniş istifadə etmək lazımdır.

Məktəbdə tədris edilən fənlərin hamısı estetik tərbiyənin vəzifələrini həll etmək baxımından müəyyən əhəmiyyətə malikdir. Burada müəllim pedaqoji ustalıq və yaradıcılıq göstərərək şagirdin hisslərinə təsir göstərməli, onun qavrama qabiliyyətini, dərk etmə bacarığını və digər müsbət və mənfi xüsusiyyətlərini göz önünə alaraq dərsi obrazlı şəkildə, bir aktyor məharəti ilə aktyorcasına tədris etmək zərurəti duyulur.

Məktəbdə bilavasitə estetik tərbiyə ilə bağlı tədris fənləri var­dır ki, bura musiqi, rəsm, təsviri incəsənət fənləri əsas yer tutur. Bu­na baxmayaraq bütün fənlərin tədrisində estetik tərbiyə imkanları var­dır.

Musiqi dərsləri şagirdlərin estetik tərbiyəsində əsas tədris fənlərindən biridir. Musiqi dərslərində tədris olunan hər hansı möv­zu şagirdlərin daxili aləmini zənginləşdirir, bədii zövqlərini, duy­ğuları­nı, qavrayışlarını tənzimləyir, estetik dünyagörüşlərini geniş­ləndirir. Musiqi insanda ruh yüksəkliyi yaradır, həvəslə işləməyə sövq edir.

Musiqi, heç şübhəsiz, daha çox hisslərlə bağlı olub, insanın əhvalına, emosional vəziyyətinə təsir edir. Lakin bir çox pedaqoqlar musiqinin əqli tərbiyə üçün də böyük önəm daşıdığını qeyd edirlər. V.A.Suxomlinski qeyd edir ki, musiqi tərbiyəsindən kənarda mükəm­məl əqli inkişaf mümkün deyil. Digər tərəfdən, «gimnastika bədəni dikəltdiyi kimi, musiqi də insan ruhunu dikəldir». Bizcə, musiqi növündən asılı olaraq müxtəlif təsir imkanlarına malikdir.

Aşağı sinif şagirdlərində sadə mahnılar yuxarı sinif şagirdlə­ri­nə isə səs həcmi geniş olan mahnılar öyrədilir. Məktəblilərə mahnı öyrədilərkən onun mətni və müəllifi haqqında söhbətlər aparmaq və dərsi mümkün qədər əyaniləşdirmək lazımdır.

Dahi bəstəkar Üzeyir Hacıbəyov şagirdlərin musiqi estetik tərbiyəsində xalq musiqisi nümunələrinə üstünlük verirdi. Bununla yanaşı, Ü.Hacıbəyov xalq musiqisindən başqa dünya musiqisi kori­feylərinin də əsərləri ilə məktəbliləri tanış etməyi məsləhət görür və onun fikrincə, “əks təqdirdə Azərbaycan xalqı mədəni xalqlar səviyyəsinə qalxa bilməz”. Şagirdlərin estetik tərbiyəsilə əlaqədar məktəb qarşısında duran əsas vəzifə haqda Ü.Hacıbəyov yazırdı: “Məktəbin ən yaxın məqsədi azərbaycanlıları musiqi sənətinə alış­dır­maqla bunlar üçün yeni sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbii sahibləri zühura çıxarmaqla bəşəriyyətə bu yolla xidmətlər göstərməkdir. Digər böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musi­qi­sini bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilət­məkdir...”

Musiqi dərsinin düzgün qurulması uşaqlarda müxtəlif yaradı­cı keyfiyyətlərin formalaşmasına xüsusi şərait yaradır. Esteteik dünyagörüş uşaqları, digər fənləri də dərindən öyrənməyə alışdırır və onları məktəbin bütün ictimai həyatında yaxından iştirak etməyə istiqamətləndirir. Nəticədə:

1. Uşaqlar digər fənlərin estetik mahiyyətini yaxşı qavrayır­lar;

2. Dünya klassik musiqi nümunələrini, geniş həcmli, musiqi əsərlərini asanlıqla mənimsəyirlər.

3. Bədii yaradıcılıq dərnəklərinə üzv yazılırlar.

4.Şagirdlərdə gözəlliyi duymaq, qavramaq qabiliyyəti inkişaf edir.

5. Ətraf aləmdə gözəllikləri duymağı və onlardan zövq almağı formalaşdırır.

Bütün bunlar şagirdlərin estetik tərbiyəsinin hərtərəfli inki­şa­fı­na kömək edir.

Rəsm çəkməklə bütün uşaqlar maraqlanır və bu onların ilk sevimli işlərindən biri hesab olunur. Uşaqlar çox həvəslə şəkil çəkirlər. Rəsm uşaqların görmə qavrayışını, bədii hislərini, təxəy­yü­lünü, zövq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Bu dərslər uşağı cisim və hadisələrini mahiyyətinə daha dərindən nüfuz etməyə alışdıraraq cisimlərin forma və məzmun gözəlliyini seçməkdə, bu gözəlliyi qiymətləndirə bilməkdə onlara yardım göstərir.

Rəsm dərslərində məktəblilərin həm də rəssamların həyat və yaradıcılığı ilə tanış olur,onların çəkdikləri şəkillərdəki ideya və süjet xəttini duymağı öyrənirlər. Rəssamların çəkdikləri şəkillərdən tərtib olunmuş albomlar və eləcə də sərgilər, şagirdləri təsviri incəsənət aləminə daxil edir, gözəlliyi duymaq və qiymətləndirmək sahəsində onlarda həssaslığı artırır.

Rəsm dərslərində məktəblilərin əldə etdikləri müvəffəqiyyət­lə kifayətlənməməli, rəsm dərnəyində onların iştirakını təmin etməklə bu müvəffəqiyyəti möhkəmləndirmək lazımdır.

Uşaqları ardıcıl olaraq rəsm sərgilərinə aparmalı, görkəmli rəs­samların əsərləri haqqında məlumatlar verilməlidir. Rəsm əsər­lə­ri uşaqların ruhuna hiss üzvlərinə qüvvətli təsir göstərən sənət növüdür.

Sənət var ki, ancaq duyğulandırır, sənət var ki, həm də düşün­dü­rür. Məsələn, mənzərə şəkli ancaq təbii gözəlliyi ifadə etdiyi hal­da, müəy­yən bir hadisənin, süjetin təsviri hiss aşılamaqla bərabər, in­sanı həm də düşündürə bilər. Məşhur realist Azərbaycan rəssamı Bəhruz Kəngərli (1892-1922) Azərbaycan rəssamlıq sənətində portret və mənzərə yaradıcılığının əsasını qoymuş, rəssamlıq sənəti­nə yeni məzmun və forma gətirmişdir. Onun rəsm əsərləri insanda müxtəlif hisslər yaratmaqla bərabər həm də düşündürür, insanları tarixi hadisələrlə məlumatlandırır.

Bəhruz Kəngərlinin çoxsaylı əsərlərində Vətən torpağı, onun təbiəti, tarixi yerləri, mənzərələri, insanları tərənnüm edilir ki, bu da rəssamın doğma yurduna, vətəninə dərin sevgi və məhəbbətindən irəli gəlir. Onun yaradıcılığında tarixi mövzulu əsərlər xüsusi yer tutur. Bu tarixi əsərlər əsasən Naxçıvan diyarının tarixi abidələrinə, dağ­larına, qalalarına, müqəddəs məkanlarına, məscidlərinə, habelə er­mənilər tərəfindən dağıdılmış, yandırılmış tarixi yerlərinə, qaç­qın­lara, didərginlərə həsr olunmuşdur. Bu əsərlər bədii estetik cəhətdən də­yərli olduğu kimi, tərbiyəvi cəhətdən də çox əhəmiyyətli və qiy­mətli əsərlərdir. Bu əsərlər insanlarda vətən torpağına sevgi və məhəbbət, milli iftixar hissləri, yüksək mənəvi, əxlaqi keyfiyyət­lər tərbiyə edir. Bu cəhətdən müəllim və tərbiyəçilər, sənət adamları, peda­qoqlar rəssamın yaradıcılığından, yüksək peşəkarlı­ğın­dan, əsər­lərinin bədiiliyindən, estetikasından danışarkən bu əsərlərin bədii-əxlaqi, mənəvi, cəhətləri də unudulmamalıdır.

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrin­dən biri Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Səttar Bəhlulzadədir (1909-1974) ki, onun əsərləri davamlı olaraq məktəblilərə tanıtdır­malı, öyrədilməli və bu əsərlərin estetik, bədii gözəlliyi uşaqlara çatdırlmalıdır. S. Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kənd­lərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradı­cılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmışdır. Onun “Abşeron etüdləri”, "Buzovna neft mədənləri", "Əmircan", ”Axşamçağı Ordu­bad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşga­hı", "Şahna­bat", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri qiymətli, bədii sənət əsərləridir ki, bunlar yetişən nəslimizə çatdırılmalı və onların estetik məna dəyəri uşaqlara anladılmalıdır.

Digər rəssamlarımız və onların əsərləri haqqında da şagirdlərə ardıcıl məlumatlar verilməlidir. .

İbtidai siniflərin ana dili dərslərində şagirdlərə öyrədilən kiçik, sadə, obrazlı nağıllar, şeir parçaları onların estetik və əxlaqi hisslərini, bədii təxəyyülünü inkşaf etdirir. Orta və yuxarı siniflərə keçdikcə bu vərdişlər daha da dərinləşdirilir. Məktəbin orta və yuxarı siniflərində estetik tərbiyə üçün bədii ədəbiyyatdan geniş istifadə etmək imkanı yaranır.

Ədəbiyyat dərslərinin estetik tərbiyə imkanları xüsusilə genişdir.

Maksim Qorki yazırdı: “Bədii ədəbiyyatın tərbiyəvi əhəmiy­yəti ona görə çoxdur ki, o eyni zamanda həm düşüncəyə, həm də hissiyyata güclü təsir edə bilir”.

Ədəbiyyat dərslərində yeniyetmə və gənclər bədii əsərləri öyrənirlər. Bu zaman onlar əsər qəhramanlarını təhlil edirlər, ona münasibət bildirirlər. Bu isə onları həm də öz hərəkət və davra­nışlarına gözəllik ələmətləri daxil etməyə məcbur edir, onlarda gözəlliyə aid münasibətlər formalaşdırır.

Ədəbiyyat dərslərində yeniyetmə və gənclər zəngin ədəbi materiallar xalq, yaradıcılığı, poeziya ilə tanış olur, yaradıcı, bədii təxəyyülləri inkişaf etdirir.

Poeziya daha çox hisslərə təsir etsə də, həm də əqli inkişaf üçün də çox vacibdir. Poeziya oxu­cu­nun hiss dünyası, duyğularını in­kişaf etdirməklə yanaşı, şeiri təhlil və tərkib etməklə, mü­ha­kimələr aparmaqla uşaqların qabiliyyətini də inkişaf etdirmək olar.

Tarix dərslərində təcrübəli müəllimlər bu və ya digər möv­zuya uyğun ədəbi parçalardan, təsviri sənət əsərlərindən və incə­sə­nə­tin başqa nümunələrindən yeri gəldikcə istifadə etməklə, uşaqları maraqlandırır və onlarda müsbət tarixi hadisələrə hüsn-rəğ­bət, mənfi hadisələrə qarşı isə nifrət hissi aşılayır.

Biologiya və coğrafiya dərsləri təbiətdəki gözəllikləri gör­mək­də uşaqlara kömək edir və onlarda bu gözəlliklərə məhəbbət hissini tərbiyə edir.

Estetik tərbiyədə əmək dərslərinin böyük əhəmiyyəti vardır. Əmək şəxsiyyətin hərtərəfli inkişafına, o cümlədən estetik baxışla-rına qüvvətli təsir göstərir. Əmək, yaradıcı fəaliyyət ən gözəl zövq mənbəyidir. İnsanın xoşbəxtliyi yaradıcı əməklə, əmək sevinci ilə bağlıdır. Əmək dərslərində müəllim məktəblilərin hazırladıqları əşya­ların xarici gözəlliyinə və səliqəli olmasına nail olmaqla onlar­da estetik zövqün inkişafına kömək etməlidr.



Bədən tərbiyəsi dərslərində hərəkətlərin bədii cəhətdən lazı­mi şəkildə icrası, komandaların dürüst yerinə yetirilməsi, dərsin müəy­yən hissələrinin musiqi müşayəti ilə aparılması və s. mək­təblilərdə gözəl əhval-ruhiyyə oyadır, onların gülərüzlü və gözəl qamətli adamlar kimi yetişməsinə kömək edir.

Bədən tərbiyə dərslərində hamının idman forması ilə iştirak etməsi, idman zalında təmizlik, səliqə səhman, gözəl bəzədilmə, həzin musiqi sədaları uşaqların estetik tərbiyəsinə qüvvətli təsir göstərir. Bədən tərbiyəsi dərslərində hərəkətlərin bədii şəkildə icrası, dərsin musiqi ilə müşayiət edilməsi, qamətin düzgün inkişafı kimi məsələlər estetik tərbiyə-nöqteyi nəzərindən çox faydalıdır.

Ümumiyyətlə, hər bir dərs uşaqlarda bədii və estetik hisslər doğura bilər. Müəllimin nitqinin ifadəliliyi, obrazlılığı, hərəkətləri­nin təbiiliyi, dərsdə istifadə etdiyi şəkil və sxemlərin, həmçinin başqa əyani vasitələrin gözəlliyi, yazı taxtasındakı yazısının qəşəngliyi, sinfin xarici şəraiti, səliqəliyi, təmizliyi və zövqlə təşkil edilmiş təlim prosesinin özü, sinfin gözəl görünüşü uşağın estetik tərbiyəsinə müsbət təsir göstərir.

Dərslərdə aparılan estetik tərbiyə sinifdənxaric və məktəb­dən­kənar işlərdə daha da dərinləşdirilir və genişləndirilir. Bu işlər şagird­lərin maraqlarının və fərdi yaradıcılıq qabiliyyətlərinin inki­şa­fına kömək göstərir. Estetik tərbiyə üzrə sinifdənxaric işlərin məz­munu, forması müxtəlif və rəngarəngdir. Bunları üç qrupa ayırmaq olar: dərnək işləri, kütləvi işlər və fərdi işlər.

Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə üzrə sinifdənxaric işlərin geniş yayılmış formalarındandır. Belə dərnək­lərə musiqi, xor, rəsm, rəqs, ədəbiyyat, dram, bədii oxu, bədii tikiş və b. dərnəklər daxildir.

Məktəblilərin estetik tərbiyəsini inkişaf etdirən mövcud forma və yollar içərisində bədii özfəaliyyət dərnəkləri mühüm əhəmiy­yə­tə malikdir. Özfəaliyyət rolu ilə uşaqlarda bir sıra vacib yaradıcı key­fiyyətləri, estetik qabiliyyətləri üzə çıxarmaq, cilalamaq və son­ra­dan formalaşdırmaq sahəsində görülən işlər daha böyük səmərə verə bilər.

Məktəbdə estetik yönümlü dərnəklərin təşkilinə və bu dərnək­lərdə uşaqların iştirakına xüsusi fikir verilməlidir. Bu cəhətdən bədii yaradıcılıq və incəsənət dərnəkləri xüsusi əhəmiyyət kəsb etmək­də­dir. Rəsm dərnəyi bədii yaradıcılıq yaradıcılıq dərnək­ləri içərisində özü­nəməxsus yer tutur. Rəngarəng növləri və formaları olan rəs-sam­lıq sənəti insanın mənəvi aləminə nüfuz edən ən güclü vasi­tələrdəndir. Bu dərnək şagirdlərin təsviri yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi ilə rəsm əsərlərinin müzaki­rəsini keçirir, təsviri incəsənət əsərləri haqqında mqhazirələr aparır rəssamların həyat və yaradıcılıqlarını öyrənir, rəsm əsərləri­nin sər­gi­sini təşkil edir, rəsm sənəti üzrə müəyyən bilik və bacarıq­larla silahlanırlar.

Rəqs dərnəyi uşaqların ən çox sevdiyi nicəsənət növüdür. Əyləncəli tədbirlərdə, bayramlarda, şənliklərdə, toplantılarda uşaq­lar həvəslə çıxış edirlər. Rəqs uşaqlarda sevinc və fərəh hissləri yara­dır, onları fəallaşdırır və özləri haqda düşünməyə sövq edir. Kol­lektiv rəqs zamanı uşaqlar bir-birinə yaxınlaşır, sağlam ünsiyyət yaranır, əxlaqi və fiziki tərbiyə inkişaf edir. Uşaqlar, yeniyetmələr və gənclər rəqs zamanı əylənir, sevinir və fərəh hissi keçirirlər. Rəqs zamanı hər kəs öz bacarıq və istedadlarını səfərbərliyə alır, gördüklərini yadda saxlamağa çalışır, hərəkətləri üzərində düşünür. Bu isə onlarda həm də hafizə və təfəkkürü inkişaf etdirir. Məktəb­dən­kənar və mədəniyyət müəssələrində təşkil edilən rəqslər yaşa-uyğun təşkil edilir. Ona görə də dərnəklər eyni yaşlı, heç olmazsa yaşlarında az fərq olan insanları biləşdirməlidir. Rəqs zamanı geyimlər də gözəl, milli və ya müasir olmalıdır.

Dram dərnəyi şagirdləri bədii əsərlərin oxunmasına və dərk olunmasına sövq edir. Bu dərnək də şagirdləri özünə cəlb edir. Aktyor rolunda çıxış edən şagirddə bəzən bu peşəyə sevgi yaranır. Aktyorluq sənətinə vurğunluq yarada bilir. Bu dərnəkdə hazırlanan tamaşalar şagirdlərdə əxlaqi-mənəvi keyfiyyətlətlərin formalaşma­sına kömək edir.

Sinifdənxaric tədbirlərlə yanaşı, şagirdlər məktəbdənkənar müəssisələrdə uşaq və məktəblilər sarayları və evlərində, estetik tərbiyə mərkəzlərində, təsviri sənət studiyalarında müxtəlif növ yaradıcılıq fəaliyyətinə cəlb edilirlər. Bir çoxları bu yolla öz gələcək həyat yolunu müəyyən edir, böyük sənətə vəsiqə alırlar.

Məktəblilərin estetik tərbiyəsini lazımi səviyyədə aparmaq üçün tərbiyənin məlum ümumi prinsiplərini rəhbər tutmaqla yanaşı, bir sıra vacib şərtlərə də əməl edilməlidir. Onlardan ən başlıcaları aşağıdakılardır:


  1. Estetik tərbiyə insanın mənəvi tərbiyəsi, elmi və əxlaqi dünyagörüşünün formalaşdırılması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır.

  2. Estetik tərbiyədə yüksək ideallq təmin olunmalıdır. Estetik tərbiyə məqsədi ilə istifadə edilən material diqqətlə seçilməli, onların ideyaca yüksək,bədii cəhətcə dəyərli və zəngin olmasına xüsusi fikir verilməlidir.

  3. Estetik tərbiyə işində uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Təcrübə və müşahidələr göstərir ki, kiçik yaşlı uşaqlara məzmunu onlar üçün anlaşılmayan bədii əsərlər oxumaq, yaxud onların musiqi tərbiyəsini simfoniya kimi musiqi əsərlərindən başla­maq, belə uşaqlardan böyüklər kimi şeir söyləməyi, şəkil çəkməyi və s. tələb etmək yaxşı nəticə vermir.




  1. Uşağı gözəllik aləminə daxil edən ayrı-ayrı tədbirlərdə tədriciliyə ciddi əməl olunmalıdır. Məsələn: uşaqları böyük ədəbi əsərləri düzgün qavramağa hazırlamaqdan ötrü onlara sadə nağıl­lardan danışmağa başlamaq lazımdır.

  2. Estetik tərbiyə işində ardıcıllıq gözlənilməlidir. Esetetik bacarıq və vərdişləri uşağa yavaş-yavaş, həm də bir birilə sıx əlaqədar olan çoxlu çalışmalar nəticəsində aşılamaq olar.

  3. Estetik tərbiyə hərtərəfli aparılmalıdır.Estetik tərbiyə işi elə qurulmalıdır ki uşaq eyni zamanda həm də incəsənətin müxtəlif növlərilə məşğul ola bilisn. Estetik tərbiyənin hərtərəfli aparılması uşaqların xüsusi maraq və meyillərini, qabiliyyət və istedadlarını inkişaf etdirməyə imkan veirr.

  4. Uşaqların estetik tərbiyəsi sahəsində aparılan işlərdə mü­vəf­fəqiyyətin bir şərti də məktəblə ailənin, məktəbdən­kənar tərbiyə müəssisələrinin, ziyalılarının, ittifaqlarının və s. vahid xətt üzrə əlbir işləməsidir.

  5. Məktəblilərin estetik tərbiyəsində müvəffəqiyyəti təmin edən bir şərt də onları xalq incəsənətinin növlərilə, həmçinin xalqın gözəlliyə dair hikmətamiz kəlamları ilə yaxından tanış etməkdir.

  6. Uşaqlara estetik tərbiyə vermək üçün müəllimlər, vali­deyn­lər və uşaqların tərbiyəsilə məşğul olan digər şəxslər də öz estetik mədəniyyətlərini yüksəltməlidirlər.

  7. Estetik tərbiyədə məktəb, ailə, məktəbdənkənar müəssi­sə­lər, mədəniyyət ocaqları, bədii yaradıcılıq təşkilatları (rəssamlar, bəstəkarlar, yazıçılar birlikləri) bir-birilə sıx əməkdaşlıq etməli, vahid xətt üzrə əlbir işləməlidirlər.



Download 3,96 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish