339
istehsal sahələrində törəmədir. Maddi istehsal sahələrində
hakim mülkiyyət forması necədirsə, qeyri-istehsal sahələrində
də onun kimi olur. Məsələn, inzibati-amirlik sistemində maddi
istehsal sahələrində mülkiyyətin hakim forması ictimai (dövlət)
mülkiyyəti olduğu kimi, qeyri-istehsal sahələrində də
ictimai
(dövlət) mülkiyyəti hökmranidi. Bazar iqtisadiyyatı şəraitində
isə mülkiyyətin müxtəlif formaları mövcud olduğu üçün, qeyri-
istehsal sahələrində də mülkiyyət müxtəlifliyi mövcud olur.
İstər təhsil, istər səhiyyə və s. sahələrdə dövlət müəsisələri ilə
yanaşı, özəl mülkiyyət müəsisələri də mövcud olur. Bazar
iqtisadiyyatı şəraitində intellektual mülkiyyət hüququ xüsusi
ciddiliklə mühafizə olunur.
Əmək münasibətlərində də
proses maddi istehsal
sahələrində olduğu kimidir. Maddi istehsal sahələrində muzdlu
əməkdən istifadə olunduğu kimi, qeyri-istehsal sahələrində də
muzdlu əməkdən istifadə olunur.
Bölgü münasibətlərində də vəziyət maddi istehsal
sahələrində olduğu kimidir. Burada da məhsulun bölgüsü
kapitala görədir. Yəni, kimin kapitalı çoxdursa, milli gəlirin də
çox hissəsi ona çatır. Fərq isə ondan ibarətdir ki, qeyri –maddi
istehsal sahəsində çalışanlar, milli gəlirin yenidən bölgüsü
nəticəsində öz paylarını alırlar.
Qeyri-istehsal sahələrində rəqabət və digər
iqtisadi
münasibətlər də, maddi istehsal sahələrində olduğu kimidir. Bu
sahələrdə çalışan, istər intellektual mülkiyyət sahibləri, istərsə
də digər işçilər özlərinin həyat səviyyəsini yaxşılaşdırmaq,
kapitallarını artırmaq uğrunda rəqabət mübarizəsi aparırlar.
Qeyri-istehsal sahələrində bazar münasibətləri müəyyən
xarakterik xüsusiyyətlərə malikdir. Belə ki, maddi istehsal
sahələrində bazar münasibətləri tam hökmran olduğu halda,
qeyri-maddi istehsal sahələrində bazar münasibətləri ilə yanaşı,
qeyri-bazar münasibətləri də mövcud olur. Bazar iqtisadiyyatı
ölkələrində müəyyən səviyyəli təhsil, tibb və digər
sosial
340
xidmətlər cəmiyyət üzvlərinə pulsuz göstərilir. İqtisadiyyatda
dövlət mülkiyyətinin xüsusi çəkisindən asılı olaraq, müxtəlif
ölkələrdə pulsuz xidmətlərin xüsusi çəkisi də xeyli müxtəlifdir.
Bununla bərabər bu sahələrdə pullu, ödənişli xidmətlər daha
çox üstünlük təşkil edir.
Sosial zəmanət verən minimumdan əlavə olan pullu
xidmətlər bazar bölməsinə daxil edilir və əhalinin gəlirləri
artdıqca, onların da xüsusi çəkisi çoxalır. Bazar iqtisadiyyatına
keçdikcə büdcə təşkilatlarının göstərdikləri bəzi
pulsuz
xidmətlər də pullu xidmətlərlə əvəz olunur. Mülkiyyət
formalarının müxtəlifliyi kooperativ və fərdi əmək fəaliyyəti
sahələrində pullu xidmətlərin göstərilməsi üçün daha yaxşı
şərait yaradır. Dövlət mülkiyyəti çərçivəsində xidmətlərin
bazar bölməsinin yaradılması mülkiyyət obyektlərinin icarəyə
verilməsi vasitəsilə inkişaf etdirilir. Bütün müxtəlifliklər
cəmiyyət üzvlərinin xidmətlərə olan tələbatlarının daha dolğun
və keyfiyyətli ödənilməsini təmin edir.
Do'stlaringiz bilan baham: