Akustik səviyyəölçənlər
Ultrasəsli səviyyəölçənlər (tezliyi > 20 KHs) ölçülən mühitlə kontakt olmadıqda və çətin düşülən yerlərdə
səviyyələrin ölçülməsinə imkan verir. Ultrasəsli səviyyəölçənlərdə adətən səs dalğalarının “maye - qaz (hava)”
sərhəddindən əks olunmasından istifadə olunur. Şəkil 3-də ultrasəsli səviyyəölçənlərin iki mühitin ayrıldığı sərhəddən səs
dalğalarının əks olunmasına əsaslanaraq işləyən səviyyə-ölçənlərin ölçü sxemi göstərilmişdir.
Burada ultrasəsli – pyezoelektrik şüalandırıcıda çevrilən elektrik impulsu qaz mühitinə yayılaraq “maye -qaz”
ayrılma sərhəddindən əks olunaraq geri qayıdır və müəyyən andan sonra həmin şüalandırıcıya təsir edir, nəticədə elektrik
siqnalına çevrilir. Hər iki impuls: göndərilən və əks olunan gücləndiriciyə daxil edilir. Mühitin kimyəvi və fiziki
xüsusiyyətləri ölçmə nəticələrinə, ultrasəs üsulunda alınan nəticələrə təsir etmir, odur ki, aqressiv, abraziv, özlülüklü və
yapışqan maddələrin səviyyələrinin ölçülməsi heç bir problem doğurmur.
Şəkil 3. Ultrasəsli səviyyəölçənlərin ölçü sxemi:
1 – verici generator; 2 – impuls generatorları; 3 – pyezoelektrik şüalandırıcı;
4 – gücləndirici; 5 – zaman ölçən; 6 – ikinci cihaz.
Üsulun əsas üstünlükləri qismində kontaktsızlığı, çirklənmiş mayelərdə tətbiq oluna bilinməsi, üsulun
realizasiyası, avadanlığın yeyilməyə davamlılığı, möhkəmliyinə yüksək tələblər tətbiq edilməməsi, nəzarət olunan
mühitin sıxlığından asılı olmaması kimi vacib nüansları missal göstərmək olar.
Üsulun çatışmazlıqları qismində isə şüalanma konusunda böyük səpələnmələrin olmasını, qeyri-stasionar
maneələrdən əks olunmasının ölçmələrdə xətalara səbəb olması, normal atmosfer təzyiqli rezervuarlarda tətbiqinin
mümkün olmamasını, siqnala toz, buxar, qaz qarışığı və köpüyün təsir etməsini misal göstərə bilərik.
Nəticə
Səviyyələrə ən fərqli nəzarət üsulları çoxluğundan onun həm hüdud və həm də cari qiymətlərinin alınmasına
imkan verən üsulu seçmək mümkündür. Kifayət qədər az sayda üsullar sənaye sistemində reallaşdırılmışdır. Realizə
olunan üsullardan bəziləri unikal hesab olunur və çox məhdud miqdarda tətbiq olunur, digər üsullar isə daha universal
olub seriyalı sistemlərdə geniş istifadə olunur. Ancaq bu sahədəki proqress o qədər böyükdür ki, səviyyələrə nəzarət üçün
ən yaxın zamanlarda daha yüksək texnologiyalara cavab verən nəzarət sistemlərinin geniş yayılacağını proqnozlaşdırmaq
olar.
Ədəbiyyat
1.
M.A.Məmmədov – Neftayırma zavodlarında müasir avtomatik idarəetmə sistemləri, Bakı, Elm, 2003
2.
İ.İbrahimov, F.Xasməmmədov, Ç.Kərimov, X.Abasoğlu – Avtomatik tənzimləmə nəzəriyyəsinin əsasları və istehsal
prosesinin avtomatlaşdırılması, Bakı, 1982
Do'stlaringiz bilan baham: |