d) Qadınların vəziyyəti üzrə IV Ümumdünya Konfransı- 1995-ci il sentyabrın 4-15-də tarixində Çinin paytaxtı Pekində Qadınların IV Ümumdünya konfransı keçirilmişdir. Konfrans qadın və kişilərin hüquq və anadangəlmə insani ləyaqət bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan etmişdir. Konfrans qadınların imkanlarının genişlənməsi və vəziyyətlərini möhkəmləndirilməsi uğrunda fəaliyyət göstərilməsi istiqamətində Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (PFP) qəbul etmişdir.
Konfransda bir daha qeyd olunmuşdur ki, insan hüquqları daxilində qadın hüquqlarına rəayət olunması, qadınların imkanlarının genişləndirilməsi qərar qəbul etmək və hakimiyyətdə iştirak etmək hüquqları da daxil olmaqla, onların ictimai həyatın bütün sahələrində bərabər iştirakını tələb edir. Konfransın qəbul etdiyi PFP on iki strateji istiqamətli tədbirdən ibarətdir:- qadınlar və yoxsulluq; təhsil və qadınların peşə hazırlığı; qadın və səhiyyə; qadınlara qarşı zorakılıq; qadınlar və hərbi münaqişələr; qadınlar və iqtisadiyyat; qadınların qanunvericilik orqanlarının işində və qərar qəbul olunması prosesində iştirakı; qadınların vəziyyətinin yaxşılaşdırılmasının idarə mexanizmi; qadınların insan hüquqları; qadınlar və kütləvi informasiya vasitələri; qadınlar və ətraf mühit; qız uşaqları.
PFP-da Qadınların İnsan Hüquqları 210-229-cu maddələrdə əks olunmuşdur. Həmin konfransda Azərbaycan qadınları BMT-nin «Silahlı münaqişələr zamanı əsir düşmüş qadın və uşaqların azad edilməsi barədə» Qətnaməsinə müvafiq olaraq, Qarabağ müharibəsi zamanı əsir düşmüş qadın və uşaqların qaytarılması tələbi ilə çıxış etmişlər. Onlar həmçinin, bu müharibənin sülh yolu ilə qurtarması üçün dünya ictimaiyyəti tərəfindən yardım edilməsini, işğal edilmiş ərazilərdə hərbi işğal zamanı qadın və uşaqların pozulmuş hüquqlarının müdafiəsinə dünya ictimaiyyəti diqqətinin cəlb edilməsində, onlar tərəfdən kömək göstərilməsini xahiş etmişlər. Konfransda Azərbaycan qadınlarının tələbi ilə əlaqədar bütün dünya qadınlarına müraciət qəbul edilmişdir. Müraciətdə dövlət və dini rəhbərlərindən xahiş edir ki, təcavüz zamanı əsir alınmış qadın və uşaqların insan hüquqlarının fəal müdafiəsi sahəsində əməli tədbirlər həyata keçirsinlər. Azərbaycan qadın nümayəndələri həmçinin Konfransın ünvanına üzərində Konfransın simvolu olan bayraq göndərmişdilər. Bayraqın üzərində «Öz doğma evimə qaytarın məni» çağırışı ilə minlərlə qaçqın qadının imzası var idi. PFP-də deyilir: «Qadınların çoxu öz hüquqlarının həyata keçirilməsi məsələlərində irqi, dil, etnik və mədəni mənsubiyyət, din, əlillik, bu ya digər sosial-iqtisadi zümrəyə mənsubiyyət, ya da yerli əhaliyə, köçkünlərə və qaçqınlara mənsubiyyət amilləri səbəbindən əlavə çətinliklərlə rastlaşır. Onlar bixəbərlikdən və insani hüquqlarının lazımı tərzdə təsdiq olunmamasından, əlverişsiz və sosial cəhətdən ağır vəziyyətə düşürlər» və «Beynəlxalq yardıma ehtiyacı olan qaçqın, köçkün, ölkə daxilində məcburi köçürülən qadın axınlarının səbəbi kişilərdən fərqli olaraq, başqa səbəblər ucbatından baş verirlər. Münaqişələr zamanı və onlardan sonra bu qadınlar, öz hüquqlarının pozulması baxımından, ağır vəziyyətdə qalmaqdadırlar».
Do'stlaringiz bilan baham: |