METAL MƏMULATLARIN DEFEKTOSKOPİYASI
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
Tel:+994709981903
1turalmehdiyev@gmail.com
Xülasə.
Bu məqalədə maşınqayırma, neft və aviasiya sənayesində ortaya çıxan metallik defektlərin aşkarlanması məsələsinə,
yəni, metal defektoskopiyasına nəzər yetiririk.
Açar sözlər:
Metallarda olan defektlər, nəzarət üsulları
Məmulatların tətbiqi sahələrindən asılı olaraq onlarda alına bilən kritik defektlərin yerinin təyininə və buraxıla
bilmə dərəcələrinə müxtəlif tələbatlar var. Bu məsələ aviasiya konstruksiya hissələrinin texnikasında, neft, maşınqayırma
sahəsində xüsusilə çox vacib texnaloji hal kimi götürülür. Metal hissələrdə səthi və daxili mikroçatlar, daxili boşluqlar,
səthi cırılmalar ,müxtəlif mühafizə ölçülərinin qalınlığının normaya uyğun gəlməməsi və s defektlərə rast gəlinə bilər.
Belə defektlər metal hissəsinin hazırlanmasının texnoloji prosesləri zamanında , eləcə də onların istismarı prosesində baş
verə bilər. Defektli hissənin avadanlığın kompleksində istismar olunması böyük texniki qəzalara və iqtisadi itkilərə gətirib
çıxara bilir. Odur ki, defektli hissələrin istismara düşməsinin qabağını almaq üçün əvvəlcədən onları effektli dəqiq
defektoskopiya nəzarətindən keçirib, çeşidləmək lazımdır. Bu məsələni həll etmək üçün yüksək dəqiqlikli defektoskopiya
çeviricilərinin və qurğularının tətbiqini təşkil etmək lazım gəlir. Ferro maqnit xüsusiyyətli metal məmulatlardakı
mikroçatlar, mühafizə örtüyünün qalınlığının normaya gəlməməsi kimi defektlərin aşkarlanmasında yarımkeçirici maqnit
sahəsinin hol çeviricisinin tətbiqinin imkanları genişdir.
Neft maşınqayırması defektoskopiyasında qalvonomaqnit çeviricilərin tətbiqi yüksək effektli, perspektivli
sahələrdən biridir. Bu baxımdan son dövrlərdə işlənmiş kiçik həndəsi ölçülü Holl çeviricisinin texniki imkanlarının daha
böyük olması onların tətbiqini genişləndirmişdir.
Holl çeviricisinin çıxışında alınan gərginliyin vəgücün nisbətən böyük qiymətlərində alınması onun bir sıra
sahələrdə, o cümlədən neft-mədən avadanlığı defektoskopiyasında tətbiq olunmasına imkan yaradır.
Holl çeviricisini bircinsli maqnit sahəsində yerləşdirdikdə yüksək dəqiqliklə onun çıxış gərginliyini U2h
aşağıdakı ifadə ilə hesablanır.
𝑢
2ℎ
= 𝑅
ℎ
𝐽
ℎ
𝐵
𝑑
𝜑 (
𝑙
𝑏
; 𝐵).
Burada Rh – Holl sabiti; B – maqnit induksiya vektorunun normal mürəkkəbəsi; l, b, d – uyğun olaraq Holl
lövhəsinin uzunluğu, eni və qalınlığı;
𝜑 (
𝑙
𝑏
; 𝐵)
– Holl çeviricili gərginliyin onun həndəsi ölçülərindən asıılılığını nəzərə
alan funksiyadır.
İfadələrdən göründüyü kimi defektin olması , eləcə də onun həndəsi ölçülərinin dəyişməsi U 2 hol çıxış
kəmiyyətinin qiymətinin dəyişməsinə səbəb olur. Bu hal metal hissəsinin defektinin aşkarlanmasına imkan verir.
Nəticə
Holl çeviricisinin köməkliyi ilə metal defektoskopiyası işinə nəzəri olaraq baxış keçirdik və defektlərin aşkar
olunması üsuluna baxdıq.
Ədəbiyyat
1.
Zeynalov R.Ə., Əliyev R.S. Qalvonomaqnit çeviricili defektoskopiyada nəzarətin dəqiqliyinə təsir edən amillərin analizi,
Azərbaycan Ali texniki məktəblərin xəbərləri, Bakı – 2006
2.
Хомерики О.К. «Галваномагнитные элементы и устройства автоматики и ред. Таранова С.Г.М Энергратомиздат,
1984
Do'stlaringiz bilan baham: |