Neft çirklənmələrini izləmək üçün ən təsirli vasitə səth nahamarlıqlarının (dalğaların) variasiyasını qeyd edən
radiolokasiya zondlama vasitəsi sayılır. Bu məqsəd üçün sintezləşmiş
Şəkil 1. Neft Daşları qəsəbəsi yaxınlığında dənizin çirklənməsi.
aperaturalı radiolokatorlar (SAR) istifadə olunur. Hal-hazırda ERS, Radarsat və Envisat peyklərində
radiolokatorlardan istifadə ən perspektivlisidi. Belə ki, şəkil 1-də 10 may 1996-cı ildə ERS1 peykindən alınmış Abşeron
yarımadası ərazisində və Neft Daşları qəsəbələrində yarımton radiolokasiya təsviri göstərilib. Neft Daşları yaxınlığında
dəniz səthində böyük ləkə (düzbucaq şəklində ayrılıb) görünür.
İndiki dövrdə İO RAN Xəzərin mərkəzində Xəzər dənizində ekoloji vəziyyətin monitorinq sisteminin protitivi
inkişaf etdirilir. Bu layihə çərçivəsində müəllif neft məhsulları ilə dənizin çirklənməsinin rəqəmsal xəritəsinin
hazırlanması və verilənlərin emalı üçün CİS texnologiyalarından istifadə və radiolokasiya təsvirlərinin komputerdə
deşifrələnmələri əsasında Xəzər dənizinin su sahəsində neft çirklənmələri dinamikasının xəritələşmə metodikasının
tədqiqatı ilə diplom işini tamamlamışdır. Tədqiqatın əsas məqsədi: Yerin məsafədən zondlama verilənlərinin emalının
metodoloji əsasının işlənməsi və Xəzər dənizinin monitorinqi üçün çirkləndirici maddələrin yayılma xəritəsinin
hazırlanması.
Göstərilmiş vaxt kəsiyində Xəzər dənizi ərazisində ERS sistemi ilə 1015 təsvir- ERS1 peyki ilə 228 və ERS2 ilə
787 təsvirləri alınıb. İş üçün hər biri hər təsvir üzrə təsviri informasiyanı saxlayan metaverilənlərin faylları ilə müşayiət
olunan 139 kadr seçilib. Təsvirlərin ilkin emalı və analizi bu fayllarda saxlanılan verilənlərin hesabına aparılıb.
Məsafədən zondlama verilənlərinin emalı üçün ERDAS IMAGINE proqram paketindən istifadə olunub.
Radiolokasiya təsvirləri verilənlərinin emalının ilkin mərhələsi onların geometrik müqayisəsindən, daha doğrusu vahid
koordinat sisteminə gətirilməsindən ibarətdir. Radiolokasiya təsvirlərinin coğrafi bağlantısı hər metaverilənlər faylında
saxlanılan hər kadrın mərkəzi nöqtəsi və dörd künc koordinatları haqqında verilənlərin əsasında aparılır. 139 kadrdan hər
birinin künc pikselləri üçün coğrafi koordinat (en/uzunluq) qiymətləri daxil edilib. Təsvirin mərkəzi pikselinin böyük
imkanla müəyyən edilə bildiyi halda dəyişdirilmə modelində beşinci dəstək nöqtəsi daxil edilib.
Şəkil 2. 1996-cı ilin may ayı üçün neft, neft məhsulları və səthi aktiv maddələrin yayılmasının inteqral xəritəsi.
Xəritədən göründüyü kimi, Xəzər dənizinin su sahəsinin neft məhsulları ilə çirklənməsi yüksəkdi. Xəzərdə neft
mədənlərinin müasir inkişaf tendensiyası hesabına belə nətəcəyə gəlmək olar ki, müvafiq tədbirlər görülməsə, çirklənmə
miqyası artacaq. Bununla əlaqədar olaraq, geoverilənlər bazası ilə inteqrallaşmış, onların yayılmasının vaxtaşırı
yenilənmiş xəritəsi əsasında neftlə çirklənmənin beynəlxalq monitorinq sisteminin yaradılması zərurəti göz qabağındadır.
Görülən işlərə belə sistemin yaradılmasında ilk addım kimi baxıla bilər.
Do'stlaringiz bilan baham: