1885 -ci il. Bronobel cəmiyyəti tərəfindən Moskvada tikilmuş neft bazası fəaliyyətə başlayır.
1885 -ci il. Dağ-mədən mühəndisi A.Vasilyev tərəfindən Rusiyada ilk dəfə neft işi ilə bağlı “Abşeron yarımadasında neft hasilatı və orada qazıma işinin vəziyyəti” adlı dissertasiya müdafiə olunmuşdur.
1885 -ci il. Rotşildlər Bakıda neft işi ilə məşqul olmağa başlayırlar.
1885 -ci il. Hollandiya şirkəti “Royal Dutch Petroleum Company” Sumatrada (İndoneziya) neft tapır.
1885 -ci il. Kaliforniyada Stoktonda qaz quyuları qazılmışdır və qaz yanacaq və işıqlandırma qismində istifadə olunur.
1885 -ci il. Kaliforniyanın neft yataqlarında buxar mühərriklərində, sonralar isə parovozlarda neft odluqlarının istifadə olunması xam neftin satışı üçün yeni bazarlar açır.
1886 -cı il. “Svet” (Nur) neft paroxodu (buxar gəmisi) Batumdan Londona ilk dəfə kerosin daşımışdır.
1886 -cı il. Bakıda neftin həddindən çox istehsalı ilə bağlı yeni böhranın yaranması.
1886 -cı il. Karl Bens alıcıya istismara yararlı müasir avtomobilin ilk nümunəsini təqdim edir.
1886 -cı il. H.V. Daymler maye yanacaqla (benzinlə) işləyən avtomobil mühərrikinin istehsalına başlayır.
1886 -cı il. “Rus İmperator Texniki Cəmiyyətinin Bakı Bölməsinin əsərləri” adlı ilk neft dövri nəşriyyatı Rusiyada işıq üzü görür.
1886 -cı il. Bakıda «Ziller» səhmdar cəmiyyətinin neft ayırma zavodu fəaliyyətə başlayır.
1886 –cı il. V.Q.Şuxov qaytanlı nasosların quyulardan neftin qaldırılmasında istifadə olunmasını təklif edir.
1886 –cı il. V.Q.Şuxov sıxılmış havanın köməyi ilə (erlift üsulu) quyulardan neft hasil edilməsini təklif edir.
1886 –cı il. Ticarət və manufaktur departamenti L.Nobelə “Neftin parçalanması və fasiləsiz təqtir (destillə) edilməsi üçün təkmilləşdirilmiş kub batareyası” ixtirasına görə 10 illiyə 11236 № -li imtiyaz verir.
1888 -ci il. V. Şuxov, tələb olunan keyfiyyətdə lazımi neft məhsulları almağa imkan verən, defleqmator ixtira edir.
1888 -cı il. S.-Peterburqda ilk neft sərgisi- “Ümumrusiya işıqlandırıcı cisimlər və neft istehsalı sərgisi” açılır və burada “Branobel” şirkəti geniş təmsil olunur. Şirkətin 64 ekspozisiyası, o cümlədən dağ süxurları kolleksiyası, neft mədənlərinin və kerosin zavodlarının, Abşeron yarımadasının sənaye mənzərələri, qazıma buruğunun, neft doldurulan vaqon-sisternaların, müasir neft-mədən avadanlıqları və alətlərinin, yeni “Petrolia” neft tankerinin foto və modelləri, həmçinin natural ölçüdə müxtəlif qazıma alətləri, yüksək məhsuldarlığa malık süngülü neftvurma nasosu, avtomat maye süzən kran, “neftin sudan, ildən, qumdan təmizlənməsi üçün separator aparatı” və ş. eksponatlar böyük maraqla qarşılanır. “Neftlə qızdırma üçün cihazlar” bölməsində isə L.Nobelin yeni üç konstruktor işi: gəmi buxar qazanları üçün təkmilləşdirilmiş forsunka, sünbül şəkilli odluq və “kerosinli mətbəx” nümayiş etdirilir.
1888 -ci il. İmperator I Nikolay adına Praktiki Texnoloji İnstitutun Elmi Şurasının 28 fevral tarixli qərarı ilə L.Nobelə “mühəndis-texnoloq” fəxri adı verilir (Bu ada Rusiya dövlətində məşhur olan mühəndislər, texnoloqlar və sənaye təşkilatçıları layiq görülürdülər).
Do'stlaringiz bilan baham: |