geniş pedaqoji mənada – təhsil – tərbiyə sisteminin, pedaqoji prosesin şəxsiyyətə məqsədyönlü təsiri;
dar pedaqoji mənada - şəxsiyyətin istiqamətinin və psixi keyfiyyətlərinin formalaşdırılması ;
daha lokal mənada - konkret tərbiyə vəzifələrinin (əxlaqi keyfiyyətlərin, estetik zövqün, mədəni davranışın tərbiyəsi) reallaşdırılması.
Olduqca mürəkkəb sosial proses olan tərbiyə bir çox elmlərin kontekstində onlarla qarşılıqlı əlaqədə öyrənilir. Fəlsəfə - tərbiyənin ontologiya (yunanca on, ontos – mövcud olan, loqos – elm, təlim deməkdir. Fəlsəfədə varlığın ümumi əsasları, prinsipləri, strukturu və qanunauyğunluqlarından bəhs edən təlim nəzəriyyəsi) və qnoseologiyasını (yunanca qnosis – bilik, loqos – elm, təlim, idrak nəzəriyyəsi deməkdir); sosiologiya – şəxsiyyətin (sosializasiyası) ictimailəşməsi prosesini; etnoqrafiya (yunanca ethnos – xalq + qrafiye – xalqları etnosları, onların məişətini, adətlərini, etnik birliklərin yaranması və inkişafını, onların məişətini, adətlərini, etnik birliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini öyrənən tarix elmi) tarixi inkişafın müxtəlif mərhələlərində dünya xalqlarının tərbiyə fəaliyyətini; iqtisadiyyat elmi – tərbiyə üçün optimal infrastruktur sistenlərin yaradılması; psixologiya – şəxsiyyətin yaş və fərdi xüsusiyyətlərini və inkişaf qanunauyğunluqlarını öyrənir.
Tərbiyə konkret tarixi proses olub, cəmiyyətin və dövlətin sosial – iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsi hər bir millətin milli xüsusiyyətləri ilə şərtlənir.
Tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir. Tərbiyə özünəməxsus xüsusiyyətləri olan ictimai hadisədir. Tərbiyə elə bir ictimai hadisədir ki, onsuz cəmiyyətin mövcudluğu və irəliyə doğru inkişafı mümkün deyil. Hər nir yeni nəsil özündən əvvəlkiləri əvəz edərkən qazanılmış maddi və mənəvi sərvətləri mənimsəyir, yaşlı nəslin təcrübəsinə söykənərək onu daha da zənginləşdirir. Bu mürəkkəb proses arasıkəsilmədən dialektik surətdə davam edərək cəmiyyətin tərəqqisini təmin edir. Deməli, tərbiyə ümumi və əbədi kateqoriyadır.
İctimai kateqoriya olan tərbiyə dəyişməz qalmır. Cəmiyyətin maddi əsaslarının, ideologiyasının inkişafı ilə birlikdə tərbiyənin məzmunu, məqsəd və vəzifələri, forma və metodları dadəyişir. Konkret tarixi və sinfi məzmun tərbiyənin son dərəcə mühüm xarakteristikasıdır.
Tərbiyənin mühüm funksiyası gənc nəsli bəşəriyyətin tarix boyu yaratmış olduğu ictimai təcrübə ilə silahlandırmaqdır. İctimai təcrübə deyilərkən, bilik, bacarıq və vərdişlə sistemi, münasibətlər sistemi, yaradıcılıq təcrübəsi başa düşülür. İctimai təcrübə gənc nəslə əsasən təhsil vasitəsilə verilir.ı2
Deməli, pedaqoji prosesin bütün komponentlərinin kəmiyyət və keyfiyyət göstəricilərini müəyənləşdirən, onun həyata keçirilməsinin məqsədi və nəticəsi olan təhsil pedaqogika elminin predmetidir. Təhsil həm dəyər, həm proses həm sistem, həmdə nəticədir.
Təhsil tərbiyədən ayrılmazdır. Orta əsr şərq filosoflarının fikrincə, tərbiyə verməyən bilik odunsuz ocağa, bilik verməyən tərbiyə isə bədənsiz ruha oxşayır. Xüsusi təşkil olunmuş tədris müəssisələri vahid təhsil sistemini təşkil edərək, müəllimlərin bəşəri təcrübəni gənc nəslə “ötürməsini” təmin edir.
Sosial fenomen olan təhsil iki mənada – geniş (insanlarn ümumiyyətlə bilik, bacarıq və vərdişlərə yaxud elmi – texniki biliklərə yiyələnməsi) və dar vərdişlərə yaxud elmi – texniki biliklərə yiyələnməsi) və dar vərdişlərə yaxud elmi – texniki biliklərə yiyələnməsi) və dar mənada ( təlim prosesinin nəticəsi kimi bu prosesdə qazanılmış bilik, bacarıq və vərdişlər sistemi) işlədir.
Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq məqsədi ilə müasir standartlara uyğun olaraq müəyyənləşdirilmiş məzmunun tədris müəssisələrində mənimsənilmə səviyyəsinin qəbul olunmuş meyarlarla yoxlanılması, qiymətləndirilməsi və hüqüqi sənədlərdə təsbit olunan nəticəsidir.
Təhsilə verıilən bu tərifdən məlum olur ki :
təhsil cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir;
təhsilin əsas məqsədi şəxsiyyətin intellektual, emosional iradi sferalarını inkişaf etdirmək, onu ictimai və şəxsi həyata hazırlamaqdır;
təhsilin məzmunu müasir dünya standartlarına uyğun olaraq müəyyənləşdirilir ;
təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən pedaqoji prosesdə reallaşdırılır ;
mənimsəmənin səviyyəsi qəbul olunmuş meyarlarla yoxlanılır;
təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə başa çatır.
Təhsildə təcrübənin mənimsədilməsi (ötürülməsi, verilməsi) və mənimsənilməsi (qavranılması, öyrənilməsi) kimi aktlar ayırd edilir. Bu, təhsilin əsası (nüvəsi) olan təlim prosesi vasitətəsilə reallaşdırılır. Təlim pedaqogikanın əsas kateqoriyalarından biridir.
Təlim – təhsil verən və təhsil alanların xüsusi təşkil olunmuş məqsədli və idarə fəaliyyətidir, öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti prosesində bilik və bacarıqların verilməsi və mənimsənilməsi prosesidir. Başqa sözlə, təlim – təhsil almaqdır.
Təlim – təhsil verməklə yanaşı, tərbiyəedici, inkişafetdirici və nəzarətedici imkanlara da malikdir.
Deməli, təlim iki əsas komponentdən ibarətdir:
öyrətmə fəaliyyəti (transformasiya) - bilik, bacarıq və vərdişlərin, fəaliyyat usullarının verilməsi (öyrədilməsi);
öyrənmə fəaliyyati – təcrübənin qavranılmasi, dərk edilməsi, bərpa edilməsi və tətbiqi (istifadə edilməsi).
Do'stlaringiz bilan baham: |