Cədvəl 2.2
Azərbaycan Respublikasında iqtisadiyyata yönəldilən investisiyalar
(min manat)
Illər
|
1995
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
2007
|
2008
|
2009
|
Bütün məbələr üzrə investisiyalar
|
480,7
100%
|
1289,8
100%
|
1454,5
100%
|
2718,0
100%
|
4249,2
100%
|
5820,4
100%
|
6733,4
100%
|
7415,6
100%
|
10353,9
100%
|
13328,0
100%
|
10282,7
100%
|
O cümlədən:
a)daxili investisiyalar
|
149,3
31,1%
|
460,3
35,7%
|
437,7
30,1%
|
546,0
0,1%
|
938,3
22,1%
|
1324,0
22,7%
|
2104,9
31,3%
|
2901,4
39,1%
|
4626,7
44,7%
|
7702,7
57,8%
|
5887,6
57,3
|
b)xarici investisiyalar
|
331,4
68,9%
|
829,5
64,3%
|
1016,8
69,9%
|
2172,0
79,9%
|
3310,9
77,9%
|
4496,4
7,3%
|
4628,5
8,7%
|
4514,2
60,9%
|
5727,2
55,3%
|
5625,3
42,2%
|
4395,1
42,7
|
Müəllif tərəfindən tərtib edilmişdir. Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, 2009, s 375.
2.2.Azərbaycanda istehsal infrastrukturunun
vəziyyətinin qiymətləndirilməsi
Azərbaycan Respublikasında istehsal infrastrukturunun inkişafının çoxsaylı problemləri mövcuddur. Bu problemlərin bir sıra özünəməxsus cəhətləri və xarakterik xüsusiyyətləri vardır.
Müstəqilliyin ilk illərində hər il orta hesabla Ümumi Daxili Məhsul 20-25 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 7-10 faiz azalması, dövlət büdcəsinin böyük kəsirlə icra olunması, istehsal müəssisələri bağlanması və istehsal infrastrukturunun sıradan çıxması ilə müşayiət olunurdu. Makroiqtisadi sahədəki qeyri - stabillik, xüsusilə kənddə istehsal infrastrukturunu çətin vəziyyətə salmışdı.
1994-cü ildən başlayaraq həyata keçirilən iqtisadi islahatlar ümumi dirçəliş fonunda istehsal infrastrukturunun da bərpası və inkişafı üçün zəmin yaratdı.
Kənd təsərrüfatında istehsal infrastrukturunun formalaşması və inkişafı səviyyəsinin qiymətləndirilməsi üçün enerji-yanacaq, nəqliyyat, rabitə, su təchizatı sahələrinin vəziyyəti təhlil edilməlidir. İlk növbədə onu qeyd edək ki, kənd təsərrüfatında istehsal infrastrukturunun səmərəli fəaliyyəti elektrik enerjisi ilə təminat səviyyəsindən və istifadə vəziyyətindən birbaşa asılıdır.
Əlverişli coğrafi mövqeyi, günəşli günlərin sayının bir sıra ölkələrə nisbətən çox olması, zəngin yeraltı neft və qaz yataqlarının mövcudluğu, dağlıq relyef boyu axan suların bolluğu, ərazidə əsən küləklərin mütamadiliyi Azərbaycanın elektrik enerjisi ilə təminatı üçün geniş potensial imkanlarını xarakterizə edir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son illərdəki məlumatılarının təhlili elektrik enerjisi ehtiyatlarını və istehlakın vəziyyəti qiymətləndirməyə imkan verir.
Təhlil dövründə elektrik enerjisi ehtiyatları 24,8% artaraq, 2008-ci ildə 22395 milyon kvt. saat təşkil etmişdir (cədvəl 2.3). Bu dövrdə daxili istehlakda artım 20,3% olmuşdur.
Sənayedə enerji istehlakı 1995-2008-ci illər ərzində 30,4%, tikintidə 2,3 dəfə, nəqliyyatda 17,8% artdığı halda, kənd təsərrüfatında bu göstərici 5 dəfə aşağı düşmüşdür.
Do'stlaringiz bilan baham: |