Şəkil 2.1. Üst təbəqəyə aid qadın geyimi
Moda bəzi insanlar üçün həyat tərzidir. Bu zaman sadə insanlar da artıq axtarışda olaraq öz modaların yaradırlar. Cəmiyyətdə olan hər bir hadisə modaya təsir edir. Müharibələr zamanı, çevrilişlər zamanı demək olar ki moda da öz səssizliyini qoruyub saxlayır. İnsanlar heç bir zaman modanı özlərinə tabe edə bilmədilər. Çünki yaradılan stil kəskin şəkildə insanları öz nəzarəti altına alırdı.
XIX əsrin II yarısı və ondan əvvəl ki, zamanlarda mövcud olan moda haqqında danışmaq çox çətindir. Geyim anlayışı cəmiyyət arasında dəyişilmişdir. Fransızlar üçün moda daima yaşayırdı. Heç bir hadisə burada modanı ləngitmirdi. Uzun müddət davam yaşayan davam edən moda fransızlar arasında dərin kök salmışdır.
Bəzən tarixin öyrənməsi üçün böyük rolu olub modanın. Əxlaq anlayışları, geyimin tarixi, adət və ənənələr məhz bu yolla oyrənilirdi. Bu dövrlərdə çəkilən rəsm əsərləri indiki zamanın “incəsənət nümunəsi” hesab edilir. Tarixi şəxslərin tabloları belə modadan xəbər verməyə yardımcı olur.
Mənbələrdə göstərilir ki, ən qədim geyim kimi – bədənin bəzi hissələrinin rənglənməsi yəni dövmə də keçmiş zamanlardan gəlir. Muhafizə xarakterli olurdu bu cür dövmələr. Müasir dövrdə olduğu kimi o zamanlarda hər kəs tərəfində qəbul edilmirdi. Lakin tarixin göstəricisi kimi gəlib çatmışdır. Bu cür düşüncələr tarixdə uzun təkamül yolu keçmişdir.
Moda ilə ayaqlaşmaq keçmiş zaman üçün çox çətin sivilizasiyadır. Yuxarı təbəqənin insanları modanın geniş yayılmasına qarşı idilər. Hətta krallıq ailəsində qulluq edən yoxsullarında müəyyən edilmiş forma ilə geyinirdilər. Xalq içərisində seçilmək üçün moda başlıca xüsusiyyət idi. Bahalı, daş – qaşlar ilə bəzdilmiş geyimlər indiki zamanımızda yüksək qiymətlənirilir. Məhz bu zamanlarda dəbli kolleksiyalar yaranmağa başlayırdı. Bu ailələr üçün kiçik mərasimlər təşkil olunurdu. Həmin mərasimlərdə dövrün ən yaxşı modelyerləri öz geyimlərini təqdim edirdilər. Daha çox bəyənilən modelyerə bəzən saraya köçməsi üçün şansda verilirdi. Yalnız həmin ailənin geyimlərini tiksin deyə. Moda bu dövrdə nəinki qadınlar arasında kişilər üçün də önəmli hesab edilirdi. Geyim yalnız qadınların nəzərdə tutulması çox yalnış düşüncədirı. Qadınların geyimə olan diqqət maraqə eynən digər cins nümayəndələrində də var. Sadəcə qadınlarda olduğu kimi qabarıq deildir. Fikir versək görərik ki indiki dövrümüzün geyimləri içərisində keçmişində sızmaları yer almaqdadır.Və keçmişi geri qaytaran modelyerlərimiz hərşeydən öncə strukturu deil sadəcə dövrə uyğun stilizə formasına salıblar geyimləri.
2.2. Orta əsrlərdə modanın inkişaf tarixi
Orta əsrlərdə xarici təsirlərə məruz qalan tək insanlar deyildi. Geyimlər bu dövrdə kostyumdan və plaşdan ibarət idi. Bu dövrün kostyumları antik geyimlərə nisbətən daha sərt görüntüdə idi. İndiki zamanda olduğu kimi həmin dövrdə də kostyumlar bədən formasını uyğunlaşdırılmış, qol hissə biləyə qədər karandaş forma almışdır. Lakin geyimin aşağı hissəsi daha da genişlənmişdir. Dövrün kostumlaı sadəliyi ilə seçilir, müxtəlif rənglərdən istifadə olunmuşdur.
X – XI əsrlərdə almanlar roman üslubuna yiyələnmiş tunika geyimlərini özəlləşdirmişdilər. Kostyumlar hətta qadınlar arasında da geniş istifadə olunurdu. Bu kostyumlarda enli bel qayışlarının rolu böyük idi. Geyimdə yaratdığı gözəllikdə əlavə simvolik mənayada sahib idi. Bu cür geyinən xanımlar sədaqətlilik simvolunu üzərilərində daşıyırdılar. X əsrdən şəhərlər böyüməyə başlayır, inkişafı sürətlənirdi. X – XII əsrlərdə sexlər yaranırdı. Həmin bu sexlərdə parça toxuyan və parça tikən xanımlar işləyirdi. XII əsrdə kəndlərdə ev şəraitində toxunan parçalarnan dolanan ailələr hələdə var idi. Ərəb ölkələrindən XII əsrdən başlayaraq pambıq parçalar Almaniyaya və İspaniyaya aparılırdı. Gətirilən maldan pambıq parça istehsal olmağa başlayırdı. İpəkçilik sahəsi XII əsrin ortalarından Siciliya adasında məşğul olmağa başlamışdır. XIII əsrdə Fransa artıq ipək istehsal edirdi. Qərbi Almaniya isə zərif mahudun istehsalı ilə məşğul idi. Kobud mahud isə yalnız Skandinaviyada və Fransada idi. Həmin bu dövrdə artıq parçalar növünə görə ixtisaslaşırdı. XIII əsrdə kişi və qadın kostyumları ciddi və sərhədsiz idi. Artıq demək olar ki, kəndli, feodal və şəhərli kostyumları eyni formaya sahib idi. Təbəqələşmə bu zamanlar azda olsa aradan qalxırdı. Bütün geyimlər eyni ülgülü idi, yalnız onlar parçanın keyfiyyətinə, qiymətinə və üzərində olan bəzəyinə görə fərqlənirdi. Dahi Karlın zamanında geyimin rəngləri fərqli əmələ gəlirdi. Avropaya bu dövrdə Şərqdən yeni geyimlər gəlmişdir. Yeni dəbdə geyimlər öndən düymə bağlanır, baş geyimləri və s.gəlirdi. X-XI əsrlərdə qadınların geyindikləri kostyumlar Bizans geyimlərini xatırladırdı (şəkil 2.2.).
Şəkil 2.2. X – XI əsrin qadın kostyumu
XII əsrdə geyimlərdə yeni biçim yaranmağa başlayırdı. Fərqli biçim həm qadın həm də kişi geyimlərinə aid idi. Qotika XIII əsrdə ən yüksək həddə çatmışdır. Bu dövrdə kostyumlar dəb – dəbəli , harmonik və standart ölçülərə malik olmuşdur. Ansambl formada hazırlanırdı kostyumlar. XIII əsr “biçim inqilab”ı adlandırılırdı. “Burqund” modası XIV əsrdə yeni yaranmış şaxə idi.
Şərq parçalarını geridə qoyan Avropa yüksək keyfiyyətli parça istehsalında artıq öndə idi. XIV – XV əsrlərdə Avropa ölkələrinin parça toxunmasında İtaliya öncəliyini qoruyub saxlayırdı. XIV əsrdə Siciliyada parça toxuyan sənətkarlar Lukka şəhərinə köçməyə başlayırdı. İpəkçilik inkişaf etməyə başlayır və ipəkçiliyin mərkəzinə çevrilirdi. Bu şəhərdə feodollar və saray adamları üçün bahalı ipəkdən hazırlanmış parçalar istehsal olunurdu. Vatikan və Fransa hökmdarlarının geyindikləri parçalar Lukkada toxunurdu. Sifarişlər hətta İngiltərədən də gəlirdi.
Venesiya isə bahalı parça sayılan məxmərin mərkəzi idi. XIV əsrdə Venesiya parçaları Avropada yüksək qiymətləndirilirdi. Məxməri parçalar qızılı və gümüşü saplarla toxunurdu. Üzərində gül naxışlarl ilə bəzdilmiş məxmər parçalar Florensiyada, xırda naxışlı tünd fon isə Genuyada idi. Avropada sənaye yüksəlişi nəticəsində sexlər manufakturaynan əvəz olunur, əmək bölgüsü yaranırdı. Manufakturanın istehsal mərkəzi İtaliya şəhəri idi. Bununla parça istehsalının artırılması başlamışdır. Parça istehsalıynan yanaşı pambıq, yun, ipək manufakturalarda inkişaf edirdi. Q.Veys orta əsrin modasını “qayçıların ağalıq dövrü” adlandırmışdır. Standartdan kənar yəni modaya uyğun tikən dərzilərin əl işləri çox yüksək qiymətləndirilirdi. Bu dövrdə qiymət yalnız parçanın dəyərinə görə deyil modasına görə dəyişirdi. XIV əsrdə dövrə uyğun yeni geyim konstruksiyalarında kəşflər edilirdi. İtaliya kostyumları Avropada artıq günün modasına çevrilmişdir. İtaliyada baş verən klassik yüksəliş nəticəsində modanın cazibədarlığı dirçəlişi dövrünün yaranmasına təkan verdi. Dirçəliş dövründə sərt dini məcburiyyətlər artıq kainatı dərk edən azad insan şəxsiyyətini yaranması idi. Uzun geyimlər vəzisəli şəxslər, sənət adamları, vəkillər və həkimlər tərcih edirdilər. İtalya geyimlərinin hər zaman olduğu kimi bu dövrdə də özünəməxsusluğu ilə seçilirdi. XV – XVI əsrlərdə İtaliyan geyimləri bütün ölkələrdə yayılmağa başladı. Lakin bir müddət sora İspan modası İtaliya kostyumlarını sığışdırıb sıradan çıxarırdı. Artıq İtaliyada kostyumlar deyil krujeva və tikmələr çap olunurdu. Tanınmış rəssam Sezare Veçellio bu cür ornamentləri çəkirdi. Gipyur isə XVI əsrdə yaranır. Lakin İtaliya kostyumda olan güvənini itirməsinə baxmayaraq Avropada cah – cəlal və parça predmetlərinin istehsalı ilə birinci yerdə idi. Almaniya, Niderland və İtaliyada naxışlı parçalar dəbdə idi və geniş yayılmışdır. Möhürlənmiş parçalarda Almaniya bazrında yüksək mövqedə idi. Kətan parçaların üzərinə naxışlar möhürlənirdi. Digər yerlərdə isə taxta üzərində olan məxmər parçalara basma naxışlar vurulurdu. Bu cür parçalar Bryuqtedə və Utrextedə istehsal edilirdi. XVI – XVII əsrlərdə ən bahalı kostyum İtaliya sənətkarlarının krujeva işlədikləri idi.
2.3. XVII əsr geyim üslubları və moda anlayışı
XVII əsrdə Avropada otuz il davam edən müharibə geyimlərədə oz təsrini göstərmişdir. Müharibə dövründə ən modaya uyğun geyim hərbi kostyumlar idi. Dövrün modası olan düyməli plaşlar, uzunboğaz çəkmələr, lələklərlə və enli lent ilə bəzədilmiş şlyapalar geyinilirdi. Qadın geyimlərində olan metal korsetlər aradan qalxırdı. Onun əvəzinə ətəyin belin biraz daha yuxarı doğru qaldırılır və kişi modasının elementləri meydana gəlirdi.
XIV əsrdə hakimiyyətə gələn Lüdoviqin dövründə Fransada moda ən yüksək səviyyədə inkişaf edirdi. Onun hakimiyyəti dövründə yeni qadın peşəsi – Dərzilik yaranır. Dərzilik sənəti yalnız qadınlara aid deildir. Kişi kostyumlarını kişi dərziləri, qadın geyimlərini isə qadın dərzilər tikirdilər. Bu dövrdə baş geyimlərini, aksesualarını modelyerlər, alt geyim dəstlərini isə adi dərzilər tikirdilər. XVII əsrdə XIV Lyudoviqin idarəsi zamanı Avropada qanunvericilik Fransaya verilmişdir. Fransanın maliyyə naziri krujeva istehsalından gələn gələri görərək 1665 – ci ildə Alanson şəhərinə yaxın vilayətdə emalatxana açdırır. Bu emalatxana sırf krujeva istehsal edirdi. Lakin işə götürülən qadınlar bu sənət haqda məlumatı olmayan yerli əhali idi. Bunun üçün Venesiyadan 30 nəfər ustalar gətirildi və onlar bir il müddətində fransız qadınlara krujeva sənətini öyrətdilər. İstehsal olunan məhsul ilk öncə hökmdara təqdim olunurdu bunu bəyəndikdə o ölkəyə gələn krujevaların qarşısının alınması üçün əmr verirdi. Fransa krujevaları digər xarici ölkələrə ixracına başlayır. XIV Lyudoviqin şah – şöhrətini görənlə onun paxıllığını çəkməyə başlamışdılar. Fransa nəinki krujeva hətta yeni görünüşlü geyim bəzək əşyaları, əlcəklərin ixracı ilə məşğul idi. 1642 – ci ildə Parisdən Avropa ölkələrinə mumdan hazırlanan böyük və kiçik ölçüdə pandora gəlinciklər göndərilirdi. Bu pandoraların özünə məxsusluğu onda idi ki böyük pandora dövlət kostyumlarını, kiçik pandora isə sıradan insanların geyimlərinin reklamı idi. Padroda gəlinciklərinə olan maraq hətta müharibə zonasından keçdiyi zaman müharibə dayandırılırdı və gəlinciklər bu ərazidə keçdikdən sonra müharibə davam edirdi. Qadın modası XIV Lyudoviqin dövründə daha qabarıq şəkildə idi. Qadınlar fransa sarayının göz bəbəyi hesab olunurdular. Korset 1650 – ci ildən yenidən dəbə gəlir. Fransa həmişə olduğu kimi XVIII əsrdə Avropada moda sahəsində yenidən başçılıq edirdi. Bu günün ən dəbli geyimi olan hərbi geyimlər o zaman da moda idi. Lakin hərbçi xarakterini yumşaltmaq üçün bəzi tikiş hissələrinə krujevalar tikilirdi.
XVIII əsrdə Rokoko bədii stili yaranır. Rokoko – nəzakətli stil deməkdir. Bu stildə ayaq geyimləri, baş geyimləri daş – qaşlarla bəzədilirdi (şəkil 2.3).
Şəkil 2.3. Rokoko üslublu qadın geyimi
Fransada Roza Bertenini “modanın naziri” adı verilmişdir. Yeganə modelyerdi ki, kraliçaya həftədə iki dəfə don və şlyapa modelləri təqdim edirdi. Rokoko kişi geyimləri də dövrün məşhur kişi dərziləri tərəfindən tikilirdi (şəkil 2.4.)
Şəkil 2.4. Rokoko üslublu kişi geyimi
Böyük Fransa inqilabı dövründə qadın və kişi geyimləri zamanının ən yüksək dəbi hesab olunurdu.
2.4. Moda dəyərlərinin komponentləri
Moda dəyərlərinin komponentləri geniş mövzu olduğu qədər həmdə problemləri ilə çox olacağ. Modanın müasirliyi əslində onun fundamentallığınnan irəli gəlir. Demək olmaz ki moda tarixi məhsul deyil. Bu düşüncə tamamiylə yalnışdır. Bu hər zaman belə olacaq çünki dövrümüz bu cür qeyri adilikləri görmək və modalarında tətbiq etməyə çalışırlar. Müasir moda bəzən hökmdarlıq etdiyi arxaik cəmiyyətləri qeyri – kafi qəbul edirdi. Nəinki icazə hətta bəzi nümunələr varki onun satışına belə icazə yoxdur. Keçmişin bəzi modaya qarşı cəzalarına misal gətirmək olar ki, niklərin saç formalarını sadə kəsdirməkləri ölümlə cəzalandırılırdı. Lakin bu indiki zamanda gülünc yaradacaq mövzu kimi anlatıla bilər. Hindistanda isə rəqs ilə müşahidə edən müğənninin ani yalnışı onun ölümü ola bilər. Bu cür qayda qanunların olmasına baxmayaraq əcdadlarımızın vəsiyyətlərinin çox hissəsi yüksək dəyərləndirilir dövrümüzdə. Ümumiyyətlə müasir moda standartları mənbələrini keçmiş ənənələrdən yararlanırlar. Xapuqina anlayışı modadan geri qalmamaq üçün köhnə dəbin dalınca qaçıram mənasını verir. Bəzən köhnə düşüncələr aktuallaşır, lakin hazırki ilə işarə olunur. Və hal hazırda da artıq bu stil geniş yer aldığını unutmayaq.
Modalı illər bəzən olması sosial yaddaş ilə bağlıdır. Yəni keçmiş modanın yaddan çıxması və standart moda dəyərlərinin yada düşməsi. Moda iştirakçıları sayəsində həm yaddan çıxmış nümunələr həm də köhnələrin bu dövrdə qəbul edilməsi. Bu dövrlər haqqında artıq danışmaq mümkündür. İnsanlar əsasən yenilik arxasınca getmək istəyirdilər. Lakin modelyerlər bunu o qədərdə normal qarşılamırdı, çünki yeni stillərin yaranması vaxt tələb edirdi. Onun üçün də bəzi modelyerlər keçmişdən yararlanaraq öz yeni müasir stillərini yaratmaq cəh edirdilər. Lakin həmişə müsbət nəticə əldə olunmurdu. Bu cür prosedura bəzən stilizə olunmada deyilirki keçmiş stilin müasir stildə tətbiqi. Bütün dünya ölkələrinin keçmiş geyim formaları hər zaman yeni ilə qarşılaşdırılmırdı.
Tanınmış amerika əsilli psixoloq E.Boqardus deyirdi: “İnsanın moda aləmində yeni stillərə meyl etməsinin böyük əhəmiyyəti var. İnsanlar eynilikdən bezərək ehtiraslı yeniliyə can atırlar”.
Alman psixoloq və sosioloq R.Keniq düşünür və iddia edirdi ki, insanın yeniliyə cəhd etməsi artıq xassə halını alıb. Modanın insan həyatının maraqlarını təzahür edən forma olması fikrini daima insanlara və mediaya çatdırmışdır. Əlbətdəki moda elə sahədirki daim axtarışda olmağı qeyri-adiliyi və əvəzolunmazlığı sevir. Modanı daha dərindən öyrənsək görərik ki, fərqli ilin modelyerləri fərqli geyim kolleksiyaları ilə yadda qalmışlar. Bəzən gənc modelyerlər kollaj texnikasını geyimdə tətbiq edərək fərqli görünü əldə edirlər. Kollaj eramızdan əvvəl II əsrlərdə yaranmışdır. Bu tarix Çində kağızın yaranması dövrünə təsadüf edir. Kollaj texnikası incəsənətdə çox nadir hallarda olurdu. Təxminən X əsrə qədər. Avropada tarixi XIII əsrdə yəni bir qədər gecdir. Bəzi elmi araşdırmalar isə kollajın tarixini modernizm meydana gəlməsi ilə əlaqədarlandırır. İlk dəfə bu texnikadan fransız rəssam Jorj Brak , daha sonra isə həmfikirlisi Pablo Pikasso istifadə etmişdir. Demək olar ki onlar illərnən bir yerdə çalışdılar. Kollajın növləri çoxdur onlara misal olaraq flokistik kollaj, fotokollaj, videokollaj və digərlərini misal gətirmək olar. Bəzən bu kollajların tamamlanmasında akvareldən , tuş və yağlı boyadan istifadə edirdilər. Moda aləmində isə kollajın böyük rolu ondan ibarətdir ki, bəzi modelyerlər geyim kolleksiyalarından istifadə edirdilər. Tamamiylə podium geyimi hesab olunan bu cür kolleksiyalar insanlar tərəfindən maraqla qarşılanırdı.
Modanın yaranmasında əsas bəlkədə başlıca səbəb parçadır (şəkil 2.5.). Parçanın tarixi modadan daha öncə yaranmaşdır. İnsan həyatında gündəlik həyatda mühüm yer tutur parça. Tarixi araşdırmalar göstərir ki, ilk dəfə Hindistanda və Çində yaranmışdır parça. Hətta burada parçaların istehsalından əlavə boyanması və bəzək vurulmasıda məhz burda olmuşdur. Yunan tarixçisi Herodotun yazdığı mənbələrdə isə Azərbaycan ərazisində də yun parçaların olduğu yazılıb. Bitki mənşəli boyalardan istifadə də qədim zamanlardan olub. Dekorativ tətbiqi sənət Azərbaycanda geniş yer tutur. Eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərindən qalan ən qədim nümunə parçalar gəlib dövrümüzə çatmışdır. Ölkəmizdə inkişaf edən parça istehsalı artıq əmtəə istehsalı fəaliyyətinə çevrildi. Əsil parça istehsali isə III – V əsrə təsadüf edir və artıq inkişafa təkan verir. Xammalın mövcudluğu imkan yaradırdı ki, ölkə də pambıq, yun və ipək istehsal olunsun. Digər sənaye sahələrindən fərqli olaraq ən qədim tarixə ipəkçilik sahəsi malik idi. Lakin ipəyin xammalı olan barama Azərbaycanda olmadığı üçün bu V əsrdə baş tutur. Barama Azərbaycana gətirilir. Hətta sonralar Azərbaycan ipəyi digər xarici ölkələrə ixrac olunmağa başladı.
Şəkil 2.5. Parça nümunəsi (müəllif : İbrahimova İlahə)
X əsrdə artıq toxuculuqda Azərbaycanda inkişaf etməyə başlamışdır. Sənətkarlar satış üçün geyimlər hazırlayırdılar. Geyimlərin materialları pambıq, ipək və yun parçadan olurdu. Azərbaycan hazırlanan geyimlər xarici ölkələrdə çox məşhur idi. Yun paltarlar Gəncədə hazırlanırdı. Üst kişi geyimlərinin böyük bir qismi atlasdan tikilirdi. Naxçıvan məhz bu cur geyimləri və çuxaları ilə tanınırdı.
Hətta Venetsiyalı səyyah belə Azərbaycan haqqında öz dəyərli fikirlərini söyləmişdir. O qeyd etmişdir ki, XIII əsr də qızılı və gümüş saplardan toxunan parçalar insanın gözün oxşayır. Hətta onuda qeyd etmək olar ki, Azərbaycanda adi kiçik mehmanxanalarda belə ipək yataq örtüklərində istifadə edirdilər. İpək parça istehsalı Azərbaycanda olmasına baxmayaraq günümüzə çox az qismdə parça nümunələri gəlib çatmışdır. Onların üzəriləri isə gül – çiçək rəsmləri fantastik heyvan quş mənzərələri ilə bəzədilmişdir. Azərbaycanın bu parça nümunələri xarici ölkələrdə muzeylərdə qorunub saxlanılır.
Parçalarda olan ornamentlər haqqında geniş danışmaq mümkündür. Elmdə olan bütün incəsənət nümunələrinin özünəuyğunluqları vardır. Ornamentlərdə təbiət hadisələrindən götürülüb və bunların qarşılıqlı əlaqələrini əks etdirən qanundur. Bədii təcrübələrin prosesi zamanı kompozisiyanın qanunları meydana gəlir. Ornamentlər nəinki parça üzərində hətta qədimi tikililərin üzərində oyma şəkildə, rəsm əsərlərində, kompozisiyalrın işlənməsində, xalça eskizlərinin qurulmasında istifadə edilir. Ümumiyyətcə ornamentlər yerləşdirilməsinə görə iki hissəyə ayrılır: bərabər və qeyri – bərabər. Bərabər paylaşan ornamentlər əsasən xalçalarda, parçalarda olur. Qeyri – bərabər olan ornamentlər əsasən kompozisiyaları təşkil edir.
Ornamentlər quruluşuna görə bir neçə qrupa bölünür: Gildən hazırlanan əşyalar texniki ornamentlərə aid edilir. Bu qrupa dəzgah vasitəsiylə parça üzərinə vurulan sadə naxışlarda aiddir. Simvolik ornament adından da göründüyü kimi müəyyən əşyanın simvolunu əks etdirir. Misal üçün heyvanların, əmək alətlərinin və s. Ritmikliyi, rəng çalarlarını, təbiətdən götürülmüş motivləri özündə əks etdirən Həndəsi ornamentlərdir. Təbiətdə ilk həndəsi forma olan dairə, günəş, dalğa həmdə ilk həndəsi ornamentlər hesab edilir. Ən fərqli ornament isə bitki ornamentləridir. Hər xalqın özünə məxsus bitki ornamentləri vardır.
Bunlara misal olaraq Yaponiyada payızgülü (xrizantema), Rusiyada çobanyastığı, Hindistanda isə paxlalı bitkilərdən ornament kimi istifadə edirlər. Hərf, mətn formalarını isə kalliqrafik ornamentlər sırasına aid edirlər. Mifoloji təsvirlər isə fantastik ornamentlərin tərkibindədir. Astroloji ornamentlər günəşi, buludu, ulduzu təsvir edir.
Azərbaycanda isə ornament anlayışı olanda ilkin yada düşən BUTAdır. Qədimliyi ilə seçilən buta od mənasını daşıdığı bildirilir. Və buradanda açıq aydın bilinir ki, buta zərdüştlik dövründə yaranıb və dövrümüzə gəlib çatmışdır. Buta digər ornamentlərin şahı hesab edilir. Milliyimizi bildirən buta geyimlərdə, xalçalarda və digər mühitlərdə istifadə olunub. Butanın digər ornamentlər kimi növləri vardır. Məsələn qotazlı buta, küsəyən buta, ana – balalı buta, islimili buta və s.
Digər milli ornamentimiz Xonçadır. Xonça ilk baxışdan dörd yarpağın biri birinə kvadrat şəkildə birləşməsini xatırladır. Xonçada milli geyimlərin üzərində geniş istifadə olunan ornamentlərimizdəndir ( şəkil 2.6.).
Şəkil 2.6. Butalı Xonça
FƏSİL III. MODANIN MÜASİR HƏYATDA ROLU
VƏ BƏZİ XASSƏLƏRİ
3.1. Modanın bəzi səciyyəvi xassələri
Modanın xassələri haqqında əslində çox geniş danışmaq olar sadəcə bir şeyi nəzərə almalıyıq ki dəb hər dövrdə bir cür olub. Moda insan həyatında təbəqələşmə yaradan bir formadır. Nəinki indi əsrlər boyu bu cür olub.
Geyim dedikdə yalnız ətraf mühitdən qorunmaq üçün bürünülmüş kəsik parça deyil artıq tamamilə fərqli düşüncə yaranırdı.İlk öncə onu nəzərə almaq lazımdır geyim indi deil qedim zamanlardan gəlib çatıb bizə. Geyimin cəmiyyət arasındakı rolu çox böyükdür. İctimai müstəvidə insanlara fərd kimi baxıldığında geyimin necə rol oynadığını görmək mümkündür. Artıq insanlar geyimlə öz şəxsiyyətlərini hansı iş sahibi olduğunu və hansı təbəqəyə aid olduğunu məhz geyimi ilə ətrafa çatdırır. Lakin artıq demək olar ki insanlar bu fikirlərdən uzaqlaşmağa çalışırlar. Səbəb isə sadəliyin daha özəl olduğunu anlamaqlarıdır. Geyim tək bir istiqamətdən deyil şaxəlidir. Məsəl üçün sənaye sahəsinə aid geyim, ofis geyimi, podium geyimi, küçə geyimi və s.
Moda böyük kütlə deməkdir. Və bu kütlənin ən böyük rolu ondadır ki,əsrlər öncə yaranmış modanı geri qaytara bilər. Günümüzün ən önəmli dəbinə çevirə bilər illər öncə yaranan modanı.
Bəzən moda istifadəçi ola bilər eyni oxşarlıqa sahib olan insanları biri-birindən ayırmaq üçün. Bu mövzu haqda çox geniş danışmaq mümkündür. Geyim məhz insanı özündən başqa birinə çevirə biləcək vasitədir insanlar arasında. Bəzən cəmiyyət arasında heç bir nüfuz sahibi ola bilməyən insanıda dəyişdirə bilər.
Geyim əsrlər boyu dəyişikliyə məruz qalıb. Bəzən bu dəyişiklik məcburi olurdu. Yüksək nüfuzlu şəxslərin geyimləri əvvəllər daha ciddi forma da idi. Lakin artıq nəzər salsaq görərik ki, daha sadə, rahat idman üslubundadır. Kapitalizm dövrünün şüarı olan “qoyun geyinsinlər” özünü göstərirdi. Modanın inkşafı artıq bütünlüklə bürümüşdü hər yeri.
Üst təbəqədən sayılan insanlar həmişə hamıdan bir addım öndə olmaq istəyirdilər.Bu fikir modada özün daha çox göstərirdi. Geyindikləri geyim artıq sadə insanlar arasında qatı formada həmin fərdin hansı təbəqəyə aid olduğunu göstərirdi. Buna misal olaraq (şəkil 3.1).
Şəkil 3.1. Üst təbəqənin geyimi
Şəkildə əks olunan rəsm əsəri sadəcə eskizdi. Lakin çox dəbdəbəli formada çəkilən bu eskiz artıq üst təbəqə üçün nəzərdə tutulmuş geyimdir.
Bəzi geyimlərə nəzər yetirsək görərik ki,geyim yalnız gözəl parçadan deyil onun üzərində olan əl əməyinində böyük rolu vardır. Qədim zamanlarda belə xanımlar daha gözəl və özəl görünmək üçün geyimlərində muncuqlar ilə naxışlar tikirdilər. İndiki zamanda da yüksək qiymətləndirilən bu cür geyimlər butiklərdə xüsusi şəxslər tərəfində tikilir.
Bəzən bir anda dəb olan geyimlər məhz bu cür butiklərdə hazırlanan geyimlər sayəsində olur. Bu cür geyimlər yalnız moda sərgiləri üçün nəzərdə tutulmur. Özəl günlərdə, ziyafətlərdə geyinilən modellər olur.
Moda hər an dəyişir keçmişlə indiki zamanın dəbini özündə birləşdirə bilir. Modanın marketinqi bəzən dəblə geyinməyən insanı yeni formaya salmağı təmin edəcəyinə zəmanət verir. Moda hərtərəfli inkişafdadır. Bu özünü günümüzdə aktual əsas sahə hesab olunan elektron mediada da göstərir.
Ən əsas moda daşıyıcısı əlbətdəki qadındır. Bu gün ən ideal qadın çalışan öz iş sahəsinə quran qadındır. Artıq evdar qadın düşüncəsi demək olar ki, şüurdan kənar qalır. Müasir qadın tək işinə görə deyil geyiminə görə də cəmiyyətdə öz sözünü deməyi bacarır.
Moda yalnız yenilər ilə kifayətlənmir. Bəzən retro və vintage tərzlərini özündə birləşdirməyi bacarır. Retro (geri qayıdış) stili ilə bəzən günün ən dəbli forma strukturunu özündə birləşdirə bilir. Bu artıq yeni imza deməkdir. Nəinki retro hətta vintage (keçmişə dair) tərzinidə tamamiylə fərqli formaya salmagı bacarır. Bu cür dəyişiklik keçmiş dəbin yeni ilə stilizə olunması deməkdir. Moda nümayişləri keçirilən zaman insanları özünə cəlb edən ən çoz məhz bu cür geyimlər olur. Çünki insanların göz yorucu deyil daha fərqli və tarixi məna kəsb edən geyimləri izləmək istədikləri açıq aşkardır. Qiymətli daş-qaşlarla bəzədilən bu cür geyimlər hətta satışa belə çıxarılır. Modelyerin bu cür geyimlərə verdiyi əziyyət, əl əməyi əlbətdəki əvəzedilməzdir. Bəzən isə bu cür geyimlər yalnız vitrin üçün nəzərdə tutulur ki, satışını modelyer qadağan qoyur. Vitrində yerləşdirilən qiymətli geyim həmin butikin artıq reklamı deməkdir. Modelyer cəmiyyətə,ətrafdan keçən insanlara statusunu məhz bu cür çatdırır.
Modanın cazibəsi yalnız podiumlarda deyil gündəlik həyatda da insanlara əks olunur. Küçə tərzi geyimlərinə bəzən gundəlik geyimdə deyilir. Bu tərz əsasən rahatlıq, sərbəstlik xüsusən də sadəliyə üstünlük verir. Yaşadığımız bu dövrdə insanlar tamam sərbəst geyinirlər. Nəzərdə tutulan sərbəstlik stil baximnandır. Çünki qanuni olaraq heçkimin tərzinə qadağa qoyulmayıb. Müasir modanın ən özəl səbəblərindəndir. Bu tərz şəhərli insanlar tərəfindən yaradılmış stildir. Bu geyim stili qisa ömürlü olur. Səbəb isə tez- tez dəyişikliyə məruz qalmasıdır. Hər bir stilin özünə aid dəyişiklik səbəbləri və yayılma xüsusiyyətləri vardır. Küçə tərzi hər bir dövrdə olmuşdur. Və bəzən yüksək təbəqələri insanlardan bu stildən istifadə etmişlər. Başlıca səbəb isə cəmiyyət arasında tanınmaz halda görünmək idi. Lakin bu o demək deyil ki, onlar həmişə məhz bu səbəbdəb bu tərzdə geynirdilər. Rahatlıqları və bəzən də istifadə etdikləri stildən bezdikləri üçün. Yolverilməz hərərkət hesab olunmur onların bu cür geyimi tərcih etməkləri. Keçmiş zamanlarda isə sadə cəmiyyətin arasına daxil olmaq üçün küçə tərzində geyinirdilər yüksək təbəqəli insanlar.
İdman stili bəzən insanlar tərəfindən küçə stili ilə sintez olunur. Bu həm rahatlığı təmin edir həm də görüntücə fərqlilik yaradır (şəkil 3.2.). Təqdim olunan şəkildə idman kolleksiyası əks olunmuşdur. Hətta idman geyimlərinində podiumda cəmiyyətə təqdimat gecələri olur. İdman üslublu geyim küçə tərzi ilə bəzi cəhətlərdə biri birilərinə yaxındırlar. Burada insanın hərəkət edən zaman rahatlığı düşünülmüş və geyim forması sərbəstliyi ilə seçilir. Həmçinin bu geyimdə bədən quruluşunun forması, qaməti, nəzərə çarpdırılır. Bu geyimdə konstruktik kəsimlərdə fərqli olur. İstifadə olunan qol biçimləri isə bunlardır: sadə qol, reqlan qol və ya fərqli quraşdırılmış. İdman üslublu geyim müxtəlif formalarda olur. İdman geyimləri demək olmaz ki, tamamiylə sadədir. Burada da digər üslublarda olduğu kimi fərqli biçimlər və dekorativ cizgilərdən də istifadə olunur. Bu dekorativ cizgi bəzən həmin idman növünü fərqli göstərən loqoda ola bilər. Parça seçimi isə standart olmur. Bəzən strec (yəni elastik) bəzən isə pambıq parça olur. Bu geyimlərdə üst ciblər, kəmərlər, koketkalar,monjetlər və müxtəlif bükmələrdəndə istifadə olunur.
Do'stlaringiz bilan baham: |