8 Azərbaycan iqtisadiyyatında xəzərin enerji ehtiyatları və onun əhəmiyyəti


Əsrin müqaviləsi 2050-ci ilə qədər uzadılmış və bu sazişə müvafiq pay bölgüsü belə olmuşdur



Download 51,18 Kb.
bet4/7
Sana18.12.2022
Hajmi51,18 Kb.
#890356
1   2   3   4   5   6   7
Bog'liq
8.Azərbaycan iqtisadiyyatında Xəzərin enerji ehtiyatları və onun əhəmiyyəti —Əsas

Əsrin müqaviləsi 2050-ci ilə qədər uzadılmış və bu sazişə müvafiq pay bölgüsü belə olmuşdur.



Saziş çərçivəsində 31 il ərzində qeyd olunan neft yataqlarına 40 mlrd ABŞ dollarından artıq investisiya qoyulmuşdur, Azərbaycana çatacaq pay 75% səviyyəsində müəyyənləşdirilmişdir.


Azərbaycanın “Yeni neft-qaz” strategiyasını aşağıdakı istiqamətlərdə reallaş­dırmaqda ölkənin dünya təsərrüfat sisteminə daha sürətli inteqrasiyasını təmin etməyə və beynəlxalq ictimai əmək bölgüsünü dərinləşdirməklə ölkənin iqtisadi-siyasi təhlükəsizliyinin və makroiqtisadi sabitliyin təmin olunmasına istiqamətlənib. Bunlar:
1)Azərbaycanın neft-qaz layihələrinin xarici işgüzar dairələrin, iri investisiya­ların cəlb edilməsi hesabına dünya enerji bazarına çıxışın sürətlənməsi
2)Azərbaycanın neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin edən ixrac boru kəmərləri sistemi və onun infrastrukturunun yaradılması
3)Azərbaycanın milli sərvəti olan neft və qazdan gələn gəlirlərin gələcək nəsillər üçün toplanması və artırılması, bu gəlirdən ölkənin cari sosial-iqtisadi ehtiyaclarının, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə alaraq, bugünkü nəsillər üçün istifadə edilməsi.
4)Qərbin qabaqcıl texnologiyalarının ölkə iqtisadiyyatına gətirilməsi.
5)Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi.
6)Neft və qaz sektorundan gələn gəlirlərin əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətləri.
7)Ölkəyə valyuta axınının təmin edilməsi.
2.Azərbaycanda enerji sektoru və onun inkişaf istiqamətləri
Ölkədə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı “yaşıl enerjiyə keçidin” təmin edilməsi hələ 1994-cü ildən enerji siyasətinin əsas istiqamətlərindən idi. Bu gün bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi qloballasır. Atmosferə atılam zərərli tullantıların həcminin azaldılması və onun “yaşıl enerji” ilə əvəz olunması dünya gündəminin ən vacib məsələlərindən biridir. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
Bərpaolunan enerjiyə nisbətən bərpaolunmayan mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, zərərli tullantıların artmasına, atmosferin çirklənməsinə səbəb olur. Buna görə dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə üstünlük verir və prioritet hesab edir, çünki bu enerji növü dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbəyi kimi istifadə olunur.
. 2020-ci il pandemiya səbəbindən dünyada enerji tələbatının 5% azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7% yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA)-nin proqnozlarına əsasən gələcək 10 ildə bərpa olunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10%, növbəti beş ildə 50% artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33% təşkil edəcək. 2025-ci ildə qlobal elektrik enerji istehsalının artım gücünün 95% bərpa olunan enerji mənbələrinin payına düşəcək.
2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji üzrə Dövlət Proqramı” qəbul olunub. Bu proqram bərpaolunan mənbələrinin diqqət mərkəzində saxlanılmasına, ölkəmizin bu sahədəki potensialının inkişafına geniş imkanlar yaradıb.
Bərpaolunan enerjiyə keçid üçün uzun illər gərgin iş aparılmalı, iri həcmli sərmayələr qoyulmalıdır. Qaz, neft, kömür kimi yanacaq növləri yanacaq balansında hələ də aparıcı rola malikdir. Lakin Azərbaycan perspektivdə bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir və “yaşıl enerjinin” inkişaf etdirilməsi həyata keçirilir. Günəş enerjisi üzrə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır.
İşğaldan azad olmuş ərazilərdə də bu istiqamətdə böyük potensial var. Belə ki, günəş enerjisi Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli rayonlarında, külək enerjisi Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcərin dağlıq ərazisində küləyin orta illik surəti 7-8m/s təşkil edir. Eləcə də Qarabağda Tərtər, Bazarçay, Həkəri kimi çaylar və onların qollarında elektrik enerjisi istehsalı əlverişli sayılır.
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7542.2 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304.5 MVt-dır ki, bu da ümumi gücün 17.3%-ni təşkil edir.
Xəzər dənizi külək baxımından böyük potensiala malikdir. Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab olunur ki, bu da ölkədə olan elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Beləliklə, Azərbaycan karbohidrogen potensialından sonra Xəzəri yenidən kəşf edir.
Azərbaycanın alternativ enerjinin inkişafı üçün 27.7 min MVt bir potensiala malikdir ki, bu da gələcəkdə 62,8 milyard kilovat/saat elektrik enerjisi islah etməyə imkan verəcək. Sabit iqtisadiyyat, əlverişli investisiya mühiti və işgüzar inkişafdakı mühüm uğurlar bərpa olunan enerji sahəsində perspektiv meqalayihələrin Azərbaycana cəlb edilməsini zəruriləşdirdi. 12 əsas enerji şirkəti BP (Böyük Britaniya), Masdar (BƏƏ), ACWA Power (Səudiyyə Ərəbistanı), Total Eren (Fransa), Eguinor (Norveç), Quadran İnternational (Fransa), Tekfen İnşaat (Türkiyə), Al-Matub (BƏƏ), Mutsui &Сo (Yaponiya), Lucia Holding (Fransa), Ansalgo Energia (İtaliya) və Avelar Solar Tecnology (Rusiya) əməkdaşlıq sənədləri imzalayıb.



Download 51,18 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish