Annotasiya



Download 4,19 Mb.
bet250/302
Sana20.04.2023
Hajmi4,19 Mb.
#930741
TuriDərslik
1   ...   246   247   248   249   250   251   252   253   ...   302
Bog'liq
D rslik Az rbaycan Respublikas T hsil Nazirliyinin 14. 12. 2011 (1)

Öyrədici nəzarət. Bu metodun başlıca funksiyası nəzarət-korreksiya funk­si­ya­sı­dır. Bu metodun tətbiqi zamanı nəzərdə tutulur ki, nəzarət tədris pro­sesinin ayrılmış, təcrid olunmuş elementi ol­ma­sın, eyni zamanda öy­rədici, inkişafetdirici, tərbiyəedici və oyadıcı funk­siyaları yerinə ye­tirsin. Ə.X.Paşayev və F.A.Rüstəmov vur­ğu­la­yırlar ki, bu meto­dun müxtəlif modifikasiyaları vardır. Onlar bir-birindən nəzarətin təş­­ki­linə görə fərqlənir. Bunlara şifahi, yazılı, laborator, maşın, test və özünənəzarət aid olunur.
Videometod. İnformasiyanın ekran vasitəsilə verilməsi tədris müəssisələri­nin iş praktikasına intensiv surətdə daxil olur. Kodos­kop­lar, pro­yek­tor­lar, kinoapparatlar, tədris televiziyası, videopro­iq­rı­vatellər, video maq­nitafonlar, həmçinin informasiyanı displeyli əks etdirən videometodu ayrıca bir metod kimi fərqləndirməyə im­kan verir. Vi­deometod təkcə bilikləri verməyə deyil, həm də onlara nə­zarət et­mə­yə, bilikləri möhkəmləndirməyə, təkrarlamağa, ümu­mi­ləş­dir­mə­yə, sistemləşdirməyə xidmət edir. Videometod bütün di­dak­tik funk­si­yaları müvəffəqiyyətlə yerinə yetirir. Videometod bi­lik­lərin in­duk­tiv və deduktiv yolla mənimsənilməsini, şagirdlərin müstəqilli­yinin və idraki fəallığının müxtəlif səviyyəsini nəzərdə tutur.
Bu metodun öyrədici və tərbiyəedici funksiyası əyani obraz­la­rın təsirinin yüksək səmərəliliyi ilə şərtlənir. Müvafiq təlim metod­larının seçilməsi təlim prosesinin op­ti­mal təşkili və idarə olun­masının mərkəzi problemlərindəndir. Hər bir metodun özü­nəməxsus funksiya və imkanları, üstünlüyü və zəif cə­hətləri vardır. Müəllimin metodlardan istifadə qabiliyyətində spe­si­fiklik möv­cuddur. Odur ki, bu problemin özünəməxsus çətinlikləri var­dır.
14.6. Vasitələr sistemi


14.6.1. Suallar və onların təlimdə yeri

Şagirdlərin bilik və fəaliyyət üsullarını böyüklərin köməyi ilə mə­­nimsəməsi heç də onların təfəkkür müstəqilliyini istisna etmir, ək­sinə tələb edir. Əks təqdirdə biliklərin mənimsənilməsi sırf for­mal, səthi, düşünülməmiş, mexaniki işə çevrilərdi. Bəşəriyyətin ta­ri­xi inkişafı gedişində həm biliklərin mənimsənilməsi, həm də ta­mamilə yeni biliklərin əldə edilməsi üçün fikri fəaliyyət zəruri əsas­dır. Bu çətin təkzib oluna biləcək mülahizədən sualın təlimdə rolunu və yerini görmək çətin deyildir. Hafizədən təfəkkürə keçid, təfəkkür pro­sesi bütövlükdə məhz sualla bağlıdır. Bu münasibətlə professor Ə.Bay­ramov yazır ki, təfəkkür cisim və hadisələr arasındakı müx­təlif əlaqələri əks etdirdiyi üçün hər bir konkret halda məhz həmin əla­qələri tapmağa, axtarmağa yönəlmiş olur. Həmin axtarış, adətən, mü­vafiq söz siqnallarına cavab olaraq meydana çıxır. Belə siqnal su­al­dır. Sualı ya insanın özü qarşıya qoyub ona cavab axtarır, ya da baş­qası irəli sürür. Təfəkkür həmişə sualdan başlayır. Suala cavab­ax­tarma prosesində cisim və hadisələr arasındakı əlaqə və müna­si­bət­lər əks etdirilir. İnsanın fəaliyyəti dərk olunmuş məqsədi ilə əla­qə­dar olaraq tənzimlənir. Məqsədinə uyğun olaraq dərketmə, də­yiş­dir­mə fəaliyyəti zamanı o, mərkəzi suala istiqamətlənən yardımçı su­al­ları, mərkəzi sual formalaşdıqdan sonra onun açılışına yönələn di­gər sualları irəli sürür və tapdığı cavablar əsasında biliksizlikdən bi­liyə doğru irəliləyir. Təlim prosesində məktəblinin qeyd olunan xa­rakterə malik dərketmə və dəyişdirmə fəaliyyəti müəllimin rəh­bər­liyi altında xüsusi şəraitdə həyata keçirilir. Təlim prosesində su­al­lar məqsədə və bu prosesin mahiyyətinə uyğun olaraq spesifik xa­rak­terə və funksiyalara malik olur. Bir çox müəlliflər, o cümlədən M.İ.Max­mutov göstərir ki, şagirdlərin idrak fəaliyyətinin aktivləş­mə­sində suallar, bəlkə də, birinci dərəcəli əhəmiyyətə malikdir. Su­al­lar təlim prosesində biliyin əldə olunmasının vasitəsi kimi qə­dim­dən tətbiq olunmaqdadır... “Sokrat öz yetişdirmələrinə biliyi hazır şə­kildə verməmiş, onları düşündürücü sualların köməyi ilə həqiqəti dərk etməyə doğru istiqamətləndirmişdir. Şagird suala cavab ve­rən­də Sokrat səhvi düzəltmir, əlavə sualların vasitəsilə suala verilən ca­va­bın düzgün olmadığını ona başa salırmış...


Sokratın verdiyi təlimin mahiyyəti bundan ibarətdir: Didaktik və­zifə irəli sürür, həmin vəzifəyə şagirdlərin diqqətini cəlb edirdi. Son­ra müəllim öz suallarını və gətirdiyi nümunələrin köməyi ilə fik­rin inkişafını istiqamətləndirir, alınan cavablar isə şagirdin dü­şün­cə tərzi, fikrin real inkişafı haqqında müəllimə lazımi infor­ma­si­ya verirdi. Burada müəllimin məqsədi, yəni irəli sürülmüş didaktik və­zifə, şagirdin öz məqsədinə çevrilir, müəllimlə şagird arasında fə­al əlaqə yaranır, şagirdin idrak fəaliyyəti müəllimin suallarının va­si­­təsilə idarə olunurdu” .
N.Q.Dayri suallardan təlim prosesində istifadə olunması ba­rə­də me­todik aspektli mülahizələrində göstərir ki, suallar az vaxt sərf et­mək­lə şagirdlərin inkişafı üzrə çox müxtəlif işləri aparmağa imkan ve­rir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq suallar əvvəl öy­rənil­miş biliklərin möhkəmliyini, şagirdin hafizəsini, onun diqqətini yox­la­mağa istiqamətlənə bilər .
Suallar vermək yolu ilə şagirdi faktların təhlilinə cəlb etmək, yə­ni hadisənin əvvəl öyrənilmiş hadisə ilə oxşar və fərqli cəhətlərini aş­kar etməyə yönəltmək, nəticə çıxarmaq, ümumiləşdirməyə təhrik et­mək, müxtəlif asılılıqları tapmaq və məntiqi əməliyyatları yerinə ye­tir­mək işinin iştirakçısına çevirmək mümkündür. Müəllim suallar va­si­təsilə dərketmənin əməliyyat cəhətlərini aşkara çıxarır. O, sual­lar qoymaqla müqayisə, ümumiləşdirmə, sistemləşdirmə əməliyyat­la­rın­dan məktəblinin müstəqil dərketmə prosesində istifadə etməsini asan­laşdırır. Suallar şagirdin fikri fəaliyyətini biliksizlikdən biliyə doğ­ru yönəldir. Odur ki, öyrəniləcək materialın məzmununun açıl­ma­sına kifayət dərəcədə yönələn suallar sistemini irəli sürmək vacib mə­sələlərdən hesab olunmalıdır.
Akademik M.M.Mehdizadə evristik və ya qismən axtarış me­to­dunun mahiyyəti ilə bağlı fikirlərini açıqlayarkən sualın bəzi funk­siyalarına, onun təlimdə rolu və yeri məsələlərinə də to­xun­mu­ş­dur. M.N.Skatkin, İ.Y.Lerner də sualların funkiyasını şərh etməyə ça­lışmışdır. Təlimdə sualların elmi-pedaqoji əsaslarının işlənməsi prak­tikanın tələbidir. Bizim qənaətimizə görə, mükəmməl təlim sis­te­minin imkan daşıyıcıları, o cümlədən suallar funksiyalarını aşağı­da­kılardan asılı olaraq yerinə yetirir:

  • Təlim prosesi qarşısında qoyulmuş məqsəddən ;

  • Təlim sisteminin fəlsəfi-metodoloji, məntiqi-psixoloji, di­dak­tik əsaslarından;

  • Təlim sistemində qarşıya qoyulmuş vəzifələrlə şagirdlərin re­al imkanları arasındakı ziddiyyətdən;

  • Alqoritmik və evristik fəaliyyət növlərinin təbiətindən, qar­şı­lıqlı əkslik və asılılıq münasibətlərindən;

  • Təlimdə istifadə olunan innovasiyalardan;

  • Üstün mövqeyi seçilmiş altsistemin təbiətindən;

  • İmkan daşıyıcılarının (təlim sisteminin komponentlərinin) mü­na­si­bət­lərindən.

Sualların təsnifatı haqqında hələlik yekdil fikir formalaşma­mış­dır. Bəziləri hesab edir ki, suallar məzmununa, dil və intonasiya­sı­na görə qruplaşdırılsın. Bu mövqedə olanlar düşünürlər ki, uyğun ca­vabların alınmasında vurğulanan cəhətlər vacib rola malikdir. Di­gərləri hesab edirlər ki, məqsədinə görə sualları fərqləndirmək daha ef­fektlidir və onları a) bilavasitə uzaqdan istiqamət verən; b) kö­mək­çi; c) düşüncə yaradan növlərə ayırmaq olar. Üçüncülər isə he­sab edirlər ki, suallar iki növ – informasiyalı və problemli ola bilər.
Bir çox hallarda problemi sualla eyniləşdirirlər. Problemlə sua­lın fərqləndirici əlamətini onun vacibliyində və yaxud mü­rəkkəbliyində görürlər. Baxmayaraq ki, burada nə vaciblik , nə də mü­rəkkəblik problemin xüsusiyyətini açmır. Belə ki, çox vacib, çox mü­rəkkəb olan suallar problem olmaya bilər. “Problem” anlayışı ilə “su­al” anlayışı arasında əlaqə olduğunu göstərmək mümkündür, am­ma onları eyniləşdirmək olmaz. Sual didaktik termin olmaqla belə bir mənaya malikdir: şagirdlərin idrak fəaliyyətinin idarə olun­ma­sı və onların aktuallaşdırılması vasitəsidir.



Download 4,19 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   246   247   248   249   250   251   252   253   ...   302




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish