Amea folklor institutu



Download 40,44 Mb.
bet227/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   223   224   225   226   227   228   229   230   ...   295
Key words: ashug-poet, Azerbaijani language, environment, folklore, georgian, armenian.
Türk (Azərbaycan) dili XVIII-XX əsrlərdə bütün Qafqazda hakim dil olmuşdur desək, yəqin ki, yanılmarıq. Azərbaycanlılarla yanaşı, Qafqaz xalqını təmsil edən bir çox gürcü və erməni sənətçiləri də məhz Azərbaycan dilində yazıb-yaratmışlar. Bu da türkcəmizin nə qədər zəngin, incə, qəlbə yaxın bir dil olduğunu təsdiq edir.
Araşdırmalardan bəlli olur ki, qeyd olunan əsrlərdə Aşıq Ruhani, Aşıq Pəktayi, Səfil Lado kimi onlarla gürcü aşıq və şairləri türk dilini şeir, mahnı, dastan dili olaraq seçmiş və bu dildə yazıb-yaratmışlar.
Araşdırmalardan bəllidir ki, Ruhani təxəllüsü ilə tanınan, əsl adı isə İoseb-Mose Beridze olan gürcü aşığı şeirlərini həm öz doğma dili olan gürcü, həm də türkcə qoşmuşdur. O məşhur gürcü aşıqlarından sayılan Şivğanın atasıdır. Onun “Bəyəndim” rədifli gözəlləməsi və oğlunun vəfatına ithafən yazdığı “Sənin ucundan” qoşması çox məşhurdur. Bu kimi şeirlər şairin dilimizin incəliklərinə bələd olmasını təsdiq edir.
Azərbaycan dilində yazıb-yaradan digər gürcü ustad aşığı Aşıq Pəktayi də öz dövrünün (XIX-XX əsr) tanınmış ustad aşıqlarından hesab olunur.
Pəktayi həm əlinə saz alıb, özünə “aşiq” deyəni kəskin tənqid edir, əsl sənəti, sənətkarı layiqincə qiymətləndirməyi lazım bilir. O, sənətkarlığın saz-söz ariflərinin məclisində aşkarlanmasını və dəyərləndirilməsini mühüm məsələ sayır, “Qafiyə bilməyən aşıq məclisini incidir” ─ qənaətinə gəlir (1, 23).
Həm türk, həm də gürcü dillərində əsl sənət nümunələri yaratmış gürcü aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Səfil Lado təxəllüslü (əsl adı Vladimir Beruaşvili) olan gürcü aşığı isə demək olar ki, yazmış olduğu bütün şeirlərində Qafqazlıları ─ türk, gürcü və erməni xalqlarını qardaşlığa, birliyə səsləmişdir.
Belə ki, adlarını sadaladığımız bu aşıqlarla yanaşı, onlarla digər gürcü sənətkarları da türk dilini sənət, şeir, poeziya dili olaraq qəbul etmiş, ən yaxşı şeirlərini bu dildə yaratmışlar.
Türk dili qeyd olunan əsrlərdə (XVIII-XX) gürcü xalqı ilə yanaşı digər Qafqaz xalqları olan ermənilərin də folklorunda, söz yaradıcılığında önəmli yer tutmuşdur.
Yazıçı, tənqidçi, filosof kimi tanınan M.Nalbandyan türk dilinin hakim dil olduğunu sübut edən belə bir fikir söyləmişdir: “...erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar” və “onlar hər zaman Azərbaycan ustadlarının yaradıcılığına söykənmişlər”, “istifadə etdikləri musiqi alətləri ─ saz, santur, kaman və ya kamança, bağlama türklərə məxsusdur”(2, 15-16).
Göründüyü kimi erməni sənətkarları həm türk musiqi alətlərində ifa etmiş, həm də bu dildə şeirlər, nəğmələr qoşmuşlar.
Tanınmış erməni tarixçilərindən sayılan Leo (Arakel Babaxanyan) isə dilimizin zənginliyini, ecazkarlığını yüksək qiymətləndirərək yazır: “Həyat tərzini tərənnüm edərkən aşıqlar türk (Azərbaycan) dilinə üstünlük verirlər, ona görə ki, o, erməni dilindən daha mənalı və zəngindir. Erməni aşıq yaradıcılığının çox az, demək olar ki, cüzi hissəsi bizim ədəbiyyata aiddir. Böyük əsərlərin (dastanlar, qəhrəmanlıq nağılları) əksər hissəsi türk(Azərbaycan) dilində yaradılmışdır”(2, 16).
Azərbaycan dilinin, mədəniyyətinin nə qədər əhəmiyyətli, yüksək olduğunu digər bir erməni ədəbiyyatşünası A.Arşaçuni belə səciyyələndirir:
“Azərbaycan dili erməni aşıqları və erməni xalqı üçün demək olar ki, doğma dil olmuşdur. Əks təqdirdə onlar tamaşaçıların rəğbətini qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı. Erməni aşıqlarının Azərbaycan, erməni və hətta gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq yersiz olardı. Erməni xalqı daima Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir, erməni xalqı bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşmışdır”(2, 17).
Aparılan araşdırmalardan belə qənaət doğur ki, erməni xalqı və onun aşıqları doğma türkcəmizə dərindən bələd olmuş və bu dildə danışmaqda heç bir çətinlik çəkməmişlər.
Aşıq poeziyamızla yanaşı, folklorumuzun nəsihətamiz, ibrətamiz, məna tutumlu janrı hesab edilən atalar sözləri də erməni folklorşünaslığında dərin iz buraxmış, bu xalqın məişətinə, adət-ənənələrinə daxil olmuşdur. Təsadüfi deyil ki, onlar ünsiyyətdə, məişətdə bizim atalar sözlərimizə tez-tez müraciət etmişlər.
Tanınmış erməni yazıçısı və pedaqoqu Qazaros Ağayan erməni dilinin qram­ma­tikası ilə türk dilinin qrammatikası arasında oxşarlıq olduğunu qeyd etmiş, Azərbaycan atalar sözlərinin hətta erməni uşaqlarının da nitqində tez-tez eşitdiyinin şahidi olmuşdur. “İlahi, Vartiter uşaqdır, onun hələ on dörd yaşı var. Buna baxmayaraq, o, yaşına görə çox şey bilir, nəinki, təkcə uşaq kimi danışır, hətta danışanda “Zər qədrini zərgər bilər” kimi türk (Azərbaycan) atalar sözünü işlədir”(2, 12).
Digər tanınmış erməni folklorşünası E.Arustamyan isə Azərbaycan atalar sözlə­rinin ermənicəyə tərcümə edilməsindən istifadəsini belə izah edir: “Azərbaycan atalar sözləri və məsəllərin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, onların dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir”(2, 12).
Folklorumuzun lirik, həzin, axıcı janrlarından olan bayatılarımız da erməni folklorşünaslığında iz buraxmaya bilməzdi. Azərbaycan xalqının canına, ruhuna bağlı olan bayatıları erməni millətinin də məişətində, xeyrində, şərində özünə yer tapmışdır. Azərbaycan dilində çoxlu sayda ikimənalı və çoxmənalı sözlərin olduğunu əsas gətirən qonşu xalqın nümayəndələri ─ ermənilər bu səbəbdən türk (Azərbaycan) bayatılarını oxuduqlarını etiraf etmişlər.
Tanınmış ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik Manuk Abeqyan türk (Azərbaycan) dilindən istifadəyə belə aydınlıq gətirir: “Bizim əlimizdə baya- tıların 1700-dən çox variasiyası var. Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr cəhətdən kasıbdır və buna görə də biz yaxşı tanıdığımız türk (Azərbaycan) dilinə müraciət edirik”(2, 13).
Tarixi torpaqlarımızdan sayılan Qarabağ və Zəngəzur mahallarında yaşayan ermənilər də Azərbaycan bayatılarının qəlbə yaxınlığını dilə gətirmişlər.
Erməni şairi, akademik Avetik İsaakyan ermənilərin bayatılara bağlılığını belə ifadə edir: “Erməni şaiiri, akademik Avetik İsaakyan ermənilərin bayatılara bağlılığını belə ifadə edir: “Erməni xalqı da bayatıları çox sevir, həm də Azərbaycan bayatılarını oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycanlılar kimi bayatını çox yaxından duyur və onun vasitəsi ilə öz arzularını ifadə edirlər”(2, 14).
Ümumiyyətlə, türk (Azərbaycan) dilində yazıb-yaradan erməni sənətkar- larından söz düşdükdə Sayat Novanı xatırlatmamaq günah olardı. Dəqiq doğum tarixi elmə müəmmalı qalan Sayat Novanın 1712, 1717, 1722-ci illərdə doğulduğu ehtimal edilir. Tiflisdə, kasıb bir ailədə doğulan S.Nova hələ uşaq ikən şeirlər yazmış, şərq musiqi alətlərində, xüsusən də kamançada ifa etməyi öyrənmiş, yazmış olduğu şeirlərə mahnı­lar bəstələmişdir. Bu versiyalarda S.Novanın sistematik məktəb təhsilinin olmadığı irəli sürülür, digər mənbələrdə onun Sanainedəki erməni mədrəsəsində oxuduğu göstərilir. Bütün bunlara baxmayaraq o Qafqaz xalqlarının dillərinə ─ erməni, gürcü, Azərbaycan, hətta fars dilinə yiyələnmiş bir sənətkar kimi tarixdə qalmışdır.
S.Nova 123 azərbaycan, 63 erməni, 35 gürcü, 6 rus dilində yazılmış şeirin müəllifidir. Onun Azərbaycan və erməni dillərinin müştərək işləndiyi 2 poeması da elm aləminə məlumdur. Yaradıcılığının əsas məğzini sosial və sevgi lirikası təşkil edir.
Azərbaycan ədəbiyyatşünası H.Araslı S.Novanın 40 şeirindən ibarət toplu nəşr etdirmişdir. Onun ədəbi irsindən əlyazma halında yalnız “Dəftər”i saxlanmışdır ki, buraya həm də Sayat Novanı şəxsən tanıyan gürcü kralı Teymurazın tapşırığı ilə sənətkarın oğlu Oqanın hazırladığı lent yazıları daxil edilmişdir.
Ümumiyyətlə, S.Novanın yaradıcılığına nəzər saldıqda onun türk (Azərbaycan) dilinin gözəlliklərindən maksimum şəkildə yararlandığının şahidi oluruq.
Bu ötəri yanaşmadan göründüyü kimi, yalnız haqqlarında söz gedən gürcü və erməni aşıq-şairləri deyil, Qafqazda yaşayan digər xalqların nümayəndələri də Azərbaycan türkcəsində yazıb-yaratmış, bu dilin poetik zənginliklərindən gərəyincə istifadə etmişlər. Bu isə onu təsdiq edir ki, Azərbaycan türkcəsi folklor dili olaraq bu mühitdə aparıcı mövqe qazanmışdır.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   223   224   225   226   227   228   229   230   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish