AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Şəkil 3.2. İdman üslublu geyim kolleksiyası



Download 6,8 Mb.
bet4/4
Sana21.03.2017
Hajmi6,8 Mb.
#5004
1   2   3   4

Şəkil 3.2. İdman üslublu geyim kolleksiyası
İdman geyimlərində istifadə olunan əsas aksesuarlar yalnız ayaq geyimi və baş örtüyüdür. Sadə, rahat və geyimdə uyğunluq yaratması önəmli şərtlərdən biridir. İdman geyimləri haqqında geniş danışmaq mümkündür. Moda sanki dənizdir. Baxdıqca baxılır və bəzən sakit bəzən dalğalı olur. Bu o deməkdir ki, bəzən moda sadəliyi ilə bəzən isə tamam coşqulu yeni formalarla üzə çıxır. Modanın hər zaman sistemli şəkildə olmur. Çünki insanlar artıq indiki dövrdə özləri öz stillərini yarada bilirlər. Bu zaman artıq dəblə deyil özünəməxsusluğu olur hər bir fərdin.

3.2. Geyimin layihələndirilməsi və bədii sistem növləri
Geyimin layihələndirilməsi deyildiyi zaman ilk ağıla onun sistem şəkilinə salınması gəlir. Və bədii sistemə modellərin yerləşdirilməsi. Bu səbəbdən qruplara ayirmaq olar:

1.Monosistem (bədii sistem)

2.Komplekt

3.Ansambl

4.Ailə

5.Kolleksiya



Monosistem əsasən tikiş sahəsində texnoloji proseslərin ixtisaslaşması prosesindən irəli gəlir. Bura aid olan hər hansı bir sahə üçün nəzərdə tutaln kostyumun tərkibinə aid olan müəyyən fərqli məlumatların istehsalı aiddir. Avtonom bədii sistemində isə yalnız bir istiqamətdə istehsal oluna bilər məmulat (məsələn, yalnız uşaq formaları, yalnız qadın üst geyimləri). Burada modelyerin üzərinə düşən öhdəlik çeşidli geyim eskizləri verməkdir.

Komplekt bədii sistemi geyimin layihələndirilməsində geniş sahə təşkil edir. Komplekt latın sözü olub “tam” deməkdir. Hər hansı bir geyim dəstini tamamlayan və onunla bütövlük təşkil edən digər əşyadır. Bu zaman komplekt formaya salınır yəni tamamlanır. Misal olaraq qış komplektinə aid edilən bilən geyim və aksesuarlar bunlardır: jilet, palto, ətək, şalvar, baş geyimi yəni papaq, kəmər, əlcək, çanta və b.

Bəzi müəssisələr var ki onlar yalnız komplekt hissələri istehsal edirlər. Komplekt hissələrin istehsalında ən çox nəzərə işdəki uyğunluğu nəzərə çarpır.Hissələr arasında əlaqə yaratmaq üçün bəzən hər hansı bir xətt, rəng və yaxud bəzəkdən istifadə olunur.

Ansambl geyim layihəsində demək olar ən mürəkkəb pillədir. Ansambl sözu fransızcadan tərcümədə “birlikdə” deməkdir. Hər hansı bir geyimdə ansambl ideyaya uyğun olaraq əşyaların toplusudur. Ansamblda geyimlər bir – birilərinə tabe olunmuş formada olurlar. Ansamblda hər hansı bir dəyişiklik etmək yəni nə isə əlavə etmək və ya ansambldan çıxarmaq olmaz. Əsasən ansamblda baş rolda geyim olur. Lakin bu vəzyət həmişə bu cür olmur. Məsələn geyimdə ansamblın mərkəzi bəzək əşyası, çanta da ola bilər. Hər şeydən öncə ansamblda uyğunluq əlaqəsi olmalıdır. Ansambl bədii sistemində ilk öncə modelyer – rəssamın zövqü , yaradıcılığı geyimdə özünü tamlıqla biruzə verir.

Ailə bədii sistemində modelyer – rəssam ailə modeli formasına uyğun kompozisiyanın konstruktiv həllini tapır. Bu istiqamətdə də işləyir. Burada yalnız modelləşmə əsas götürülmür. Fikir verilən digər məqamlar isə onun həcmi, keyfiyyəti və məhsuldarlığı olur. Sifarişçi modelyerin ona təqdim etdiklərinə baxaraq qiymətləndirmə edir. Fikir verilən əsas məqamlar isə bunlardır: modelin hazırlanmasında maddi və əmək sərfi, kütləvi istehsalda rolu.

Kolleksiya bədii sistemi isə modelyer – rəssamın yaratdığı yeni bir ideyaların uzunluğu, inkişafı və əlaqəsi ilə yaradılıb ortaya çıxarılır. Kolleksiya sözü latın dilindən tərcümə edilib mənası isə “toplu” deməkdir. Burada fərqli lakin həmcins əşyaların toplusudur. Kolleksiyada ən çox fikir verilən əlamətlər bunlardır: rəng uyğunluğu, quruluş, forma və kostryksiyada tip və obraz vəhdəti.

Kolleksiyanı geyimdə daha aydın göstərmək üçün öz kolleksiyamdan bəhs etmək istərdim. Kolleksiyanın adı “Kontrast” dır. İlk öncə təqdimata hazırlanan kolleksiyanın reklamı yəni afişası hazırlanmalıdır (şəkil 3.2.).

Bu kolleksiyanın digərlərindən fərqli göstərən verilən fərqli eskizdi. Yəni bu cür izah etmək olar ki, bərbəzəklik və geyimlərdə istifadə olunan bəzi dekorativ bəzəklər artıq sıradan çıxmağa başlamışdır. Düşünülmüş forma və kəsimlər düşünürəm ki, bu kolleksiyanı özünəuyğunluğunu tamlıqla göstərir. Dövrün tələblərinə və podium üçün maraq kəsb edən bu kolleksiya artıq fərqliliyin gündəmdə olduğunun baris nümunəsidir. Hər bir kolleksiya kimi “Kontrast” adı ilə də fərqlənir.

Bu kolleksiyanın digərlərindən fərqli göstərən verilən fərqli eskizdi. Yəni bu cür izah etmək olar ki, bərbəzəklik və geyimlərdə istifadə olunan bəzi dekorativ bəzəklər artıq sıradan çıxmağa başlamışdır. Düşünülmüş forma və kəsimlər düşünürəm ki, bu kolleksiyanı özünəuyğunluğunu tamlıqla göstərir. Dövrün tələblərinə və podium üçün maraq kəsb edən bu kolleksiya artıq fərqliliyin gündəmdə olduğunun baris nümunəsidir. Hər bir kolleksiya kimi “Kontrast” adı ilə də fərqlənir.
c:\users\ilaha\desktop\reklama.jpg
Şəkil 3.2. “Kontrast” adlı kolleksiyanın afişası

Bu kolleksiyanın işlənməsində diqqət yetirilən bəzi amillər vardır. Hər bir kolleksiya olduğu kimi burada da mövzunun əyani işlənməsinə diqqət yetirilib.

Model formalarınında işlənməsində yeniliklərdən istifadə olunmuşdur. Üslub aydınlığıda mövzu çərçivəsində modellərin işlənməsi ilə nəzərə çatdırılıb. Kolleksiyada əlbətdəki modellərin kompozisiyası qurulub və uyğunluğuna diqqət edilib. Süjet xəttinin olmağıda kolleksiyanın başlıca əlamətlərindəndir. Buna bəzən model kolleksiyasının ssenarisidə deyilir. Nümayişdə ssenari və rejissor işi. Təbbi ki, burada modelyer – ressam aid olan bütün məlumatları nəzərə çatdırır.

Kolleksiyanın afişası ondan ötəridir ki, hər hansı bir təqdimatda cəmiyyətin öncədən baxış haqqında fikirin formalaşmasıdır. Hər bir kolleksiyada maximum üç geyim təqdim olunmalıdır. Yuxarıda qeyd etdiyim kimi burada da rəng çalarları , kəsimlər , parçanın materialı bir – birinə aid olmalıdır. Bu kolleksiya dörd geyimdən ibarətdir. İsifadə olunan rəng sayı üçdür. Kostyumların rəng seçimində əsas üç tondan; ağ, qara, qırmızı rəngdən istifadə etmişəm.

Ümumiyyətlə, kostyumlar xüsusi geyim biçimində, bağlı və qeyri-adi geyim karakteri daşıyır. Əgər modellərə diqqətlə fikir versək görərik ki, geyimin bütün hissələri bizə sanki hər hansı bir naxışın böyüdülmüş həndəsi fiqurları xatırladır. Belə ki, qol, ətək və baş hissələr silindir və yarımdairə, bel və kürək nahiyyələr əsasən sadə düz kəsimli, sinə hissələri üçbucağı,ayaqlar isə uzun şlef, qələm ətək və bir daha silindiri yada salır.

Öndə qeyd etdiyim kimi, geyimlərim qeyri – adi karakter daşıyır. Və material seçimində də daha çox strec və göz yormayan parçalardan istifadə etmişəm. Daha dəqiq desək kənardan nə qədər ciddi və ağır üslubu xatırlatsa da, mənim üçün bir o qədər sadə və yüngüldür.

Modellərin hər biri haqqında lakonik məlumat vermək mümkündür. Lakin nəzərə alsaq görərik ki, kolleksiyanın dörd modeli tamamiylə biri – birindən fərqlidir. Onlar aşağıda qeyd olunub:


  1. İlk olaraq birinci modelim ümumi ritmi tutaraq qara, ağ, qırmızı rənglərin şüurlu surətdə qarışığıdır. Belə ki, bu modeldə qabarıqlığı çiyindəki yarimdairəvi iki rəngli və iki fərqli qol, daha sonra yupkanın üzərində yerləşən üç rəngdən ibarət stilizə olunmuş naxış formalı element yaradır. İlk modelimdə diqqəti cəlb edən ümumilikdə rənglərin bir – birilərini sərbəstliklə davam etdirib tamamlamasıdır.

Ümumiyyətlə, bütün geyimlərdə diqqətin bədənin hər iki hissəsində (yuxarı və aşağı) toplandığı nəzərə alsaq görərik ki, bu model də istisna deyil. Belə ki, modelin qabarıqlığı onun çiyin hissəsindən başlayır. İlk öncə deyə bilərəmki çiyindəki yarım silindirik forma geyimə daxilinnən keçən nazik plastik materialla bəndlənmişdir.Bütün modelə ağ parça daha da fərqli görünüş verir. Qara parça isə bütün geyimi əhatə edir. Qırmızı parça isə geyimi celbedici, gözoxşayan, fərqli göstərir.

Bütün bunlardan əlavə olaraq geyimin ayaq hissəsini qara parçadan hazırlanmış botik tamamlayır. Çətin və mürəkkəb lekalla hazırlanmasına baxmayaraq geyimin insanda yaratdığı ilk təəssürat naxışların sərbəst rəqsidir. Onu da qeyd edim ki, dizə kimi olan corab ayaqqabının üzərindən geyinilib. Belə olduqda modelin görünüşü daha da bütöv və maraqlı baxılır.



  1. Digər modelim də eyni ilə ilk modelim kimi yarimdairəvi formadan və digər elementlərdən ibarətdir. Belə ki, geyim digər modelimdə olduğu kimi üç rəngdən ibarətdir. Yalnız bir fərqi var oda ki, ağ parçanın üzərindəki qara nöqtələrdir. Buda geyimi digərlərindən fərqli göstərir.

Bu geyimdə özünə məxsus kəsimləri və lekalı var. Geyimin biçimi birinci modeldən fərqli olaraq yuxarı hissəsində sərt kəsimlər və qolun qeyri tərzdə tikilişi nəzərə çarpır. Qolu dahada fərqli edən yalnız bir tərəf üçün nəzərdə tutulan üç rəngdən, üç parçadan və hər birinin kənari qara kantla tikilən halqavari formalardır. Geyim ətəkdən və koftadan ibarətdir. Ətək hissəyə keçdikdə isə onu deyə bilərim ki, ən əsası ətəyin qeyri-adi tərzi modelin ümümi görünüşünə özünə məxsus fərqlilik qatır. Ümumi görünüşə baxdiqda sadə kəsimli ətəyi mürəkkəb edən üzərində bel hissəyə tikilən yarimdairəvi formaya oxşar element tamamlayır. Yuxarı hissəni tamamlayan bu detal heç bir geyimimdə istifadə olunmamış qeyri - adi elementdir.

Ayaq hissəni isə dörd dairəvi formalı yalnız qara rəngdən ibarət element əlavə etmişəm. Ümumi görünüşü tamamlayan sonuncu aksessuarım isə ayaqqabıdır. Sadə heç bir detaldan istifadə olunmamış ayaqqabı bu geyimə özünə məxsus sadəlik verir.



  1. Bu modelim digər geyimlərdən demək olar ki, tam fərqlənir. Onu ilk öncə dəyişik edən geyimin ətək hissəsinin tam bağlı olmasıdır. Görünüşün yuxarı hissəsinə baxdıqda isə digər geyimlərlə eyni kolleksiyaya aid olduğunu görə bilərik. Digər modellərdə olduğu kimi burada da əsas rəng kimi qara seçilib. Qırmızı və ağ parçaynan alınan formalar isə geyimdə sanki naxışların hərəkətdə olmasını simvolizə edir.

Geyimin kəsimi sadə platyanin lekalıynan kəsilib və tikilib. Ətək hissənin dairəvi qalması üçün alt hissəyə xüsusi elastik materialdan hazırlanmış astar tikilib. Buda ətəkdə olan elementlərin tam görünüşü və daha aydın baxışı üçün nəzərdə tutulub.

Modelin çiyin nahiyəsi üçkünc yaxalı və ətrafi qirmizi parçaynan haşiyə olunub. Qol kimi isə yarimdairəvi iki üzlü forma geyimin yaxa hissəsinə birləşdirilmişdir. Ətək hissədə olan qeyri – adi naxış demək olar ki, geyimin aksent hissəsidir. Bu geyim sadə olduğu kimi həmdə qeyri – adi, göz yormayan, insanı ilk baxışdan cəlbedən, kolleksiyanı tamamlayan üçüncü geyimdir. Ayaqqabı seçimi isə tam sadə heçbir detal işlədilmədən istifadə olunacağ.



  1. Sonuncu geyimim ətəkdən və koftadan ibarətdir. Digər modellərimdə olduğu kimi burada da, üç rəng parçadan istifadə olunmuşdur. Fərq isə ikinci geyimimdə olduğu kimi ağ parçada olan qara xətlərdədir. Bu parça geyimdə ətəyin yan hissəsində koftanın isə yalnız ön hissəsində istifadə olunub. Ətək sadə kəsimli olub orta hissəsi ağ və qara parça ilə maraqlı forma almışdır. Uzunluğu isə dizin altına kimidir. Qələm forması verilib ətəyə. Kofta sadə düz kəsimli olub yalnız bir detalla qabarıqlığı özündə cəmləmişdir. Bu forma digər modellərdə olduğu kimi yarımdairəvidir. Geyimdə varatnik həm də qol rolunu oynayır. Qırmızı rəng bu geyimdə də öz aksentliyi ilə seçilir. Varatnikin şaxlığı üçün içərisindən xüsusi elastik material keçirilib. Bu da ona daha şax qalması üçün və maraqli forma almasına imkan yaradıb. Və məhz bu detal geyimin aksenti sayılır. Geyimdə istifadə olunan iri formalar fikrimcə ümumi görünüşə heçbir xərər gətirməz. Ayaqqabı seçimi sadə seçilib və geyimin tamamlanması üçün bir aksesuardır.(şəkil 3.3.)



c:\users\ilaha\desktop\10441402_792493027477889_5757022831496439662_n.jpg
Şəkil 3.3. “Kontrast” adlı kolleksiya

Bu kolleksiya podium üçün nəzərdə tutulmuş və dəbli kolleksiyaya aiddir. Kolleksiyaları mövsümlərə görə ayırmaq lazımdır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, podium geyimlərində mövsümi seçim yoxdur.



3.3. Azərbaycan modası və bu sahədəki nailiyyətəri
Azərbaycan artıq XX əsrdə milli geyimləri öz plan yerini dəyişərək avropa geyimləri ilə əvəzlənir. Başlıca səbəb isə avropa geyimlərini funksional və daha rahat olmağı ilə cavablandırılır. Artıq Azərbaucanda da moda milliyi qorumaqla inkişaf etməyə başlayır. Yəni bu o deməkdir ki artıq Moda topluca inkişaf edir.  Bizim modanı artıq dünyada tanıdan cavan modelyerlərimiz var. Ümumiyyətcə sovet birliyi dağıldıqdan sora moda demək olar ki standartlardan kənara çıxmağa başladı. Modelyerlə və dizaynerlər artıq bu dövrlərdən inkişafa başlayır. Artıq demək olar ki, yeni yaranmasına baxmayaraq kolleksiyalar yaradılmağa başlamışdır. 1990 – ci ildən başlayaraq yüksək moda və kütləvi moda üzrə işlərə başlayan modelyerlərimiz var idi. Onlardan G.Xəlilova, F.Xələfova, L.Əhmədova və R.Sərdarov gənc modelyerlərimiz adların çəkmək olar. Həmin dövrün ən müasir və dəbli geyim kolleksiyaları hazırlanırdı.Fəxriyyə Xələfova əsasən geyim kolleksiyalarında milli geyim ilə müasir geyimləri sintez edirdi. Başqa cür desək milli geyimin stilizə formasını geyimlərində əks etdirirdi. Bundan əlavə o həmin kolleksiyaları ilə moda müsabiqələrinə qatılmış və mükafatlara layiq görülmüşdür. Briliant qaşlarla bəzədilmiş qayçını modelyer Moskvada “Etno – Erato” müsabiqəsində almışdır. 2006 – ci ildə isə xanım modelyer məhz “misilsiz dəb – dəbə” kolleksiyası ilə bir çox müsabiqələrdə iştirak etdi. Tiflisdə, Astanada və digər ölkələrdə öz kolleksiyaları ilə müsabiqələr qatılmış və qalib olmuşdur. Onun iştirak etdiyi ölkələrdə əsas məqsədi milli geyimlərimizi, ornamentlərimizi digər ölkələrə tanıtmaq idi. Geyimlərin çox bir hissəsi demək olar kəsimlərində belə milli geyimlərdən götürülmüş komponentlər var. Geyimlərin bir çoxunda əl əməyindəndə istifadə olunub. Əsas ornamentləri zərli saplarla, muncuqlar və qaşlarla bəzədilirdi. Hətta model xanımların istfadə etdikləri aksesuarlar belə əsrlərin nümunəsi olan bəzək əşyalarına bənzədilirdi. Ondan əlavə ayaq geyimlərinə də xüsusi diqqət yetirirdi gənc modelyer. Onun iştirak etdiyi ölkələrdə ən çox verilən sual isə belə olurdu: niyə axi siz həmişə milli motivli geyimlərinizlə yarışmalara qatılırsız? Cavabda isə o bu cür söyləyir. Mən Azərbaycanlıyam bizim hər birimiz vətənpərvərik. Bu cavab bir çox mətbuat işçisinin başlığına çevrildi. Əsasən milli ruhlu kolleksiyaları ilə məhşurdur (şəkil 3.4.).
c:\users\ilaha\desktop\20151224_ffb87f752f10(1).jpg

Şəkil 3.4. Fəxriyyə Xələfova (modelyer)

c:\users\ilaha\desktop\f8cd902f63aa.jpg

Şəkil 3.6. Gülnarə Xəlilova (modelyer)
Azərbaycanı xarici ölkələrdə tanıdan modelyerimizdən digəri isə Gülnarə Xəlilovadır (şəkil 3.6.). Xanim modelyer Gülnarə Xəlilova İstanbulun məşhur modelyeri olan Yıldırım Maykurun 50 illik yaradıcılıq fəaliyyətinin özəl olaraq dəvət olunmuş yeganə modelyerimizdir. Gülnarə Xəlilova modelyer olmaqdan əlavə sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru adınada layiq görülüb. 2006 – ci ildə o ilk dəfə olaraq Azərbaycan da Milli Geyim Gününün qeyd olunması haqqında fikir irəli sürüb. Azərbaycan da kənar bir çox xarici ölkələrə öz kolleksiyaları ilə qatılmışdır. Digər modelyerimizdən fərqli olaraq o milliyin gündəlik həyatımızada qarışmasının tərəfdarıdır. Modelyerin işləri hal – hazırda bəzi xarici ölkələrdə nümayiş olunmaqdadır.

Qeyd etmək lazımdır ki Azərbaycana gələn xarici modelyerlərində sayi az deildir. Yerli modelyerimizin üçün müsbət hesab olunur bu cür görüşlərin keçirilməsi. Bu cür modelyerlərdən biri məşhur italyan dizayneri Renato Balestrandır. Heydər Əliyev Mərkəzində keçirilən moda sərgisi artıq demək olar ki bir çox ölkələrdə duyuldu. Əlaqələrin genişlənməsi üçün bu cür modelyerlərin ölkəmizə gəlməsi müsbət hesab olunur. Hətta Türkiyənin dünyaca məşhur modelyerləri məhz Azərbaycan modası ilə bağlı müsbət fikirlər söyəmişlər.

Artıq nəinki tanınmış modelyerlər hətta yeni – yeni bu sənətə gələn modelyerlərimizdə özlərini bir çox moda müsabiqələrində sınayırlar. Moda sərgiləri artıq geniş yayılırdı.Buna misal olaraq mənimdə iştirak etdiyim və qalib olduğum 2014 moda festivalı haqqında məlumat vermək istərdim.

13 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Moda Festivalı” layihəsinin moda nümayişi keçirilmişdir. Açılışda çıxış edən layihə təşkilatçıları Azərbaycan Gənclər Fonduna maliyyə dəstəyi göstərdiyinə görə təşəkkürünü bildirib, festivalın Azərbaycanın moda tarixinə töhfə olduğunu, bu cür moda festivalının gələn il beynəlxalq miqyasda keçiriləcəyini söyləyibər. Münsiflər heyətində olan professional modelyerlər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının müəllimləri Sevil Əliyeva, Azər Əliyev, Sveta Cəfərova, Fidan Süleymanova və model Kəmalə Quliyeva da iştirakçılara uğurlar arzu etmişlər.


Bakı Moda Festivalında 15 nəfər gənc modelyer-rəssamın kolleksiyalarının eskiz hallarından ibarət geyim nümayişi təşkil edilib. Tədbirin sonunda münsiflər heyəti tərəfindən 3 nəfər modelyer (İbrahimova İlahə) və model xüsusi mükafata və diploma layiq görülüblər (şəkil 3.7, 3.8). Əlavə həm modelyer, həm də modellər arasından 5 nəfər isə moda agentlikləri və kinostudiyalar ilə müqavilə əsasında işləməyə cəlb olunublar. Qeyd edək ki, festivalda iştirak edən hər bir modelyer və model sertifikatla, modelyerlər və modellər arasından professional münsiflər heyəti tərəfindən seçilən ilk üç yerin qalibləri isə diplomla təltif olunublar.
Moda nümayişi xüsusi hazırlanmış səhnədə, hər bir modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyasının təqdimatı ilə baş tutub. Ümumilikdə, layihə 65 nəfər iştirakçını əhatə edib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Orada çəkilən bəzi fotoları və təqdim olunan diplom aşağıda yerləşdirilmişdir. Layihənin məqsədi Azərbaycan İncəsənətinin, Geyim dizaynının və eləcə də, moda sahəsində olan rəssamları və modelyerləri tapıb üzə çıxarmaq və onları proffesional modeleyerlərlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir.


c:\users\ilaha\desktop\a9a884c702985b62ea44ed8ad4ff05c8.jpg

Şəkil 3.7. Bakı 2014 Moda Festivalı (modelyer: İbrahimova İlahə)
f:\portfolio\3.jpg
Şəkil 3.8. Modelyer İbrahimova İlahə Diplom


3.4 Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi
Moda da standart fikirlər və obyektlər uzun müddət öz qanunauyğunluğunu qoruyub saxlaya bilir. Bəzən eksponat kimi saxlanılan bəzi geyimlər belə bir müddət sonra dəyişiklik olunaraq geri qaytarılır. Lakin bəzən dəyişiklik tamlıqla olmurdu. Bəzi geyimlər var ki, modanın dəyişməsinə baxmayaraq öz formalarını qoruyub saxlayırlar. Ola bilər ki, dəyişilik olunsun yalnız tam da formasını ümumi görünüşünü dəyişmirdi.

Uossan “yeni məhsulda yeni nədir?” məqaləsini 13 variantda təqdim etdi. Marketinq üzrə mütəxəsis məmulatın bazar satışında öndə omasının altı xassənin aşgarladı.



  1. Satılan məhsulun qiyməti aşağıdırsa

  2. Yeni istifadə üsulu rahatlığı təmin edən

  3. Güvənilirsə , yüksək məhsuldarlıq

  4. Şəraitində asılı olmayaraq əlverişli istifadə edilməsi

  5. Statusun imkanları

  6. Nəzərdə tutlan əlverişlilik

  7. Mürəkkəb üsullardan istifadə

  8. Yeni alətlər ,yeni üsullar

  9. Xeyr sözünü anlamaq

  10. Yüksək qiymət

Üç yeni xassənin bazar inkişafına göstərdiyi təsir. Mədəni iqlimdən asılılığı.

  1. Yeni vizual görüntünün qəbul edilməsi

  2. Yeni təklif olunan xidmətlər

  3. Artıq yeni bazar

14-cü mümkün olmayan xassəni–məmulatın yeni konstruksiyasını bilə-bilə nəzərdən keçirərək onu neytral hesab etmişdir, yəni istehlakçı üçün heç bir əhəmiyyətinin olmadığını qeyd etmişdir. 

Göstərilən təsnifat marketinqin nəzəriyyəsi və təcrübəsində geniş rəğbətlə qəbul edilmişdir. Bəzi seçilən xassələr, əslində bir-birinə uyğun gəlir və ya təkrar edilir (məsələn, 7-ci və 8-ci), digərləri çox güman ki, məmulatların özünə aiddir (məsələn, 13-cü), lakin bütünlükdə o, öz şübhəsiz dolğunluğuna görə maraq oyadır. «Yeniliyin» digər təsnifatı da vardır.

Tədqiqatçı Q.N.Lyubimova yeniliyi dörd dərəcəyə bölür:

1. yeni məmulatlar–yeni təlabatın formalaşdırılması; 



  1. yeni məmulatlar – təlabatın yeni üsulda ödənilməsinin təşəkkül tapması; 

  2. yeniləşdirilmiş məmulatlar – təlabatın ödənilmə üsulunun dəyişməsi; 

  3. yeniləşdirilmiş məmulatlar – təlabatın ödənilmə üsulunun təkmilləşdirilməsi:

Qərb ölkələrinin marketinq üzrə ixtisasçıları arasında, malların yeniliyinə dair aparılan çoxsaylı disskusiyalar nəticəsində, marketinq lüğətindən yeni terminin çıxarılması və onun hər hansı digəri ilə əvəz edilməsi tək lifləri irəli sürülmüşdür. Çox gümanki, yeniliyin müəyyən edilməsi üçün hansısa məmulatın bütünlükdə yaradılma şəraiti, işlənməsi və istehlakının müəyyən edilməsi tələb olunur. Hər halda, yeniliyin müxtəlif görünüşləri şübhə oyadır, ümumiyyətlə yeniliyin dərəcəsi vardır. Yəni standart və obyektlərin kütləvi tanınmasının və qəbul edilməsinin sürəti və miqyası tamamilə müxtəlifdir və bununla belə yeniliyin istehlakçı tərəfindən qəbul edilən bəzi spesifik xassələrindən asılıdır. Bu xassələrin idrakı, müvafiq sahədə əsaslandırılmış proqramların tərtib edilməsinə imkan verə bilər. Yeni – xassələrin sayından asılı olaraq onların yayılma tezliyi və miqyası ilə bağlı innovasiyaların qəbulu və yayılmasına dair aşağıdakılar qəbul edilmişdir: 
1. nisbi iqtisadi və social üstünlüklər; 

2. fəaliyyətdə olan dəyərlərlə istehlakçıların əvvəlki təcrübəsinin uyğunlaşdırılması;

3. yeniliyin (və ya onun dərəcəsinin) çətin dərk edilməsi; 

4. «bölünməsi» (yeniliyin məhdud miqyasda sınaqdan keçirilməsinin mümkünlüyü);

5. «kommunikativliyi» (yəni yeniliyin digər istehlakçılar tərəfindən qiymətləndirilməsi üçün ötürülməsinə kömək edən və ya buna mane olan faktor).

Sosial iqtisadi və mədəni həyatın müxtəlif sahələrində bəzən elə modalı innovasiyalara rast gəlmək olur ki, onlar hər hansı müntəzəmlikdən və daimilikdən təmamilə mərhum olub, birdən– birə öz təsiri ilə insanların geniş kütləsini əhatə edir, eyni zamanda qəbul edilməsi və nə üçün yayılması bəlli olmur. Hələlik hər hansı fərd və ya bir qrup adam öz qəribəlik hisslərinə qapılsa, bunu heç cürə modalı hesab etmək olmaz. Lakin bu təzahür tez bir zamanda çox sayda fərdlər və qruplar arasında yayılarsa və kütləviləşərsə, onda bu «modalı bum» (süni canlanma) social faktora çevrilə bilər. Onun mahiyyəti, modalı standartın qısa bir vaxt ərzində maksimal social məkanı əhatə edərək kütləvi ruh yüksəlişinə, bəzən isə eyni zamanda çaşqınlığa səbəb olmasındadır. Lakin modalı bumun nəticəsi əksər hallarda yalnız dağıdıcı olmayıb, həm də yaradıcı əhəmiyyətə malik olur. Bum malların yaradılmasını və ya artımını dərinləşdirə və ya onu qıt etməklə bəzilərində narazılıq, digərlərində isə qənaətbəxşlik yarada bilər. Bu halda qıtlığın artması onu bölüşdürənlər üçün sərfəlidir, istehlakçılar üçün isə əksinə. İndi isə modalı innovasiyalara yenidən qayıdaq. Onların görünüşü modanın ən çox ehtimal edilən təzahürüdür. Lakin bunlar nə üçün əmələ gəlir? İnsanları vaxtaşırı, heç bir zərurəti olmayan gündəlik həyata hansısa yeniliyin daxil edilməsi üçün təslim edənnədir? Modalı innovasiya onun köhnəlməsi kimi dəyərlər ilə onların işarə vasitələri arasında olan etirazın təsiridir.

Qeyd edilən etiraz, modanın strukturunun işarə vasitələrinin dəyişməsi tələbini ehtiyac bilərək funksionallıq əmələgətirir. Buradan da, o əvvəlki standart və obyektlərə nisbətən, bu və ya digər «yeni» modalı işarə tələbinin axtarışına və seçilməsinə ehtiyac olduğunu irəli sürür. İşarə vasitələri (standart və obyektlər) ilə moda dəyərinin işarələnməsi arasında baş verən iki cəhətdən kəskinləşir. 

NƏTİCƏ VƏ TƏKLİFLƏR


Moda mənim seçdiyim sənət və gələcəyimi qurduğum həyati maraqdır və sənətimdir. Geyim artıq insanların həyatının bir hissəsini deyil demək olar ki bütövünü təşkil edir.  Modanın dərinliyə getdiyində hiss etmək olar ki moda yalnız yüksək təbəqənin insanları üçün yaradılmışdır. Yalnız indiki zamanda moda bahalı geyimdə aksesuarda deyil zövqlə geyinməkdədir.  Geyimin tarixi bizi lap qədimlərə aparsada unutmamaq lazımdır ki geyim tarixi bir zamanlar qapanmaq üçün hazırlanırdı. Moda istiqamətini seçən insanlar nəzərə almalıdırlar bu yol həm qabiliyyət həm zövq həm də imkan tələb edir. Hazırda təşkil olunan moda gecələri çox dəbdəbəli saraylarda keçirilir və özəl insanlar tərəfindən qarşılanır.

XXI əsrin modasında Azərbaycan modelyerləri artıq əsrlər boyu özlərini göstərməyə çalışırdılar. Bu fürsət onlar üçün inanılmaz idi. Moda gecələrinə , beynəlxalq müsabiqələrə dəvət edilən modelyerlərimiz yüksək qiymətləndirilir. İştirak edən modelyerlərin işini moda biliciləri tərəfindən qiymətləndirilir. Hətta heç bir iş , sənət təcrübəsi olmaya gənc modelyerlərdə özlərini bu istiqamətdə sınamaq imkanlarına malikdirlər. Bəli mən sıradan ailənin övladı olaraq bu cür müsabiqədə özümü sınadım öz gücümə inadığım üçün qalib oldum.

Azərbaycan da təşkil olunan moda həftələrinə nəinki yerli hətta xarici modelyerlərdə dəvət olunur. Həmçinin qardaş ölkə Türkiyənin tanınmış modelyerləri də paytaxtımızda nümayiş olunan geyimlərə baxmaq və bəzi məsləhətlər vermək üçün Azərbaycana təşriv buyururlar. Hətta italyan dizayner Renato Balestran öz geyim kolleksiyasının təqdimatını məhz Bakıda həyata keçirtdi. Heydər Əliyev Mərkəzində keçirilən moda gecəsi demək olar ki, Azərbaycan üçün unudulmaz bir tarixi hadisəyə çevrildi.

Azərbaycan geyimləri milliliyini qorumaqla yanaşı Avropa geyimlərinidə öz cəmiyyəti arasında yayılmağa imkan yaratmışdır. Əvvəllər də yayılan Avropa geyimləri indiki zamandan fərqli olaraq dolayı yolnan gəlib çatırdı xalqın arasına. Xarici ölkələrdə olduğu kimi artıq Azərbaycanda da butiklər açılırdı və gündən günə inkişaf edirdi. Bu cür butiklər də həm tikişlə məşğul olan qadınlar həm də əl işini özü toxuyan maşınlar yerləşdirilib.

Azərbaycan hətta moda qanunvericiləri sayılan Fransa , İtaliya və Böyük Britaniya kimi xarici ölkələrlə müqavilələr imzalamışdır. Bu proses ilk dəfə 2007 – ci ildə Bakıda təşkil edilən “ Moda Və Aksessuar” adlı sərgidən sonra baş tutmuşdur. Bu cür müqavilələrin imzalanması Azərbaycan iqtisadiyyatının artımınada təsir etmişdir. Nəinki iqtisadi yöndə ümumiyyətlə Azərbaycanın dünyada tanınması üçün şərait yaranmışdır. Modelyerlərimizdə öz növbələrində xalqımızı tanıtmaq üçün geyimlərində milli ornamentlərdən və milli koloritlərdən istifadə edirdilər. Bu cür geyimlərdə olan millilik xarici ölkələrdə yüksək qiymətləndirilir zövqlə baxılırdı. Artıq Azərbaycan modası illər öncəyə baxdıqda daha da məşhurlaşıb və bu yolda mövqeyini daha da gücləndirərək qoruyub saxlayır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SIYAHISI


  1. Məmmədova L.H., Dadaşova A.S. Azərbaycanda moda və Yüngül Sənayenin birgə inkişaf yolları. Qərb Universitetinin “Elmi Xəbərlər” jurnalının No1, 2015, Bakı

  2. R.Əfəndiyеv Geyim tarixi Azərbaycan nəşriyyatı , 1997

  3. B.S.Paşayev, L.H.Məmmədova Moda və Kostyum Tarixi

  4. R.Əfəndiyеv, S.S.Dünyamalıyeva. Azərbaycan geyimləri

Аzərbаycаn Nəşriyyаtı, 1997

  1. Paşayev B.S. Parça və geyimin layihələndirilməsi, Azərbaycan Bakı, təhsil 2013

  2. S.M.Cəfərova, Z.İ.Xəlilova,Qadın geyimlərinin konstruksiya edilməsinin əsasları Bakı – 2011

  3. Dünyamalıyeva S.S. Dünya xalqları və milli geyimlərin dekorativ xüsusiyyətləri Bakı, Elm 2013

  4. Hüseynov V.N. Toxuculuq materiallarının texnologiyası Bakı “Təhsil” 2004

  5. Nuriyev M.N., Rəcəbov İ.S. Materialşünaslıq Bakı İqtisad Universiteti nəşriyyatı

  6. Горина Г.С. Народные традиции в моделировании одежды Москва Легпромиздат, 1994.

  7. Агамалиева Е.Ч. Формировании современного костюма. Баку 2006.

  8. Саламатова С.М. Конструирование одежды 1981г

  9. Мамедова Л.Г., Агамалиева Е.Ч. Стильный образ единое гармоничное целое, Баку 2004.

  10. Мамедова Л.Г. Цветовая гармония в создании костюма. Баку 2004.

İbrahimova İlahə Nihad qızı

Moda dəyərinin strukturunun tədqiqi

mövzusunda magistr dissertasiyasına
XÜLASƏ
Azərbaycan qədim zamanlardan incəsənət sahəsində daima irəliləyişdə olub. İpək parçaların istehsalı xarici ölkələrə ixracıda Azərbaycanın istehsal sahəsində inkişaf etdiyinə misaldır. Modanın Azərbaycanda gənc istedadlar tərəfindən inkişaf olunduğu açıq – aydın bilinir. Moda haqqında elmi – nəzəri təhlil aşağıda qeyd olunan üç fəslin araşdırmaları zamanı ortaya çıxmışdır.Fəsillər haqqında məlumat burada qeyd olunub:

Geyim XIX – XX əsrdə dünya sferasında böyük iz qoymuşdur. I Fəsildə təkcə Avropa modasının deyil , Azərbaycan modasının da adı çəkilmişdir . Xəz paltolar haqqında qeyd olunub və təsviri göstərilib.

“Modanın Strukturu və Tədqiqi” adlı başlıq II Fəsildə yerləşdirilib. Burada Avropa geyimlərinin tarixdə buraxdığı izlər və cəmiyyətin modaya olan münasibətindən bəhs olunur. Rokoko dövrü haqqında geniş məlumat verilmişdir.

III Fəsildə Bakıda keçirilən moda müsabiqələrinin təşkili barəsində ətraflı məlumat verilmişdir. Xarici modelyerlərin geyim kolleksiyaları və Azərbaycan da olan moda həftələri haqqında söylədikləri dəyərli fikirləri.

Nəticə və təkliflər bölümündə Azərbaycan geyimlərinin milliliyini qorumağı. Avropa geyimlərinin Azərbaycan xalqı üçün gündəlik geyim tərzi olması haqqında təkliflər irəli sürülür.

РЕЗЮМЕ
С древних времен в Азербайджане проявлялось постоянное продвижения в области искусства. Производство шелковых тканей экпортированные в зарубежные страны служит показателем развития производства в этой области. В Азербайджане много молодых талантов, которые занимаются продвижением моды. В ходе теоретического анализа моды было выявлено три заголовка:

Одежда XIX - XX века оставила большой след в мире. В первом теме показана мода не только Европы, но и Азербайджана. Здесь также отмечены и изображены меховые пальто.

"Структура и исследование моды" так называется второй заголовок. Здесь повествуется о Европейской одежде, оставившая следы в истории и отношения общества к моде. Подробная информация о периоде рококо.

Раздел III - Подробная информация об организации конкурсов моды в Баку. Ценные мысли о коллекции одежды и моды зарубежных модельеров, мнение о недели моды Азербайджана.

В разделе выводы и предложения представлено сохранение национальных особенностей одежды Азербайджана. Выдвинуты предложения о том, чтобы Европейский стиль сделать повседневной одеждой для Азербайджанского.

SUMMARY
Azerbaijan has developed in the field of art since the ancient times. The production of silk fabrics and their export to different counties are the example to its development. It is clearly seen that fashion has been developed by the young talents. Scientific and theoretical analysis about fashion has appeared during the researches of below marked 3 chapters.

Clothes took main part in the world in XIX – XX centuries. Not only Europe fashion but also. Azerbaijan fashion was emphasized in the I chapter. Fur coats were named and described there.

The structure and research “of Fashion” was settled in the II chapter. It is about the history of Europe clothes and the attitude of the society to fashion. A lot of information was given about Rococo times.

In the third chapter it is spoken about the organization of fashion contents in Baku. Besides that the III chapter is about fashion designers’ cloth collection and what is said about fashion weeks which were held in Azerbaijan by designers.



In the result and suggestion chapter the thoughts about the keeping the mentality of Azerbaijan clothes and suggestion of Europe clothes accepted as a daily clothing style in Azerbaijan are proposed.



Download 6,8 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish