Ali məktəb pedaqogikası fənninin tədrisinin əhəmiyyəti və pedaqoji elmlər sistemində yeri


Ali məktəb pedaqogikasinin əsas tədqiqat aspektləri



Download 55,08 Kb.
bet6/9
Sana03.12.2022
Hajmi55,08 Kb.
#878490
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Ali m kt b pedaqogikas f nninin t drisinin h miyy ti v pedaqo

3.Ali məktəb pedaqogikasinin əsas tədqiqat aspektləri.
Ali məktəb pedaqogikasını – tələbə şəxsiyyətinin inkişafının və şəxsiyyət – mütəxəssis kimi hazırlığının nəzəri və praktik problemlərini öyrənməklə məşğul olur. Onun predmetini ali məktəbdə pedaqoji proses təşkil edir.
Ali məktəb pedaqogikasının tədqiqat aspektləri aşağıdakılardır:

  • ali təhsil müəssisəsində təlim prosesinin elmi surətdə təşkili və idarə olunması;

  • tələbələrin təlim – idrak fəaliyyətinin pedaqoji – psixoloji əsaslarının öyrənilməsi;

  • tələbə ilə iş metodlarının modernləşdirilməsi və onları yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək ;

  • ali məktəbdə təlim prosesinin komponentlərinin təkmilləşdirilməsi ;

  • ali təhsil müəssisələrində tədrisin metodlarının modernləşdirilməsi ;

  • ali məktəbdə tələbə elmi işlərinin təşkili metodikası;

  • ali təhsil sistemində təlimin ən müasir texniki vasitələrinin tətbiqi metodikasının işlənilməsi ;

  • ali məktəb pedaqogikasının yaranması və inkişafı tarixinin araşdırılması.

Bununla yanaşı, ali məktəb pedaqogikası mütəxəssis hazırlığı prosesində səmərəli pedaqoji fəaliyyətin məzmununu öyrənir, istiqamətlərini və texnologiyalarını müəyyənləşdirir. Bu zaman belə bir konseptual ideya əsas götürülür : ali təhsilin məzmunu və mütəxəssisin hazırlıq səviyyəsi elmin və texnikanın inkişaf proqnozları ilə müəyyənləşdirilməlidir. Bu ideyaya istinad edən ali məktəb pedaqogikası təlim prosesinin keyfiyyətini yüksəltməyə imkan verən metodlar aşkarlamağa və onları tələbələrin fərdi imkanlarının, maraq və meyillərinin , yaradıcılıq və təfəkkür qabiliyyətlərinin inkişafı istiqamətinə yönəltməyə çalışır.
Ali məktəb pedaqogikası pedaqoji prosesi obyektiv və subyektivin, müəyyən və qeyri – müəyyənliyin vəhdətindən ibarət mürəkkəb, çoxplanlı, dinamik bir sistem kimi tədqiq edir, bu sistemdə müntəzəm olaraq baş verən keyfiyyət və kəmiyyət dəyişmələrinə müvafiq nəticələri ümumiləşdirir.
Ali məktəbdə bütövlükdə pedaqoji prosesi, xüsusən də didaktik prosesləri yalnız təlimin qanunauyğunluqlarına müvafiq izah etmək və dəyərləndirmək mümkün deyil. Bu məqsədlə didaktik qanunauyğunluqların digər elmlərin paradiqmaları (yunanca paradiqma - nümunə, misal deməkdir ) ilə vəhdəti nəzərə alınmalıdır. Yalnız bu halda ali təhsil kimi son dərəcə mürəkkəb və dinamik prosesin optimal təşkilinə nail olmaq mümkündür. Digər tərəfdən, məhz bu əlaqələrin nəzərə alınması əsasında ali məktəb pedaqogikası özünün bir sıra spesifik qanunauyğunluqlarını müəyyənləşdirə bilmişdir. Bu qanunauyğunluqlar aşağıdakılardır :

  • mütəxəssis hazırlığının bütöv, tam pedaqoji prosesdən (təhsil, tərbiyəedici, inkişafetdici fəaliyyət prosesində) asılılığı ;

  • tələbə şəxsiyyətinin təhsili, təlimi, tərbiyəsi və inkişaffının vəhdətdə götürülməsi ;

  • biliklərin varisliyi və tələbənin intellektual inkişafının vəhdəti ;

  • ali məktəbdə təhsilin fasiləsizliyi ilə diskret xarakterinin vəhdəti ;

  • ali təhsil müəssisəsində təlim prosesinin yüksək səviyyədə aparılması ilə tələbənin axtarıcılıq və tədqiqatçılıq imkanları arasındakı asılılıq.

Bu qanunauyğunluqlar ali təhsilin özünəməxsus xüsusiyyətlərini, qaydalarını və amillərini doğurur.
Tələbələrin yaradıcı təfəkkür fəaliyyətinin təşkili və inkişaf etdirilməsi istiqamətində aparılan axtarışlar ali məktəb pedaqogikasının nəzəri, praktik və tətbiqi vəzifələrini konkretləşdirməyə imkan verir. Ali məktəb pedaqogikasının vəzifələri aşağıdakılardır :

  • ixtisasla bağlı bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin ən səmərəli

yollarının müəyyənləşdirilməsi ;

  • tələbələrin təlim – idrak fəaliyyətinin psixi proseslərin fəallaşdırılması əsasında

təşkili və idarə olunması ;

  • təhsilin məzmununun müasir dövrün tələbləri baxımından seçilməsi ;

  • təlim məqsədlərinin reallaşdırılmasının müntəzəm olaraq yoxlanıması və qiymətləndirilməsi ;

  • təlim metodlarının təkmilləşdirilməsi istiqamətlərinin psixoloji baxımdan əsaslandırılması;

  • tələbələrin elmi – tədqiqatçılıq fəaliyyətinin səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ;

  • tələbələrə müxtəlif pedaqoji təsirlərin və nəticələrinin psixoloji təhlili (hansı hallarda və nə üçün müsbət nəticə alınır, yaxud uğursuzluq nə ilə bağlıdır və s.)

Elmi ümumiləşdirmələr ali məktəb müəllimlərinə təhsil alanların təlim – idrak fəaliyyətini onların maraları, motivləri əsasında qurmağa və idarə etməyə imkan verir. Bu istiqamətdə axtarışlar zamanı ali məktəb pedaqogikası belə bir ideyanı əsas götürür: tələbənin təlimi, idrak maraqları və motivləri, ixtisasla bağlı bilik, bacarıq və vərdişlərin mənimsənil səviyyəsi peşə təcrübəsinin formalaşması üçün bazis rolunu oynayır.
Ali təhsil müəssisəsində təlim prosesinin forma və mzmunu – informasiyalar axını və onun dinamik xarakteri ilə səciyyələnən mürəkkəb sistemdir. Ali məktəb pedaqogikası mütəxxəssis hazırlığını təmin edən elmi – tədqiqatçılıq işlərinin təşkili vasitələrini, forma və metodlarını bu mürəkkən sistemlə vəhdətdə öyrənir. Eyni zamanda tələbələrin təlim və elmi fəaliyyətinin metodikası aspektində araşdırmaları zamanı mütəxəssis hazırlığı üçün zəruri olan bilik, bacarıq və vərdişlər sisteminin elmi və tətbiqi əhəmiyyətini diqiqləşdirməyə çalışır.
Ali məktəb pedaqogikasının bu aspektdə axtarışları ali məktəbdə təlim – idrak fəaliyyətinin əsas metodik istiqamətlərini müəyyənləşdirməyə, təlim və elmi proseslərin həllinin evristik, modelləşdirmə, diferensiasiya, inteqrasiya və digər müasir texnologiyalarını formalaşdırmağa imkan verir.

Download 55,08 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish