Ədəbiyyat
1.
Липаев, В.В. Обеспечение качества программных средств. Методы и стандарты; Синтег - М.,
2.
ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi – Tələblər” beynəlxalq standartı.
Rzayeva F.M.
KEYFİYYƏTİN TƏYİN OLUNMASININ METROLOJİ TƏMİNATI
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
E-mail:
zsuleymanova51@gmail.com
Xülasə:
Məhsulun hazırlanması mərhələsində məhsulun yüksək keyfiyyətinə nail olmaq üçün
nəzarət olunan parametrlərin dəqiqlik standartları müəyyənləşdirilir, istifadə ediləcək ölçü alətləri, nəzarət və sınaq seçimi aparılır.
Bununla yanaşı olaraq, texnoloji prosesin layihə və yaxud texnoloji sənədlərinin metroloji ekspertizasının aparılması da keyfiyyətin
təmin edilməsində metroloji təminatın ən vacib nüanslarından biridir. Metroloji təminat zamanı mahiyyəti göstərilən, zəmanəti tələb
olunan ölçmə keyfiyyətinə çatmaq üçün qarşılıqlı əlaqəli proseslərin məcmusu olan sistematik sistem yaratmaq lazımdır.
Metroloji təminat tələb olunan ölçmə dəqiqliyinə nail olmaq üçün lazım olan elmi və təşkilati əsasların, texniki vasitələrin,
qayda və normaların yaradılması və tətbiqi kimi başa düşülür. Metroloji təminatın inkişafındakı əsas tendensiya, əvvəlki dövrlərdə
mövcud olan nisbətən dar vəzifələrin vahidliyi və tələb olunan dəqiqlik olduğu halda, hal-hazırda ölçmələrin keyfiyyətini təmin etmək
üçün prinsipial olaraq yeni bir səviyyəyə keçmişdir. Tədqiqat işində keyfiyyətin təmin olunmasının metroloji təminatının
səmərəliliyinin artırılması üçün keçid edilmiş yeni səviyyənin təhlili aparılmışdır.
Açar sözlər:
keyfiyyətə nəzarət, metroloji təminat, qiymətləndirmə, metrologiya, keyfiyyət, standart, istehsal, məhsul.
Məhsulun keyfiyyəti anlayışını qarşıya qoyulan məqsədə uyğun olaraq müəyyən ehtiyacları ödəmək üçün həmin
uyğunluğu müəyyən edən məhsul xassələrinin məcmusu kompleksi olaraq başa düşə bilərik. Metroloji təminat anlayışı
ümumilikdə ölçmələr (sınaq, nəzarət) ilə əlaqədar bir qayda olaraq tətbiq edilir. Eyni zamanda, texnoloji prosesin
(istehsalın, təşkilatın) metroloji təminatı dedikdə, bu proses zamanı istehsalda, təşkilatda və digər sahələrdə ölçmələrin
(sınaq və ya nəzarətin) metroloji təminatı nəzərdə tutulur [1].
Metroloji təminat texnoloji proses zamanı məhsulun yaradılmasından və dəyişdirilməsindən başlayaraq,
istismarın və ya istehlakın sonuna qədər ardıcıl bir-birinə bağlı bir sıra proseslər və tələblər formasında özünü əks etdirir.
Qeyd edilmiş proses və tələblər özündə aşağıdakıları ehtiva edir:
məhsul keyfiyyətinə nəzarət və proses idarə edilməsində ölçülmüş parametrlərin rasional bir
nomenklaturasının və ölçmə dəqiqliyi üçün optimal standartların yaradılması;
ölçmə alətlərinin texniki-iqtisadi əsaslandırılması və seçilməsi, sınaqdan keçirilməsi və nəzarəti və onların
rasional nomenklaturasının yaradılması;
istifadə edilmiş nəzarət və ölçü cihazlarının standartlaşdırılması, unifikasiyası və cəmlənməsi;
müasir ölçmə, sınaq və nəzarət metodlarının hazırlanması, tətbiqi və sertifikatlaşdırılması;
müəssisədə istifadə olunan cihaz və sınaq avadanlığının yoxlanılması, metroloji sertifikatı və kalibrlənməsi;
məhsulun istehsalına, vəziyyətinə, istifadəsinə və təmirinə, həmçinin müəssisədə metroloji qayda və
normalara əməl olunmasına nəzarət;
müəssisə standartlarının hazırlanmasında və tətbiq olunmasında iştirak;
beynəlxalq, dövlət və sənaye standartlarının, habelə Dövlət Standartının digər tənzimləyici sənədlərinin
tətbiqi;
normativ, dizayn və texnoloji sənədlərin layihələrinin metroloji ekspertizasının aparılması;
ölçmələrin vəziyyətinin təhlili, onun əsasında inkişaf etdirilməsi və metroloji təminatın yaxşılaşdırılması
üçün əlaqədar digər tədbirlərin həyata keçirilməsi;
müəssisə personalının bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün aidiyyəti təlimlərə
göndərilməsi.
Metroloji təminat obyekti dedikdə hər hansı bir məhsulun istehsalının bütün mərhələləri başa düşülür. Yəni ki,
texnoloji prosesin bütün mərhələlərində metroloji təminatın yerinə yetirilməsinə və bu üsulla keyfiyyətin təmin
olunmasına elm və texnikada çox böyük əhəmiyyət verilir. Lakin, təəssüf ki bu istiqamətdə olan bəzi problemlər lazımi
nəticələrin əldə edilməməsinə və texnoloji prosesin həyata keçirilməsi zamanı əlavə məsrəflərin yaranmasına gətirib
çıxarır [2-3].
Nəticə
Qeyd etdiyimiz kimi, metroloji təminat ölçmələrin vəhdətini və vahidliyini təmin etmək, həmçinin metroloji
nəzarəti həyata keçirmək üçün qanunvericiliyə uyğun olaraq yaradılmış bir xidmətdir. Ümumilikdə məhsulun
keyfiyyətinin metroloji təminatına və beynəlxalq standartların tətbiqinə dəqiq və düzgün nəzarət etməklə, xidmət və mal
dövriyyəsini artıraraq, ölkə bazarında idxal və ixrac əməliyyatlarını yüksək səviyyəyə qaldıra bilərik.
Ədəbiyyat
1.
Анисимов, В. П. Метрология, стандартизация и сертификация (в сфере туризма): моногр. / В.П. Анисимов, А.В.
Яцук. - М.: Альфа-М, Инфра-М, 2017. - 256 c.
2.
Аристов О.В., Мишин В.М. Качество продукции. М.: Изд-во стандартов, 2002
3.
Азгальдов Г.Г. Теория и практика оценки качества товаров: основы квалиметрии. М.:Экономика, 2002.
Süleymanova Z.A.
Do'stlaringiz bilan baham: |