e) Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya (SEDAW) BMT-nin Qadınların Statusu üzrə Kommisiyasının nəhayət ki, otuz ildən çox bir müddətdə öhdəsinə götürdüyü işin yekun nəticəsi Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün Formalarının ləğv edilməsi haqqında Konvensiya oldu. Konvensiya BMT-nın Baş Assambleyası tərəfindən 1979-cu il dekabrın 18-də qəbul edildi. Konvensiya Beynəlxalq müqavilə kimi 1981-ci il sentyabrın 3-də, iyirminci ölkənin təsdiqindən sonra qüvvəyə minmişdir.
1989-cu ildə- Konvensiyanın imzalanmasının 10-cu ildönümündə, demək olar yüzə yaxın ölkə Konvensiyanın şərtlərini qəbul etməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası 1995-ci ildən həmin Konvensiyaya qoşulmuşdur. Belə bir fakta diqqəti cəlb edək ki, dünyanın çox inkişaf etmiş və yüksək demokratiya səviyyəsində olan bəzi ölkələri bu konvensiyanın tələblərini təmin edə bilmədiklərindən ona qoşula bilməmişlər.
İnsan hüquqlarına dair beynəlxalq müqavilələr əsasında həmin Konvensiya bəşəriyyətin qadın yarısının insan hüquqları ilə bağlı məsələlərinə diqqət yönəltdi. Konvensiya yalnız qadınlar üçün nəzərdə tutulmuş hüquqların beynəlxalq sənədini deyil, eyni zamanda bu hüquqların tətbiq edilməsinə təminat verəcək ölkələrin fəaliyyət proqramını işləyib hazırladı.
Konvensiya 6 fəsil, 30 maddədən ibarət olub, qadınların vəziyyətinin üç mühüm sahəsini əhatə edir: Vətəndaş hüquqları və qadın hüquqi statusu; İnsan artımı, həmçinin mədəni faktorların cinsi münasibətlərə təsiri; İnsan hüquqları dünyagörüşü.
Konvensiyanın həyata keçirilməsinə Qadın hüquqlarının pozulmasının aradan qaldırılması üzrə Komitə (SEDAW) tərəfindən nəzarət edilir. Konvensiyada əsasən aşağıdakı müddəalar gender baxımından diqqət cəlb edir:- əsas insan hüquqları və azadlıqlarına təminat verilməsi; cinsi rolun eyniləşdirilməsi və möhumatçı fikirlərin aradan qaldırılması; kəndli qadınlar; evlilik və ailə həyatı; qadın hüquqlarının pozulmasının aradan qaldırılması. Konvensiyanın müqəddiməsində «qadın hüquqlarının geniş şəkildə pozulmasının hələ də mövcud olduğu» təsdiq edilir və «Hüquqların bu cür tapdalanması hüquq bərabərliyinə və insan ləyaqətinə hörmət prinsiplərinin pozulması deməkdir» deyilir.
Konvensiyanın 1-ci maddəsi «siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahələrdə cinsi mənsubiyyət prinsipi əsasında qoyulmuş həddlər, məhdudiyyətlər, qadağalar»ın aradan qaldırılması, qadınların tam və hərtərəfli inkişafını və fəaliyyətini təmin etmək üçün bütün müvafiq tədbirlərin, həmçinin qanunverici tədbirlərin götürülməsini tələb edir. Konvensiyada bildirilir ki, «qadınların nəsl artımında (uşaq doğumunda) rolu onların hüquqlarının tapdanmasına əsas olmamalıdır» və «analıq sosial vəzifə kimi dərk edilir». Demək belə nəticə alınır ki, ailədə uşaqların böyüməsi, təhsil alması, tərbiyə edilməsində tək qadın (ana) deyil, həm də kişi (ata) eyni məsuliyyət daşımalıdır. Ailədə əsas maddi ağırlığı kişinin, tərbiyə-təlimi isə qadının üzərinə qoymaq prinsipi yox, bir-birinə qarşılıqlı yardımçı olmaq funksiyasının aşılanması meyarı zəruri amil olmalı, əsas götürülməlidir.
Qadınların hüquqi statusu məsələsinə xüsusi diqqət yetirilir. Konvensiyada hüquq bərabərliyi prinsipinin müddəaları on dörd müvafiq maddədə öz əksini tapmışdır və xüsusilə də, qadınların hüquqi statusu məsələlərinə çox geniş yer verilmişdir.
Qadınların siyasi fəaliyyət sahəsində əsas hüquqları ilə bağlı problemlər 1952-ci ildə «Qadınların Siyasi Hüquqları haqqında» Konvensiya qəbul edildikdən sonra da azalmamışdır. Buna görə də həmin Konvensiyanın müddəaları mövcud sənədin 7-ci maddəsində bir daha təsdiq edilir. Belə ki, Qadınların səs vermək, dövlət strukturlarında vəzifə tutmaq və ictimai funksiyaları yerinə yetirmək hüquqlarına təminat verilir. Bu, həmçinin, hüquq bərabərliyi prinsipi əsasında qadınların öz ölkələrini beynəlxalq səviyyədə təmsil etmək hüquqlarını (maddə 8) əks etdirir.
1957-ci ildə qəbul edilmiş ərli qadınların milli mənsubiyyəti haqqında konvensiya mövcud sənədin 9-cu maddəsi ilə tam bir küll halında birləşdirilmişdir. Bu maddə ailə vəziyyətindən asılı olmayaraq qadınların bu məsələdə müstəqilliyinə təminat verir. Bununla yanaşı, Konvensiya belə bir fakta diqqəti cəlb edir ki, öz həyat yoldaşlarının milli mənsubiyyətindən asılı vəziyyətə salınaraq qadınların hüquqi statusu çox vaxt evliliklə əlaqələndirilir.
Konvensiya bütün müvafiq, o cümlədən qanunverici tədbirlərin görülməsini tələb edir (Maddə 3). Mövcud Konvensiyanın 10-11-ci və 13-cü maddələri müvafiq olaraq qadınların təhsil, məşqulluq və iqtisadi sahələr üzrə hüquqlarının tapdalanmamasını təmin edir.
Do'stlaringiz bilan baham: |