Şəkil 1.5. Milli obrazlı qadın
Artıq insanlar anlayırdılar ki modanın dəyişilməsi ilə nəinki geyim hətta məişət əşyaları da dəyişilirdi. Yenilərə ehtiyac artırdı və insanlar dəblə uyğunlaşmağa can atırdılar. Geyimdə olan dəyişikliklər tarixdə həmin insanların istifadə etdikləri əşyalar sayəsində öyrənilirdi. Azərbaycan da XIX əsrin sonu XX əsrin əvvəllərində nəinki yaşam tərzi hətta hazırlanan geyimlərin növü, materialı və keyfiyyətinə də öz təsirlərini göstərmişdir.
Ülgülər belə XIX əsrdə dəyişilirdi. Nəinki biçim habelə keyfiyyətinə əsaslı təsir göstərmişdir. Dəyişilmələrə baxmayaraq dövrün tələblərinə uyğun olaraq dəyişməyə məruz qalmışdır. Əmək bölgüsü yarandıqdan sonra isə artıq uni formalar yaranmağa başladı. Uniformalar hər peşənin özünə məxsus olan geyim formasıdır. Cəmiyyət arasında peşə geyimləri çox yayıldı hər kəz öz peşəsinə uyğun geyinməyə başladı.
XIX əsrdə gündəlik geyimlərin irəliləməsinə baxmayaraq hərbi geyim və ona aid olan formalar artıq lazımsız hesab edilərək aradan qaldırılırdı. Azərbaycanın parça istehsalı bütün dövrlərdə oldu lakin XIX əsrin ortalarında İran, Rusiya və Avropa gələn parçalara görə ləngimə dövrü keçirdi. Bu proses bəzi yüksək təbəqələ insanları narahat etməyə başladı. Və 1901 – ci ildə Pambıq parça istehsal edən fabrik yaradıldı. Yaradıcısı olan H.Z.Tağıyev bu işin Azərbaycan üçün irəliləyiş olacağını düşündü. Günümüzdə Azərbaycanda parça istehsal edən Tekstil yerləri vardır. Parçalar keçmişdə əl əməyinə əsaslanaraq hazırlanırdı.
Lakin indi inkişaf edən Azərbaycan ən son standartlara cavab verən aparatlardan istifadə edərək idxalı və ixracı ilə məşğuldur. Müasir dövrdə hər sahə kimi parça istehsalında da kompyuterləşmə önəm kəsb edir. Burada ilk öncə parçaya özəl görüntünü verən dizaynerlər məşğul olur. Həmin dizaynerlər parçanı müəyyən edilmiş ölçüdə proqram ilə çəkərək onun hər bir rəngini kanallara ayırır və tiff formatına salır. Bu parça istehsalının ilk addımıdır. Daha sonra bu formatı şablon sahəsinə təqdim edirlər həmin tiff format müəyyən edilən aparata köçürülür və OK düyməsi basilir. Eni zamanda dizaynerlər rəng seçimləri labaratoriyaya təqdim edirlər. Və burada lazım olan rənglər hazırlanıb basqı sahəsinə göndərir. Hər bir rəng ayrı – ayrı şablon üzərinə köçürülür. Bütün şablonlar hazır olduqdan sonra basqı sahəsinə aparılır şablonlar. Burada hər bir şablona uyğun rəng taxılır və aparata yerləşdirilir. Hər bir şablon yerinə oturulduqdan sonra OK düyməsi basılır. Aparata lazım olan parça materialı əvvəldən yerləşdirilmiş olur. Rənglər üst – üstə gələrək dizaynerin verdiyi görüntü ortaya çıxır basılan parçanı həmin anda qurudan istilik aparatıda məhz bu basqı sahəsində aparatın içində yerləşdirilib. Basılan parçalar yumaya aparılır və üstündə olan kimyəvi materiallar təmizlənir yenidən qurudulur. Daha sonra parçalar dairəvi şəkildə yığılıb müəyyən edilən müştəriyə göndərilir.
Qadınlar üçün tikilən köynəklər əlvan rənglərdən olmaqlarına baxmayaraq sadə və mirvari düymələr ilə qapanırdı. Yaşlı qadınlara isə tünd rəngli şifonlardan hazırlanırdı köynəklər. Xanımları geyindikləri ətəklər bu dövrdə tuman adlanırdı. Tuman qat – qat olub: alt tuman, orta tuman və üst tumandan ibarət idi. Qadınların geyindikləri tuman bəzən moda bəzən isə havanın soyuq keçməsi ilə beş hətta səkkiz tumanı üst – üstə geyinirdilər. XIX əsrin II yarısında kapitalizmin sürətli inkişafı Azərbaycan modasında da öz təsirini göstərdi. Avropa modasından gələn “don” qadın geyim növü idi. Don bütöv geyinilirdi yəni ətək ilə koftanın birgə tikilməsi idi. Qadınlar artıq həm uzun həm də qısa geynirdilər.
Bir zamanlar qadınların qısa geyinməkləri qəti qadağan idi. Ətəklərin beli büzməli və gövdəli idi. O zamanlar qadınlar dərzilərə gündəlik geyimi ayrı mərasim geyimi ayri tikdirirdilər. Bu dövrdə xanımların donlarını döşlük yəni önlük tikilirdi. Azərbaycanlı xanımların çox bir hissəsi bu cür geyinirdilər. Önlük sinə hissədən başlayıb dizdən aşağı qədər olurdu. Döşlüyündə növləri var idi. Bayramda tikilən döşlüklər bahalı parçalardan, məxməri və zərli sapdan hazırlanan gipurdan hazırlanırdı. Lakin gündəlik taxılan önlük sadə sıradan parçadan tikilirdi. Donların ətək, qol, sinə hissəsinə rəngli parçalardan köbə tikilirdi. Bu köbələr bəzən qırçınlı bəzən isə sadə olurdu.
XIX əsrin sonları – XX əsrin əvvəllərində yaranan bu geyimlər ümumi vizual cəhətdən XVIII əsrin modası ilə demək olar ki eyni idi. Bu dövr geyimlərində olan xırda dəyişikliklər gözə çarpır və tipoloji cəhətdə öz görünüşü qoruyub saxlayırdı.
Müasir dövrdə geyimlər jurnallarda dərc olunurdu və satışa çıxarılırdı. Azərbaycan Tarix Muzeyindən, İncəsənət Muzeyindən və Respublikanın digər şəhər rayonlarından toplanan məlumatlar sayəsində milli geyim haqqında albom buraxılmışdır. Bu jurnalın adı “Azərbaycan Milli Geyimləri”
Bundan əlavə hətta geyim konstrusiyası haqqında məlumat verən kitablarda dərc olunurdu. Konstruksiya kitablarında geyimlərin biçimi haqqında ətraflı məlumat verilirdi. Hər bir geyim formasının ülgüsü olurdu və bunun sayəsində istənilən geyimlər kəsilib tikilirdi.
-
II Dünya müharibəsindən sonrakı dövrün moda üslubu
Modanı alt üst edən bu dövr artıq demək olar ki başladı. II dünya müharibəsi hər bir sahə də öz təsirlərini göstərirdi. Modanın mərkəzi artıq Fransa deyildi. Almaniya modanı ələ alaraq öz geyim tərzlərini yaradırdı bu dövrdə. Fransız modelyerlər Berlinə köçərək öz butiklərini açdılar. Berlin dünya üzrə modanın mərkəzi şəhər adını qazana bilməsə də bir müddət ağalığını davam etdirə bildi. Lakin müharibədən öncə səyahətə çıxan Nyu – York modelyerləri Atlantik okeanda gəzinirdilər. Amerikanlar hər il Fransada təşkil olunan moda gecələri, dəfilələrə qatılaraq burada olan stilləri və yeni cərəyanları mənimsəyərək geri dönürdülər. Nyu – York modelyerləri geri qayıtdıqda artıq kopyaladıqları geyimləri yaratmağa başlayırdılar. Əsasən idman geyimlərinə üstünlük verirdilər. Dünya bu stil üzrə getməyə başladı artıq. Parça anbarları 1941 – ci ildən hökümət tərəfindən müsadirə edildi. Süni parçaların istehsalı artdırdı buna səbəb isə ona olan tələbat idi. Neylon corablar geyinilmirdi artıq.
Hərbi geyimlərin tikilməsi üçün lazım olan parçalar az idi. Bunun üçün yun tədarükü 100000 ton fərqi ilə aşağı salındı. Yuna olan tələbat həddən artıq çox idi. Süni parçalarda istifadə edilən süni iplər istehsal olunurdu. Demək olar ki, süni ip bütün dünya ölkələrində hazırlanırdı. Süni ipək və viskoz yaxşı əvəzləyici deyildir. Keyfiyyətsiz olan bu iplərdə geyimlər tikilirdi. Lakin əvvəl olan ipəklərdən fərqli olaraq nazik olduğu üçün isti saxlamırdı. Elastikliyi olmayan bu parçalar satışı zəiflədirdi. Dəbdə olan idman üslubla paltarlar hər bir yaş həddi üçün nəzərdə tutulurdu. İlk dəfə bu geyimlərin satışına Amerikanın kiçik şəhərciklərində dəbə mindi.
1944 – cü ildə Almaniya Parisi özünə qataraq dünyada yeni moda səhnəsi yaratdı. 53 fransız modelyer birgə moda sərgiləri təşkil etdilər. Bu cür moda nümayişləri demək olar ki dünyanın cox hissədində keçirildi. Müharibədən sonra demək olar ki insanlar modadan tamam uzaqlaşmış vəziyyətdə idilər. Qadınlar yamaqlı köhnə geyimlərindən artıq çox sıxılmışdılar. Romantik abu – hava yaradan modelyerlər qadınların sanki ürəklərini oxumuşdular. Əvvəllər moda olan köbəli donlar yenidən moda olurdu. Bu cür geyimlər ilə neylon corablar da geyinirdilər. Korsetlərdən istifadə edən xanımlar onu geyimin üstündən geyinərək donu iki hissəyə ayırmış olurdular.
Müharibə qadın geyimlərinə təsir etdiyi qədər habelə kişi geyimləridə bundan təsirlənərək mənfi təsirlərə məruz qalmışdır. Geyimlər də formalar bütövlük təşkil edirdi. Yəni tikilən paltarlarda kəsik daha az və uzun olurdu. İnsanlar müharibə zamanı qıtlığı qəbul etmirdilər. Müharibədən sonra insanlar bolluğa düşmüşdülər. Onların bu cür yaşam tərzi geyimlərdə də özün göstərirdi. Uzun palto geyinən insanlara imkanlı şəxs kimi baxırdılar.
Geyimlərdə batika parçalar dəbə gəlirdi. Batika parçalar üzərində boyalarnan işlənən növdür. Batika şifon , kətan , cins materialların üzərində işlənilir. Şifon parça üzərində hər hansı rəsmi çəkməmişdən öncə rezerv deyilən sulu maye ilə konturlar çəkilir. Bundan sonra rənglər həmin kontur haşiyələrin içərisinə doldurulur. Bu cür texnika üsulu qədimdə yaranmışdır. Və çox geniş yayılmışdır. Parça üzərində olan rəsm yuyulduqda getməsin deyə onu duzlu və yaxud sirkəli suyun içərisinə qoyurlar. On dəqiqə gözlədikdən sonra material götürülüb yaxalanır və qurudulur. Batikada digər üsul isə şam ilə hazırlanır. İlk öncə parça taxtanın üzərinə keçirilir şam əridildikdən sonra lazımi hissələrə vurulur. Quruyan şam parça rəngləndikdən sonra təmizlənir və yuyulub qurudulur. Batikalı parçalardan əsasən üst geyimlərdə aksesuar hesab olunan qalstukda istifadə edilirdi. Bəzən sifariş olunan rəsmlərdə olurdu ki, digər sadə batik içlərinə görə qiymət fərqi olurdu. Bu işlə əl qabiliyyəti olan insanlar məşğul idi. Daha sonra həmin parça dərzilərə verilib tikdirilirdi (şəkil 1.6.).
Şəkil 1.6. Batika Rəsmi
Müharibə başlayan zamanlardan Paris moda şəhəri adını itirmişdi onun yerinə Berlin dahada məşhur moda şəhəri sayılırdı. Demək olar ki müharibə bitdikdən sonra Paris öz gücünü geri qazanaraq modaları ilə yenidən gündəmə gəlir. Vaxtı ilə Paris modasını mənimsəyən Amerika yaratdığı idman stili ilə Parisin etibarlılığını qazanır.
Günümüzdə dəb olan parlaq üzəri gül çiçəkli dalğa rəsmli olan köynəklər məhz bu dövrdə yarandı. Hawaii, Carisca adı altında tanınan köynəklər Florida və Kaliforniyada məşhurlaşdı (1946 – 1947). Buna başlıca səbəb isə kişi geyimlərinin artıq sıxıcı olmağı idi. İlk dəfə idi ki, kişi geyimləri modanın hər hansı dəbindən formasında bezirdi. Amerikan dizaynerləri sport geyimi ilk dəfə Avropada təqdim etdilər. Keçmiş ilə bəhrələnən gənc istedadlar artıq öz dəblərini özləri yaradırdılar. 1950 – ci ildə baş verən bu hadisə yaşlı dizaynerlər tərəfindən rəğbətlə qarşılandı.
Keçmiş də dəst geyimlərin yalnız kişilərin seçeimi idisə indi artıq qadınlarda bu cür geyinir. 1988 – ci ildə xanımlar cins dəstlərlə birgə idman köynəyindəndə istifadə edirdilər. Bu cərəyan baş tutdu və davam etdi. Kişilərində seçim elədikləri cins dəst qadınlar öncə kişilərdə dəb olub. 1973 – cü ildə yaranan bu stil orta təbəqənin insanlarının sevə - sevə geyindiklər rahat gündəlik geyim idi. Postmodern məhz bu hadisədən sonra baş tutdu.
Günümüzdə ən çox cavan qızların dəbi olan “Cigarette” Amerikada 1950 – ci ildə yarandı. Dar cinslərin üzərində isə qısa dəri pencəklər moda idi. Dəri pencəklərin üzərində qızılı və gümüşü dəmirlərdə olurdu. Bəzən isə kürək hissədə hər hansı bir kompozisiya rəsmi olurdu.
1960 – cı ildən moda podiumlarda özünü göstərirdi. Modaya təsir edən amillər məhz bu podiumlarda təqdim olunan geyimlər idi. Sadə insanların arasında seçilən gündəlik moda gəlirli sahə idi. 1960-cı ildə isə küçə tərzinə yeni geyim forması gəldi – mini ətək.
Müharibədən sonrakı dövrdə qadınların çox qismi kişi işlərində çalışmaya başladılar. Bu geyimədə təsirini göstərirdi. Qadınlar demək olar ki kişi kimi geyinirdilər. 1940- ci ildə qadınların çalışdıqları işləri keçmişdə yalnız kişilər edirdi. Məsəl üçün apar – gətir işlərinə baxan qadın artıq normal qəbul edilirdi. Modanın təşəkkül tapdığı dövr başlamışdır.
Uniseks adlanan geyimləri tibb bacıları, stüardessalar geyinirdilər. Bu geyim həm kişi həm də qadınlara aid olduğu üçün bu cür adlanırdı. Amerika modelyerləri stilləri qarışdırmaqla qane olmayaraq cinsi fərqidə aradan qaldırırdılar. Punk geyimlərində istifadə olunan zəncirlər, dəmirlər, iynələr əsasən dəri üst geyimlərində olurdu (şəkil1.7.). 1978 – ci ildən yaranan dəb 2016 – cı ildə də çox dəbli geyim hesab olunur. Bəzən rock stili kimi tanındı bu geyimlər. Musiqi həyatının təsirlənən moda 1981 – ci ildə də dəyişikliyə məruz qaldı.
Şəkil 1.7. Pank stili
1960 – cı ildə qadınların geyimə olan xərcləri iki qat artmışdır. Əsasəndə bu hadisə Fransa və Amerikada idi. Hətta bu göstəricilər 1990 – ci ildən dahada artdı. Fransız qadınları kişilərdən 30% daha çox geyimə pul xərcləyirdi. Bəzən bunun səbəbini məhz qadın psixoloji problemlərində görürdülər. Kişilər düşünürdülərki qadın daha tez modaya uyğunlaşır. Modanın tez – tez dəyişilməsi isə artıq xərc demək idi.
Geyimlər qadınlar üçün vərdiş halı almışdır. Sanki hal hazırda moda olmayan bir geyimi geyinmək çox böyük məsuliyyətsizlikdir. Bu düşüncə əlbətdəki yalnız qadınlara aiddir. Hər bir xanım bu dövrdə dəbə ayaqlaşmağı bacarırıdı lakin , imkan dairəsində. Moda həmişə pul tələb edən düşüncə baxış sahəsidir. Digər dövrlərə baxanda bu zamanda bahalı daş – qaşlı geyimlər deyil rahat idman və cinslər moda idi. Kişilər üçün əvəzedilməz olan bu geyim indiyənə kimi öz aktuallığını və modasını qoruyub saxlayır.
Kişilərin geyimləri indi olduğu kimi o zamanlarda da pozisiyalarına görə dəyişilirdi. Deməli artıq idman geyimləri iş saatlarından sonra geyinilə bilərdi. İş yerində geyinilən geyim sadə kostyumlardan ibarət idi. Avropada olduğu kimi Amerikada da yaşa uyğun geynilirdi. Və dövrün ən mühüm faktoru demək olardı.
1950 – ci illər də yaşl cavan fərqi ortadan qalxdı. Gənclərin tərzi moda oldu. Demək olar ki, kişi geyimləridə bir çox dövrlərdə dəyişikliklərə məruz qalmışlar.
Şapka XIX əsrin sonlarında sadəcə geyim idisə artıq XX əsrdə şəxsiyyətin kim olduğunu bildirirdi. Yalnız iş yerlərinə geyinilirdi bu cür papaqlar. Ciddi kişi geyimləri tarix boyunca seçilib. Lakin zaman dəyişdikcə bu cür ciddiliklərin geyimdə sonu yaxınlaşırdı. Bir çox kişi geyimləri demode olmuşdur.
Armani, Calvin Klein kimi dizaynerlər 1970 – ci ildə öz moda xəttlərini çizdilər. Dövrün ən çox gəli əldə edən dizaynerləri olmuşdular. Kişilərin bir qismi XIX ərsdə qalstukdan imtina etdilər. Və bu dövrdə artıq qadınlar qalstukdan aksesuar kimi istifadə etməyə başladılar. Hətta 1980 – ci ildə iş qadınlarının geyimdə istifadə etdikləri ən mühüm istifadə idi. Yalnız özəl çalışan qadınların istifadə etdikləri qalstuklar gündəlik geyim tərzinə çevrilir. Bu dövrlərdə yaranan üslubların mədəni təcrübələri az idi. İllər əvvəl moda təmtəraqlılığı ilə cəmiyyət arasında iz salmışdır. Cat walk və lifestyle üslubları sadəlikdən yana idi. Lakin demək olmaz ki hər kəs sadəliyə bir başa keçirdi.
Modanın çox şaxəli olması insanlar arasında qərarsızlıq yaradırdı. Bu zaman baş verənlər geyimdə yansayırdı və bərbad görüntü alırdı. Yaranan stillər arasında ən ucuz olan geyimlər hər təbəqənin seçimi idi. Feminist qadınlarda bu geyimləri seçib geyinirdilər. İngiltərə də qadın səs verənləri nəticəsində simvolik üslub hesab olunan “Women’s social and political union” aradn qalxdı. Bu dövrdə qadınlar yüksək vəzifələrdə çalışırdılar. Qadınların necə gücə sahib olduğu məhz bu dövrlərdə özünü açıq şəkildə göstərdi.
XX əsr kişi dəbi yalnız kostum geyinib geyinmələrə görə fərqlənirdi. Küçə tərzi daha da qəlizləşdirilirdi və anlaşılmaz vəziyyətə gəlirdi. Buna səbəb insanların özlərinə uyğun dəbi tapa bilməməkləri idi.
1.4.Dünyada yaranan ən dəbdəbəli geyim üslubları
Geyimləri təqdim etmək prosesi təkcə podiumlarda deyil üst təbəqənidə modelyerlər model kimi görürdülər. XX əsr də geyimin kateqoriyaları bir – birinə bağlı forma da idi. Küçə tərzi moda dizaynına aid olmağı bacarmırdı. Dəb sənayesi toplu halda modanı inkişaf etdirməyə çalışırdı. Sənaye sahəsində əsasən çantalar və ayaqqablar mühüm rol oynayırdı. Yüksək təbəqəli insanlar geyimin modelini yalnız həmin şəxsə aid olmasını istəyirdi. Bu prosedur dəb sənayesi üçün qəbuledilməz idi. Çünki istehsal olunan geyimdən bir deyil ölçülərlə tikilib satışa çıxarılırdı. Məhz bu səbəb dəb sənayesi sadə geyimlərin istehsalına başlayaraq ticarətini genişləndirdi.
Moda dizaynı yalnız bir geyimi bir şəxsə aid edirdi. Qazanılan gəlir yüksək məbləğdə olurdu. Tikilən geyimin eskizi məhz həmin şəxsə aid edilirdi. Burada bazar iqtisadiyyatı artıq baş verirdi. Butikləri ilə məşhur olan Paris bu cur məşhurlaşmışdı. Nyu – York dizaynerləri qeyri – adi geyimlərin hazılanmasında birincilikdə idi. Onların hazırladıqları bu geyimlər eksponat kimi və yaxud yalnız podiumlarda nümayiş üçün tikilirdi. London modanın ləngimə şəhərləri sırasında idi həmin dövrlərdə. Zövqsüz, sıradan geyimlər tarix boyu dəyişiklər keçsədə dəyişilməmişdir.
1920 – ci illər kefli yaşam dövrü adlanır. Burada insanlar geyimlərə önəm vermir lakin istənilən baha geyimi alırdılar. Müharibədən çıxan insanlar can sıxıcılıqdan əl çəkib bu cür həyatı yaşamağı seçmişdilər. Qadınlarda da olduğu kimi kişi geyimlərində də gündəlik geyim tərzi var idi. Müharibə qadınların geymlərinə təsir etməsinə baxmayaraq incəlik qorunub saxlanılmışdır. Sadəliyin dəb olduğu zaman idi. Moda ilə hər zaman yüksələn dəyişikliyə məruz qalan saç düzümləri makiyajlarda artıq tamam sadə olurdu. Kişilər üst geyimi kimi mantodan istifadə edirdilər. Əsasəndə filmlərdə çəkilən aktyor və artistlər. Smokin artıq özünü göstərirdi.
Kişilərin kostyumlarında dəyişən aşağı qism dizə qədər qısaldılmış idi. Həmin dövrün ən zövqlü geyimi “knickerbockers” adlanırdı. Şalvara qədər olan pambıq corablarda dəbdəbəli hesab olunurdu. Knickerin üzərində geyinilən palto qısa olub üzərində iri cib olurdu. Ayaqqabılar dəri olurdu.
1925 – ci ildə Kişi dəbləri tez – tez yenilənirdi və bir müddət sonra dəbdən düşürdü. Məhz bu dövrdə enli kişi şalvarları az bir müddət moda oldu. Jazz adlı geyimlər isə demək olmaz ki moda oldu.
1920 – ci illər düyməli geyimlərdən istifadə əvvəl ki illərə nisbətən artd. Bu dövrdə olan geyimlə beldən aşağıya doğru endi. Ombanın üst hissəsində otururdu. Digər geyimlərə baxanada bu dəbin ömrü uzun sürdü. Hətta indiki zamanda da bəziləri tərəfdən geyinilir.
Qadınların bu dövrdə bəyənərək geyindikləri ətək formaları üst – üstə qatlardan ibarət idi. Yeni yaranan bu dəb dizdən aşağı idi. Lakin cavan nəsil bu geyimin qatlarını azaldaraq uzunluğu dizdən yuxarı çatdırmışdılar. Bu yupkalar 1925 – ci ildə yaranmışdır. İllər keçdikcə moda sanki enmə qalxma dövrlərini yaşayırdı. 1928-ci ildə olan geyimlər Şahzadə Viktoriyanın zamanında olduğu kimi idi. Yenidən dar geyimlər dəbdə idi.
İstifadəsinə görə ən çox bəyənilən parça ipək idi. Lakin qiymətinə görə pambıq və yun parçalardan olduqca baha idi. Süni ipək keçmiş ipəyi əvəz edə bilmirdi. Təbii ipəkdən fəri onda idi ki, nazik və strecliyi yoxuydu. Paris moda mərkəzi olaraq qalırdı. Fransada dəyişilmək istəyən moda yenə heç bir fayda vermir. Fransız köhnə dəbdə olmağı üstün tuturdular. Hətta moda jurnallarında başqa ölkələrin moda stillərini yayımlayırdılar.
Fanila – kişi alt geyimidir. Yundan tikilən kişi geyimləridir. Materialına görə çox rahat yumşaq idi fanila. O dövrdə yaranan fanila indiki zamana da gəlib çatmışdır. Rənginə görə fanila əsasən boz olurdu. Bu geyim yalnız qış ayları üçün nəzərdə tutulmuşdur. Bəzi gənclər fanilanı ev geyimi kimi qəbul etmişdilər. Hər kəsin geyindiyi olan fanila indiki zamanda yalnız yaşlı inslar tərəfindən qəbul edilir.
1930 – cu ildə nəinki yüksək təbəqələlilər sıradan insanlarda geyimlərini dərzilərə tikdirməyə başladılar. Standart geyimlər demək olar ki maraq yox idi. Əvvəllər bu cür geyimlər baha olduğu üçün insanlar çox da can atmırdılar dərzi yanına getməyi.
Qadın geyimlərin trend rənglər ağ, bej idi. Hər zaman qiymətlər problem olduğu üçün hazırlanan məhsullar orta qiymətdə olurdu. Məhsulların satışı üçün açılan obyektə “ the country club” adı verilmişdir. 1932 – ci ildə tikilən bu yer hal – hazırda otel kimi fəaliyyət göstərir (şəkil 1.8.).
Şəkil 1.8. “The Country Club” Kansas city
Devolvasiya olduğu bir zamanda qadınların geyim sevgiləri ölmürdü. Onlar hətta köhnə dəbdə olmayan geyimlərini yeni hala gətirərək geyinirdilər. Gözəl görünməyin yolunu tapmışdı bu xanımlar. 1929 – cu il modanın keçirdiyi ən ağır dövr idi.
Wall street böhranı 1929 – cu ilin oktabrda başladı. Dövlət büdcəsində azalan pul insanları yoxsul vəziyyətə salmışdır. Bu səbəbdən dəyərsiz hesab olunurdu.
1932 – ci ilin sonları böhran dahada artdı. Federal Rezerv devolovasiyanın heç cürə önün kəsə bilmədi. Geyimə ayrılmış büdcə artıq yox idi. İnsanlar işsiz qaldılar vaziyyət getdikcə ağırlaşırdı. 1933 – cü ildə işsizlərin sayı 8 milyona çatdı. Bu dövrdə artıq hər bir qadın tikişi bilməyə məcbur idi. Çünki geyimlər bərpa olunub yenidə geyinilirdi. Moda sözü bir müddət yoxa çıxdı. Hazır geyimlər demək olar ki, alınmırdı.
20 – ci illər köhnə modanı geri qaytarmağı bacardı. Geyimlər daralır, qol kəsikləri ilə çiyin məsafəsi azalırdı. Yüksək bel yenidən dəb oldu. Bu dövrdə kobud xəttlər aradan qalxdı. Qadın geyimləri ilə müqayisədə kişi geyimləri daha qabarır olurdu. Çiyinlər yana doğru enlənirdi. Kişi pencəklərinin hamısında vatkadan istifadə edilirdi.
Geyimə olan tələb hər an artırdı. Kişilərin geyimləri əsasən tünd tonlarda olurdu. Bu dövrdə yırtmac ləğv edildi.
Bəzi dövrlərdə qadınlar xəzləri yalnız özəl günlərində geyinirdilər. Lakin artıq gündəlik üst geyimi olmuşdur. Beret demode olduğu üçün onu əvəz edən cloche moda oldu (şəkil 1.9.).
Ayaqqabılar isə hər cür dəbə uyğun olurdu. Bəziləri rahatlıq üçün bəziləri isə gözəl göstəriş üçün idi. Bu zamanlarda evdə geyinilən ayaqqabılarda moda idi. Fərqli ayaqqabı dizaynerlərinin verdikləri eskizlər müştərilən tərəfindən bəyənildikdən sora hazırlanırdı. Geyinilməyən zövqə uyğun olmayan ayaqqabılar tikilmirdi.
Çantalar daha kiçik sadə olurdu. Çox zaman qadınlar ayaqqabıları ilə uyğun olan çantalardan istifadə edirdilər. Lakin bu fikir zaman keçdikcə modasının itirəcək.
Kişilər hər zaman rahatlıq istəyirdilər. Geyimdə idman tərzi ən çox istifadə olunan tərz idi. Gündəliyə geyinilən Dəri pencəklər hər bir geyimlə uyğun hesab olunurdu. İş geyimləridə dəri ilə öz yaraşma statusunu tapmışdır. Dəri pencəklə dəri ayaqqabı dəri kəmər dövrün romantik kişisinin modası idi.
Şəkil 1.9. “Cloche” qadın baş geyimi (1922)
30 – cu illər Dəridən hazırlanan bütün geyim məhsulları moda idi. Hətta dəri ayaqqabi və dəri pencək ən gözəl kişi geyimi idi. Yaşanan devolvasiyadan sonra firavanlığı Nazir Rooseveltin dövründə baş vermişdir. Təxminən 1935 – ci ilin əvvəlləri kişi iş geyimlərinə yeniliklər gəldi. Vatkalardan kişi pencəklərində geniş istofadı edilirdi. Geyimdə olan dəyişikliklərə görə yaranan stilə “ London drape “ deyilirdi. Düymə sayına görə “drape cut” da 6 – a çatdırılmışdır düymə sayı. Bu kişi geyimlərini həmin dövrdə Hollywood ulduzları tanıdırdılar. Və məhz buna görə geyim dahada yayılaraq tələbatı artdı.
FƏSIL II. MODANIN STRUKTURU VƏ TƏDQİQİ
2.1. Moda ictimai və psixoloji fenomen kimi
Yaşadığımız dövrdə insanlar daha çox və deyərdimki ən diqqət etdikləri şey geyim yəni vizual görüntüdür. Çünki yaşadığımız zamanda kiçikdən böyüyə hər kəs öz modasını hər hansı jurnallarda deyil məhz öz üzərində araşdırır və tətbiq edir. Geyim insanlar arsında yaratdığı ictimai, sosial vaziyyət faktora çevrilmişdir. Moda şüurlu şəkildə deyil, sadəcə geyinmək məqsədi ilə yaranmışdır. Latıncadan tərcümədə məhdudlaşmayan mənasını verir. Modanın məqsədi rahat və faydalı geyim yaratmaq deyil, fərqli özəl görüntü əldə edə bilməkdir. Burada ətraf mühitdən qonumaq kimi məcburiyyət yoxdur. Amma gözəl, cazibəli, insanın şəxsiyyətini özündə əks etdirən – Modadır. Hal – hazırda bir çox maraqlı faktorları birləşdirən , qədim zamanlardan insan üçün təsirli bir məfhumdur. Geyim daha çox insanın bəzi xüsusiyyətlərinidə ətrafa tanıdır.Əslində bu haqda geniş danışmaq mümkündür. Çünki hal-hazırda dövrün ən aktual mövzusu olduğunu hamı bilir.
Qədim zamanlara diqqət yetirsək geyimə olan ehtiyac sadəcə ətrafdan qorunmaq üçün nəzərdə tutulmuşdur. Lakin irəliləyən zaman içərisində geyim tamam başqa məna kəsb etməyə başlayır. İnsanlar geyimi öz şəxsiyyətərini tanıtmaq üçün geyinirdilər. Moda hadisəsi məhz bu zamanlardan yaranmağa başlayırdı. İllər öncə yaranan geyim insanlar arasında surətlə yayılırdı. Lakin nəzərinizə çatdırmaq istərdim ki, həmin zamanlar olan təbəqələşmə hər kəsin bu cür geyinməyinə imkan vermirdi. Başlıca səbəb olaraq tikilən geyimlərin həddindən artıq baha olması idi. Yoxsul əhali hər zaman sıradan geyimi tərcih etməyə məcbur olub. Bu dövrdə yaşayan insanlar üçün gözəlini deyil sadəcə geyim olsun yetərlidir. Moda da bu cür fikir qəbul edilməzdir. Çünki dəb yalnız gözəl geyim axtarışında idi. Yoxsul əhalinin geyindiyi sadə geyimlər artıq tarixə çevrilib. Yalnız kitablarda bu məlumatları oxuya bilərik. Ənənəvi cəmiyyət arasında moda yoxdur. Moda məhz insanlar sayəsində yaradılır dəb də olur və bir müddət sonra aradan qalxır. Demək olar həmişə yüksək təbəqə insanların tərcihi olmuş moda insanların çox az hissəsində fenomen olmuşdur. Elit təbəqəyə aid olmuşdur.
Modanı yalnız geyim təşkil etmir. Şaxələnmə nəticəsində bura ayaqqabı, çanta, aksesuar və digər geyim əşyaları daxildir. Təşkil edilən moda gecələrinə yalnız özəl qonaqlar dəvət olunurdu. Çox bahalı saraylarda təşkil olunan bu cür toplanmalara əlbətdəki çox zaman dəvətsiz insanlar buraxılmırdı. Göstərişli geyimləri üst təbəqənin xanımları öz üzərilərində görmək istəyirdilər. Və artıq bu cür geyimlər çox baha qiymətə satışa çıxarılırdı (şəkil 2.1.).
Do'stlaringiz bilan baham: |