Cədvəl 2.3
1995-2008-ci illərdə Azərbaycanda elektrik enerjisi ehtiyatları və istehlakı
(mln.kvt.saat)
|
1995
|
2000
|
2005
|
2006
|
2008
|
Ehtiyatlar-Cəmi
|
17943
|
20056
|
24954
|
26309
|
22395
|
Daxili istehlak cəmi:
O cümlədən:
|
15001
|
16423
|
20043
|
21655
|
18047
|
Sənaye
|
4442
|
2671
|
4697
|
5225
|
5793
|
Tikinti
|
175
|
36
|
210
|
360
|
408
|
Kənd təsərrüfatı
|
2603
|
803
|
499
|
510
|
530
|
Nəqliy
yat
|
663
|
537
|
587
|
650
|
781
|
Əhali
|
4075
|
9902
|
12253
|
13795
|
8334
|
Sairə
|
3043
|
2474
|
1797
|
1115
|
2201
|
İtkilər
|
2443
|
2770
|
4031
|
3775
|
3562
|
İxrac
|
499
|
863
|
880
|
879
|
786
| Mənbə: Azərbaycan Statistik göstəriciləri.Bakı, 2009, s 393.
2008-ci il istisna olmaqla əhalinin elektrik enerjisindən istifadəsi təhlil dövründə dinamik surətdə artmışdır.
Respublikada elektrik enerjisi əsasən istilik enerjisi və su elektrik stansiyalarının hesabına istehsal edilmişdir.
Enerji mənbələri iri sənaye sahələrinin, eləcə də kənd təsərrüfatının infrastrukrurunu təşkil etdiyindən onların yerləşdirilməsi zamanı texniki iqtisadi prinsiplər nəzərə alınır. İstilik elektrik stansiyaları təbii qaz və yanacaq mazutu hesabına fəaliyyət göstərir.
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafı həlledici dərəcədə enerji daşıyıcılarının, o cümlədən təbii qazın iqtisadi dövriyyəyə cəlb olunması ilə əlaqədardır. 1995-2008-ci illər ərzində ölkədə hasilatı 30,0% artmış, həmin dövrdə daxili istehsalda 6,0% artım baş vermişdir.
Elektrik və istilik enerjisi istehsalına sərf olunan təbii qazın ümumi daxili istehsalda xüsusi çəkisi kəskin artmışdır. Belə ki, bu göstərici 1995-ci ildə 13,5% təşkil etdiyi halda, 2008-ci ildə 57,8% olmuşdur. Müvafiq olaraq yanacaq kimi sərf edilən elektrik enerjisinin ümumi istehsalda payı 75,4%-dən 40,9%-ə enmişdir.
Kənd təsərrüfatının istehsal infrastrukturunda təbii qazdan istifadə etməklə fəaliyyət göstərən qurğu və avadanlıqlar tərəfindən istehlakın xüsusi çəkisi son illər tərəddüd edir.
Məhsul istehsalında xammal və yanacaq kimi istifadə edilən təbii qazın miqdarı 1995-2008-ci illər ərzində kəskin surətdə azalmışdır. Eyni zamanda enerji (elektrik və istilik enerjisi) istehsalında istifadə olunan təbii qazın miqdarı dəfələrlə artımşdır (cədvəl 2.4).
Cədvəl 2.4
Təbii qazın ehtiyatı və istehlakı
(mln.m3)
|
1995
|
2000
|
2005
|
2006
|
2008
|
Ehtiyatlar - Cəmi
|
9191
|
6356
|
10852
|
11828
|
11932
|
Daxili istehlak-cəmi:
O cümlədən
|
8151
|
547
|
9504
|
10047
|
8637
|
Elektrik və istilik enerjisi istehsalına sərf edilmişdir
|
1103
|
1407
|
4287
|
5222
|
4996
|
Digər məhsulların istehsalında xammal kimi işlədilmişdir
|
901
|
214
|
406
|
325
|
112
|
Yanacaq kimi sərf edilmişdir. onlardan
|
6147
|
3851
|
4811
|
4500
|
3529
|
Əhali
|
2481
|
1702
|
3014
|
1702
|
2482
|
İtkilər
|
639
|
486
|
488
|
616
|
557
|
İxrac
|
-
|
-
|
-
|
65
|
1823
|
İlin sonuna qalıq
|
401
|
398
|
860
|
1100
|
915
| Mənbə: Azərbaycan Statistik göstəriciləri.Bakı, 2009, s 393.
Respublika üzrə yanacaq mazutunun ehtiyatı və istehlakı vəziyyətini təhlil etdikdə də istehsalın həcminin bir qədər aşağı düşdüyünün şahidi oluruq. İstehsalın azalması yanacaq mazutu ehtiyatlarınını da azalmasına gətirib çıxarmışdır. Belə ki, təhlil dövründə yanacaq mazutu ehtiyatı 23,3% azalmışdır (cədvəl 2.5).
Əhəmiyyətli hissəsi kənd təsərrüfatında istehsal infrastrukturunun normal fəaliyyətinə sərf olunan yanacaq mazutu istehlakı 1995-2008-ci illər ərzində 51% azalmışdır.
Cədvəl 2. 5
Yanacaq mazutunun ehtiyatı və istehsalı
(min ton)
|
1995
|
2000
|
2005
|
2006
|
2007
|
Ehtiyatlar - Cəmi
O cümlədən
|
4323
|
4240
|
3399
|
3385
|
3314
|
İstehsal
|
4220
|
4072
|
3061
|
2899
|
2949
|
İdxal
|
-
|
51
|
209
|
104
|
40
|
İlin əvvəlinə qalıq
|
103
|
117
|
129
|
382
|
325
|
İstehlak-cəmi
|
4112
|
4096
|
2625
|
2135
|
2016
|
İxrac
|
127
|
2
|
392
|
925
|
876
|
İlin sonuna qalıq
|
84
|
142
|
382
|
325
|
422
|
Mənbə: Azərbaycan Statistik göstəriciləri.Bakı, 2009, s 395.
Təhlil dövründə dizel yanacağı istehsalında azalma (8,6%) müşahidə edilir. Dizel yanacağı istehlakı 1995-2008-ci illər ərzində 81,0% artmış və bu əsasən ixracın azaldılması hesabına mümkün olmuşdur (cədvəl 2.6). Təhlil dövründə dizel yanacağı ixracı 481 min ton (25,5%) azalmışdır.
Cədvəl 2.6
Dizel yanacağı ehtiyatı və istehsalı
(min ton)
İllər
|
1995
|
2000
|
2005
|
2006
|
2007
|
Ehtiyatlar-cəmi
O cümlədən
|
2355
|
2061
|
2247
|
2179
|
2152
|
İstehsal
|
2213
|
1957
|
2101
|
2095
|
2108
|
İdxal
|
-
|
10
|
82
|
27
|
11
|
İlin əvvəlinə qalıq
|
142
|
94
|
64
|
57
|
33
|
İstehlak-cəmi
|
368
|
584
|
783
|
731
|
666
|
İxrac
|
1889
|
1341
|
1407
|
1415
|
1408
|
İlin axırına qalıq
|
98
|
136
|
57
|
33
|
78
|
Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, 2009, s 396
Ağ neft kənd təsərrüfatı infrastrukturunun normal fəaliyyətində özünəməxsus yer tutan enerji daşıyıcısıdır. 1995-2008-ci illər ərzində ağ neft istehsalı 33,5%, cəmi ehtiyatlar isə 38,0% artmışdır (cədvəl 2.7). Belə vəziyyət təhlil dövründə ağ neft ixracının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır.
Cədvəl 2.7
Ağ neft ehtiyatları və istehlakı
(min ton)
İllər
|
1995
|
2000
|
2005
|
2006
|
2007
|
Ehtiyatları - cəmi
O cümlədən
|
599
|
796
|
772
|
775
|
827
|
İstehsal
|
594
|
755
|
747
|
737
|
793
|
İlin əvvəlinə qalıq
|
5
|
41
|
25
|
38
|
34
|
İstehlak-cəmi
|
211
|
292
|
532
|
529
|
488
|
İxrac
|
379
|
460
|
202
|
212
|
315
|
İlin axırına qalıq
|
9
|
44
|
38
|
34
|
24
|
Mənbə: Azərbaycan Statistik göstəriciləri.Bakı, 2009, s 396
1995-2008-cı illər üzrə Azərbaycan Respublikasının yanacaq-enerji ehtiyatlarının istehsalı və istehlakının təhlilindən məlum olur ki, sənaye və kənd təsərrüfatının aparıcı istehsal infrastrukturlarından olan yanacaq-energetika ehtiyatının əsas istehsalçısı Dövlət Neft Şirkəti və «Azərenerji» Səhmdar Cəmiyyəti olmuşdur. Həmin müəssisələrdə hasil edilmiş təbii yanacaq ehtiyatlarının dörddə üç hissəsi neft hesabına olmuş və son illərə qədər ölkə daxilində bu ehtiyatların əsas hissəsi istehlak edilirdi. Əsas istehlakçılar sənaye müəssisələridir. Kənd təsərrüfatında istehlakın həcmi 90-cı illə müqayisədə bir qədər aşağı düşmüşdür.
İstehlak olunmuş yanacağın dörddə bir hissəsi elektrik və istilik enerjisi istehsalına, onlardan 80% qaz, mazut, xam neft emalı məhsullarının istehsalına sərf edilmişdir.
İlkin hesablamalar görə kənd təsərrüfatında ümumi istehlakın 3%-i qədər yanacaq-enerji istehlak olunmuşdur.
Müasir dövrdə elm və texnikanın qarşısında duran ən vacib, əməli əhəmiyyəti olan məsələlərdən biri də alternativ enerji mənbələrindən, o cümlədən təbiətin iki mühüm, ucuz başa gələn qüvvələrindən – günəş və külək enerjisindən istifadə edilməsidir.
Azərbaycanın yanacaq-enerji potensialı ondan daha qənaətli istifadə texnologiyalarının geniş istifadəsini tələb edir. Ölkəmizdə buraxılan məhsulun hər vahidinə sərf edilən enerjinin miqdarı Amerika Birləşmiş Ştatlarında və Qərbi Avropada olduğundan xeyli çoxdur. Bu baxımdan respublikamızın təbii imkanlarından səmərəli istifadə edilməsi üçün 21oktyabr 2004-cü ildə qəbul edilmiş «Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi haqqında» Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir.
Təkrar enerji resurslarından istifadə edilməsi üçün kənd təsərrüfatında və emal müəsisələrində böyük imkanlar vardır. Qeyri-ənənəvi və bərpa edilən mənbələrin energetik balansa geniş miqyasda cəlb edilməsi, enerji qıtlığının azaldılmasını və ətraf mühitin mühafizəsini təmin edən perspektivli istiqamətdir. Lakin günəş enerjisi, külək enerjisi və bioqaz kimi bərpa edilən mənbələrin tətbiq edilməsi üçün iqlim şəraiti nəzərə alınmaqla xüsusi tədqiqatlar aparılmalıdır.
Bu gün Avropa dövlətlərinin əksəriyyəti ənənəvi enerji istehsalından bərpa olunan enerji güclərinin istismarını həyata keçirir. Portuqaliya ölkədə istehsal olunan enerjinin 12 faizini günəş, külək və termal sulardan hasil edilən enerji hesabına ödəyir. Belçikada bu rəqəm 22, Finlandiyada 23, İsraildə 31, Norveçdə isə 51 faiz təşkil edir. İslandiya hökuməti elektirik enerjisinə olan tələbatın 72 faizini külək və günəş enerjisi hesabına ödəyir.
Azərbaycan alternativ enerji mənbələrinin potensialına və mövcud imkanlara görə xarici ölkələrin əksəriyyətini qabaqlayır. Ölkəmizin ərazisində günəş enerjisi ehtiyatları müasir dövrdə enerjinin bu növündən istifadənin həcmindən bir neçə min dəfə artıqdır. ABŞ, Fransa, Kanada və digər dövlətlərdə günəşin illik enerjisi 2500-3000 saat təşkil edirsə, Azərbaycanda bu göstərici daha yüksəkdir.
Günəş enerjisindən kənd təsərrüfatında istifadə edilməsinin perspektivli olması bir sıra istehlakçıların ərazi baxımından pərakəndə yerləşməsi, onların gücünün aşağı olması və avtonom enerji təchizatına ehtiyacı olan obyektlərin mövcudluğu ilə şərtlənir.
Temperaturu 100-1500 S-ə çatan geotermal sulara Kür-Araz, Lənkəran və digər rayonlarda rast gəlinir və onların məhz kənd təsərrüfatında istehsal infrastrukturunun səmərəli fəaliyyətində artan rolu diqqətdən kənarda qalmamalıdır.
Yanacaq-enerji balansının strukturunda təbii qaz üstün rol oynayır. Hazırda onun nisbi payı 50 faizdir, 2020-ci ildə isə proqnozlara görə bu rəqəm 58 faizə çatacaqdır.
Enerjiqoruyucu texnologiyaların tətbiq edilməsi sahəsində çox böyük ehtiyat mənbələr var, çünki faydalı iş əmsalı 90 faiz və daha yüksək olan enerji qurğuları ilə, əsasən buxar generatorları ilə yanaşı qızdırıcı sobaların, qaz-turbin qurğularının və qurutma aqreqatlarının çox böyük parkından istifadə edilir ki, bunların da faydalı iş əmsalı 30 faizdən çox deyildir.
Bu halda əsas istilik itkiləri temperaturu 200-1400 dərəcəyə çatan qazlarla bağlıdır. Belə aqreqatlarda yanacaqdan istifadə edilməsinin səmərəliliyi əhəmiyyətli dərəcədə artırıla bilər. Həm də bundan ötrü tələb edilən investisyaların həcmi ekvivalent miqdarda yanacaq çıxarılması və onun daşınması üçün tələb edilən investisyalardan 1,5-3 dəfə azdır.
İstehsal infrastrukturu obyektlərində qazdan və istilikdən istifadə edilən çoxsaylı avadanlığın müşahidəsi göstərmişdir ki, müəsisələrin istehlak etdiyi təbii qazın, istilik və elektirik enerjisinin təqribən 25 faizi yalnız aşağı temperaturlu proseslərin, ilk növbədə binaların isidilməsi, ventilyasiyası, kondisiya və qurutma kimi aşağı temperaturlu proseslərin təmin edilməsi üçün istifadə olunur.
Enerji resurslarına qənaət edilməsinin ən səmərəli və perspektivli istiqamətlərindən biri müxtəlif temperatur səviyyəli energetik-texnoloji qurğularda təbii qazın yanma məhsullarının istiliyindən istifadə edilməsidir. Bu məhsullar ardıcıl olaraq yüksək temperaturlu mənbədən orta və aşağı temperaturlu aqreqatlara yönəldilir. Adətən, bu cür sistemləri yanma məhsullarının istiliyindən kompleks şəkildə mərhələlər üzrə istifadə edilməsi qurğuları adlandırırlar. Təbii qazın yanma məhsullarının istilik təkrar enerji resurslarından kompleks istifadə edilməsi texnologiyaları hazırda sənayenin müxtəlif sahələrində tətbiq edilməkdədir.
Yanma məhsullarının komponentlərindən – su buxarı, karbondioksid və ətalətli qazdan istifadə edilməsinin metodları və texnologiyaları kənd təsərrüfatı istehsal infrastrukturunda böyük əhəmiyyətə malikdir. Yanma məhsullarının «şeh nöqtəsi» temperaturundan aşağı dərəcədə soyudulması energetika qurğularının istilik balansına əlavə 11 faizə qədər su buxarı kondensasiyası istiliyi verir, eyni zamanda buxar qazanlarında istifadə edilmək və ya texnoloji ehtiyaclar üçün yararlı olan kimyəvi cəhətdən təmiz su alınır.
Təbii qazın yanma məhsullarının tərkibində olan karbondioksidin istixana bitkiləri üçün ekoloji təmiz gübrə kimi kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün istifadə edilməsinin iqtisadi cəhətdən məqsədəuyğun olması həm nəzəri, həm də praktiki şəkildə sübut edilmişdir.
Kompressor stansiyalarında yanacaq kimi işlədilən qazın istiliyindən kompleks şəkildə istifadə edilməsi işlənmiş qazların istilik enerjisinin bir hissəsindən mənzillərin qızdırıldığı dövrdə, həmin stansiyalarda buxar-qaz tsikllərindən istifadə edilməklə kompleks energetik-texnoloji qurğuların tərkibindəki aqreqatların, qovşaqların və avadanlığın çoxu yüksək dərəcədə qənaətlidir və uzun müddətdir ki, onlardan müxtəlif infrastruktur sahələrində uğurla istifadə edilir.
Qazdan istifadə edilməsinin səmərəliliyinin artırılması atmosferə düşən yanma məhsullarının, o cümlədən toksik maddələrin (karbon oksidi, azot oksidi və s.) və karbon dioksidin miqdarını azaltmağa imkan verir. Onun emissiyasını azaltmağın hələlik yeganə real üsulu yanacağa qənaət etməkdən ibarətdir.
Kənd təsərrüfatında istər texnoloji istiqamətlər üzrə, istərsə də enerjiqoruyucu vasitələrin tətbiq edilməsi və təşkilati-texniki tədbirlərin həyata keçirilməsi hesabına enerji məsrəflərini azaltmaq üçün böyük ehtiyat mənbələri mövcuddur. Məsələn, bitkiçilikdə torpaqların minimal becərilməsinə keçid sayəsində adi kotanlardan istifadə edilməsi ilə müqayisədə 25-30 faiz yanacağa qənaət etmək olar; səpin dövriyyəsində aralıq bitkilərin birbaşa səpini yanacaq sərfini 60-80 faiz azaldır, effektli herbisidlərin tətbiq edilməsi cərgələrarası becərmə işləri üçün yanacaq sərfini 2-3 dəfə azaldır, mineral gübrələrin təsir müddətinin artırılması isə, həmin gübrələrin torpağa verilməsi ilə bağlı məsrəfləri azaldır; otların qurudulmazdan əvvəl susuzlaşdırılması, duru peyinin susuzlaşdırılması, nəm taxılın qurudulması əvəzinə onun konservləşdirilməsi enerji sərfini 1,5-2,0 dəfə azaldır; kombinə edilmiş maşınların tətbiq olunması, çox enerji sərf edən traktorların rasional şəkildə aqreqatlaşması hər hektara yanacaq sərfini 15-20 faiz aşağı salır. Bundan əlavə, bitkiçilikdə enerji məsrəflərinin azaldılmasının texnoloji istiqamətlərinə səpin sahələrinin optimal strukturunun seçilməsi, maksimal məhsul alınması nəzərdə tutulmaqla kənd təsərrüfatı bitkilərinin səmərəli aqrotexniki becərmə üsullarından istifadə edilməsi, məhsulun yığılması və saxlanması dövründə itkilərin azaldılması tədbirləri də aiddir.
Energetiklərin Beynəlxalq Konqresinin son məlumatlarına görə, dünyada ümumi energetik balansda bərpa edilən və qeyri-ənənəvi enerji növlərinin nisbi payı artaraq 4-5 faizə çatacaqdır. Bu enerji mənbələrindən istifadənin geniş miqyas alması yanacaq növlərinin çatışmaması ilə əlaqədar zərurətdən daha çox ətraf mühitin qorunmasına qayğı ilə əlaqədardır.
Kənd təsərrüfatının müxtəlif tullantılarının biokonversiyası nəticəsində alınan bioqaz bərpa olunan enerji mənbəyidir. Nəmişlik dərəcəsi 91-93 faiz olan bir ton peyinli çirkab sudan sutkada 1,0-1,3 kub metr bioqaz almaq olar. Lakin bioqazın dəyəri yüksək olduğundan, bu texnologiya hələ ki, geniş tətbiq edilmir.
Yüksək udma qabiliyyətinə və istilikkeçirmə xassəsinə malik olan polimer materiallardan istifadə edilməsi konstruksiyaların ucuzluğu, yüngüllüyü və korroziyadan xilasolma baxımından müəyyən maraq doğurur. Polimer materiallar əsasında istilik mübadilə qurğuları ilə təchiz olunmuş helium su qızdırıcıları bir sıra mühüm iqtisadi göstəricilər üzrə metaldan hazırlanmış istilik mübadilə qurğuları olan helium su qızdırıcılarından üstündür. Buna görə də onların istehsal infrastrukturunda tətbiq edilməsi daha perspektivlidir.
İstehsal ehtiyacları, xüsusən məişət ehtiyacları üçün enerji istehlakının təhlili göstərir ki, bütün ilkin enerjinin təqribən yarısından, aşağı potensiallı – temperaturu 1000 C-dən aşağı olan istilik formasında istifadə edilir. Bu istiliyin çox hissəsi binaların, xüsusilə kiçik yaşayış məntəqələrində, qızdırılmasına və isti su ilə təchiz olunmasına sərf edilir. Günəş kollektoru və istilik akkumulyatoru ilə istilik nasosunun əlaqələndirilməsi enerjiyə qənaət baxımından çox səmərəli üsuldur. Bu sistem adi qayda ilə müqayisədə enerjiyə tələbatı 6 dəfə azaltmağa imkan verir.
Burada birbaşa, dolayı və məcmu enerji məsrəflərini fərqləndirmək lazımdır. Birbaşa enerji məsrəfləri dedikdə, bilavasitə texnoloji prosesdə sərf edilən elektirik, istilik və yanacaq enerjisi nəzərdə tutulur. Maşınların, gübrələrin, kimyəvi maddələrin və istehsal prosesinin həyata keçirilməsində istifadə edilən başqa materialların yaradılması üçün zəruri olan enerji məsrəfləri dolayı enerji məsrəflərinə aiddir. Məcmu enerji məsrəfləri dedikdə, enerjinin bütün növləri, o cümlədən istehsal prosesində əmək məhsulunun üzərinə keçirilmiş canlı əmək enerjisi məsrəfləri başa düşülür.
Elmi-texniki tərəqqinin inkişafının planlaşdırılması və idarə edilməsi, istehsalın yüksək dərəcədə intensivləşdirilməsi tədbirlərini həyata keçirmək üçün məhsulun hər vahidinə düşən məcmu enerji məsrəflərinin təhlil edilməsi zəruridir.
Həm ölkəmizin, həm də xarici dövlətlərin təsərrüfatçılıq təcrübəsində kənd təsərrüfatı məhsulları istehsalının intensivləşmə səviyyəsini əsas amillər nəzərə alınmaqla, energetik meyar əsasında qiymətləndirmə metodları istifadə olunur. Bu halda sosial-iqtisadi şəraitdən, maddi resurslarla təmin olunma dərəcəsindən, torpaq-iqlim xüsusiyyətlərindən, elmin və texnikanın inkişaf səviyyəsindən asılı olaraq hər bir ölkə intensivləşmənin ümumi strategiyasını işləyib hazırlayır. Bu strategiyanın prioritet amilləri və resursların bölüşdürülməsində müvafiq nisbətləri müəyyən edir.
Maşın və texnologiyaları müqayisəli qiymətləndirərkən intensivləşmə səviyyəsi həm birbaşa əmək məsrəflərinə görə, həm də maddələşmiş əmək məsrəflərinə görə müəyyən edilməlidir.
Texnologiyaların və maşın komplekslərinin enerji baxımından iqtisadiyyatın inkişafında müasir meyllərə tətbiqən qiymətləndirilməsinin məqsədi, ilk növbədə, enerjiqoruyucu və resursqoruyucu texnologiyaların işlənib hazırlanması, kənd təsərrüfatının sosial-iqtisadi inkişafına dair ümumi tələblərə və bu inkişafın əsas istiqamətlərinə müvafiq olaraq intensivləşmənin proqramlaşdırılmasından ibarətdir. Bu cür qiymətləndirmə həm maşınlardan istifadə, həm də onların istehsal edilməsi sahəsində material və mövcud maşınların təkmilləşdirilməsi işini məqsədyönlü şəkildə həyata keçirməyə imkan verir. Energetik qiymətləndirmə yanacaq-energetik məsrəf göstəriciləri minimal səviyyədən yuxarı olan texniki vasitələrin istehsala tətbiq edilməsi hallarını istisna edir.
Məcmu enerji məsrəfləri hesablanarkən müəyyən edilmişdir ki, məhsulun hər vahidinin istehsalına bilavasitə sərf edilmiş canlı əməyin nisbi payı bu xərclərin başqa tərkib hissələri ilə müqayisədə çox cüzidir. Məsələn, bitkiçilikdə bu məsrəflər 0,1-0,8 faiz həddində dəyişir. Buna görə də enerjiqoruyucu variantı seçib qiymətləndirərkən bibaşa əmək məsrəfləri və maddiləşmiş əmək ayrılıqda təhlil edilir. Məcmu material və enerji məsrəflərinə əsasən enerjiqoruyucu variantın seçimi və qiymətləndirilməsi bu məsrəflərin qiyməti və məsrəflərin ümumi məbləğində onların çəki əmsalları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu cür təhlil prinsipi əsas prioritet amillər (canlı əmək, yanacaq, metal, gübrələr və s.) üzrə intensivləşmə səviyyəsini müəyyən etməyə, bu da öz növbəsində enerjiqoruyucu texnologiyaların və texniki vasitələrin istehsala tətbiq edilməsi zamanı həmin göstəriciləri planlaşdırmağa və onlara nəzarət etməyə imkan verir (53, s. 34-41).
Azərbaycan Respublikasının ərazisində günəş radiasiyası qeyri-bərabər paylanılır. Belə ki, burada günəşli saatların illik miqdarı 1800-2900saat arasında dəyişilir. Günəşli saatların ən yüksək miqdarı Naxçıvanın Arazboyu düzənliklərinin cənubunda müşahidə edilir.(2900saat/il). Kür-Araz ovlağında, Ceyrançöl, Abşeron yarmadasında günəşli saatların miqdarı 2200-2400 saat/il təşkil edir. Böyük və Kiçik Qafqazda bu göstərici 2100-2400,Naxçıvan MR orta və yüksək dağlıq zonalarında isə 2400-2600 saat/il təşkil edir. Ən az günəşli saatlar Lənkəran ovalığında Şollar düzənində (1800-2000 saat/il) müşahidə edilir.
Kür-Araz və Lənkaran ovalığında ümumi günəş radiasiyasının illik miqdarı 125-134 kkal/sm2-ə çatır. Naxçıvan MR ərazisində günəş radiasiyasının illik miqddarı 145 kkal/sm2-dən-160 kkal/sm2-dək artır (45.s. 14).
Günəş radiasiyasının başlıca amilləri günəşli saatların qədəri ümumi, düz, səpələnmiş radiasiya və radiasiya balansının miqdarıdır. Günəşli saatların çoxu yay aylarında respublikanın düzənlik rayonlarında muşahidə edilir. Qışda günəş yerin cənub yarımkürəsini daha çox işıqlandırdığı üçün bizim en dairəsində günəşin uzunluğu və cünəşli saatların sayı xeyli azalır. Dağlıq məntəqələrdə buludluq çox olduğuna və adətən üfüqün qarşısını sıra dağlar kəsdiyinə görə günəşli saatların miqdarı düzənlik rayonlara nisbətən az olur (cədvəl 2.8).
Azərbaycan ərazisində il ərzində günəşdən alınan istiliyin miqdarı, yəni balansın mədaxil hissəsi onun şüalanma yolu ilə yer səthindən əks olunan məxaric hissəsindən çox olur. Buna görə də respublikada orta illik radiasiya balansı müsbətdir.
Yuxarıdakılara əsaslanaraq göstərmək olar ki, Azərbaycanın ərazisinə il ərzində xeyli miqdarda günəş enerjisi düşür. Bu ucuz enerji növündən istifadə edilərək istər texnika, istərsə də məişətdə çox böyük mənfəət əldə etmək mümkündür. Qeyd etmək lazımdır ki, respublikamızda bu enerji növüdən az da olsa istifadə edilir. Belə ki, kənd təsərrüfatı müəssisələrinin istixanalarında tərəvəzlərin yetişdirilməsi, su qızdırmaq məqsədi ilə işlədilən günəş qız-
Cədvəl 2.8
Metroloji stansiyalarda günəşli saatların miqdarı
Metroloji stansiyaların olduğu ərazilər
|
Yanvar
|
Fevral
|
Mart
|
Aprel
|
May
|
İyun
|
İyul
|
Avqust
|
Sentyabr
|
Oktyabr
|
Noyabr
|
Dekabr
|
İllik
|
Kür-araz ovalığı
|
102
|
100
|
133
|
161
|
229
|
300
|
302
|
297
|
204
|
145
|
111
|
93
|
2177
|
Yüksək dağ zonası
|
56
|
97
|
159
|
191
|
172
|
198
|
218
|
225
|
208
|
136
|
82
|
35
|
1777
|
Mənbə: Ə.Əyyubov «Azərbaycan iqlimi haqqında oçerklər» səh.14.
67
dırıcı cihazlarından istifadə edilməsi buna misal ola bilər. Lakin hələlik respublikada ucuz günəş enerjisindən kənd təsərrüfatının inkişafı məqsədilə kifayət qədər istifadə edilmir. Son illər günəş enerjisini elektrik enerjisinə çevirmək sahəsində müəyyən nailliyyətlər əldə edilsə də, bu işin respublikada tətbiqi qənaətbəxş deyildir. Gələcəkdə günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən qurğular respublikanın sənaye və təsərrüfat sahələrinin ucuz enerji ilə təchiz edilməsində mühüm rol oynayacaqdır.
Mövcud beynəlxalq standartlara görə küləyin orta illik sürəti saniyədə 7 metrdən yüksək olduqda ondan enerji istehsal etmək mümkün olur. Avropada və Amerikada bu göstərici 3-5, bəzi hallarda 7-8 metr/saniyə təşkil edir. Azərbaycanda isə küləyin orta illik sürəti 8 metr/saniyəyə bərabərdir. Küləyin istifadə edilə biləcək enerji resursları bir neçə yüz milyon kilovat saat həddindədir.
Abşeronda, Qobustanda və Xəzərin sahil zonalarında daim əsən külək enerji potensialı üçün kifayət edir. Hazırda dünya praktikasında məişət və istehsal təyinatlı müxtəlif obyektlərin enerji ilə təchiz edilməsi üçün külək enerjisi qurğuları get-gedə geniş yayılmaqdadır. Gücü az (2-6 kVt) olan külək elektirik stansiyalarından otlaqları və mərkəzdən uzaqda yerləşən baza məntəqələrini su ilə təchiz etmək üçün istifadə edilir.
Respublikanın demək olar ki, bütün ərazisində küləyin orta aylıq sürəti qış dövründə-istilik enerjisinə ehtiyacın daha çox olduğu dövrdə maksimum həddə çatır. Abşeron yarımadasında küləyin sürətinin orta illik və qış aylarında orta aylıq qiyməti yüksəkdir. Ümumiyyətlə, ölkə ərazisinin yarıdan çox hissəsində illik vaxt balansının 50-65 faizi müddətində külək elektirik stansiyalarından istifadə etməyə imkan vardır.
Məhz külək enerjisinin imkanları lazımınca qiymətləndirilməsinə görə bu gün bizdə güclü (100-300 kVt) külək qurğuları yoxdur, halbuki xarici ölkələrdə (məsələn, Hollandiyada və Finlandiyada) gücü 300-400 kVt olan külək elektirik stansiyalarının qurulması texnologiyası kifayət qədər mənimsənilmişdir.
Külək enerji qurğularının qeyri-standart keyfiyyətli elektirik enerjisindən istifadə edilməsinə yol verilən elektirik qızdırıcı sistemlərdə tətbiq edilməsi məqsədəuyğundur. Bu sistemin aşağıdakı üstünlükləri qeyd edilməlidir: yanacaqdan istifadə edilmir, deməli, onun daşınması problemi də yoxdur; texniki xidmət minimal həddədir; yanma məhsulları yoxdur; qızdırma prosesi tamamilə avtomatlaşdırılmışdır və enerjiyə qənaət edilir.
Külək yer üzərində mövcud olan əsas və ucuz başa gələn enerji mənbələrindən biri hesab edilir. Məhz ona görə də onu «mavi kömür» adlandırırlar. Alimlər hesablamışlar ki, küləkdən bir ildə alına bilən enerjinin miqdarı həmin müddət ərzində bütün dünyada yandırılan kömürdən alınan enerjidən 3000 dəfə çoxdur. Ucüz və tükənməz enerji mənbəyi olan külək ehtiyatlarına görə Azərbaycanın ərazisi müstəsna əhəmiyyətə malikdir. Külək enerji ehtiyatları əsasən küləyin orta illik surətinə görə təyin edilir. Küləyin orta illik surəti Abşeron yarmadasında 7-9, dəniz sahilinə yaxın rayonlarda 5-6, Kür boyu zonada 3-4, yüksək dağlıq hissələrdə isə 9-7 m/san-yə çatır (45. s. 18).
Küləyin gücündən istifadə edilməsinin böyük perspektivləri vardır. Külək mühərrikləri küləyin böyük gücə çatdığı açıq çöl yerlərində böyük əhəmiyyət kəsb edə bilər. Küləyin enerjisindən, qeyd edildiyi kimi, onun orta illik surəti saniyədə 4,5-5 m-dən yüksək olduqda istifadə edilir. Lakin külək daimi deyildir və bu da onun təsərrüfatda istifadə edilməsini xeyli çətinləşdirir. Bu sahənin tədqiqatçıları respublika ərazisində mövcud olan külək-enerji ehtiyatlarının hesablamalarını apararaq, ondan səmərəli istifadə edilməsinə dair bir sıra lazımi təkliflər irəli sürmüşlər. A.S.Əlizadə və V.İ.Yasman tərəfindən aparılan hesablamalar əsasında müəyyən edilmişdir ki, Azərbaycanın ərazisində yerləşən yüksək dağlıq yerlər külək ehtiyatlarına görə böyük əhəmiyyətə malikdir. Eyni zamanda qeyd edilmişdir ki, 3000 metrdən yuxarıda yerləşən, illik surəti 4m/san-dən artıq olan çaylarda külək enerjisindən bütün il boyu istifadə etmək mümkündür(cədvəl 2.9).
70
Cədvəl 2.9
Azərbaycanın ərazisində külək axınının gücü
(min.kvt.s)
Məntəqələr
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
illik
|
Gəncə
|
-
|
0,68
|
0,82
|
0,85
|
0,82
|
1,85
|
1,34
|
1,06
|
1,75
|
-
|
-
|
-
|
0,68
|
Tərtər
|
0,68
|
0,68
|
0,85
|
0,62
|
0,68
|
0,62
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
Xaçmaz
|
0,57
|
0,75
|
0,82
|
0,85
|
0,75
|
0,57
|
0,57
|
0,75
|
0,75
|
-
|
-
|
0,57
|
0,62
|
Lənkəran
|
0,9
|
0,85
|
1,34
|
1,34
|
1,06
|
1,06
|
0,75
|
0,85
|
0,85
|
1,06
|
1,06
|
0,85
|
1,06
|
Maştağa
|
2,78
|
2,78
|
6,34
|
2,78
|
2,62
|
2,62
|
2,78
|
2,62
|
2,62
|
1,64
|
2,62
|
2,62
|
2,78
|
Abşeron
|
13,36
|
17,46
|
17,44
|
14,80
|
10,35
|
12,44
|
16,35
|
13,82
|
12,89
|
12,89
|
14,80
|
14,30
|
13,8
|
Mənbə: Ə.S Əyyubov Q.Ə. Hacyev.Azərbbaycan SSR iqlim ehtiyatları s.15
Küləyin rejimi göstərilən məntəqələrin əksəriyyətində bütün il boyu enerji almağa imkan verir. Respublikanın mövcud vəziyyətini nəzərə alaraq külək mühərriklərindən elektrik enerjisi hasil edilməsi də nəzərdə tutula bilər. Bu məqsədlə külək mühərrikləri ilk növbədə yüksək təpələrin zirvəsində və küləklərin ümumi istiqamətlərinə uyğun olaraq dağlar arası dar dərələrdə yerləşdirilə bilər.
İstehsal infrastrukturunun tərkib hissəsi olan nəqliyyat maddi istehsal sahələrində yüklərin daşınması işinə xidmət edir. Azərbaycanın nəqliyyatı ölkədə sosial-iqtisadi inkişafın sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, transmilli layihələrin reallaşması, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar son 10 ildə stabil olaraq inkişaf etməkdədir.
Ölkə üzrə yük və sərnişin daşınmasında daha böyük xüsusi çəkiyə malik olan avtomobil nəqiliyyatı ilə yük daşınması 1995-ci ildə bütün nəqliyyat növləri ilə daşınan yüklərin 65,8 faizini təşkil etmişdir. 2008-ci ildə bu rəqəm azalaraq 49,4% olmuşdur. Bu nəqliyyatla yük daşınması təhlil dövründə 36,8% artmışdır.
Nəqliyyat və qeyri-nəqliyyat sektorunda avtomobillərlə yük daşınmasında fərqli dinamika müşahidə olunmuşdur. Belə ki, 1995-2008-ci illər ərzində nəqliyyat sektorunda avtomobilə yük daşımaları 6,2 dəfə artaraq 87989 min ton səviyyəsinə çatmışdırsa, qeyri-nəqliyyat sektorunda mənfi dinamika müşahidə edilmişdir. Qeyri-nəqliyyat sektorunda avtomobillərlə yük daşınmaları 3,9 dəfə azalaraq 15767 min ton səviyyəsinə enmişdir.
Təhlil dövründə avtomobillərlə yük daşımalarda sektorlararası nisbət kəskin dəyişmişidir. Əgər 1995-ci ildə avtomobillərlə yük daşınmalarda qeyri-nəqliyyat sektorunun payı 81,5% olmuşdursa, bu göstərici 2008-ci ildə cəmi 15,2% təşkil etmişdir.
Avtomobil nəqliyyatı vasitələrinin sayı 1995-2008-ci illər ərzində 2,2 dəfə artaraq 860 min ədədi ötmüşdür. 2008-ci ildə avtomobillərin 13,1 faizini yük avtomobilləri təşkil etmişdir.
01.01.2008-cı il vəziyyətinə respublikada olan avtomobil yollarının uzunluğu 18,8 min, km. təşkil etmişdir. Yolların 24,7 faizini respublika əhəmiyyətli yollar təşkil etmişdir. Avtomobil yollarının 98,9 faiz bərk örtüklü, 1,1 faizi torpaq yolları təşkil edir. Bərk örtüklü yolların 35,3 faiz asfaltbeton, 17,4 faiz qara örtük, 47,3 faiz çınqıllı yollar, qalan hissəsi isə sementbeton yollardan ibarətdir. Son məlumatlara görə ölkə ərazisində ümumi uzunluğu 40 km-dən çox olan 1450 ədəd körpü mövcuddur. Ümumi istifadədə olan avtomobil yollarının tikilməsinə yenidən qurulmasına və ya modernləşdirilməsinə yönəldilən kapital qoyuluşu ilbəil artır. Avtomobil yolları qabaqcıl dünya standartları səviyyəsində təmir olunur.
Nəqliyyat sisteminin inkişaf etdirilməsində başlıca vəzifə əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlı iqtisadi artıma xidmət etmək üçün əlverişli nəqliyyat siyasətini həyata keçirməkdən ibarətdir.
2004-2008-ci illər ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikimliş, 34 körpü təmir edilmişdir (7, s. 10-11).
Dəmir yolu nəqliyyatı ölkə iqtisadiyyatının inkişafı, nəqliyyat kompleksinin infrastrukturunun formalaşması, ölkə daxilində və ölkələrarası iqtisadi əlaqələrin tənzimlənməsində əsas rol oynayan nəqliyyat növlərindən biridir. Dəmir yolu nəqliyyatında yük daşınması 1995-ci illə müqayisədə 82,0%, 2000-ci illə müqayisədə isə 61,0 faiz artaraq 2008-ci ildə 37,4 milyon ton təşkil etmişdir. Göndərilmiş yüklərin dörddə üçünü neft və neft məhsulları, qalan hissəsini isə inşaat yükləri, soda, əlvan metal filizləri və sair yüklər təşkil etmişdir.
Dəniz nəqliyyatı bütün nəqliyyat növləri ilə yük daşınmasının 5,6 faizini, həyata keçirmişdir. 1995-ci illə müqayisədə dəniz nəqliyyatı ilə yük daşınmasının həcmi 2,1 dəfə artaraq 11,9 milyon ton olmuşdur.
1997-ci ildən başlayaraq nəqliyyat sisteminin fəaliyyətində ilbəil sabit artım müşahidə olunmuşdur. Əldə edilmiş artım ölkədə son illər həyata keçirilən bütün iri iqtisadi layihələrlə, TRASEKA proqramında iştirak etməsi və onların bir qisminin tədricən reallaşdırılması nəticəsində həm tranzit yük axınının, həm də yerli yüklərin daşınmasının intensivləşdirilməsi və ölkə iqtisadiyyatının digər sahələrində inkişafa nail olması ilə bağlı olmuşdur. Avtomobil nəqliyyatı sahəsində qeyri-dövlət sektorunun inkişafı, ölkə gəmiləri tərəfindən həm xarici, həm də yerli limanlardan yük daşımalarının daha səmərəli şəkildə həyata keçirilməsi və dəmir yol əlaqələrində manelərin aradan qaldırılması bu sahədə həyata keçirilən daşımaların həcminin artmasına ciddi təsir göstərmişdir.
Kənd təsərrüfatında istehsal infrastrukturunun səmərəli fəaliyyətində ölkə ərazisində dəmir və şosse yollarının sıxlığı mühüm rol oynayır. Artıq qeyd edildiyi kimi, avtomobil yollarının təmiri və yeni, müasir tələblərə cavab verən yolların salınması sayəsində Azərbaycan ərazisində onların sıxlığı artmışdır. 2000-ci ildə min kv.km. əraziyə düşən yol 217 km olmuşdursa, 2008-ci ildə bu göstərici bir qədər artaraq 218,3 km təşkil etmişdir (cədvəl 2.10). Dəmir yolları üzrə müvaifq göstəricilər azalma baş vermişdir.
Cədvəl 2.10
Dəmir və şosse yollarının ölkə ərazisində sıxlığı (min kv.km. əraziyə düşən yol, km-lə, ilin sonuna)
İllər
|
2000
|
2005
|
2006
|
2007
|
2008
|
2008-ci il 2000-ci ilə nisbətə, %-lə
|
Dəmir yolu, cəmi
|
37,7
|
34,3
|
34,3
|
33,7
|
33,7
|
89,4
|
O cümlədən:
Nəqliyyat sektorunda
|
24,4
|
24,5
|
24,5
|
24,2
|
24,2
|
99,2
|
Qeyri-nəqliyyat sektorunda
|
13,3
|
10,0
|
9,8
|
9,5
|
9,5
|
71,4
|
Şosse yolları, cəmi
|
217,0
|
217,1
|
217,1
|
217,4
|
218,3
|
100,6
|
Müəllif tərəfindən tərtib olunmuşdur. Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, DSK, 2009, s 568.
İstehsal infrastrukturuna aid olan nəqliyyat-kommunikasiya sistemlərinin mükəmməlliyi, qeyd edildiyi kimi dayanıqlı iqtisadi inkişafın təmin olunmasının əsas şərtlərindən biridir. Ona görə də müasir dövrdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi hər bir ölkənin sosial-iqtisadi siyasətinin strateji istiqamətlərindən biri kimi qiymətləndirilir.
Dinamik inkişaf sayəsində əldə edilən yüksək iqtisadi artım nəqliyyat sektorunda innovasiyalı inkişafa rəvac vermişdir. Son illər həyata keçirilən iri iqtisadi layihələrin reallaşdırılması nəticəsində tranzit yük axını ilə yanaşı yerli yüklərin də daşınması xeyli intensivləşdirilmişdir.
Nəqliyyat sektorunda yük daşımalarının səmərəli təşkil üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. Daşınma tariflərinin kənd təsərrüfatı mənşəli yüklər üzrə təkmilləşdirilməsi, xarici şirkətlərlə müştərək müəssisələrin fəaliyyətində ərzaq təlükəsizliyi meyarlarına və s. xüsusi diqqət yetirilməlidir. Ölkəmizdə tranzit və yerli yük daşımalarının artması, eləcə də xarici özəl şirkətlərin iqtisadi fəaliyyətinin genişlənməsi avtomobil yük daşımalarının artmasına səbəb olmuşdur. Xarici şirkətlərin nəqliyyat vasitələri idxal əməliyyatlarında olduğu kimi, ixrac əməliyyatlarında da fəal iştirak edərək yükdaşıma prosesindən xeyli gəlir əldə edirlər. Bunu nəzərə alaraq ölkə daxilində xarici nəqliyyat şirkətlərinin fəaliyyətini daha çevik tənztmləyən qaydalar hazırlanmalı, yerli nəqliyyat xidməti göstərən sahibkar subyektlərin inkişafı stimullaşdırılmalıdır (22).
Araşdırmalar göstərir ki, kənd təsərrüfatında nəqliyyat infrastrukturunun innovasiyalı inkişafı üçün kompleks stimullaşdırma tədbirləri görülməlidir.
Kənd təsərrüfatında nəqliyyat infrastrukturunun innovasiyalı inkişafı üçün aşağıdakı tövsiyələrin həyata keçirilməsi məqsədəuyğun hesab edilir:
nəqliyyat infrastrukturu sahəsində sahibkarlığın inkişafına kömək üçün stimullaşdırıcı tədbirlərinin həyata keçirilməsi. Bu məqsədlə koordinasiyalı idarəetmə imkanlarının reallışdırılması məqsədəuyğundur;
regionlarda mövcud nəqliyyat infrastrukturlarını modernləşdirmək və yenidən yaradılması prosesində yerli özünüidarəetmə resurslarını hərəkətə gətirmək;
ölkəmizdə nəqliyyat növləri üzrə beynəlxalq lizinq əməliyyatlrını genişləndirmək.
İqtisadiyyatın bütün sahələrində olduğu kimi rabitə sektorunda da müəssisələrin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, özəl sektorun inkişafı, yeni xidmət növlərinin yaranması, davamlı investisiya qoyuluşu, habelə informasiya və kommikunasiya texnologiyalarına tələbatın gündən-günə artması bu sahənin inkişaf səviyyəsinin digər sahələrlə müqayisədə daha yüksək olmasını şərtləndirmişdir. Müşahidə olunmuş artımı həmçinin rabitə sahələrinin intensiv və səmərəli istismarı və yeni rabitə sahələrinin yaranması ilə də əlaqələndirmək olar. Mobil telefon, sürətli poçt, internet, informasiya texnologiyalarının digər sahələri artıq rabitə xidmətlərinin prioritetlərini təşkil edir və sürətlə inkişaf etməkdədir.
Rabitə sektorunun inkişafı və onun iqtisadiyyatda rolu son onillikdə sürətlə artmışdır. Rabitə müəssisələrinin fəaliyyəti nəticəsində yaradılmış əlavə dəyərin 1995-ci ildə istehsal edilmiş ÜDM-dəki 1,0 faizlik payı 2008-ci ildə 2 dəfə artmışdır. 2008-ci ilin əvvəlinə rabitə müəssisələrinin fəaliyyəti nəticəsində faktiki qiymətlərlə 936,7 milyon manat təşkil etmişdir ki, bu da 2000-ci və ya əvvəlki illə müqayisədə 6 dəfə çoxdur.
Azərbaycan poçt xidmətləri göstərən şöbələrin sayı 2000-ci ildən başlayaraq artmaqdadır. 2000-2008-ci illər ərzində həmin şöbələrin sayı 300 vahid artaraq, demək olar ki, bütün iri kənd yaşayış məntəqələrini əhatə etməkdədir. Belə ki, 2008-ci ilin məlumatına görə kənd yerlərində 1282 poçt şöbəsi vardır ki, bu da 2000-ci ildən 241 vahid çoxdur (cədvəl 2.11). Kənd yerlərində əsas telefon aparatlarının sayı 1995-ci ilə nisbətən 2 dəfə, 2000-ci ilə nisbətən isə 1,6 dəfə çox olmuşdur. Kənd yerlərində hər 100 ailəyə düşən telefon aparatları, 2008-ci ilin məlumatına görə 30 ədəd olmuşdur ki, bu da 1995-ci ilin səviyyəsindən 2,1 dəfə yüksəkdir.
Rabitə müəssisələr arasında azad rəqabətin yaranması bu sahədə dövlət sektoru ilə yanaşı qeyri-dövlət rabitə müəssisələrinin də inkişafına təkan vermişdir. 1992-ci ildən etibarən beynəlxalq standartlara cavab verən rəqəm elektron sistemli telefon stansiyalarının istifadəyə verilməsi 1995-ci ildən mobil telefon rabitəsinin Azərbaycanda yaranması rabitə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksək səviyyədə qurulmasına səbəb olmuşdur. Telefon stansiyalarının tutumu 1990-cı ildəki 617 min nömrədən 2008-ci ildə 1310,5 min nömrəyədək artmış və bunların az qala yarısı elektron sistemli telefon stansiyalarına məxsus olmuşdur.
1997-ci ildən etibarən internet rabitə fəaliyyətə başlamışdır. Həmin ildən başlayaraq bu rabitə xidməti növündən əldə edilən gəlir artmaqdadır. 2008-ci ildə İnternet xidmətinin həcmi 22,3 milyon manat olmuşdur.
Respublikada kənd təsərrüfatı məhsulları istehsalının əcasını digər infrastruktur sahələri ilə yanaşı, istehsal infrastrukturunun tərkib hissəsi olan su təchizatı təşkil edir. Kənd təəsərrüfatının intensiv inkişafınında bu amilin rolu barədə artıq bəhs edilmişdir.
Cədvəl 2.11
Respublika üzrə poçt xidmətləri göstərən şöbələrin və telefon aparatlarının sayı
77
(taksafonlar daxil edilməklə)
|
Ölçü vahidi
|
1995
|
2000
|
2005
|
2006
|
2007
|
2008
|
1995-ə nisbətən
|
Poçt
şöbələri-cəmi
|
ədəd
|
1794
|
1354
|
1371
|
1565
|
1641
|
1654
|
92,2
|
0 cümlədən:
kənt yerlərində
|
-“-
|
1440
|
1041
|
1052
|
1209
|
1277
|
1282
|
89,0
|
Əsas telefon aparatlarının sayı
|
Min ədəd
|
639,5
|
801,3
|
1094,2
|
1182,2
|
1253,3
|
1308,8
|
204,7
|
O cümlədən:
kənt yerlərində
|
-“-
|
115,7
|
128,7
|
190,1
|
219,7
|
243,2
|
260,0
|
227,7
|
Mənzillərdə olan əsas telefon aparatları
|
-“-
|
555,4
|
730,8
|
1002,5
|
1084,9
|
1148,8
|
1193,6
|
214,9
|
0 cümlədən:
kənt yerlərində
|
-“-
|
104,8
|
122,7
|
184,3
|
212,6
|
234,7
|
252,5
|
240,9
|
Kənd yerlərində əhalinin hər yüz ailəyə düşən telefon aparatları ədəd
|
ədəd
|
14
|
16
|
23
|
26
|
29
|
-
|
214,3
|
Mənbə: Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, DSK, 2010, s 574-575.
Ölkə ərazisində su mənbələri, müvafiq infrastrukturun ahəngdar inkişafı baxımından qənaətbəxş paylanmamışdır. Belə ki, Böyük Qafqazın cənub hissəsində və Gəncə-Qazax iqtisadi rayonunun ərazisində bolluq təşkil etsə də, Naxçıvan, Aran iqtisadi rayonlarında su çatışmamazlığı hiss edilir.
Respublikanın su ehtiyatının əsasını uzunluğuna və sululuğuna görə burada ən böyük çaylar hesab edilən Kür çayı öz başlanğıcını Türküyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m yüksəklikdən götürür və Xəzər dənizinə tökülür. Kür çayı Xəzər dənizinə saniyədə 580m3 su axıdır ki, bu da bir ildə 18 km3 su deməkdir.
Kür çayı və respublikanın sənaye əhəmiyyətli ikinci böyük və sulu çayı Araz barədə əvvəldə qeyd olunduğuna görə, digər mənbələr barədə ətraflı bəhs etmək məqsədəuyğundur.
Azərbaycanın şimal-şərqindən axan ən iri çaylardan biri də Samur çayıdır. Samur çayı başlanğıcını Dağıstan ərazisindən 3600 metr hündürlükdən götürür.Onun uzunluğu 216 km, hövzəsinin sahəsi, 4,4 min km2-dir.Suvarma məqsədi ilə Samur çayı üzərində su qovşağı tikilmişdir. Samur – Abşeron suvarma kanalı bu qovşaqdan başlanır və on minlərlə hektar əkin sahəsini su ilə təchiz edir.
Mənbəyini Baş Qafqazın şimal-şərq yamacından götürən Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvəlçay, Gilgilçay və Ataçay Xəzər dənizinə tökülür. Bu çayların suyunun bir qismi Samur-Abşeron kanalına axıdılır və ondan suvarma məqsədi ilə istifadə olunur.
Böyük Qafqazın cənub yamaclarından axan Mazimçay, Balakənçay, Qalaçay, Katexçay, Kürmükçay, Şinçay, Kişçay, Daşağılçay, Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar. Onların suyundan suvarmada geniş istifadə edilməkdədir.
Böyük Qafqazın cənub yamacları ilə axan Şirvan çaylarına Əlicançay, Türyançay, Göyçay, Girdmançay və Ağsuçay daxildir. Bu çaylar Kür çayına tökülür. Həmin çaylardan Şirvan düzlərini suvarmaq üçün çoxlu kanallar çəkilmişdir.
Kiçik Qafqazın şimal-şərq yamaclarından axaraq Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay Kür çayına qovuşurlar. Kiçik Qafqazın cənub-şərq yamacından axan Tərtər, Xaçınçay, Qarqarçay, Həkəri, Oxcuçay suvarma üçün böyük əhəmiyyətə malikdir. Bu çaylardan Mil və Qarabağ düzənlərinin suvarılmasında geniş istifadə edilir. Suvarmanı daha yaxşı təşkil etmək üçün 1969-cü ildə Ağstafaçay və 1977-ci ildə isə Tərtərçay üzərində Sərsəng su anbarları tikilmişdir.
Naxçıvan MR ərazisindən axan Naxçıvançay, Arpaçay, Əlincəçay, Gilənçay və Ordubadçaydan da suvarma məqsədi ilə geniş istifadə edilir. Arazçay su anbarı tikilmiş, Vayxır su anbarının tikintisi planlaşdırılmışdır. Gələcəkdə Vayxır su anbarından istifadə edilməklə Naxçıvan MR ərazisinin əkinə yararlı torpaq sahələrinin xeyli hissəsi su ilə təchiz ediləcəkdir.
Talış dağlarından axan Viləşçay, Lənkərançay və Astaraçaydan da suvarma məqsədilə istifadə olunur. 1976-cı ildə burada Xanbulançay su anbarı tikilib istifadəyə verilmişdir (cədvəl 2.12).
Suvarma sistemində ən önəmli yerlərdən birini göllər tutur. Respublikanın ərazisində belə göllərin sayı 700-ə yaxındır. Lakin isti, quraq yay aylarında bu göllərin əksəriyyətinin suları quruyur. Ərazidə 250-yə qədər təbii göllər vardır ki, onların suyu qurumur. Bu göllərin içərisində 25-ə qədəri sahəsi 1 km2-dən bir qədər çox olan göllər vardır ki, onlardan da təsərrüfat suvarmalarında geniş istifadə edilir (cədvəl 2.13).
Respublikada kənd təsərrüfatı sahələrinin, eləcə də sənaye müəssisələrinin suya olan ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə kanallar şəbəkəsi yaradılmışdır. Həmin kanallar vasitəsi ilə 1,3 mln. hektar quraq ərazilər suvarılır, şəhər və kəndlər, həmçinin orada olan sənaye obyekti su ilə təchiz olunur. Suvarma kanalları içərisində Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Əzizbəyov, Sabir, Baş Mil, Baş Muğan xüsusi yer tutur.
Cədvəl 2.12
Azərbaycan Respublikasının ərazisində yerləşən su anbarları
Su anbarlarının adı
|
İstifadəyə verildiyi il
|
Qidalandığı mənbələr
|
Mütləq hündürlüyü m-lə
|
Səthin sahəsi km2
|
Həcmi
Mln.m3
|
Mingəçevir
|
1959
|
Kür çayı
|
-
|
605
|
160000
|
Ceyranbatan
|
1958
|
Samur,Vəl
vələ çay
|
28,5
|
13,9
|
186
|
Cavanşir
|
1961
|
Ağsu
|
14,7
|
0,70
|
4,60
|
Aşıqbayramlı
|
1951
|
Dəvəbatan
|
-
|
0,80
|
3,60
|
Yekə
xana
|
1962
|
Dəvəbatan
|
229,7
|
3,70
|
19
|
Nohuzqışlaq
|
1953
|
-
|
700
|
1,96
|
16
|
Varvara
|
1956
|
Kür
|
18,5
|
22,5
|
60
|
Şəmkir
|
1980
|
Kür
|
158
|
116
|
2677
|
Ağstafaçay
|
1969
|
Ağstafa
|
479,5
|
6,3
|
120
|
Sərsəng
|
1977
|
Tərtər
|
726
|
14,2
|
565
|
Xaçın
çay
|
1964
|
Xaçınçay
|
507,4
|
1,76
|
23
|
Ağdamkənd
|
1962
|
Qarqarçay
|
291,5
|
0,50
|
1,60
|
Arpaçay
|
1977
|
Arpaçay
|
955
|
6,30
|
150
|
Qanlıgöl
|
1865
|
Qanlıgöl
|
2420
|
0,10
|
1
|
Nehrəm
|
1953
|
Əlincəçay.
kan.vas
|
20
|
0,40
|
2,5
|
Araz su qovşağı
|
1970
|
Araz
|
777,5
|
145
|
1350
|
Köndələnçay 2
|
1963
|
Köndələn
çay
|
429,3
|
0,52
|
4
|
Xanlıqlarçay
|
1976
|
Bəşəru
|
74
|
2,46
|
52
|
Aşağı Köndələnçay
|
1981
|
Köndələn
çay
|
367
|
153
|
9,5
|
Mənbə: B.Budaqov,Y.Qəribov «Azərbaycan Respublikasının fiziki coğrafiyası» Bakı-1996.
Cədvəl 2.13
Azərbaycan Respublikasının ərazisində yerləşən göllərin təsnifatı
Gölləin adı
|
Yerləşdiui yer
|
Şirin və ya şor
|
Maksimum dərinlik m-lə
|
Həcmi,mln m3
|
Ağzıbirçala (Dəvəçi limanı)
|
Taxtakörpü (Dəvəçi rayonu)
|
Şor
|
4
|
40
|
Kürdəxanı
|
Abşeron yarmadası
|
Şor
|
3
|
3
|
Masazır
|
Abşeron yarmadası
|
Şor
|
1,7
|
6,8
|
Böyük şor
|
Abşeron yarmadası
|
Şor
|
2
|
12,3
|
Hacıhəsən
|
Abşeron yarmadası
|
Şor
|
3,2
|
3,2
|
Qanlı göl
|
Abşeron yarmadası
|
Şor
|
7,2
|
2,07
|
Sarısu
|
Kürün sağ sahilində
|
Şirin
|
3,5
|
59,1
|
Hacıqabul
|
Kürün sağ sahilində
|
Şirin
|
2,0
|
12,1
|
Mehman
|
Kürün sağ sahilində
|
Şirin
|
2,3
|
29,6
|
Ağqol
|
Kürün sağ sahilində
|
Şirin
|
2,2
|
44,7
|
Qultuq
|
Viləşçay
|
Şirin
|
3,0
|
5,2
|
Acınohur
|
Mingəçevir su anbarından şimalda
|
Şor
|
-
|
-
|
Göygöl
|
Kürəkçay
|
Şirin
|
0,3
|
29,4
|
Candargöl
|
Ceyrangöl
|
Şirin
|
6
|
-
|
Maralgöl
|
Kürəkçay
|
Şirin
|
61
|
6,0
|
Göygöl
|
Şamaxıçay dərəsi
|
Şirin
|
66
|
4,0
|
Alagöllər
|
Həkəriçayın yuxarı axarı
|
Şirin
|
-
|
-
|
Böyük Alaqol
|
Qarabağ vulkan yaylası
|
Şirin
|
9,4
|
24,3
|
Kiçik Alaqol
|
Qarabağ vulkan yaylası
|
Şirin
|
4
|
-
|
İşıqlı Qaraqol
|
Həkəriçayın yuxarı axarı
|
Şirin
|
10
|
10,2
|
Pəriçınqıl
|
Qarabağ vulkan yaylası
|
Şirin
|
5,4
|
2,4
|
Samur-Abşeron kanalı Samur su qovşağıdan başlayaraq Ceyranbatan su anbarı Abşeron kanalınadək davam edir. Uzunluğu 182 km, sugötürmə qabiliyyəti başlanğıc hissədə saniyədə 85 m3-dir. Bu kanalın suyu ilə 92 min hektar ərazi suvarılır və Ceyranbatan su anbarı və Abşeron kanalı su ilə təmin edilir.
Yuxarı Qarabağ kanalı Mingəçevir su qovşağından başlayaraq 172 km uzunluğa malikdir. Sugötürmə qabiliyyəti saniyədə 140 m3-dir. Onun üzərində onlarla hidrotexniki qurğu fəaliyyət göstərir. Mil və Qarabağ düzlərinin 76 mln hektar sahəsini su ilə təchiz edir. Yuxarı Şirvan kanalı Mingəçevir su anbarından Ağsuçayına qədər 122 km məsafədə uzanaraq Şirvan düzünün 120 min hektardan artıq ərazisini suvarır. Baş Mil kanalı Araz üzərində olan Mil-Muğan su qovşağından başlayır və Mil düzü boyunca 38 km məsafədə uzanır. Onun suları ilə Füzuli, Beyləqan, Ağcabədi, İmişli rayonlarının 64 min hektara yaxın torpağı suvarılır. Baş Muğan kanalı Araz çayı üzərindəki Bəhramtəpə su qovşağından Muğan düzünədək uzanır.Bu kanalın suları Muğan düzünün 70 min hektara yaxın ərazisini su ilə təchiz edir. Əzizbəyov adına kanalla İmişli, Beləsuvar, Cəliləbad rayonlarının 70 min hektara yaxın əraziləri suvarılır (cədvəl 2.14).
Göründüyü kimi, müxtəlif suvarma sistemlərinin mövcudluğu ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına imkan verir. İslahatlar dövründə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında istehs al strukturunda intensiv inkişaf amillərinin təsiri gücləndirilməli, müvafiq tənzimləyici mexanizm təkmilləşdirilməlidir.
Ölkənin kənd təsərrüfatının istehsal strukturunun mövcud vəziyyətinin qiymətləndirilməsi və onun əsas parametrlərinin dinamikasının təhlili sayəsində aşkar edilən meyillərin aqrar iqtisadiyyata təsiri barədə bəzi mülahizələr söyləmək mümkündür. Bu baxımdan aqrar islahatlar şəraitində istehsal infrastrukturundakı dəyişikliklərə diqqət yetirmək məqsədəuyğundur.
Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə aparılan iqtisadi islahatlar aqrar bölməyə xidmət göstərən infrastruktur sahələrini modernləşdirmək, istehsal infrastrukturunun inkişafı hər bir ölkəyə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək, ərzaq təhlükəsizliyini təmin etmək, xarici istehsalçılara ödəniləcək valyutanı daxildə xərcləmək, bununla ölkə əhalisinin müəyyən hissəsini işlə təmin etmək, kənd təsərrüfatı məhsullarını emal edən mövcud müəssisələrin istehsal gücündən səmərəli istifadə etmək üçün lazımdır.
Ölkədə aqrar islahatların uğurla həyata keçirilməsi, torpaq, mal-qara və əmlakın özəlləşdirilməsi kənd təsərrüfatının dinamik şəkildə inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış və məhsul istehsalı sahəsində ilbəil yüksək nailiyyətlər əldə edilmişdir. Belə ki, əgər 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı orta hesabla ildə 12 faiz aşağı düşürdüsə artıq 1996-cı ildən başlayaraq (1997-ci il istisna olmaqla) ümumi məhsul istehsalı orta hesabla ildə 7,1 faiz artmış və 2005-ci ildə bu artım
84
Cədvəl 2.14
Respublikada suvarma kanallarının təsnifatı
Adları
|
Başlandığı yer
|
Uzunluğu
km-də
|
Su götürmə qabiliyyəti
|
Suvardığı sahələr
|
Suvardığı ərazilər
|
Samur-Abşeron
|
Samur çayı
|
182
|
85
|
92
|
Qusar mali düz Abşeron yarmadası
|
Yuxarı
Qarabağ
|
Mingəçevir
su qovşvğı
|
172,4
|
140
|
76
|
Qarabağ
və Mil düzənliyi
|
Yuxarı Şirvan
|
Mingəçevir su qovşvğı
|
122
|
78
|
127
|
Şirvan düzü
|
Baş Mil
|
Mil-Muğan su qovşağı
|
38
|
93
|
64
|
Mil düzü
|
Baş Muğan
|
Bəhrəmtəpə su qovşağı
|
37
|
55
|
68
|
Muğan düzü
|
Əzizbəyov
adına kanal
|
Bəhrəmtəpə su qovşağı
|
123
|
63
|
69
|
Muğan düzü
|
Tərtərçay
|
Tərtər
su qovşağı
|
65
|
70
|
91
|
Qarabağ düzü
|
Ağstafaçay
|
Ağstafa
gölü
|
69
|
25
|
30
|
Gəncə-Qazax mail düzənliyi
|
Türyançay sol sahil kanalı
|
Türyançay su qovşağı
|
42
|
12
|
6
|
Şirvan düzü
|
Türyançay sağ sahil kanalı
|
Türyançay
su qovşağı
|
27
|
3,5
|
17
|
Şirvan düzü
|
85
Həsənliarx
kanalı
|
Araz çayı
|
38
|
12
|
2,6
|
Arazboyu düzənlik (Füzuli rayonu)
|
Maralyanarx kanalı
|
Araz çayı
|
33
|
12
|
2,1
|
Arazboyu düzənlik (Cəbrayıl, Füzuli rayonları)
|
Rəsularx
kanalı
|
Araz çayı
|
27,5
|
14,2
|
13,89
|
Muğan düzü
|
Boztəpəarx
kanalı
|
Araz çayı
|
27,6
|
7,1
|
9,8
|
Mil düzü
|
Yuxaı sovxoz kanalı
|
Araz çayı
|
48
|
8
|
3
|
Arazboyu düzənlik
(Şərur rayonu)
|
7,5 faizə bərabər olmuşdur. Sonrakı illərdə də kənd təsərrüfatı məhsulların istehsalında dinamik artım baş vermişdir.
2008-ci ildə ölkədə 2498,3 min ton taxıl, 1077,1 min ton kartof, 1228,3 min ton tərəvəz məhsulları istehsal edilmiş və 2005-ci illə müqayisədə taxıl istehsalı 17,5 faiz və tərəvəz istehsalı 9,0 faiz artmış, kartof istehsalı isə 0,6 faiz azalmışdır. Müqayisə edilən illər üzrə əsas bitkiçilik məhsulları üzrə məhsuldarlıq artmışdır (cədvəl 2.15). 2000-2008-ci illər ərzində bostan məhsullarının istehsalı 56,2%, hər hektardan məhsuldarlıq isə 31,6% artımşıdr.
Cədvəl 2.15
Azərbaycan Respublikası üzrə əsas kənt təsərrüfatı məhsullarının istehsalı
Məhsulun adı
|
1995
|
2000
|
2003
|
2004
|
2005
|
2006
|
2007
|
2008
|
Taxıl
|
|
1540,2
|
2057,8
|
2158,2
|
2126,7
|
2078,9
|
2004,4
|
2498,3
|
Kortof
|
|
469,0
|
769,0
|
930,4
|
1127,3
|
999,3
|
1037,3
|
1077,1
|
Tərəvəz
|
|
780,8
|
1046,3
|
1076,2
|
1187,2
|
1186,4
|
1227,3
|
1228,3
|
Ət
(kəsilmiş)
|
82,0
|
108,7
|
134,4
|
143,7
|
149,6
|
155,5
|
170,6
|
175,7
|
Süd
|
826,5
|
1031,1
|
1167,8
|
1213,7
|
1251,9
|
1299,5
|
1341,3
|
1381,6
|
Yumurta miliyon
ədəd
|
455,8
|
542,6
|
681,8
|
829,4
|
874,6
|
760,9
|
953,6
|
1101,2
|
Yun
|
9,0
|
10,9
|
12,1
|
12,3
|
13,1
|
13,6
|
14,2
|
14,8
|
Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, DSK, 2009, s 453, 469.
Meyvə və giləmeyvə istehsalı, 2004-cü il istisna olmaqla, hər il artmışdır. 2008-ci ildə ölkədə rekord səviyyədə, 712,8 min ton meyvə və giləmeyvə istehsal edilmişdir. Üzüm istehsalı sahəsində də artım olmuşdur. Belə ki, 2008-ci ildə üzüm istehsalı 115,8 min ton təşkil etməklə 2000-cü ilə nisbətən 1,5 dəfə artmışdır. (şəkil 2.1).
Əsas bitkiçilik məhsulları istehsalnın dinamikası (2000=100)
Şəkil 2.1. Əsas bitkiçilik məhsulları istehsalnın dinamikası (2000=100)
Əsas heyvandarlıq məhsulları istehslalında da müsbət dinamika vardır. 2000-2008-ci illərdə əsas heyvandarlıq məhsullarından yumurta istehsalında ən yüksək artımın tempi (2 dəfə) müşahidə olunur. Ət (kəsilmiş çəkidə) və süd istehsalı müvafiq olaraq təhlil dövründə 62% və 34% artmışdır (şəkil 2.2)
Göründüyü kimi son illərdə istehsal, digər amillərlə yanaşı infrastrukturunun inkişafı ilə əlaqədar olaraq əsas kənd təsərrüfatı məhsullarının istehsalı dinamik surətdə artmağa başlamışdır.
Şəkil 2.2. Əsas heyvandarlıq məhsulları istehsalının dinamikası (2000=100)
Kənd təsərrüfatının inkişafı məqsədilə su təchizatı və nəqliyyat infrastrukturlarına yönəldilən investisiyalar hesabına əsas kənd təsərrüfatı məhsulları istehsalının məhsuldarlığı da yüksəlməyə başlamışdır.
Tədqiqatlardan görünür ki, istehsal infrastrukturunun inkişafı ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına təsir göstərməklə, ümumi iqtisadi inkişafa xidmət edir.
Do'stlaringiz bilan baham: |