III mətn
Hay düşür ki, Fətulla gəlif Ağbulağı dağıdəcəh bu gejə. Bizim camahat gedir Minkəntdəki qohumlarına xəbər verir. Camahat silahlanır hazır durur ki, Fətulla gələndə atışma oləcəh. Minkəntdən də gələnnər mövqe tutullar ki, döyüş oləcəh. Qərəkeşdə İrəcəb kişi varmış. Eşidir ki, bu gejə Fətulla gəlif Ağbulağı dağıdajax. O vaxdı da meşoğ yox imiş. Bir çualı qoyur burəsinə, öz-özünə deyir ki, çəndiləri26 dağıdajax, gedif tökülmüşünnən bir çual mən də doldurum gəlim. Daa bilmir ki, gəlmiyif. Səhər-səhər görüllər ki, bir kişi çual qoltuğunda enir çay aşağı. Deyillər, İrəcəb kişi, hara gedirsən? Deyir:
– Vallah, deyillər ki, bu gejə Fətulla Ağbulağı dağıdıf, elə dedim gedim o tökülənnən mən də çualımı doldurum.
Deyir:
– Ə, nə gəlmədi, nə dağıtmadı, havayı yerə getmə.
Çual qoltuğunda qayıdır gedir.
Do'stlaringiz bilan baham: |