Азярбайжан республикасы тящсил назирлийи


İslahatlar şəraitində istehsal infrastrukturunun



Download 483,5 Kb.
bet5/16
Sana07.01.2022
Hajmi483,5 Kb.
#329621
1   2   3   4   5   6   7   8   9   ...   16
Bog'liq
referat 2005

1.3. İslahatlar şəraitində istehsal infrastrukturunun

inkişafı məsələləri
İnfrastruktur ictimai təkrar istehsalın bütün fazaları: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin forma­laş­­masına xidmət etdiyinə görə, onun inkişafı ölkəmizdə həyata keçirilən islahatların ciddi təsiri altında baş verir. Bu baxımdan iqtisadi və institutsional islahatların rolu həlledicidir. Belə ki, istehsal infrastrukturu əsasən həmin islahatlar mühitində forma­laşır. İnstitutsional islahat elementlərinin üstünlük təşkil etdiyi mərhələlərdə infrastruktur təkmilləşdirmələri və təkrar istehsal fazaları arasında qarşılıqlı əlaqələr daha dinamik olur.

İstehsal infrastrukturuna maddi istehsal ilə bilavasitə əlaqədar olan sahələr, o cümlədən bütün nəqliyyat növləri və bütövlükdə nəqliyyat təsərrüfatı (dəmiryol stansiyaları , dəniz və çay liman­ları, doklar, depo, neft və qaz kəmərlərinin fasiləsiz işini təmin edən obyektlər və s.), müxtəlif miqyaslı enerji sistemlərini əlaqə­ləndirən elektrik xətləri, məlumatların ötürülməsi və emalı vasitə­lərinin məcmusu, təbii ehtiyyatlardan səmərəli istifadəni təmin edən obyektlər və maddi nemətlər istehsalında bilavasitə istifadə edilməyən, lakin kənd təsərrüfatı məhsullarının isteh­salının nor­mal davam etməsi üçün lazım olan sistemlər və qur­ğular, eləcə də maddi-texniki təchizat sistemi, rabitə, su təchizatı, mühəndis qur­ğuları, kanallar, avtomatik idarəetmə sistemləri, limanlar, anbar təsərrüfatı və s . aid edilir.

Odur ki, istehsal infrastrukturunun qurğuları və obyektləri, onların keyfiyyəti, xeyli dərəcədə kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyini müəyyənləşdirir.

Ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir göstərən kənd tə­sər­­rü­­fatında istehsal infrastrukturunun islahatlar dövründə hansı fərqləndirici əlamətlərlə xarakterizə olunduğunu aydınlaş­dırmaq çox vacibdir. Bu məqsədlə müasir dövrdə kənd təsərrüfatında istehsal infra­strukturunun inkişafının başlıca xüsusiyyətlərinin müəyyən­ləş­dirilməsi üçün onun müxtəlif əlamətlərə görə, əvvəllər qeyd olunmuş təs­nifatına əsaslanmaq lazım gəlir.

İnfrastruktur insanların bütün fəaliyyət sahəsi və sferasını, istehsal infrastrukturu isə istehlak malları və istehsal vasitələri istehsal edən sahələri əhatə edir. İlkin yanaşmada, o sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı prosesində əm­təə ehtiyat­larının hərəkətini təmin edən maddi-texniki sistemlərin məcmusu kimi qəbul edilə bilər. İstehsal prosesinin maddi vəsait­lərlə təmin olunması, təbii ehtiyatlar, enerji, hazır məhsullar, isteh­salın işçi qüvvəsi və ya əmək ehtiyatları ilə təmin olunması, isteh­salın maliyyə vəsaitləri infor­masiya ilə təmin olunması funksiyalarının real­laşma mühiti islahat­ların təsirinə məruz qalır. Bu funksiyalar özlüyündə isteh­sal prosesini həyata keçirmək üçün böyük əhə­miyyətə malikdir.

İslahatlar dövrü iqtisadiyyatın çoxukladlı olması ilə xarak­teri­zə olunur. Bu, müxtəlif təsərrüfat formaları arasında bazar müna­si­bət­­lərinin hələ formalaşmaqda olduğu, köhnə və yeni idarəetmə mexanizmini özündə birləşdirən ziddiyyətli bir iqtisadiyyatdır. İslahatlar dövrü iqtisadiyyatı müxtəlif dövrlərdə, ayrı-ayrı iqtisadi məktəb və cərəyanlar tərəfindən öyrənilmişdir. Postsovet ölkə­lə­rinin timsalında tədqiqatlardan məlum olur ki, bütün keçid iqti­sadi müna­sibət­ləri üçün həm köhnə, həm də yeni yaranmaqda olan cəmiyyətin iqtisadi münasibətlərinin əsas cəhətlərini özündə bir­ləşdirmək xüsusiyyəti xarakteriktir.

İslahatlar dövrünün mahiyyəti ümumi halda yeni iqtisadi sis­temə keçidlə bağlı həyata keçirilən sosial-iqtisadi müna­sibətlərlə bağlıdırsa, əməli baxımdan bu, hər şeydən əvvəl, bu mərhələdə həyata keçirilən əsaslı iqtisadi islahatlarla xarakterizə olunur. İslahatlar dövrünün mahiyyətini daha aydın başa düşmək üçün bu mərhələdə bazar prinsiplərinin, o cümlədən azad sahibkarlığın bər­qərar olmasının mühüm şərti olan xüsusi mül­kiyyətin forma­laşması, qiymətin və xarici ticarətin liberal­laşdırılması, habelə resursların mərkəzləşdirilmiş bölgüsü və idarə olunmasından tədricən imtina edərək, onların bazar prin­sipləri əsasında bölgüsü və istifadəsi üçün qəbul edilən qanun və normativ aktların xarakte­rinin təhlili mühüm əhəmiyyət kəsb edir.

İslahatlar dövründə Azərbaycan iqtisadiyyatı yeni istehsal münasibət­ləri əsasında formalaşır və inkişaf edir. Azərbaycanda bazar iqtisadiyyatının inkişafının bu mərhələsi başqa ölkə­lərdən fərqli olaraq bir sıra spesifik xüsusiyyətlərlə xarakterizə olunur. Belə ki, bu dövrdə Azərbaycanın ərazisinin 20 faizi erməni işğa­lına məruz qalmış, 1 milyona qədər soydaşımız yurd-yuva­ların­dan didərgin salınmış­lar .

Müstəqillik əldə olunduqdan sonra Azərbaycan yeni, daha de­mokratik bir cəmiyyət qurmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə dünyanın inkişaf etmiş, demokratik dövlətlərin ictimai-iqtisadi quruluşunun müsbət keyfiyyətlərini, onların qa­baq­cıl təcrü­bə­sini öyrənərək öz milli xüsusiy­yətlərimiz və tarixi şəraitimiz nəzərə alın­maqla tətbiq edilməyə başlanılmışdır. Azər­baycanda bu dövr yeni mahiyyətli iqtisadi sistemin, bazar iqtisadi sisteminin ilkin təməli olan özəl mülkiyyətin yaranması və fəaliyyəti ilə başlayır. Araşdırmalar göstərir ki, bütün iqtisadi strukturların bazar mexanizmi elementlərinə (tələb, təklif, qiymət və rəqabət) uyğun olaraq yenidən qurulması; təsərrüfat sub­yektləri üçün bazar iqtisa­diy­yatı mühitinin yaradılması; ayrı-ayrı infrastruktur sahələrinin, o cümlədən istehsal, sosial və bazar infrastrukturlarının formalaşması və inkişaf etdiril­məsi üçün əlverişli şərait təmin edilməlidir.

Bu və digər iqtisadi məsələlərin həlli islahatlar dövründə normal bazar iqtisadiyyatının formalaşdırılmasını tələb edir. Bunun üçün isə dövlətin mükəmməl tənzimləmə siyasəti həyata keçirilməlidir. Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tənzimləməsi ali qanunverici orqan tərəfindən qəbul edilən qanunlar, sahibkarların hüquqlarının qorunması, ölkənin sosial-iqtisadi inkişafının prioritetlərinin əsaslandırılması və iqtisadi tənzimləmə formalarına üstünlük verilməsi nəzərdə tutulur. Bu tənzimləmə siyasətinin formaları, metodları və mexanizmi də cəmiyyətin obyektiv inkişaf qanuna­uyğunluqlarına müvafiq olaraq təkmil­ləşdirilməli, çevik və mütərəqqi iqtisadi tənzimləmə siyasəti yeridil­məlidir.

Müasir bazar iqtisadiyyatı şəraitində Azərbaycanda istər is­tehsal, istər sosial və istərsə də bazar infrastrukturlarının inki­şafı bu və ya digər formada tənzimlənir. Hazırda onların bəzi sa­hə­ləri zəif, bəziləri isə güclü inkişaf etdirilir. Bazar infrastruk­tur­la­rının bəzi sahələri isə, hələ də ilkin formalaşma mərhələsindədir (95).

Azərbaycan siyasi müstəqillik əldə etdikdən sonra istehsal infrastruk­tur­larının vəziyyətində də köklü dəyişikliklər baş verdi. Bu hər şeydən əvvəl, sosial-iqtisadi sistemin dəyişməsi, yeni mahiyyətli və təbiətli quruluşun ya­ra­dılması və müasir bazar iqtisadiyyatının təşəkkül tapması ilə izah olunur. Ölkədə belə əsas­lı dəyişikliklərin aparılması həm mövcud infrastrukturlara və həm də yeni sosial-iqtisadi şəraitə uyğun gələn istehsal infras­truk­turunun təşəkkülünə şamil edilir. İstehsal infrastruk­turunda aparılan islahatlar onun yerinə yetirdiyi funksiyalarla bilavasitə bağlıdır. İqtisadiyyatın digər sahələri kimi istehsal infrastrukturu özəkləri cəmiyyətin normal fəaliyyəti üçün zəruridir. Bu fəaliyyət ilk növbədə onların çoxşaxəliliyi, geniş əhatəyə malik olmaları ilə səciyyələnir. Bu cəhət onların artan keyfiyyəti və səmərəliliyinin birgəliyni nəzərdə tutur. Əgər tərəqqi ilə bağlı olaraq artan səmərəlilik özünü göstərməzsə, onun faydasını nə elmi-nəzəri və nə də praktiki baxımdan kifayət qədər dəqiq qiymətləndirmək mümkün deyil. Bu gün hər sahədə, eləcə də istehsal infras­trukturunun fəaliyyətində səmərəli nəticə baş vermirsə, onu islahatlar dövrü üçün xarakterik hesab etmək qeyri-mümkündür. Qeyd etmək lazımdır ki, müasir dövrdə səmərəlilik problemi yalnız maddi istehsal sahələri üçün deyil (əlbəttə, burada xüsusi ilə əhəmiyyətlidir), həm də bütün istehsal infrastrukturu sahələri üçün zəruridir.

Səmərəlilik müasir dövrdə cəmiyyətin fəaliyyətinin ən baş­lıca meyar­larından biridir. İqtisadi səmərəlilikdə ilkin təsəvvür məs­rəflərin müqayisəsi nəticəsində meydana çıxır. Deməli, səmə­rəliliyi artırmaq məhsul və xidmət vahidinə düşən əvvəlki məs­rəfin (maddi, maliyyə və əmək) kəmiyyətinin müqayisəli nəticəsi ilə bağlıdır. Maddi istehsalın səmərəliliyi ilə qeyri-istehsal sahələri və qurumların səmərəliliyi arasında müəyyən metodoloji fərqi nəzərə almaq lazımdır. İstər istehsal və istərsə də qeyri-istehsal sahələrində infrastrukturların səmərəliliyinin artması, tə­bii ki, təsadüfü xarakter daşımır və qanuna-uyğun, təkrarlanan obyektiv bir proses kimi nəzərə gəlir.

İslahatlar dövründə kənd təsərrüfatında problemlərin həllində istehsal infrastrukturu böyük əhəmiyyətə malikdir. Belə ki, qeyd edil­diyi kimi, inkişaf etmiş yollar sistemi, etibarlı və səmərəli nəqliyyat, elevator və anbarlarsız səmərəli aqrar-sənaye kom­p­leksinin inkişafı mümkün deyildir. Hazırda istehsal infras­truk­turunun təkmilləşdirilməsi və yenidən qurulması problemi Azər­baycan iqtisadiyyatının dayanıqlı inkişafı kursunun əsas priorite­tinə çevrilmişdir. İqtisadi artımın sürəti, ictimai istehlakın səmə­rə­li­liyi, regionların kompleks və tarazlı inkişafı, ərazi-istehsal komplekslərinin formalaşması, inteqrasiya prosesləri və s. kimi problemlərin həlli imkanları istehsal infrastrukturunun islahat tələblərinə adekvatlıq səviyyəsi ilə bilavasitə bağlıdır.

Məlumdur ki, istehsal infrastrukturunda çatışmazlıq iqtisadi inkişaf tempinin nisbi azalmasına səbəb olur. Odur ki, istehsal infrastrukturunun inkişafı qeyd edildiyi kimi,əsas istehsal sahə­lərinin inkişafından geri qalmamalı və hətta onu qabaqlamalıdır.

İslahatların müasir mərhələsində istehsal infrastruk­turunun yeri və rolu müəyyənləşdirilərkən xalq təsərrüfatı, regional, sahə və s. səviyyələrdə istehsal infrastrukturunun inkişafı xüsusiy­yətləri diqqət mərkəzində olmalıdır.

İstehsal infrastrukturunda islahatlarda əsas məqsəd onun xalq təsərrüfatı səmərəliliyini yüksəltməkdir. Bu isə yeni şəraitdə yeni yanaşma üsulu tələb edir. İctimai istehsalın səmərəsinin artırıl­masında xalq təsərrüfatı və regional səviyyədə infrastruktur xü­susi əhəmiyyət kəsb edir. Tənzimləmə obyekti kimi, istehsal infrastrukturuna dinamik iqtisadi sistemin müəyyən bir bloku kimi baxılmalıdır. Bu səbəbdən istehsal infrastrukturu aqrar sahə ilə birgə tədqiq edilir. Sosial və iqtisadi islahatların icrasında vəhdətin əldə edilməsi kənd təsərrüfatında istehsal infras­trukturunun inkişafının mühüm şərtidir.

İnzibati amirlik dövründə iqtisadi və sosial sahələrin cəmiy­yətin inkişafındakı rolu qiymətləndirilərkən bəzən belə hesab edilirdi ki, iqtisadiyyat əsasdır və başlıca diqqət onun inkişafına yönəlməlidir. Sosial problemlərin həlli isə ikinci məsələ hesab edilir və sosial sahəyə qalıq prinsipi ilə vəsait ayrılırdı. Yəni buraya ancaq istehsaldan artıq qalan vəsaitlər göndərilirdi. İqtisadiyyat inkişaf etdirilir, insanların istehsal fəaliy­yəti üçün tələb olunan sosial şərait isə ancaq ona uyğun­laşdırılırdı.

Əlbəttə iqtisadiyyatın sosial kontekstdə mühüm rol oynaması onların münasibətlərinin ancaq bir tərəfini göstərir. Məlumdur ki, iqtisadiyyat həyatın bir çox sahələrinə bilavasitə təsir edir. Ancaq o, özü də digər sahələrin təsiri altında inkişaf edir. İqtisadiyyatın inkişafı nəinki sosial sahənin vəziyyətindən asılıdır, eyni za­manda o, sosial vəzifələrin həyata keçirilməsinə xidmət etməlidir. Sosial sahəni inkişaf etdirmədən iqtisadi inkişaf ola bilməz. Hər iki sahə bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır və biri digərinin inkişafını şərtləndirir.

Sosial infrastruktur sahələrinin inkişafı istehlak məsrəflərinin azalması üçün şərait yaradır ki, bu da öz növbəsində, əhalinin məşğulluğunun artmasına imkan yaradır, sosial infrastrukturun təhsil, mədəniyyət, incəsə­nət, səhiyyə kimi sahələrinin inkişafı bila­vasitə şəxsiyyətin hərtərəfli formalaşması, elmi-texniki tərəq­qinin tələblərinə uyğun ixtisasının artmasını, iş qabiliy­yətinin bərpasını, sağlamlığını təmin edir. Bu isə işçi qüvvəsinin təkrar istehsalında əmək məhsulldarlığının artması və iş vaxtından istifadənin yaxşılaşdırılmasında öz əksini tapır. Qeyri-istehsal sahələrinin inkişafı işçilərin boş vaxtının artmasına və onun daha səmərəli istifadəsinə səbəb olur. Bununla, şəxsiyyətin hərtərəfli, ahəngdar inkişafına imkan yaranır.

İnfrastruktur obyektləri, hətta müəyyən bir regionda belə həddindən artıq çoxsaylı və müxtəlifdir. İslahatlar dövründə res­pub­likada özəl bölmənin inkişafını sürətləndirmək üçün zəruri olan infrastruktur obyektlərindən biri sahibkarlığa kömək mər­kəz­ləri və fondları­dır. Sahibkarlıq infrastrukturunu inkişaf etdir­mək məqsədilə dövlət tərəfin­dən texnoloji mərkəzlərin, texno­park­ların, biznes-inkubatorların, sosial işgüzarlıq və biznes-mər­kəz­lərin yaradılması işinin sürətləndirilməsinə əməli kömək gös­tərilməsi zəruridir. Bu cür infrastruktur obyektləri qismən dövlət büdcəsinin vəsaitləri hesabına, normal fəaliyyətə başla­dıqları vaxt­dan isə kommersiya prinsipləri əsasında maliy­yələş­dirilə bilər.

Ölkəmizdə son illər iqtisadiyyatın müxtəlif sahələrinin inki­şafı, elmi-texniki tərəqqinin nailiyyətləri ilə əlaqədar olaraq istehsal infrastrukturunun sahə tərkibi də dəyişilməyə başla­mışdır. İctimai istehsalın xarakterinin dəyişməsi ayrı-ayrı sahə­lərin xüsusi çəkisinin dəyişməsinə və yeni sahələrin meydana gəlməsinə səbəb olmuşdur. Respublikamızda bu dəyişikliklər son illər yüksək templə baş verir. Belə ki, bu dövrdə Azərbaycan iqtisadiyyatında əldə edilmiş nailiyyətlərin çox hissəsi, məhz, istehsal infrastrukturlarının yaradılması hesabına olmuşdur. Artıq 15 ildir ki, iqtisadi həyatın bütün sahələrində islahatların aparıl­ması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əlaqələrin inkişaf etdi­ril­məsi, ölkəyə xarici investisiyaların cəlb olunması və s. isti­qa­mətlərdə məqsədyönlu siyasət həyata keçirilir. Məhz, aparılan islahat­ların nəticəsində ayrı-ayrı iqtisadi sahələrdə olduğu kimi, istehsal infrastrukturunun inkişaf etdirilməsi sahə­sində də iqtisadi göstəricilər ildən-ilə yüksəlməyə başlamışdır.

İslahatların, xüsusilə institutsional islahatların kənd təsər­rü­fatında istehsal infrastrukturunun roluna təsirini qiymətləndirərək, belə qənaətə gəlmək olar ki, ölkənin sosial-iqtisadi inkişafını təmin etmək üçün kənd təsərrüfatında bütün infrastruktur sahələrinin qarşılıqlı əlaqələri intensivləş­dirilməlidir. İstehsal infrastrukturunun ayrı-ayrı sahələrinin inkişafı bir tərəfdən kənd təsərrüfatında, ümumilikdə, iqtisadi artımın intensiv tempinə təsir göstərirsə, digər tərəfdən, istər sənaye, istərsə də kənd təsərrüfatı istehsalı sahəsində qazanılan nailiyyətlər öz növbəsində həmin sahələrin infrastrukturlarının inkişafına kömək edəcəkdir. İnfra­strukturun inkişafı ilə üzvü sürətdə bağlı olduğundan hər hansı bir səbəbdən işləməyən sənaye sahələri işə düşdükcə deyək ki, yük daşımaları artacaq və nəqliyyatın dövretmə sürəti yüksələcəkdir. Kənd təsərrüfatında istehsal infrastrukturunun intensiv inkişafı, müasir tipli nəqliyyat növlərinin istehsalı və loqistik sistem­lər inkişaf etdiriləcəkdir.

Regionların tarazlı inkişafı kənd təsərrüfatı istehsalının geniş­lən­məsi hal-hazırda aşağı səviyyədə olan infras­truktur­ların inki­şafına səbəb olacaqdır. Bu baxımdan miqyas effekti xüsusi diq­qətə layiqdir.

Kənd təsərrüfatında miqyas effekti reallaşdıqca iri təsər­rüfat­ların və kənd təsərrüfatı müəssisələrinin su təchizatı yaxşılaşacaq, kanalizasiya sistemləri bərpa edilib yenidən qurulacaq, maşın və mexanizmlərlə təchizatı yaxşılaşacaqdır.

Mütərəqqi texnologiyaların, resursqoruyucu fəaliyyət rejim­lərinin tətbiqi kənd təsərrüfatında istehsal infrastrukturunun inki­şafının prioritetlərindəndir. Azərbaycanda həyata keçirilən iqti­sadi, sosial və institutsional islahatlar bu prioritetlərin reallaşması üçün əlverili potensial formalaşdırmışdır. Həmin potensialın reallaşdırılması isə elmi cəhətdən hərtərəfli əsaslandırılmış işlək fəaliyyət mexanizminin hazırlanıb başa çatdırıl­masını tələb edir.





Download 483,5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish