Дзерасса от света (от небожителя) рождает троих детей. И от Огуза рождает троих детей та девушка, которая спустилась с неба со светом.
Данный момент для сопоставления мы выбрали тюркские эпосы «Огуз Каган» и «Книга моего Деда Коркуда» потому, что они являются гораздо древнейшими, чем сказания о нартах народов Кавказа. Таким образом, в фольклоре народов Кавказа часто встречается сюжет, мотив и образов, заимствованных из тюркского фольклора, и эта представляет собой богатый материал для дальнейших исследований.
“Kitabi-Dədə Qorqud” təkcə türk xalqının deyil, dünya söz sənətinin ən qədim və gözəl abidələrindən biridir. Son tədqiqatlar Şumer epik mətnləri ilə “Kitabi-Dədə Qorqud” eposunun bir çox motiv, süjet və obrazları arasında sıx bağlılıq olduğunu üzə çıxarmışdır. Məsələn, Dəli Domrul, Təpəgöz, Qaba Ağac, Buğa, Qurd, “Can əvəzinə can qoymaq” kimi motiv və süjetlərə olduğu kimi Şumer epik mətnlərində də rast gəlinir.
Dağıstan xalqlarının folklorunda “Kitabi-Dədə Qorqud”un təsiri aydın görünür. A.Salimurzayev bu təsiri araşdırmış, maraqlı paralellər aparmış, dəyərli nəticələr əldə etmişdir. “Kitabi-Dədə Qorqud”un kumık folkloruna təsirini araşdıran A.M.Acıyev “Cavad haqqında nəğmə”ilə “Dəli Domrul” boyunun süjet və motivlərinin eyniliyini ortaya qoymuşdur.
“Nart” eposu Qafqazda yaşayan türk və qeyri-türk xalqları arasında geniş yayılmışdır. Onların arasında osetinlərin “Nart” eposu daha çox tədqiq edilmiş, onun haqqında yüzlərlə məqalələr, kitablar yazılmışdır. Bu tədqiqatların böyük əksəriyyətində məsələlərə birtərəfli yanaşma, iranpərəstlik, tendensiozçuluq özünü göstərir. Müqayisələr apararkan obraz, süjet və motivlərin mənşəyindən danışarkan əksər hallarda türk folkloru diqqətdən kənarda qalır, “Kitabi-Dədə Qorqud” kimi möhtəçəm bir abidənin adı çəkilmir. Halbuki osetinlər türk xalqlarının qonşuluğunda və əhatəsində yaşayırlar. Ona görə də burada türk epik düşüncəsinin təsir imkanları daha geniş olmuş, türk folklorundan mənimsəmələr üçün münbit şərait yaranmışdır. Osetinlərin “Nart” eposunda türk təsiri istisna edilməmiş, V.İ.Abayev və başqaları ötəri də olsa, bunu vurğulamışlar. Osetin folklorunda qabarıq nəzərə çarpan türk epik təsirini təsdiqləyən faktları yığcam şəkildə aşağıdakı kimi tezisləşdirmək olar:
-
Eposun adı. “Nart” sözünün etimologiyası nartşünasların əksəriyyətini düşündürmüşdür. Onun mənşəyini türk dilindən başqa bütün dillərdə axtarmışlar. F.Batçayeva yazır ki, bu axtarışlar heç bir nəticə verməmişdir. T.Xapçayeva “nart” sözünün qaraçay-balkar dilində qədim, köhnə, məğrur, igid, güclü, ağıllı, qazax dilində məğrur mənalarını qeyd etmiş, xakas dilində qəhrəmanlıq nəğmələrinin nart-pak adlandığını söyləmişdir.
Nar sözü türk dillərində od, odlu, işıqlı anlamlarında işlənir. Ona eyni anlamda Şumerin Ay Tanrısı Nan.Narın adında rast gəlinir. Deməli, nar sözünün mənşəyini başqa yerdə axtarmaq lazım deyil. V.İ.Abayev nar sözünü doğru olaraq monqol dililə bağlamış, ancaq onun türk dillərində daha geniş işləndiyinə toxunmamışdır.
Bunlardan çıxan nəticə belədir: Çox qədim dövrlərdə türklərdə Ay kultu güclü olmuş, sonralar öz yerini Günəş kultuna vermişdir. Şumer panteonunda Günəş Tanrısı Utu AyTanrısı Nannarın oğludur. Deməli, hakimiyyət atadan oğula (Ay/Nannardan Günəş/Utuya) keçmişdir. Nar sözü Ay kultunun rudimenti kimi dildə saxlanmışdır. Monqol dilində nar sözünün Günəş mənası da həmin sözün sonradan, yəni Ay kultu öz yerini Günəş kultuna verdikdən sonra türk dilindən mənimsənildiyini göstərir.
-
Eposun yayılma arealı. Osetinlərdən başqa heç bir hind-avropa xalqında “Nart” eposu yoxdur. Qafqazda yaşayan türk xalqları arasında isə bu epos geniş yayılmışdır.
-
Dəniz motivi və “Tengiz” sözü. Osetinlərin “Nart” eposunun bir çox motivləri dənizlə bağlıdır. Batraz uşaqlıq illərini dənizdə yaşayır. Nart qəhrəmanlarının göyə çıxdıqlarından və dənizin dibinə endiklərindən danışılır. Osetin dilinin lüğət fondunda “dəniz” anlamlı söz yoxdur. Onlar “Nart” eposunda da bu anlamda türk dilindən götürdükləri “Tengiz” sözünü işlətmişlər. Deməli, “tengiz” sözü osetin eposuna dənizlə bağlı motivlərlə birlikdə daxil olmuşdur.
-
Qurd obrazı və mifik əcdad. Osetinlərin “Nart” eposunda qəhrəmanları Qurd əmizdirir və mifik əcdad sayılır. Avropa xalqlarının mifologiyasında qurd adamyeyən obrazında təsəvvür edilir və pisliyin, acgözlüyün, müharibənin simvoludur. Bu da qurdun həmin xalqlarda əcdad olmaq ehtimalını sıfıra endirir. “Nart” eposundakı qurdun uşaqları əmizdirməsi motivi Aşina əfsanəsi ilə eynidir və türk folklorundan mənimsəmə olduğu şübhə doğurmur.
-
Nart adlarından bəziləri qurd mənasındadır. Məsələn, əkizlərin atası Varxaqın adının mənası qurddur. Bu söz hazırda osetin dilində biraeg şəklindədir ki, onun kökündə börü (qurd) sözünün durduğu aydın görünür. V.İ.Abaev bu sözün sakların dilində birgga şəklində olub, qurd mənası verdiyini və osetin dilinə də ordan keçdiyini yazmışdır. Yenə də qurd motivinin börü sözü ilə birlikdə türk folklorundan götürüldüyü öz təsdiqini tapır.
-
Təpəgöz obrazı və süjeti. “Nart” eposunda Təpəgöz obrazı- “Kitabi-Dədə Qorqud”da Təpəgöz obrazı - Şumerdə Təpəgöz obrazı! “Nart” eposu bu zəncirin sonuncu halqasıdır.
-
Türk mənşəli adlar. “Nart” eposunun qəhrəmanlarından çoxunun adı türk mənşəlidir. Uruzmaq adı “Kitabi-Dədə Qorqud”dakı Aruz/Uruzun eynidir. Batraz adı Batırın fonetik variantı olub, türk sözüdür. Ona bütün türk dillərində rast gəlinir. Bilmək lazımdır ki, “Kitabi-Dədə Qorqud”da bir dənə də yad dildən alınma şəxs adı yoxdur. Ona görə Uruz/Aruz/Uruzmaq və Batır/Bahadır/Batraz adlarının türk mənşəli olduğu şübhəsizdir. Bu eposda 15-ə yaxın türk (monqol) mənşəli şəxs adı var.
-
Osetin eposunda gözəl Cerassa ikinci dəfə Qurda ərə gedir. Hun xaqanı kiçik qızını Qurda ərə vermişdir.
-
“Nart” eposunda Göyün yiyəsi işıq şəklində onun zirzəmisinə girir və Cerassa işıqdan hamilə qalır.”Oğuz Kağan” dastanında Oğuz işığın içindən çıxan qızla evlənir. Hər iki halda işıq Tanrını təmsil edir.
-
Cerassa işıqdan (Göylə əlaqədən) üç uşaq doğur. Oğuzun da işığın içindən çıxan qızla evliliyindən üç uşaq olur.
Beləliklə, Qafqaz xalqlarının folklorunda türk folklorundan götürülmüş süjet, motiv və obrazlara sıx-sıx rast gəlinir və bu problem geniş tədqiqatlar üçün zəngin material verir.
Do'stlaringiz bilan baham: |