Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet141/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   137   138   139   140   141   142   143   144   ...   300
130. QAÇAQ HÜMMƏT
Qaçax Hümbət Sovet devrində qaçax düşübdü. Sora Mircəfər Bağırov göstəriş veribdi ki, bunu tutsunnar. Dəlikdaş addanan yerdə bu gizdənirmiş. Bunun Saşdı adında qızı olur. Bunu ələ keçirmək üçün Saşdını aparıllar həmin Dəlikdaşda girəcəyin ağzında deyillər ki, ya təslim ol, ya da ki, sənin qızın əlimizdədi, qızını öldürəjeyih. Qız da deyir ki, ay ata, bəs məni gətiriflər bura. Deyir:

– A qurumsaxlar, niyə uşaxdan istifadə elədiniz, bu qədər beqeyrətçilik olar? Desəydiniz qızını gətirəjeyih, mən tabe olardım. Aparın bu uşağı qoyun evə, onnan sora mən sizə tabe olaram.

Uşağı aparıf evə qoyannan sora Qaçax Hümbət silahı qoyur yerə. Ətrafındakılara da deyir ki, dağılın gedin.

Bunu piyada Laçına gətirillər. Milis işçisi bunun əlin-qolun bağlıyır. Deyir:

– Ə, mən qaşmıram ki, mənim əlimi-qolumu bağlıyırsız.

Deyir:


– Yox, göstəriş var ki, səni əli-qolu bağlı aparax. Bunu əli-qolu bağlı gətirillər Laçına, Laçınnan da əli-qolu bağlı aparıllar Bakıya Mircəfər Bağırovun yanına. Ölümə gedir da bu. Hümbət də dolu, alçaxboylu adam olufmuş, amma sifətinnən zəhər yağırdı. Heylə çox zəhmli adam idi. İçəri girəndə Mircəfər Bağırov deyir:

– Əyə, Hümbət, Hümbət deyillər, mən də deyirəm dev boyda adamdı. Sənsən Hümbət?

Deyir:

– Hə, mənəm.



Deyir ki, sənnən bir şey soruşajam. Əyər düzgün cavab versən, sənin həyatını bağışdıyajam. Yox, əgər yalan cavab versən, səni elə burda gülləliyəjəm.

Deyir:


– Nədi?

Deyir ki, filan vaxdı sən bir nəfər atdını dəyirmanda tutmusan (görünür həmən atdı özü gedif deyif ki, məni Qaçax Hümbət idi soyan), dəyirmannan un aparırmış balalarına. Onun qabağını kəsmisən, unu əlinnən almısan, özün də buraxmısan gedifdi. Bəs o balalarına un aparırdı, niyə o unu onun əlinnən almısan? Deyir ki, Mircəfər, mən onun səbəbini sizə deyərəm. Qaçax adam necə yaşıyır bilirsiz da. Orda, burda. Bir qış gejəsi idi, qalmağa yerim yoxuydu. Bir kəndə yaxınnaşdım. Kəndin lap kənarında yerləşən evə yaxınnaşdım. Qapını döydüm, içəridən bir kadın cavab verdi. Dedim:

– Ay bacı, Allah qonağı isdiyərsinizmi?

Qapını aşdı, dedi Allaha da qurban olum, onun qonağına da, ay qardaş, gəl. Girdim içəri ki, altı dənə uşax yorğanın altındadı. Dedi:

– Qardaş, böyün üç gündü ki, bu uşaxlar ajdı. Nə qonşuda, nə heş kəsdə bir şey yoxdu ki, bu uşaxlara verim. Meşəni atıl-batıl eləmişəm ki, bəlkə alma, armud tapım, gətirim bu uşaxlara verim. Heş-zad tapmamışam. Uşaxlar qırılır ajınnan.

Qayıtdım, deyir, yavaşca qapını örtdüm, yollandım dəyirmana sarı. Məqsədim odu ki, gedim görüm dəyirmanda un-zad varsa gətirim bura. Qabağıma çıxan həmin atlı oldu. Fikirrəşdim ki, hər-halda bu kişidi. Bu gedif hardan olsa un tapajaxdı, amma o damın altında uşaxlar qırılır ajınnan. O unu aldım, gətirdim verdim həmən qadına. Gecə orda da qalmadım. Unu verdim, dedim:

– Bajı, bunu horra bişir ver uşaxlara. Qoy uşaxlar içsin, ölməsin.

Mircəfər Bağırov belə baxdı buna, dedi:



  • Həyatını bağışdıyıram, get.



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   137   138   139   140   141   142   143   144   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish