AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Download 1,74 Mb.
bet26/54
Sana26.03.2017
Hajmi1,74 Mb.
#5364
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

15. Düzaxınlı çoxpilləli duz məhlulunun resirkulyasiyası ilə su şirinləşdirici sxemdən istifadə olunması tövsiyə edilir. Şirinləşdirilmiş suda duzun miqdarından asılı olaraq düzaxınlı çoxpilləli qurğu sxemində dializatın resirkulyasiyası və dializatla xam suyun qarışması üçün həcmin nəzərdə tutulmasına yol verilir.

16. Düzaxınlı qurğularda şirinləşdirmə pillələrinin sayı hesablama ilə təyin edilməlidir

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image288.jpg

burada Ct- təbii suda duzun miqdarı, mq-ekv/l;



Cş- şirinləşdirilmiş suda duzunmiqdarı, mq-ekv/l;

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image290.gif- şirinləşdirmənin hər bir pilləsində dializatda duzun həddi azalma əmsalı

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image292.jpg

burada Sc- şirinləşdirici aparatdan bir dəfə keçməsi zamanı sudan çıxarılan duzun faizlə miqdarı olub aparatın pasportuna əsasən qəbul edilir.

 

17. Hər bir pillədə paralel işləyən aparatların sayı (6) düsturu ilə hesablanır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image294.jpg

burada q- qurğunun məhsuldarlığı, m3/st;



Cg- hər pillədə aparata daxil olan dializatın qatılığı (birinci pillə üçün xam suda olan duzun miqdarı), mq-ekv/l;

Cç- həmən pillədən çıxan dializatın qatılığı (axırıncı pillə üçün şirinləşdirilmiş suda olan duzun miqdarı),mq-ekv/l;

is- cərəyanın işçi sıxlığı, A/sm2;

Fm- hər bir membranın işçi (netto) sahəsi, sm2;

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image296.gif - cərəyana görə çıxış əmsalı, MA-40və MK-40 aparatları üçün 0,85 qəbul edilir;

Nö-aparatda özəklərin sayıdır (200-250 ədəddən artıq qəbul edilmir).

18. Aparatların hər bir pilləsində cərəyanın işçi sıxlığı texniki-iqtisadi hesabatla təyin edilmiş optimal cərəyan sıxlığına (http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image298.gif) bərabər qəbul edilməlidir. Belə hallarda aparatların hər bir pilləsində cərəyanın işçi sıxlığının qiyməti cərəyanın (7) düsturu ilə hesablanan həddi sıxlığından çox olmamalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image300.jpg

burada Cd- şirinləşmə kamerasında dializatın hesabi qatılığı olub (8) düsturu ilə təyin edilir.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image302.jpg

burada http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image304.gif- şirinləşdirmə kamerasında sürət(sərbəst kəsiyə görə orta), sm/s.;



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image306.gif- baxılan tipli aparatda istifadə edilən separator-turbulizatorun depolyarizasiya xassələrini xarakterizə edən əmsallardır.

Düzaxınlı çoxpilləli qurğuların pillələrində cərəyanın işçi sıxlığı (9) düsturu ilə təyin edilir.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image308.jpg

burada http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image310.gifvə s. - cərəyanın birinci, 2, 3, 4 və digər pillələrdə işçi sıxlığıdır.



19. Bütün pillələrin aparatlarının elektrodlarında gərginlik təyin edilərkən (cərəyan dəyişdiricisinin tipini seçmək üçün) aşağıdakı parametrləri təyin etmək lazımdır: elektrod sistemində gərginliyin düşməsi, məhlul və membranların omik müqaviməti (elektrik ötürücülüyünün əks qiyməti) hesabına membran paketlərdə gərginliyin düşməsi, qatılıq polyarizasiyası nəzərə alınmaqla membran potensialın cəmi. Hesablama məhlulların verilmiş temperaturuna aparılmalıdır.

Dializatın və duz məhlulunun elektrik ötürücülüyü http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image312.gifsulfatların http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image314.gif miqdarının anionların ümumi miqdarına http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image316.gif nisbəti, temperatura tc və duzun qatılığından Cdasılı olaraq nomoqramdan təyin edilməlidir (şəkil).



20. Axırıncı pillədən çıxan duz məhlulunun qatılığı kalsium sulfatın çökməsinə səbəb olan həddi qatılıqdan çox olmamalıdır (sulfatların və kasiumun duz məhlulunda fəal qatılığının hasili aparatda duz məhlulunun temperaturunda kalsium sulfatın həll olmasından artıq olmamalıdır).

Duz məhlulunun hər bir pillədəki hesabi qatılığı dializatın qatılığı kimi təyin edilir. Duz məhlulunun aparatın girişində və çıxışında qatılığı, həmçinin duz məhlulunun resirkulyasiya sayı balans hesablamaları əsasında təyin edilir.



21. Membranların səthində duz məhlulu traktı tərəfdən və katod kamerasında duzların çökməsinin qarşısını almaq üçün elektrodların yüklərinin dəyişdirilməsi ilə eyni zamanda duz məhlulu dializatının traktının da dəyişdirilməsi, həmçinin duz məhlulu və katolitin turşu ilə emalı nəzərdə tutulmalıdır.

Turşunun dozası xam suyun qələviliyinə bərabər qəbul edilməlidir.

Müvafiq əsaslandırma olduqda traktların yüksək turşu dozaları ilə yuyulmasına yol verilir.

 

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image318.jpg

 

22. Şirinləşdirici qurğuların boru kəmərləri polietilen borulardan, armatur polietilen, yaxud emalla örtülmüş materialdan olmalıdır.

23. Düzaxınlı qurğunun hər bir traktında sərf, temperatura, minerallıq və pH kimi parametrlərə nəzarət nəzərdə tutulmalıdır.

24. Məhsuldarlığı 400 m3/sut-dan çox olan qurğular üçün elektrik güc avadanlığı və nəzarət ölçü cihazları (NÖC) elektrodializ aparatları yerləşən otaqlardan ayrı otaqda quraşdırılmalıdır.

 

Əlavə 9

                                                                                                                               (Tövsiyə edilən)

Yuma suyu və təmizləyici qurğularda tutulan çöküntülərin emalı

Yuma suyu rezervuarları

1.Yuma suyunu toplayan rezervuarlar texnoloji sxemlərinə durulducular və süzgəclər daxil olan sutəmizləyici komplekslərdə süzgəclərin yuyulmasından alınan tullantı sularını toplamaq və müntəzəm olaraq, duruldulmadan, qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud birbaşa qarışdırıcıya nəql etdirmək üçün nəzərdə tutulurlar.

Q e y d. Durulducular boşaldılan zaman onlardakı çöküntünün üstündə olan suyun bu rezervuarlara axıdılmasının mümkünlüyü də nəzərdən keçirilməlidir.

2. Rezervuarların sayı ikidən az olmamalıdır. Hər bir rezervuarın həcmi yuma suyunun daxil olma qrafiki və müntəzəm olaraq ondan götürülməsinə hesablanmalıdır, bu şərtlə ki, bu həcm süz-gəcin bir yuyulmasından daxil olan suyun həcmindən az olmasın.

3. Yuma suyunu nəql etdirən nasoslar və boru kəmərləri süzgəclərin gücləndirilmiş iş rejiminə yoxlanılmalıdır.

Yuma suyu durulducuları

4. Yuma suyu durulducuları bir pilləli süzmə (süzgəclər, təmas şəffaflandırıcılar) və sudakı artıq dəmirin çıxarıldığı texnoloji sxemlərdə nəzərdə tutulmalıdır.

5. Yuma suyu durulducuları, nasoslar və boru kəmərləri yuma suyunun fasilələrlə daxil olmasına, duruldulmasına və durulmuş suyun müntəzəm olaraq qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud maddə 3-ün tələbləri nəzərə alınmaqla birbaşa qarışdırıcıya nəql etdirməyə hesablanmalıdırlar.

Durulducuda toplanmış çöküntü əlavə sıxlaşdırılmaq üçün qatılaşdırıcılara, yaxud çöküntü susuzlaşdırıcı qurğulara yönəldilməlidir.



6. Yuma suyunun duruldulma müddəti sudakı artıq dəmirin reagentsiz çıxarıldığı komplekslərdə 4 st, suyu şəffaflandıran və ondakı artıq dəmirin reagentlə çıxarıldığı komplekslərdə 2 st qəbul edilməlidir.

Q e y d. Flokulyantdan istifadə edildikdə çökmə müddətini azaltmaq olar və bu müddət istifadə edilən flokulyantın növündən asılı olaraq texnoloji tədqiqatlarla təyin edilməlidir.

7. Durulducularda çöküntünün toplanma zonasının həcmi təyin edilərkən çöküntünün nəmliyi suyu şəffaflandıran və ondakı artıq dəmirin reagentlə çıxarıldığı komplekslərdə 99%, sudakı artıq dəmirin reagentsiz çıxarıldığı komplekslərdə 96,5% qəbul edilməlidir.

Durulducular fasilələrlə bir neçə dəfə çöküntü ilə doldurulduqda toplanmanın ümumi davam etmə müddəti 8 st-dan az olmamalıdır.



Qatılaşdırıcılar

8. Asta sürətli mexaniki qarışdırıcıları olan qatılaşdırıcılar üfüqi və şaquli durulducularda, şəffaflandırıcılarda, reagent təsərrüfatında və yuma suyu durulducularında toplanaraq kənar edilən çöküntülərin sıxlaşdırılmasını sürətləndirmək üçün orta illik bulanıqlığı 300 mq/l-ə qədər olan suların emal edildiyi sutəmizləyici komplekslərdə tətbiq edilməlidir.

Q e y d. Əsaslandırma olduqda çöküntünün qatılaşdırıcılardan keçirilmədən birbaşa susuzlaşdırıcı qurğulara yönəldilməsinə yol verilir.

9. Qatılaşdırıcılar üçün aşağıdakı parametrlər qəbul edilməlidir: diametr – 18 m-ə qədər; orta işçi dərinlik – 3,5 m-dən az olmayaraq; mərkəzi çökəklik istiqamətində dibinin mailliyi – 80; üçbucaq, yaxud dairəvi en kəsikli şaquli pərləri və sıxlaşmış çöküntünü mərkəzi çökəkliyə sürüşdürən sıyırıcı mexanizmi olan fırlanan ferma; pərlərin sahəsi qarışdırılan çöküntü həcminin en kəsik sahəsinin 25-30%-i qədər olmalıdır; pərlərin yuxarısı fırlanan fermanın ortasında su layının hündürlüyünün yarısına bərabər səviyyədə olmalıdır; qatılaşdırıcıya çöküntünün verilməsi fasilələrlə, qurğulardan kənar edilmə qrafikinə uyğun olmalıdır; çöküntü qatılaşdırıcının mərkəzində dibinin səviyyəsindən 1 m yuxarıda daxil edilməlidır; şəffaflanmış suyun götürülməsi qatılaşdırıcıda suyun səviyyəsindən asılı olmayan tərtibatlarla (məsələn, üzən şlanq və s.) yerinə yetirilməlidir.

10. Çöküntünün qatılaşdırılmasının davam etmə müddəti əməliyyatların ayrılıqda davam etmə müddətlərin min cəminə əsasən təyin edilir: qatılaşdırıcının doldurulması - qurğulardan çöküntünün kənar edilmə müddətindən asılı olaraq 10-30 dəq-ə; qatılaşdırma müddəti - texnoloji axtarışların nəticələri, yaxud oxşar sutəmizləyici komplekslərin təcrübəsi əsasında, onlar olmadıqda cədvələ əsasən; şəffaflanmış su və qatılaşdırılmış çöküntünün qurğudan nəql etdirilməsi – 30-40 dəq-ə. Çöküntünün bir neçə qatılaşdırma əməliyyatından sonra qurğudan çıxarılmasına yol verilir.

11. Fırlanan fermanın ən böyük hərəkət sürəti və çöküntü qatılaşdırıldıqdan sonra orta nəmliyi texnoloji axtarışlat nəticəsində, onlar olmadıqda cədvəldən təyin edilir.

12. Qatılaşdırıcının həcmi (1) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image320.jpg

burada Kç.d- su hazırlığı qurğularından çıxarılan çöküntünün durulaşdırılma əmsalı olub maddə 9.2.8.8-ə əsasən qəbul edilir;



Wç.h- su hazırlığı qurğusunun çökmə hissəsinin həcmidir, m3.

Emal edilən suyun xarakteristikası və emal üsulu

Fırlanan fermanın sonunun ən böyük hərəkət sürəti, m/s

Qatılaşdırmanın davam etmə müddəti, st

Qatılaşdırıcıdan çıxarılan çöküntünün orta nəmliyi, %

Koaqulyantla emal edilən az bulanıqlı sular

0,015

10

97,7-98,2

Koaqulyantla emal edilən orta bulanıqlı sular

0,025

8

96,8-97,3

Koaqulyantla emal edilən bulanıq sular

0,03

6

85,5-91,8

 


Maqnezium codluğu 25%-ə qədər olan suların yumşaldılması

0,025

5

80,0-82,7

 


Maqnezium codluğu 25%-dən çox olan suların yumşaldılması

0,015

8

87,3-90,9

 


Artıq dəmirin sudan reagentsiz çıxarılması

0,015

8

91,4-93,2

 


Artıq dəmirin sudan reagentlə çıxarılması (koaqulyant, əhəng, kalium permanqanat və s.)

0,025

10

96,8-97,7

13. Qatılaşdırıcıların sayı çöküntünün qurğulardan çıxarılma qrafikinə əsasən fasilə ilə qəbul edilməsinin təmin olunmasına və qatılaşdırma üçün tələb olunan müddətə əsasən qəbul edilməlidir.

14. Bir pilləli süzmə və sudan artıq dəmirin kənar edildiyi sutəmizləyici komplekslərdə qatılaşdırıcılardan yuma suyu durulducuları kimi istifadəyə yol verilir.

15. Çöküntünün qatılaçdırıcılara verilməsi, bir qayda olaraq, özüaxımlı təmin edilməlidir. Qatılaşdırılmış çöküntünü mexaniki susuzlaşdırma qurğularına nəql etdirmək üçün monjuslar, yaxud plunjer tipli nasoslardan istifadə tövsiyə olunur.

16. Boru kəmərlərinin hidravlik hesabatı nəql etdirilən çöküntünün xassələri nəzərə alınmaqla yerinə yetirilməlidir.

Toplayıcılar

17. Toplayıcılar, şəffaflanmış və çöküntünün sıxlaşmasından ayrılan suyu kənarlaşdırmaqla çöküntünü susuzlaşdırmaq və yığmaq üçün layihələndirilir. Çöküntünün toplayıcıya verilməsinin hesabi müddəti beş ildən az qəbul edilməməlidir.

Toplayıcı kimi yarğanlardan, istismar olunmayan kayerlərdən, yaxud dərinliyi 2 m-dən az olmayan və ətrafı torpaq bəndlə hasarlanmış planlaşdırılmış təbii meydançalardan istifadə etmək lazımdır. Çöküntüdə toksik maddələr aşkar edildikdə toplayıcılarda süzülməyə qarşı ekran yaradılmalıdır.



18. Toplayıcının həcmi (2) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image322.jpg

burada q- sutəmizləyici kompleksin hesabi su sərfi, m3/st;



Ca.m- emal edilən suda asılı maddələrin orta illik qatılığı, qr/m3 (maddə 9.2.7.3-ün (11) düsturu ilə hesablanır);

Pç1,Pç2,Pç3n- nəmliyin orta miqdarı,%;

12n- birinci, ikinci və n-ci ildənsonra çöküntünün sıxlığı, ton/m3 (oxşar şəraitdə işləyən toplayıcıların istismar göstəricilərindən, onlar olmadıqda isə şək.1 və şək.2-dən təyin edilir.



19. Toplayıcı illər üzrə növbə ilə işləyən ən azı iki bölmədən ibarət qəbul edilməlidir. Belə halda çöküntü şəffaflanmış suyun kənar edilməsiylə bir bölməyə axıdılmalıdır. Bu zaman qalan bölmələrdə əvvəl axıdılmış çöküntünün qış aylarında dondurulmaqla, yay aylarında isə qurudulmaqla susuzlaşdırılması və sıxlaşması prosesi gedəcəkdir.

20. Çöküntünü verən və suyu kənarlaşdıran tərtibatlar toplayıcıların əks tərəflərində yerləş-dirilməlidir.

Çöküntü verən tərtibatlar arasındakı məsafə 60 m-dən çox olmamalıdır.

Suyu kənar edən tərtibatların konstruksiyası toplayıcıların dərinliyi boyu istənilən səviyyədən suyun kənarlaşdırıla bilməsini təmin etməlidir.

Dondurma meydançaları

21. Çöküntünü susuzlaşdırmaq üçün dondurulma meydançaları ildə iki aydan az olmayan dayanıqlı şaxtalar olan rayonlarda qəbul edilməlidir. Dondurulmuş çöküntü 1-3 ildən sonra toplama yerlərinə daşınır.

 

 



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image324.jpg

 

Şək.1. Suyun şəffaflanması və rəngsizləşdirilməsindən yaranan çöküntülərin çoxillik sıxlaşmasından



sonra nəmlik və sıxlığının orta qiymətləri (Pççöküntünün nəmliyi, %; -sıxlıq, t/m3)

Təmizlənən suda asılı maddələrin miqdarı – B, mq/l; reagentlər – R;1-B<50; R- Al2(SO4)3; 2-B<50; R-Al2(SO4)3+PAA; 3-B<50; R-Al2(SO4)3+PAA+Ca(OH)2; 4-B=50-250; R- Al2(SO4)3; 5-B=250-1000;R- Al2(SO4)3; 6-B=1000-1500; R- Al2(SO4)3; 7-B>1500; R-PAA, yaxud reagentsiz təmizləmə



Q e y d. Nəmlik bütöv, sıxlıq qırıq xətlə verilmişdir.

 


http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image326.jpg

Şək.2. Suyun dəmirsizləşdirilməsi və reagentlə yumşaldılmasından yaranan çöküntülərin çoxillik sıxlaşmasından sonra nəmlik və sıxlığının orta qiymətləri (Pç –çöküntünün nəmliyi,%; -sıxlıq,t/m3)

1-sudan artıq dəmirin reagentlə çıxarılması; 2-sudan artıq dəmirin reagensiz çıxarılması; 3-maqnezium codluğu 25%-dən çox olduqda reagentlə yumşaldılma; 4-maqnezium codluğu 25%-dən az olduqda reagentlə yumşaldılma



Q e y d: Nəmlik bütöv, sıxlıq qırıq xətlə verilmişdir.

22. Dondurma meydançalarının ümumi faydalı sahəsi (3) düsturu ilə hesablanır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image328.jpg

burada Fy, Fy.p, Fq- yaz, yay-payız və qış aylarında çöküntü buraxılan zaman dərinliklərinin yarısına qədər dolduqda çöküntünün səthinə görə meydançaların sahəsidir,m2.



23. Yaz və yay-payız axıntıları üçün meydançaların faydalı sahəsi qalınlığı qış aylarında (4) düsturu ilə təyin edilən donma dərinliyinə bərabər çöküntü layının yaranmasına hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image330.jpg

burada t - dayanıqlı şaxtalar dövründə havanın orta gündəlik mənfi temperaturlarının mütləq qiymətlərinin cəmi olub yaxınlıqdakı meteoroloji stansiyanın göstəricilərinə əsasən qəbul edilir, 0C.



Q e y d. Yerli şəraitdən və meydançaların sahəsindən asılı olaraq onların bölmələrə ayrılmasına yol verilir.

24. Yaz və yay-payız axıntıları meydançalarında sıxlaşmış çöküntünün həcmi (5) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image332.jpg

burada q - sutəmizləyici kompleksin hesabi su sərfi, m3/st;



Ca.m- hesabi dövrdə sudakı asılı maddələrin orta miqdarı, qr/m3 (9.2.7.3 maddəsinin (11) düsturu ilə hesablanır);

Ty- sıxlaşmanın davam edən hesabi müddətidir, sutka ilə: yaz dövrü üçün - dayanıqlı şaxtalar dövrünün qurtarmasından müsbət temperaturun başlanmasına qədər (dayanıqlı şaxtaları üç aydan az olan rayonlar üçün orta sutkalıq temperaturun 00S-dən yuxarı qalxdığı vaxtdan 1 ay sonra və üç aydan çox olan rayonlar üçün 2 ay sonra); yay-payız dövrü üçün dayanıqlı şaxtalar düşənə qədər;

Pç - çöküntünün sıxlaşma müddətindən asılı olaraq yaz, yaxud yay-payız dövrləri üçün nəmliyinin, %-lə və sıxlığının t/m3-la şək. 3,4,5 və 6-dan qəbul edilən orta qiymətidir; bu müddət yaz, yaxud yay-payız dövrlərinin ortasından dayanıqlı şaxtalar düşənə qədər qəbul edilir.

 


http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image334.jpg

 


 

Şək.3. Suyun şəffaflanması və rəngsizləşdirilməsindən yaranan çöküntülərin 1 ilə qədər sıxlaşmasından sonra nəmliyinin orta qiymətləri (Pç –çöküntünün nəmliyi,%)

Təmizlənən suda asılı maddələrin miqdarı – B, mq/l; reagentlər – R;1-B<50; R- Al2(SO4)3; 2-B<50; R-Al2(SO4)3+PAA; 3-B<50; R-Al2(SO4)3+PAA+Ca(OH)2; 4-B=50-250; R- Al2(SO4)3; 5-B=250-1000;R- Al2(SO4)3; 6-B=1000-1500; R- Al2(SO4)3; 7-B>1500; R-PAA, yaxud reagentsiz təmizləmə

 


http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image336.jpg

Şək.4. Suyun dəmirsizləşdirilməsi və reagentlə yumşaldılmasından yaranan çöküntülərin bir ilə qədər sıxlaşmasından sonra nəmliyin orta qiymətləri (Pççöküntünün nəmliyi, %)

1-sudan artıq dəmirin reagentlə çıxarılması; 2-sudan artıq dəmirin reagensiz çıxarılması; 3-maqnezium codluğu 25%-dən çox olduqda reagentlə yumşaldılma; 4-maqnezium codluğu 25%-dən az olduqda reagentlə yumşaldılma



 

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image338.jpg

 

 

Şək.5. Suyun şəffaflanması və rəngsizləşdirilməsi komplekslərinin çöküntülərinin sıxlığının nəmlikdən asılılığı

1-B<50; R- Al2(SO4)3; 2-B<50; (B=50-250) R-Al2(SO4)3+PAA; R- Al2(SO4)3; 3-B=250-1000;R- Al2(SO4)3; 4-B=1000-1500; R- Al2(SO4)3



 

Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish