Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Türkçü mütəfəkkir – Mahmud Kaşğarlı



Download 6,61 Mb.
bet23/30
Sana15.02.2017
Hajmi6,61 Mb.
#2570
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

3.2. Türkçü mütəfəkkir – Mahmud Kaşğarlı
UNESKO böyük Türk mütəfəkkiri Mahmud Kaşğarlının 1000 illik yubileyi münasibətilə 2008-ci ili Mahmud Kaşğarlı ili elan edib. Bu böyük mütəfəkkirin yubileyi Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Çin və Rusiyada qeyd olunub. Biz də bu kiçicik yazımızla böyük mütəfəkkirimizin Türklük qarşısındakı əvəzsiz xidmətlərinə az da olsa işıq tutmağa çalışacağıq.

Tarixdən bəllidir ki, Orta Asiya boylarının bir çoxunu öz bayrağı altında birləşdirən Qaraxanlı Türkləri Orta Doğu Türklüyünün ən yüksək və ən olqun mədəni bir dövlətini qurmuş, Türk dilindəki klassik ədəbiyyatı tamamilə öz təsiri altına almışdı ki, bu işdə Yusuf Xas Hacib Balasağunlu, Ədib Əhməd Yüknəki və Əhməd Yəsəvi ilə yanaşı Mahmud Kaşğarlının da əvəzsiz xidmətləri olmuşdur.

Qaraxanlılar Türk mədəniyyəti ilə İslam mədəniyyətini çulğalaşdırmış, tədricən bölgə ölkələrinə də yaymışdılar. Qaraxanlılar sadiq və mömin müsəlmanlar olmalarına baxmayaraq, o dövrdə belə müsəlman olmayan Uyğur Türkcəsindən yararlanmışlar ki, Mahmud Kaşğarlı bu dili “Xaqaniyyə Türkcəsi” adlandırmışdı.

Böyük mütəfəkkir Mahmud Kaşğarlının hələlik elm aləminə bəlli olan yalnız “Divanü lüğət-it Türk ” adlı biricik əsəridir. Ərəblərə Türk dilini öyrətmək, onlarda Türklər haqqında ümumi təsəvvür yaratmaq məqsədilə yazdığı bu əsərlə Mahmud Kaşğarlı Türk dilini və mədəniyyətini dövrünün elm aləminə tanıtmışdı.

Əsər elmə bəlli ilk Türk sözlüyüdür. Divanda Türk boy və uyruklarından toplanmış sözlər, Türk dilinin şivələri arasındakı oxşar və fərqli cəhətlər göstərilmiş, Türk mədəniyyəti,Türk folkloru,Türk etnik coğrafiyası haqqında müfəssəl məlumatlar verilmiş, ilk Türk dünyası xəritəsi əsərə əlavə edilmişdi. Xəritənin ana mərkəzində Türk hökümdarlarının oturduqları Balasağun şəhərini yerləşdirməklə müəllif ana vətəninin və doğma dövlətinin paytaxtını dünyanın mərkəzi olaraq göstərmişdir. Mahmud Kaşğarlı Türk dilinin bütünlüyünü qoruyaraq yeni mədəni sintez yaratmış, onun sayəsində Türk dili Ərəb dili ilə “at başı” gəlmişdi. Əsəri elm aləminə tanıtdıran Əli Əmiri Əfəndi olmuşdu.

Məşhur Macar alimi Rasonyi Mahmud Kaşğarlıdan bəhs edərkən yazır ki: “İngilis, Rus və sairələrin zəkası hələ ortaya heç bir əsər qoymadığı və bu millətlərin özlərinə gələrək şüurlarına sahib olmadıqları bir çağda Türk əsilli Mahmud Əl-Kaşğari ensiklopediya dəyəri daşıyan müəzzəm bir sözlük meydana gətirmişdi. Mahmud Kaşğari milli elmin, Türkologiyanın qurucusu sayıla bilər”. (Bax: Prof.Dr.Laszlo Rasonyi, Tarihte Türklük, Ankara, 1971, səh.14.).

Türk dili və qrammatikasının yaradıcısı Mahmud Kaşğarlı öz milli keçmişinə sadiq qalaraq böyük Bilgə Xaqan və Bilgə Tonyukukun Türk sevgisini daha da dərinləşdirərək Türklərin orta əsrlərdəki milli ideoloquna çevrilmişdi.

Türk olmağı ilə qürur duyan, öz millətinin keçmişini dərindən öyrənən, dövründəki bütün Türk boylarının yaşadığı əraziləri qarış – qarış gəzərək onların ləhcələri, düşüncə tərzləri, tarixləri və s. haqqında geniş məlumatlar toplayaraq özünün fundamental əsəri olan “Divanü-l-lüğət-it-Türk”də əks etdirən böyük alim və ideoloq Mahmud Kaşğarlı, bizcə, Türk milətinin gələcəyə işıq tutan ilk siyasi Türk milliyətçisidir. Türk millətinin böyük bir qisminin gələcəkdəki İslam dünyasındakı rolunu öncədən görən böyük mütəfəkkir öz milliyətçiliyini Ulu Peyğəmbərin (s) hədisləri ilə daha da möhkəmləndirərək müsəlman xalqları arasında Türklərə bir simpatiya yaratmağa çalışmış, iki məşhur hədisi öz əsərində canlandırmışdır. Bu məşhur qüdsi hədislərdən birində göstərilir ki: “Tanrı Peyğəmbərə buyurmuşdur: Mənim bir ordum vardır, onlara “Türk”adını verdim və doğu ölkələrinə yerləşdirdim. Hər hansı bir qövmə öfkələndiyim zaman iştə bu Türkləri onların üzərinə göndərər və onları düz yola gətirərəm. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst,h.1333, səh.292. ). Başqa bir hadisdə də göstərilir ki, Həzrəti Peyğəmbər “Qiyamət” əlamətlərini, “Axır zaman” qarışıqlıqlarını və Oğuz Türklərinin ortaya çıxışlarını bildirdikdən sonra buyurmuşdur ki: “Türk dilini mütləq öyrəniniz. Çünki mülk və səltənət uzun müddət onların əlində olacaqdır ”. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst., h. 1333, səh. 1; Prof.Dr. Zekeriya Kitapçı, Hz. Peyqamberin hedislerində Türk varlığı, İst., 1989, səh.258.).

Mahmud Kaşğarlı bu hədisi şərh edərkən göstərmişdir ki: “Bu hədis əgər səhihdirsə,ona bağlanmaq və Türkcə öyrənmək vacibdir. Əgər səhih deyilsə, ağıl və məntiq Türk dilinin mütləq öyrənilməsini gərəkdirməkdədir. İnsanların Türklərə dərdlərini dinlətmək və könüllərini qazanmaq üçün onların (Türklərin- A.M.) öz dilləri ilə danışmaqdan daha gözəl bir vasitə yoxdur . Hər kim onların (Türklərin – A.M.) dilində danışarsa, onlara sığınarsa, onu özlərindən sayıb hər cür təhlükələrdən qorunmaqdadırlar. Bunun üçündür ki, Türk olmayanlar da Türk dilinə sığınmaqda və bu vasitə ilə zərər və ziyandan qurtulmaqdadırlar”. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğəti-itTürk”, İst.,1333.səh.3).

Hər dövürdə, hər coğrafi məkanda və dünyanın üç böyük qitəsində bir çox millətləri idarə etmək, uzunömürlü ipratorluqlar qurmaq Tanrının Türklərə bəxş etdiyi ən böyük məziyyətlərdən biri olmuşdur. Ulu Peyğəmbər (s) də Türklərin bu müstəsna məziyyətlərini öncədən, Peyğəmbərcəsinə dilə gətirmiş və Ərəbləri Türklərin qarşısında deyil, yanında olmağa çağırmış, “mülk və səltənətin Ərəblərdən sonra Türklərin əlinə keçəcəyini müjdələmişdir”. Çox təssüflər olsun ki, sonralar Ərəblər Ulu Peyğəmbərin bu vəsiyyətinə əməl etməmiş, ona görə də 100 ildir ki, Ərəb dünyası qan içində boğulmaqdadır.

Mahmud Kaşğarlının özü isə Türklər haqqında çox geniş məlumatlar vermiş və əsərinin ilk səhifəsindən başlayaraq bunları yazmışdır : “Gördüm ki, Uca Tanrı dövlət günəşini Türklərin bürclərindən doğurmuş, göylərdəki bürcləri onların dövlətlərinin çevrəsinə döndərmiş. Onlara “Türk” adını (Tanrı) Özü vermiş. Mülk və səltənəti onlara (Türklərə-A.M) verərək, onları bütün insanlardan üstün eyləmiş. Doğruluqda Türklərə hər zaman yardımçı olmuş, onlara təzim edənləri, onların xidmətində bulunanları həp əziz etmiş və bütün diləklərinə erdirmiş, pis insanların şərlərindən qorumuşdur. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst., h . 1333, səh. 3. ).

“Türk” adı, “Türk soyu” və Türklər haqqında da böyük mütəfəkkir göstərir ki: “Türk Cənabi haqqın qoyduğu bir addır. Türk Həzrəti Nuhun oğlunun adıdır. Lakin bunu Cənabi haqq Həzrəti Nuhun Türk soyundan gələn oğullarına özəl olaraq vermişdir. Bu, Allahın Türk millətinə, bütün insanlara qarşı lütf etdiyi bir fəzilətdir. Çünki Allah onlara ad verməyi öz üzərinə götürmüşdür. Onları (Türkləri-A.M) Yer üzünün ən yüksək yerində, havası ən təmiz, suyu ən gözəl ölkələrində yerləşdirmişdir. Onlara (Türklərə A-M) “Öz ordum” demişdir. Bundan başqa, Türklərdə bədən gözəlliyi, əda, dadlılıq, böyüklərə sayğı” sözündə durma, sadəlik, qəhrəmanlıq, mərdlik kimi öyülməyə dəyər saysız vəzifələr vardır”. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst.,h. 1333, səh.292).

Türk milli şüurunun inkişafında müstəsna xidmətləri olmuş, Türk millətçiliyinin bayraqdarlarından biri olan Mahmud Kaşğarlının millətinə sonsuz bir güvəni və inamı olmuşdur. Onun bu güvən və inamı ulu bir çinarı andırmaqdadır. Məhz bu ulu çinarın altında dil, irq, din və mədəni baxımdan fərqli və çeşidli bir çox xalq və qövmlər əmin-amanlıq içində yaşaya bilməli idilər. Mahmud Kaşğarlının Türk millətinin tarixi varlığını, ali fəzilətlərini şərh etməsi, Türk dünyasının altun tapusu sayılan Orxon abidələrindəki Bilgə Xaqanın “Ey Türk milləti, Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan” xitabını xatırlatmaqda, İslam dünyasına duyurmaqda idi. Mahmud Kaşğarlının sayəsində Türk dili Ərəb dünyasında çox böyük önəm qazanmış və Qaraxanlı dövləti Türk dövləti özəlliklərini qoruyub saxlamışdır. Nəhayət, XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər uzanan böyük bir ərazidə imperatorluq quran Səlcuq Türkləri – Şərqdən qopan bu İlahi fırtına, Qərbə - İslam dünyasına yönəlmiş, İslam dünyasının baxt və taxt şəhəri sayılan Bağdada girməklə Ulu Peyğəmbərin 400 il öncədən söylədiyi və Mahmud Kaşğarlının əvəzsiz əsərində də öz əksini tapmış hədisləri gerçəkləşdirilmiş, “mülk və səltənət Türklərin əlinə keçmişdi”.

Türk Cahan hakimiyyəti məfkurəsini başqa bir tərzdə açıq şəkildə dilə gətirən Mahmud Kaşğarlını yaxından tanımaq üçün onun iç dünyasını, millətinə, onun yüksək məziyyətlərinə olan inam və bağlılığını dəyərləndirmək lazımdır. Belə ki, böyük mütəfəkkir öz iç dünyasında gəlişdirdiyi fikirləri Ulu Peyğşmbərin hədisləri ilə daha da inandırıcı və qəbul ediləcəyi bir tərzdə ifadə etmiş, Türklərin Tanrı tərəfindən hansı missiya sahibi olduqlarını dünyaya bəyan etmişdir. Heç təsadüfi deyildir ki, müəllif öz əsərini “dörd dəfə gözdən keçirmiş, gərəkli əlavə və düzəlişlər etdikdən sonra Abbasi xəlifələrindən olan əl-Müqdədiyə təqdim etmiş və göstərmişdir ki: “Mən” Divanü-l-lüğət-it-Türk” adını verdiyim bu kitabımı əbədi bir xatirə, tükənməz bir axirət azuqəsi olması ümidi ilə yazdım və möminlərin Əmiri, Aləmlərin Rəbbinin yer üzündəki xəlifəsi və müqəddəs nübüvvət məqamının təmsilçisi uca əfəndimiz əl-Müqtəd-i bi Əmrullaha təqdim etdim... Allah onun xilafətindəki sürəsini uzun, mülk və səltənətini daimi qılsın. Onun qüdrət və əzəmətini müsəlmanlar üzərindən əksik etməsin. Amin”. (Bax: Mahmud Kaşğarlı, göstərilən əsəri, səh.3-4).

Mahmud Kaşğarlı Divanında yer alan bu məşhur hədislərə şübhə ilə yanaşanlara sosial, siyasi və tarixi baxımdan real və məntiqi bir cavab verən böyük alim Zəkəriyyə Kitapçı özünün uzunmüddətli tədqiqat əsərində göstərir ki: “Bu böyük Türk milliyyətçisinə (Mahmud Kaşğarlıya-A.M.) onun şəxsiyyətini rəncidə edən... bir xeyli laflar etmələrini anlamaq mümkün deyildir... Biz bu hədisləri bir qisim görüşlərin əksinə olaraq müsəlman Türklərin Orta Doğuya –insanlığın özünü dərk etdiyi dövrlərdən bəri bu qoca dünyanın ən bəlalı və strateji baxımdan ən önəmli bölgəsinə ayaq basmaları və oraya hakim olmaları üçün Həzrəti Peyğəmbər (s) tərəfindən yapılmış bir dəvət olaraq qəbul edirik. Çünki hədislərdə Türklərin dışında bu şəkildə xilafət və səltənətə namizəd göstərilmiş başqa bir millət yoxdur. Bu, eyni zamanda bölgədəki toplumun sosioloji və psixoloji bir bəkləntisi idi”. Müəllif başqa bir yerdə də göstərir ki: “İslamın adil xəlifəsi sayılan, şəriət və hədis elmlərinə dərindən bələd olan və Bağdad kimi elm və irfan mərkəzi olan bir yerdə minlərcə böyük alimin bulunduğu... bir mühitdə qələmə alınan və içində sözü gedən hədisləri özündə əks etdirən belə bir kitaba (“Divanü-l-lüğət-it-Türk” nəzərdə tutulur-A.M.) bu dairələrdən, xüsusilə, ərəb olan xəlifədən Türklər haqqındakı bu hədislər barəsində hər hansı bir etirazın olmaması və sükutla qarşılanaraq bir növ qəbul edilməsinin xüsusi bir anlamı olması gərəkməkdədir. Deməli, hədislər (Türklər haqqındakı hədislər nəzərdə tutulur-A.M.) gerçəkləri dilə gətirdiyi üçün xəlifənin saray və yaxın çevrəsindəki alim və üləmalar tərəfindən belə etiraz edilməmişdir”. (Seçmələr bizimdir - A.M. Bax: Prof.Dr.Zekeriya,Kitapçı, Hz.Peyqamberin hadislerində Türk varlığı, İst., 1989, səh.39,84, 260-261).

Milliyyətçi bir Türk mütəfəkkiri olan Mahmud Kaşğarlının feyz aldığı Qaraxanli Türk dövləti olmuşdur. O, Türk xalq dili və ədəbiyyatını çağının milli mədəniyyət abidəsi səviyyəsinə qaldırmış, Türk dili qrammatıkasının qurucusu kimi Türk millətinin yeni bir mədəni mərkəzini təmin etmiş, Türk dilini Türk şüuru ilə yoğuraraq Türk dialektləri ilə şifahi xalq ədəbiyyatını çulğalaşdırmış, Xaqaniyyə Türkcəsini “Ortaq Türk dili” saymışdır.

Ruhu şad olsun. Amin.



Əhməd Yəsəvi
3.3. Türk ədəbiyyatı və təsəvvüf fəlsəfəsinin ölümsüz şairi Əhməd Yəsəvi.
Uzaq Şərqdən Avropanın ortalarına qədər 1200 illik İslama qədərki Türk hakimiyyətini əsası X əsrdən başlayıb XX əsrdə sona erən 1000 (min) illik İslami Türk hakimiyyəti davam etdirmişdir. Bu İslami Türk hakimiyyəti İslam dünyasının müqəddəratında mühüm rol oynamaqla yanaşı Asiya qitəsinin, Şərqi Avropanın, Balkanların və Şimali Afrikanın son min illik tarixinə də yön vermişdir. Adı çəkilən bu ərazilərdə Türk hakimiyyəti ilə yanaşı Türk mədəniyyəti, Türk ədəbiyyatı və Türk dili də önəmli rol oynamışdı. Türklər hakim olduqları bu bölgələrdə ictimai-siyasi məsələlərlə yanaşı mədəni və dini məsələləri də tənzimləməkdə mahir idarəçilər olmuşlar. Bu İslami Türklər hakimiyyətləri dönəmlərində Buddizm, İslam və Xristian dinlərinin hakim olduğu ölkələrdə mövcud mədəni dəyərlərlə Türk dini və mədəni dəyərlərini ahəngli bir şəkildə qaynaşdırmışlar ki, bu işdə Türk övliya və mütəsəvviflərinin də xüsusi xidmətləri olmuşdur. İslami ərəb və fars övliya və mütəsəvviflərindən fərqli olaraq Türk övliyaları və mütəsəvvifləri mövcud dünya dinləri arasında bir uyum saxlamış, yeni bir “Təsəvvüf ədəbiyyatı” vücuda gətirmişlər. Türklərə qədərki Şərq təsəvvüf ədəbiyyatının fikir qaynağı və təməl ideologiyası İslam dini və İslam təsəvvüfü olmuşdur. Türklər hakim olduqları ərazilərdə mövcud olan bütün dini dünyagörüşləri çulğalaşdırmış, İslam imanı kimi İslam təsəvvüfünü də Türkün inam üslubu ilə birləşdirmişlər. Türk təsəvvüf ədəbiyyatı zəngin Türk xalq ədəbiyyatı ilə klassik divan ədəbiyyatını da bir-birinə yaxınlaşdırmış, hər iki ədəbiyyat arasında bir “ədəbiyyat körpüsü” vəzifəsini də yerinə yetirmişdir.

İslam dinini qəbul edən Türklərin köçəri və oturaq hissələri Təsəvvüfü fərqli şəkildə qəbul etmişlər. Ona görə də Türk Təsəvvüf cərəyanı “Fikri və Zöhdi Təsəvvüf” olmaqla ikiyə ayrılmışdır. İlk öncə Xorasan, Herat, Mərv, Nişabur, Buxara, Fərqanə və digər şəhərlərdə yaranan təsəvvüf sonradan Türk mütəsəvvifləri və dərvişləri vasitəsilə köçəri Türklərin yaşadıqları bölgələrə də ulaşmışdı ki, bu işdə “1166-cı ildə vəfat edən Türküstan Türk ədəbiyyatının və təsəvvüfünün ölümsüz böyük şairi, Türk dərvişliyinin qurucusu Əhməd Yəsəvinin xüsusi xidmətləri olmuşdur”(Prof.Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh. 189). Tədqiqatçıların da qeyd etdiyi kimi: “Türklərin İslamı qəbul etdikləri ilk əsrlərdə zəngin Türk təfəkkürü ilə İslam dünyagörüşünün təmasından yaranan təsəvvüf fəlsəfəsi özünün ilk mükəmməl təzahürünü Türküstan müdrükü Əhməd Yəsəvidə tapmışdı. Böyük mütəfəkkir və ilk böyük müqəddəs Türk müsəlmanı haqqındakı rəvayət –mənbələr (mənqabələr-A.M.) tezliklə bütün Türk ellərini dolaşaraq ona heç kimin iddia edə bilməyəcəyi qədər geniş şöhrət gətirmişdi. Yüzlərlə mürid-dərvişlər el-el, oba-oba gəzib Əhməd Yəsəvi ilahilərini, yaxud hikmətlərini Türklər arasında yaymışdılar. Öz mürşidlərinin nə qədər böyük fəzilət sahibi olduğunu göstərmək üçün onun demədiyi sözləri belə onun adından söyləməkdən çəkinməmişlər. Dərvişlər Göy həqiqətinin Yerdəki carçısı, Yer Mələkləri, haqq-ədalətin, müqəddəsliyin rəmzi olduqlarından xalq onları dinləmiş, söylədikləri hər fikri qəbul etmişlər. Beləliklə, həm mürşid Əhməd Yəsəviyə, həm də onun müxtəlif yüzilliklərdə yaşamış müridlərinə-Yəsəvi dərvişlərinə aid sufiyanə şeirlər sonrakı dövrlərdə tamamilə təbii olaraq “Türküstan müdrükü” Əhməd Yəsəvinin əsərləri kimi təqdim olunmağa başlamışdı” (Seçmələr bizimdir-A.M. Bax: Nizami Cəfərov, Türk xalqları ədəbiyyatı, I cild, Bakı 2006, səh. ).

Əhməd Yəsəvi XI əsrin ikinci yarısında Türküstanın Yəsə şəhərində Şeyx İbrahim adlı müqəddəs bir şəxsin ailəsində dünyaya gəlmiş, yeddi yaşında ikən ata-anasını itirmişdi. Əhməd Yəsəvi dövrün məşhur sufi alimi Şeyx Yusif Həmədanidən (1048-1140) dərs almış, 30 il ona müridlik etmiş, nəhayət 1160-cı ildə onun üçüncü xəlifəsi olsa da, o, öz yerini Əbdülxaliq Qucduvaniyə verərək Yəsəyə dönmüşdü. Türk, ərəb və fars dillərini mükəmməl bilən, İslam əsaslarını dərindən öyrənən Əhməd Yəsəvi xalqın anlayacağı bir dildə söylədiyi hikmətləri ilə tezliklə bütün Türküstanda böyük şöhrət qazanaraq “Türküstan müdrükü” titulunu qazanmışdı. Rəvayətə görə Əhməd Yəsəvinin doxsan doqquz min müridü olmuşdur ki, bunlardan ən məşhuru Mansur Ata, Səid Ata və Süleyman Hakim Ata olmuşlar.

Xalqın içində yetişən Əhməd Yəsəvi ruh oxşayan çəkici hikmətləri sayəsində qısa bir zamanda çadırlarda köçəri həyat keçirən Türklər arasında tanınmış, əfsanəvi bir şəxsiyyət səviyyəsinə yüksəlmişdir. Hikmətləri kimi kəramətləri də geniş Türk xalqını sarmış, ağızdan-ağıza dolaşaraq onu əfsanələşdirmişdi. Bir əfsanədə hətta göstərilir ki: “Yəsəvi və şagirdləri quş şəklinə girərək uça bilirlər” (Bax: Rasonyi, göstərilən əsəri, səh. 33).

Böyük təriqət sahibi və filosof olan Əhməd Yəsəvini orta əsr tarixçi və xüsusilə təsəvvüf şairləri “Şəriətin nizamı, Təriqətin imamı və Həqiqətin tamamı” kimi vəsfləndirmiş, onu ədəbiyyat tarixinə bu cür tanıtmışlar. Mənəvi qüdrəti, yüksək şeriyyəti və ünü ilə coğrafi hüdudları aşan Əhməd Yəsəvi şeirlərində Qul Xacə Əhməd, Sultan Xacə Əhməd, Əhməd Miskin, Əhməd Şikəstə, Qul Əhməd, Xacə Əhməd, Xacə Əhməd Yəsəvi, Yəsəvi, Sultan Əhməd, Miskin Xacə Əhməd Yəsəvi və s. kimi ləqəbləri işlətmişdir. Bunu nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Yəsəvi kimi ün salmış, şöhrət qazanmış bir mütəfəkkirin durub-dururkən bu qədər çox ləqəb işlətməsinə ehtiyac olmadığı nəzər-diqqətə alınacaq olarsa, bir qism şeirlərin sonradan Yəsəviyə yamandığına şübhə yoxdur... Fəqət nə yazıq ki, bu böyük şöhrət şairin lehindən çox əleyhinə olmuşdur. Bu xalq filosofunun qələmindən çıxan şeirləri və hikmətləri sayğı üzündən geniş dəyişikliklərə yol açmış və illər keçdikcə bizə tanınmayacaq dərəcədə, qəribə bir şəkildə gəlib çatmışdır. Bu gün əlimizdə Yəsəviyə aid edilən şeir mirasının gerçəyini təqlidindən ayırd etməmizə imkan qalmamışdır... Ona görə də Əhməd Yəsəvinin ədəbi şəxsiyyəti və dili haqqında kəsin bir fikir yürütmək imkansızdır. Hələ katib xətalarının bolluğu və diqqətsizliyi məsələni bir qat daha zorlaşdırmaqdadır. Çap nüsxələrindəki şeirlərin də düzənsizliyi və mənşələrinin şübhə yaratması büsbütün işi qarışdırmaqdadır” (Ahmet Caferoğlu, Karahanlı devri Türk edebiyatı, Bax: Türk dünyası el kitabı, III cilt, ikinci baskı, Ankara 1992, səh. 63, 64).

Əhməd Yəsəvi Qaraxanlı dövlət dili olan Xaqaniyə Türkcəsini gəlişdirməkdə və onu xalqa ədəbiyyat yolu ilə çatdırmaqda çox mühüm rol oynamış, əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı təriqət ədəbiyyatı bir məktəb şəklini almış, yarandığı ilk vaxtdan etibarən geniş bir müridlər silsiləsi yaratmışdır. Yəsəvidən sonra 20 il Yəsəvilik təriqətini davam etdirən ən böyük sufi şair Həkim Ata Süleyman olmuşdur. Bakırqan bölgəsindən çıxan bu sufi şair daha çox Xarəzm bölgəsində məşhur olmuş 1186-cı ildə vəfat etmişdir.

Əhməd Yəsəvinin yaratdığı əsər “Hikmətlər Divanı” adı ilə məşhurdur. Xalq ruhunu oxşayan bu hikmətlər yalnız şeir olaraq qalmamış, digər sənət əsərlərində də öz əksini tapmışdır. Müəllifin şeirlərindəki ayrı-ayrı hikmətli beytlər müxtəlif əşyalara həkk edilərək həm cəmiyyət zövqünü oxşamış, həm də Türk təsəvvüf ədəbiyyatının yayılmasına xidmət etmişdir. Mütəfəkkirin “Hikmətlər Divanı”nın ən mükəmməl nəşrini professor Kamal Əraslan hazırlamışdır.

İslam dininin təsəvvüf yolu ilə Türklər arasında yayılmasında müstəsna rol oynayan Əhməd Yəsəvi Türk yazılı ədəbi dilinə yeni-yeni məfhumlar gətirmiş, Türk dili İslami deyimlərlə zənginləşmişdir. Əhməd Yəsəvi yabançı kəlimə və sözlərin mənaca Türkcə qarşılıqlarını paralel işlətməklə yanaşı, həm də yabançı kəlimə və sözləri milli Türk dili qəlibinə salaraq xalq dilinə uyğun şəkildə işlətmiş, bununla da xalq zövqünü oxşamışdır. Əhməd Yəsəvi Türk milli məfkurəsini və İslam dininin mahiyyətini ana Türkcə ilə söylədiyindən onun söyləyişləri xalq tərəfindən göydən enmiş kimi mənimsənilmişdir. Əhməd Yəsəvinin duyğu və düşüncə aləmini hazırlayan mənəvi mədəniyyətin qaynağını Türk mənəviyyatı və İslam imanı təşkil edir. İslam imanını Türk fəlsəfi düşüncəsi ilə birləşdirən Əhməd Yəsəvi Türk təsəvvüf ədəbiyyatının yaradıcısı olmuşdur. Əhməd Yəsəvi həm də təsəvvüf yolu ilə qədim Türk dini dünyagörüşünün bir çox ünsürünü yaşatmağa nail olmuş, bununla da Türküstanda təsəvvüf fəlsəfəsini sistemləşdirərək bir məslək halına gətirmiş, bu fəlsəfənin köçəri Türk çadırlarından Xaqan saraylarına qədər yayılmasına nail olmuşdu.

Qeyd edildiyi kimi, Əhməd Yəsəvinin mürşidi Şeyx Yusif Həmədani olmuşdur. Öz mürşidi kimi Hənəfi məzhəbində olan Əhməd Yəsəvi öz “Hikmətlər”ində lirizmdən daha çox təbliğata ağırlıq vermiş, öz təsəvvüfi dünyagörüşünü xalqın zövqünə uyğun bir şəkildə yorumlamağa çalışmış, bunun üçün milli dil, milli əda, milli şəkil və milli vəzndən istifadə edərək İslam dinini Türk zövqü ilə birləşdirərək ərəb və fars təsəvvüfündən tamamilə ayrı bir mahiyyətli, xalqın zövqünə uyğun bir Türk təsəvvüf ədəbiyyatının əsasını qoymuşdur. “Hikmət bilgisi” müəyyən mənada “təsəvvüf elmi” deməkdir. Ümumiyyətlə, şərq ədəbiyyatında “Hikmət” yalnız Əhməd Yəsəvinin əsərinə verilən addır. “Divani-Hikmət” adlanan bu əsər bir mürşid və İslam mücahidi olan Əhməd Yəsəvinin İslamiyyətin əsaslarını, şəriətin ehkamlarını, təsəvvüf haqqındakı inanc və fikirlərini, əməli əxlaq və mühitin ictimai çatışmazlıqlarını, İlahi eşqi, Tanrının mütləq iradə və qüdrətini, Peyğəmbər sevgisini, ibadəti, axirət həyatını, qiyamət əhvalını, Cənnət və Cəhənnəmi, dünyadan sufiyanə şikayəti, dərvişliyin fəzilətlərini, İslam mütəsəvviflərinə aid qissələri, Yəsəvi təriqətinin ədəb və ərkanını bütün təfərrüatları ilə İslamiyyətə yenicə girmiş və ya hələ İslamiyyəti qəbul etməmiş Türklərə anlatmaq baxımından dövrü üçün əvəzsiz sənət nümunəsidir. Çeşidli bölgələrdə başqa-başqa Yəsəvi dərvişləri tərəfindən toplanıb “Divani-Hikmət” adı altında bir araya gətirilən Əhməd Yəsəvinin “Hikmətləri” Türklər arasında kutsallıq qazanmış, beləliklə “Hikmətlər” bir şəxsin əsəri olmaqdan çıxaraq ortaq inanc və düşüncənin məhsulları halına gəlmişdir.

İslam dininə ürəkdən bağlı olan Əhməd Yəsəvi təriqət başçısı və mütəsəvvif olmasına baxmayaraq “Hikmətlər”ində şəriətə zidd heç bir ifadə işlətməmişdir. O, “Hikmətlər”ində Qurani-Kərimin ehkam və əmrlərini, Həzrəti Peyğəmbərin (s) hədislərində ifadə edilən həqiqətləri dilə gətirdiyini açıqca bildirmişdir. Bir mütəsəvvif olan Əhməd Yəsəviyə görə: “Eşqsiz insan insan deyil, Şeytan qövmündəndir. İlahi eşq də iman kimi Allahın insanlara bir lütfüdür. Bu lütfə nail olan insan, hər cür pislikdən arınır, içi aydınlanır. İnsan ancaq İlahi eşq ilə öz “Mən”indən sıyrılıb Haqqa qovuşa bilər. Bu eşq maddi insanı yox edib ikiliyi ortadan qaldırır”. Təsəvvüfün ölümsüz şairi Əhməd Yəsəviyə görə: “İnsanı Allah yolundan sapındıran nəfsdir. Ona görə də nəfs dağından aşmaq, yəni nəfs bağlarından qurtulmaq gərəkdir. Əks təqdirdə “Fəna fillah” məqamına ulaşmaq nümkün olmaz. İnsan qəflətə düşməməli, ölmədən öncə nəfsini öldürməlidir ki, “Fəna-Allah” məqamına erişə bilsin”.

Əhməd Yəsəviyə görə: “İnsanın özünü tanıması Haqqı tanıması deməkdir. Qəflətdən oyanmaq, könül gözünü parlatmaq lazımdır, ancaq o zaman Allah qatında bir insan Həzrəti Məhəmmədə(s) layiq bir ümmət ola bilər. İnsanın qürurlanması, özünü böyük göstərməsi caiz deyil. Ululuq yalnız Allaha məxsusdur. Əsli torpaq olan cismimizin heç bir dəyəri yoxdur. İnsanoğlu bir pirə bağlanmalı, təriqətə girməlidir. Əsil pir Həzrəti Məhəmməddir (s)”. Əhməd Yəsəvi göstərir ki: “Şəriət ilə təriqət bir-birindən ayrı şeylərdir. Şəriətə dayanmayan təriqət batildir. İnsanın vəzifəsi şəriət, qəlbi və özü isə təriqətdir”.

Əhməd Yəsəvi köçəri Türklər arasında onların anladıqları ana Türkcədə onlara xitab edərək İslam dini qaydalarını onların arasında yayan yüzlərlə dərviş yetişdirmişdi ki, bunun da sayəsində İslam dini Türküstanda geniş yayılmış və mənimsənilmişdi. İnsanlara səadət yolunu göstərən bu dərvişlərə Türklər böyük sevgiylə yanaşmış, onları keçmiş şaman və ozanlarına bənzətmiş, onları “Ata, Baba” adları ilə anmışlar. Türk-İslam dövründə yayılmış dörd böyük təriqətdən (Qədirilik, Kubravilik, Əkbərilik, Yəsəvilik) biri də Əhməd Yəsəvi tərəfindən Türküstanda qurulan “Yəsəvilik” təriqəti idi. Bu təriqət üzvləri Türküstan, Azərbaycan, Anadolu və Volqaboyu Türkləri arasında İslamiyyəti yaymaqla yanaşı Əhməd Yəsəvini də əbədiləşdirmişlər. “Yəsəvilik” Türküstanla yanaşı Qızıl Orda, Əfqanıstan, Xorasan, Anadolu və digər bölgələrdə yayılmış, özündən sonra Mavərünnəhrdə yaranan “Nəqşibəndilik”, Anadoluda yaranan “Bektaşilik” təriqətlərinin ideya qaynağı olmuşdur. Əhməd Yəsəvi elə bir başlanğıc qoymuşdu ki, ondan sonra yaranan əksər Türk təriqətləri ərəb və fars təriqətlərinin təbliğ etdiyi zahidlikdən fərqli olaraq Türk sufiliyində insanı doğru əxlaq və ruh təmizliyi ilə yanaşı vətən və ülkü fikirlərini də Türk düşüncəsinə uyğun olaraq bir-biri ilə qaynaşdırmışlar. “Baba”, “Abdal” kimi təbirlərlə anılan Türk şeyxlərinin rəhbərliyi ilə “Alpərənlər” “Qazi” olaraq vətəni vəzifələrini də yerinə yetirərək Türklər arasında sevilib sayılmışlar. Ümumiyyətlə, Əhməd Yəsəvi bütün Türk sufilərinin “Babası” sayılır. Onun bütün müridləri Türk olmuşdur.

İslam dini mövzularını anlaşıqlı bir şəkildə xalqa çatdıran Əhməd Yəsəvi müsəlman ərəb və hətta müsəlmanlığı qəbul edən ilk Türk ordularının savaş yolu ilə yapmağa çalışdıqları işi təsəvvüf yolu ilə daha asanlıqla yapmış, İslam dinini qılınc gücü ilə deyil, sözün sehri ilə mənimsətməyə müvəffəq olmuşdu. Bütün Türklərin “Vəlisi” kimi tanınan, Türkcə yazan ilk Türk sufisi və Türk təsəvvüf ədəbiyyatının banisi olan Əhməd Yəsəvi Ulu Oğuz Xaqanın İmperiya mərkəzi olan Sır-dərya vadisində yerləşən Yəsə şəhərində 1166-cı ildə vəfat etmiş, orada da dəfn olunmuşdur. Məzarı Əmir Teymur tərəfindən müəzzəm bir türbəyə və böyük bir ziyarətgaha çevrilmişdi. Böyük Əmir Teymurun tikdirdiyi memarlıq abidələri içərisində Xoca Əhməd Yəsəvinin türbəsi tam bir milli məna qazanmışdır. Əmir Teymur bu müqəddəs işi ilə iki böyük və nüfuzlu Türk dühasını-özü ilə Əhməd Yəsəvini bir-biri ilə qovuşdurmuşdur. Özbəklər dövründə Yəsə şəhərinin “Türküstan” adlanması da Əhməd Yəsəvinin Türklər arasında necə dini və milli bir müqəddəs şəxs kimi əsrlərcə yaşadığını göstərir.

Ruhu şad olsun! Amin.




Yunus Əmrə

Download 6,61 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish