IV mərhələ (1969-1990-cı illər) Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdəniz neft” İstehsalat Birliyi (İB) yaradılır, həmin ildən Xəzər sektorlara bölünür, geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərinin aparılması dəniz şəraitində iş aparmaq təcrübəsi olan azərbaycan neftçilərinə tapşırılır.
Nəticədə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başlayır, “Xəzərtipli” özü qalxan, dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Self” tipli üzən qazma qurğuları və zəngin neft və qaz yataqlarının kəşfi həyata keçirilir. 80-ci illərdə dənizin 80-350 m dərinliyində yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu. Bu- Günəşli, Çıraq, Azəri və s. yataqlardır. Bu dövrdə Azərbaycan neftinin emalı üçün xüsusi proqram “Azərbaycan neftayırma sənayesinin yenidən qurulması” planı hazırlanmış, bu proqrama əsasən yeni texnika və texnologiyalara malik zavodlar yaradılmışdır.
Bu dövrdə Dərin Dəniz özülüləri zavodu tikilir. Bu zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə istismara verildi.
V mərhələ (1990 və ondan sonrakı dövr) SSRİ-nin dağılması, müstəqillik dövrü və Azərbaycanın yeni tarixini əhatə etməklə “Yeni neft strategiyasının” yaranması ilə səciyyələnir. 1990-cı illərdə müstəqillik qazanmış Azərbaycan həm iqtisadi, həm də siyasi (Dağlıq Qarabağdakı proseslər) cəhətdən çox çətin bir şəraitdə idi. Keçmiş SSRİ respublikaları ilə iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin olması, maddi və texniki təchizatın sıfıra enməsi iqtisadiyyatın bir çox sahələri kimi neft-qaz sənayesini də iflic vəziyyətə salmışdı. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin neft-qaz sənayesinin mənimsənilməsi üçün 2 yol var idi:
il ölkəmizin maliyyə iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək;
2)Xarici neft şirkətləri ilə əməkdaşlıq etmək.
Ümummilli lider H.Əliyev ikinci variantı (yolu) seçdi. Onun gərgin əməyi nəticəsində 1994-cü ilin 20 sentyabrında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Günəşli” və “Çıraq” (suyun dərin hissəsi) yataqların birgə işlənməsi və hasilat payı bölgüsü haqqında” sonradan “Əsrin müqaviləsi” adını almış saziş imzalandı. Bu müqavilədə dünyanın 8 ölkəsindən 11 iri neft şirkətləri iştirak edirdi.
Azərbaycan neft və təbii qaz sahələrinin istifadəsi üzərində idarə və nəzarət hüququnu özündə saxladı. Bu işləri yerinə yetirmək üçün 12 fevral 1995-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyət Şirkəti (ABƏŞ) yaradıldı. İlk neft layihəsi olan “Azəri-Çıraq-Günəşli” 30 illik bir dövrü əhatə edir. Bu saziş dünya dövlətlərinin Azərbaycana inamını artırdı və dünyanın ən iri neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Əsrin müqaviləsinin bağlanmasından 1 il sonra artıq 1995-ci ildə iqtisadiyyatda iqtisadi inkişaf üçün xeyli imkanlar açıldı. Artıq 1997-ci ildə Azərbaycan neftinin dünya bazarına çıxarılması diversifikasiya edildi. Müqaviləyə müvafiq illik mənfəət nefti 1999-cu ildə əldə edilmişdir.14 sentyabr 2017-ci ildə Azərbaycan hökuməti və ADNS (SOCAR), BP, Cevron, İNPEX, Statoil, Exon Mobil, TP, İTOCHU və Videsh şirkətləri ilə “Azəri” , “Çıraq” , “Günəşli” yataqlarının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında, dəyişdirilmiş və yeni saziş imzalanmışdır.
Do'stlaringiz bilan baham: |