Amea folklor institutu


Mehparə Salah qızı Rzayeva



Download 40,44 Mb.
bet153/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   149   150   151   152   153   154   155   156   ...   295
Mehparə Salah qızı Rzayeva
AMEA Folklor İnstitutu
AZƏRBAYCAN QARĞIŞLARINDA QƏDİM ASİYANIN
MİFOLOJİ SİSTEMLƏRİNİN İZLƏRİ
The tracks of ancient Asia's mythological systems in Azerbaijan curses
1. Curses and prayers, forming very important layer of the paremyological fund (speech folk-lore) of the language are connected with very ancient time of ethnic-sultured thought of each people. This comes from their genre nature. According to the semantic function curses and prayers are bad and gain prayers and are connected with magic. Magism is archaic-mythological world outlook. Though magic thought stayed in the periodical depths of the history, it continues living as a functional quality of the poetical-semantic structure of the curses and prayers. This factor especially has guaranteed protecting of the characters of the most ancient mythological systems of Asia.
2. Curses-are bad prayers, and expresses negative meaning. According to the view point of antiquity three of them especially involves attention: "Sokhaya galasan", "Andıra galasan" and "Mirata galasan". Investigators had gave opinion that characters in the curses like “Soxa”, “Andır” and “Mirat” are the most archaic characters.
3. The image "Soxa" has protected and remained in the curses. And is connected with world of chaos, death.
4. "Andır" is the image which is connected with Avesta mythology. The character "Yumushchu oglan" in the "Kitabi-Dada Gorgud", fulfills the person of death angel in the Islam religion as hell image.
5. There is not concrete idea about "Mirat" (another variant: "Merat"). Poetical structure of the curse allows to close it with the end of the world and death. Expression of "Gurdla qiyamata galmag" in the Azerbaijan language throw it in the middle that "Mirat" in the expression “Mirata galmaq” is connected with chaos.
6. These images living in the curses give unexampled paleolinguistic base for the studies of ethnogenetic history of Azerbaijan and Caucasian.
Qarğışlar Azərbaycan folklorunun ən qədim janrlarındandır. Ümumiyyətlə, qarğış dedikdə həmişə alqış yada düşür. Bunlar, əslində, biri-birindən ayrılmazdır. Qarğış və alqışlar bir janrın mənaca biri-birinə əks olan tərəfləridir. Əgər alqışlarda xoş arzular, xeyir istəklər ifadə olunursa, qarğışlarda bunun əksinə olaraq, bəd arzular, şər istəklər ifadə olunur. Bir insan alqışlar vasitəsi ilə özünün başqa bir insana xeyir niyyyətlərini, qarğışlar vasitəsi ilə bədhax niyyətlərini yönəldir. Bunlar dualardır. Təsadüfi deyildir ki, 1994-cü ildə çap olunmuş alqış və qarğış toplusunu tərtibçilər məhz bu adla – «Dualar, bəddualar» adlandırmışlır (bax: 1).
Qrğışlar və alqışlar müsbət və mənfi emosiyalarla, hiss və duyğularla bağlıdır. Emosiyaların tarixi insanlığın tarixi ilə qoşadır. Ümumiyyətlə, insanı hisslərdən kənarda təsəvvür etmək mümkün deyildir. Demək, alqış və qarğışlar ən qədim dövrlərdən olmuş və bugünədək gəlib çıxmışdır. Bundan əvvəlki tədqiqatlarımızda qarğış və alqışların Azərbaycan folklor düşüncəsinin çox qədim tarixi, arxaik düşüncə ilə bağlı olduğunu göstərmişik (bax: 2; 3). Gəldiyimiz qənaətə görə, qarğış və alqışların istər forma, istərsə də məna tərəfləri Azərbaycan epik-mifoloji düşüncəsinin çox əski layları ilə bağlıdır. Çünki alqışlar və qarğışlar Azərbaycan xalqının çox əski tarixi, ilkin inancları ilə əlaqəlidir. Onların məna qaynağı oğuz-türk babalarımızın təkcə mifoloji inanclarına yox, bütöv ibtidai dünyagörüşlərinə gedib çıxır. Bu cəhətdən alqışlar və qarğışlar ilkin ibtidai mərasimlərlə də yaxından bağlıdır (3, s. 160). Qarğış və alqışların folklorun qədim janrlarından olması, onların arxaik dünyagörüşünü saxlaması bu barədz yazmış Azərbaycan tədqiqatçıları tərəfindən təsdiq olunmuşdur (bax: 4; 5; 6; 7; 8 və s.).
Əvvəlki tədqiqatlarımzda alqış və qarğışların tarixindən danışarkən bu janrların keçdiyi dövrləri şərti olaraq iki mərhələyə (islamaqədərki və islamdansorakı) ayıraraq götərmişik ki, qarğış və alqışların son epoxal qatı islam dini ilə bağlıdır. Ancan biz alqışlarda islam dininin obrazları ilə bərabər, islamdanöncəki epoxaların dünyagörüşünü daşıyan obrazları da görürük (3, s. 155).
Bu bölgü əlbəttə, şərtidir. Çünki islamdanöncəki epoxalar çox mürəkkəb anlayış olub, tarixin çox qədim dövrlərini əhatə edir. Maraqlıdır ki, qarğış və alqışlarda, xüsusilə qarğışlarda həmin qədim dövrlərin izləri yaşamaqdadır. Hətta o dərəcədə ki, tarix elminin sənədlərin, tarixi vəsiqələrin olmaması ucbatından haqqında bəhs edə bilmədiyi dövrlərin izlərini qarğışlar özündə yaşada bilir. Bunu səbəbi dil yaddaşı, söz yaddaşı adlanan möcüzə ilə bağladır.
K.V.Nərimanoğlu türk linqvofolkloristikasının (linqvopoetikasın) təkrarlanma və sıralanma kimi iki əsas qanunundan bəhs edən məqaləsində göstərir ki, insanlığın ilk mif mətnləri sehr, magiya olduğu qədər də sözdür, sözdən yaradılmış, seçilmiş sözlərdir (9, s. 576). Ədəbəiyyat ilk öncə dildir. Və dilin stixiyası axıcılıq, ahəngdarlıq, gözəllikdir. Dildən nitqlərə gələn milyonlarla siqnal tək bir şeydə belə özünü göstərir (9, s. 575). Burada, göründüyü kimi, dil və nitq bir-birindən fərqləndirilmişdir. Dil şüurda olan işarələr sistemidir. Nitq isə dilin səslər, sözlər vasitəsi ilə maddiləşməsidir. Qarğış və alqışlar da nitq janrlarıdır. Onlardan gündəlik həyatda nitq-danışıq formulları kimi istifadə edirik. Lakin bu janrlarda dilin yaddaşında qorunub qalmış siqnallar, işarələr var. Həmin işarələrin içərisində ən qədim mifoloji işarələr – obrazlar da var. Bu işarələr yaddaşdan nitqmizə süzülürək bugünümüzlə keçmişimiz arasında körpü qurur. Elə bir körpü ki, onu qurmaqda bəzən tarix elmi çətinlik çəkir. Çünki tarixşünaslıq dəqiq elmi faktlara söykənir. Folklorşünaslıqda isə yaddaşdan gələn bir işarə – obraz bütöv bir tarixin üzərinə işıq sala bilir. Bu cəhətdən Azərban qarğışlarında qorunub qalmış bir sıra obrazlar qədim tariximizin üzərinə işıq tutur. Dilin paremioloji fondunun (nitq folklorunun) mühüm bir qatını təşkil edən qarğışlar (o cümlədən alqışlar) hər bir xalqin etnik-mədəni düşüncəsinin son dərəcə qədim çagları ilə bağlıdır. Bu, onların janr təbiətindən irəli gəlir. Qarğışlar və alqışlar semantik funksiyasına gorə bəd və xeyir dualardır və magiya ilə bağlıdır. Magizm arxaik-mifoloji dünyagörüşüdür. Magik düşüncə dövrü tarixin dərinliklərində qalsa da, qargış və alqışların poetik-semantik strukturunun funksional keyfiyyəti kimi yaşamaqda davam edir. Bu amil xüsusən qargışlarda Asiyanın ən qədim mifoloji sistemlərinin obrazlarının qorunmasını təmin etmişdir.
Dilimizdə, xüsusilə kənd yerlərində indi də işlək olan üç qarğış qədimliyi baxımından diqqəti xüsusi cəlb edir: “Soxaya qalasan”, “Andıra qalasan” “Mirətə qalasan”. Araşdırıcılar qarğışlardakı Soxa, Andır və Mirət obrazlarının son dərəcə arxaik olması haqqında fikirlər söyləmişlər.
Cəlal Bəydili (Məmmədov) öz folklor müşahidələrinə və ələvi-bəktaşilik ənənəsində qorunub qalmış göy tanrı inanclarına (bax: 10) dayanaraq yazır ki, Azərbaycan türklərinin dilində ayrılıqda da işlənə bilən bu ifadə mifoloji məzmunlu «soyxaya qalmaq», «soyxaya qalsın» və b. k. qarğış deyimlərində qorunmuşdur. Bu ifadələrdə isə onun məhz ümumi mənası mühafizə oluna bilmişdir. Sözün semantikasının inkişaf istiqaməti onun yas mərasimiylə bağlı olduğunu göstərir. Avşarlarda biri ölən zaman onun böyük yasını saxlayırdılar və həmin yas mərasimində qadınlar toplanırdı ki, bu ağıçı qadınlar da ölən adamdan qalma nə pal-paltar vardısa, hamısını ortaya yığırdılar. Ortaya tökülən həmin pal-paltara «soyxa» adını verərdilər. Obadan-obaya, kənddən kəndə çağırılan həmin ağıçı qadınlar «soyxa»ları əllərinə alıb ölənin qəhrəmanlıqlarını, sağlığında göstərdiyi igidlikləri bir-bir anladardılar (8, s. 221).
Beləliklə, Soxa ölüm, xaos dünyası ilə bağlı arxaik obrazdır.
Azərbaycan qarğışlarında qədim Asiyanın mifoloji sistemlərinin izlərini yaşadan obrazlardan biri Andırdır. Andırın funksiyasiyasının təhlili göstərir ki, o, “Kitabi Dədə Qorqud”dakı Yumuşçu oğlanı, islam dinindəki cəhənnəm maliki obrazları kimi ölüm mələyi funksiyasını yerinə yetirir.
Tədqiqatçılar onun Avesta mifologiyası ilə bağlı olduğunu göstərirlər. C.Bəydili (Məmmədov) yazır ki, araşdırıcılar «Avesta»dakı qədim türk (Azərbaycan) sözləri arasında «Andır» sözünün də olduğunu qeyd edir və onu «cəhənnəm maliki» kimi mənalandırırlar ki, bu da sözün bugünkü semantikası ilə uyğunluq təşkil etməkdədir. Anadolu türk ağızlarında bu sözlə eyni köklü olub, qarğayış məqamında «ölmüş», «gözü kor olmuş», «qəhr olsun», «lənətə gəlmiş», mənaları ifadə edən «ender kalmak» deyimi var. Azərbaycan türklərinin dilində bu deyimin qarşılığı «andıra qalmaq»dır («Andıra qalasan» və s.) (8, s. 38).
Müəllif sözün mənşəyi ilə bağlı göstərir: «İri, qara və çirkin adam haqqında Azərbaycan türk dilində məcazi mənada işlənən «Əntər» sözünün isə «Andır» kökünə bağlılığını indilik ancaq ehtimal şəklində söyləmək mümkündürsə də, hər ikisinin eyni bir kökdən gəldiyi fikri də məntiqli görünür» (8, s 38). Azərbaycan dilinin izahlı lüğətində «əntər» sözü haqqında yazılır: «Bədəninə nisbətən çox uzun qolları olan meymun» ( s. 121).
Qeyd edək ki, Əntərə ərəb qəhrəmanlıq eposunun baş qəhrəmanıdır (12, s. 159; 13, s. 116). O, kifayət qədər ciddi qəhrəman olub şərə qarşı mübarizə aparır. Bizcə, «Andır», «əntər» və «Əntərə» sözləri biri-biri ilə bağlı ola bilər. Epos qəhrəmanları öz mənşəyini mifdən götürür. «Avesta», ümuimiyyətlə, qədim Kiçik Asiyanın, İranın, Qafqazın və Orta Asiyanın tarixi deməkdir. Bu cəhətdən bir xalqın dastanının müsbət qəhrəmanı ona düşmən olan xalqın dastanının mənfi qəhrəmanı ola bilir. Xalqların biri-biri ilə mübarizəsi onların dastanlarında qəhrəmanların mübarizəsində ifadə olunur. Bu cəhətdən Avesta görüşlərinin ərəb, türk xalqlarının tarixi ilə bu və ya digər şəkildə əlaqəsi vardır.
Azərbaycan qarğışlarında qədim Asiyanın mifoloji sistemlərinin izlərini yaşadan obrazlardan biri Mirətdir. Mirət (variantı: Merət) haqqında konkret bir fikir yoxdur. Qarğışın poetik strukturu onu qiyamət – dünyanın sonu – ölüm dünyası ilə bağlamağa imkan verir. Azərbaycan dilində “Qurdla qiyamətə qalmaq” ifadəsi “Mirətə qalmaq” ifadəsindəki Mirətin xaosla – ölüm dünyası ilə baglı olduğunu ortaya qoyur.
Qarğışlarda yaşayan bu obrazlar Azərbaycan və Qafqazın qədim etnogenetik tarixinin öyrənilməsindən ötrü də misilsiz paleolinqvistik baza verir.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   149   150   151   152   153   154   155   156   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish