Азярбайъан республикасынын тящсил назирлийи


SİYASİ İNKİŞAF VƏ SİYASİ PROSESİN



Download 1,08 Mb.
bet33/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   28   29   30   31   32   33   34   35   36
SİYASİ İNKİŞAF VƏ SİYASİ PROSESİN
QARŞILIQLI ƏLAQƏSİ
Fərəczadə Səmraxanım Qəhrəman qızı,
Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Politologiya” kafedrasının magistrantı
semrafereczade@hotmail.comsa
Açar sözlər: siyasi sfera, siyasi inkişaf, siyasi proses, Azərbaycan, siyasi təkamül, tarixi təcrübə, siyasi islahat.
Ключевые слова: политическая сфера, политическое развитие, политический процесс, Азербайджан, политическая эволюция, исторический опыт, политическая реформа.
Keywords: political sphere, political development, political process, Azerbaijan, political evolution, historical experience, political reform.
Siyasi inkişaf dedikdə cəmiyyətin siyasi sferasında baş verən keyfiyyət dəyişiklikləri nəzərdə tutulur. Bu dəyişikliklər siyasi sistemin yeniləşməsini, onun daxili strukturunun və funksiyasının mühüm transformasiyasını ifadə edən dəyişikliklərdir. Məsələn, bu və ya digər bir cəmiyyətdə totalitarizmdən demokratiyaya keçid, siyasi rejimlərin dəyişilməsi, siyasi elitaların əvəz olunması kimi siyasi dəyişikliklərin baş verməsi həmin cəmiyyətin siyasi inkişafından xəbər verir. Siyasi inkişaf siyasi prosesin hədəfi kimi müəyyən edilir. Bəzən belə inkişaf cəmiyyətin siyasi həyatının pozulub yenidən qurulması şəklində təzahür edir.
Siyasi dəyişikliklərin səbəbi, məzmunu və üsulları kimi məsələləri özündə əks etdirən siyasi inkişafın və siyasi proseslərin öyrənilməsi siyasi həyatı dinamik vəziyyətdə nəzərdən keçirməyə imkan yaradır. Belə səciyyəli təhlil ictimai-siyasi dəyişikliklərin başlıca meyllərini, mümkün ola bilən alternativini və perspektivini daha tam qiymətləndirmək imkanı verir. Müasir poloitoloji ədəbiyyatda siyasi inkişaf məsələsi başlıca olaraq liberal və marksist ənənələri əsasında araşdırılır. Bununla yanaşı, son zamanlar inkişaf haqqında qərb konsepsiyalarının özünəməxsus məhsulu kimi siyasi modernləşdirmə nəzəriyyəsi də nəzərə çarpır. Liberal istiqamətə görə siyasi inkişaf azadlıq və demokratiya vasitəsilə reallaşır. Marksist ənənələrə əsasən isə siyasi inkişaf yalnız inqilabi sıçrayış vasitəsilə mümkündür.
Tarixi təcrübə də təsdiqləyir ki, siyasi inkişafın başlıca tipi təkamül və inqilabdır. Onlar islahatlar, əksinqilablar və bərpa edilmə ilə yanaşı, siyasi dəyişikliklərin üsulları kimi çıxış edrilər.
Siyasi təkamül əvvəlki inkişafın bütün pozitiv potensialını saxlamağa və ondan istifadə etməyə imkan yaradan, siyasi sferadakı dəyişiklikləri səciyyələndirən siyasi inkişaf tipidir. Siyasi təkamülün belə üsulunun fərqləndirici cəhəti tədricilikdir. Yəni bu üsulun baş verməsi müəyyən bir müddət tələb edir.
Siyasi inqilab siyasi hakimiyyət sistemində və bütövlükdə siyasi münasibətlərdə radikal dəyişikliklərlə və köklü çevrilişlərlə səciyyələnən siyasi inkişaf tipidir. İnkişaf üsulu olmaq etibarilə inqilaba radikallıq, zorakılıq, qeyri-leqitimlik xasdır. İnqilab inkişafda həmişə sıçrayışı ifadə edir. O, siyasətdə aşağıların iştirakı ilə müşahidə olunur. İdeoloji motivlərin xüsusi rolu, harizmalı liderin təzahürü ilə fərqlənir.
Siyasi islahat dəyişikliklərin, siyasi həyatın yenidən təşkilinin elə üsuludur ki, siyasi həyatın əsasları onun sayəsində dağılmağa məruz qalmır.
L.S.Sanestebanın fikrincə, islahat sosial sistemin dəyişməsi ilə bağlıdır, lakin, onun dərin strukturlarına toxunmur, o, hakim təbəqə və qrupların ictimai tələbatla ehtiyatlı və qoruyucu cavabı kimi təzahür edir. Sözün dar mənasında islahat yenilik kimi başa düşülür. Siyasi inkişafın üsulu olmaq etibarilə, islahatın xüsusiyyəti ondan ibarətdir ki, həyatın siyasi formasının varisliyi saxlanılır, dəyişikliklər tədrici və legitim xarakter daşıyır, “yuxarıdan həyata keçirilir”.
Əksinilab isə əksinə, həmişə siyasi situasiyanı inqilabi cəhdlə köklü surətdə dəyişdirməklə bağlıdır. Buna görə o, hakim siniflərin inqilabi cəhdlərə özünəməxsus siyasi cavabı kimi çıxış edir. Əksinilabın spesifikliyi ondan ibarətdir ki, inilabın doğurduğu hadisə olmaq etibarilə, köhnə siyasi qaydaların qaytarılmasına və saxlanılmasına cəhdir. Əksinilabın formaları bunlardır: hərbi diktatura, çevriliş, vətəndaş müharibəsi, sui-qəsd, qiyam, sabotaj tədbirləri və digər.
Siyasi inkişafla bağlı XX əsrin 50-ci illərindən etibarən, siyasi modernləşdirmə nəzəriyyəsi geniş yayılmağa başladı. Qərb siyasi elmində təzahür edən bu nəzəriyyənin başlıca nümayəndələri Q.Almond, D.Apter, S.Verter, L.Pay və başqaları hesab olunur. Siyasi modernləşdirmənin başlıca cəhətlərinə aşağıdakılar aid edilir:
-rəqabətdə olan siyasi təşkilatların yaranması və inkişafı;
-müxtəlif mənafe qruplarının köməyilə, ictimai mənafelərin uyğunlaşdırılmasında siyasi sistemin qabiliyyətinin yüksəldilməsi;
-tələbatların effektli toplanmasının siyasi mexanizminin formalaşması;
-seçki hüququ vasitəsilə, müxalifətdə olan partiyaların və azad mətbuatın köməyilə müxtəlif təbəə və qrupların siyasi iştirakçılığının yüksəlməsi sayəsində sosial periferiyanın səfərbər olunması;
-rasional siyasi bürokratiyanın yaradılması və effektli fəaliyyəti;
-hökumətin funksiyalarının, qanunverici sistemin, münaqişələrin həllinin hüquqi texnologiyasının idarəedici tənzimləmənin rolunun artması.
Siyasi modernləşdirmə nəzəriyyəsində başlıca diqqət siyasi inkişafın sosial şəraitinə və ilk növbədə sosial səfərbərlik probleminə yetirilir. Belə ki, siyasətə olan marağın artması və sosial mobillik siyasi inkişafın əsası hesab olunur.
Modernləşmə zamanı cəmiyyəti cəmiyət edən qurumlar və anlayışlar başdan aşağıya dəyişilir. Lakin, bu dəyişikliklər tək bir sahədə baş vermir, cəmiyyəti təşkil edən bütün alt sistemləri özünə daxil edir, bir sıra iç-içə keçmiş dəyişikliklər baş verir. Bu dəyişikliklərin sırasında sənayeləşməni, savadlığın artmasını, siyasətə olan marağın artmasını və sosial mobilliyi göstərmək olar. Sayılan dəyişikliklərin baş verməsiylə siyasi konstitusionallıq anlayışında da əsaslı dəyişikliklər baş verir. Siyasi hakimiyyət-cəmiyyət münasibətləri və fərd-hakimiyyət münasibətlərinin mahiyyəti dəyişir. Siyasətin cəmiyyətlə bir bütünlük təşkil etməsində üslub fərqləri ortaya çıxır.
Modernləşdirmənin mərkəzi tezisi bundan ibarətdir ki, təsərrüfatın tərəqisi mədəni, ictimai və siyasi həyatla paralel şəkildə aparılan, özü də müəyyən dərəcədə proqnozlaşdırıla bilən dəyişiklikləri şərtləndirir. Yəni insan həyatınıın bütün sahələrinin liberallaşdırılmasından, sosiomədəni arxeotiplərin dəyişdirilməsindən və daha sonra demokratik rejimin konsolidasiyasından ibarətdir. Bir sözlə siyasi inkişafın səviyyəsi ilk növbədə iqtisadi inkişafın səviyyəsi ilə müəyyən edilir. Sözsüz ki, bu dəyişikliklər müəyyən dərəcədə ardıcıllığa malikdir və bir-birini şərtləndirirlər. Məsələn müəyyən ölkə üçün üstün siyasi təsisatların formalaşmasını xeyli dərəcədə məhz iqtisadi inkişafın səviyyəsi müəyyən edir. Davamlı iqtisadi yüksəliş üçün optimal siyasi rejim ölkənin iqtisadi inkişaf səviyyəsindən asılıdır. İnkişaf səviyyəsi yüksək olan ölkələr postindustrializm dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir demokratik cəmiyyətin kifayət qədər inkişaf etmiş təsisatları mövcud olduqda həll edilə bilər.
Siyasi inkişaf cəmiyyətin siyasi sferasında müəyyən dəyişikliklər prosesi kimi səciyyələnir. Siyasi prosesin gedişində siyasi sistemin bu və ya digər elementi təkrar oluna bilər, aradan qalxar və yarana bilər. Buna görə siyasi inkişafın xarakteristikası siyasi prosesin mahiyyətini və xüsusiyyətlərini, belə səciyyəli dəyişikliklərin “texnologiyasını ” nəzərdən keçirmədən mümkün deyil. Siyasi proses siyasi sistemin necə fəaliyyət göstərdiyini, özünü necə müdafiə etdiyini, özünü yenidən qurduğunu, və siyasi sistemin təkamüllə dəyişməsini və inkişafını əhatə edir. Beləliklə siyasi proses, siyasi inkişaf anlamını da verir. Bir sözlə siyasi proses cəmiyyətin inkişafını hədəf seçən bir prosesdir.
ƏDƏBİYYAT SİYAHISI
1.Şirəliyеv H.I. Əhmədоv Ə. Pоlitоlоgiyа: Аli məktəblər üçün dəsrlik.
Bаkı: Tətib 1997
2.Əfəndiyеv M. Siyаsi elmin problemləri.Bakı:BDU nəşriyyatı,1998
3. Əfəndiyev M. Politologiya : Ali məktəblər üçün dərslik. Bakı, 2011
4.İbrahimli X. Pоlitоlоgiyа:İnteraktiv dərs materialları. Bakı,2008.
5.Ирхин Й. В., Зотов В.Д., Зотова Л.В., Политология. Москва, 1999
6.Политология. Словарь-Справочник. Москва, 2000
Rezüme
Siyasi inkişaf cəmiyyətin siyasi sferasında elə dəyişiklikləri səciyyələndirir ki, o, siyasi sistemin yeniləşməsini, onun daxili strukturu və funksiyasının mühüm transformasiyasını ifadə edir. Siyasi inkişaf siyasi prosesin əsas hədəfi kimi müəyyən edilir.
ВЗАИМОДЕЙСТВИЕ ПОЛИТИЧЕСКОГО РАЗВИТИЯ И ПОЛИТИЧЕСКОГО ПРОЦЕССА
Фараджзаде Самраханум Кахраман кызы
магистрантка Бакинского Государственного Университета факультета "Международные отношения и экономика" кафедры "Политология"
Резюме
Политическое развитие характеризует изменения в политической сфере, которые выражают обновление политической системы, существенное преобразование внутренней структуры и функции. Политическое развитие определяется как основная цель политического процесса.
INTERACTİON OF POLİTİCAL DEVELOPMENT AND POLİTİCAL PROCESS
Samrakhanım Faradjzade
The Master Student of Department of Political Science by the faculty of International Relations and Economics at Baku State University
Resume
Political development characterizes the change in the political sphere, which express the renewal of the political system, a substantial transformation of the internal structure and function. Political development is defined as the main objective of the political process.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish