I mərhələ (1847-1920-ci illər) Mexaniki üsulla qazılmış quyularında neftin hasil edilməsi ilə başlanır. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış, XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 metr aralı dənizdə qazılmış əl quyusundan neft hasil olunmuş, ilk neftayırma zavodu isə 1859-cu ildə Bakıda tikilmişdir.
Binəqədədi, Piallahı, Suraxanı XIX əsrin sonunda neft sənayesinin inkişafında milli neft milyonçularını formalaşdırmışdır ki, bunun da (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və s.) 24,8% azərbaycanlı olmuşdur. 1847-ci ildə ilk “Bakı neft” səhmdar cəmiyyəti yaradıldı. 1875-ci ildə isveçli Nobel qardaşları (Robert Nobel) Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradır. İlk neft kəməri Bakı neftayırma zavodlarını birləşdirən kəmərdir – uzunluğu 230 km-dir. 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə İsveçdə ilk neftdoldurma gəmisi "Zoroastr" inşa edilir. 1890-cı illərdə Bakının neft hasilatı artıq Amerikanı ötüb keçərək dünyada birinci yerə çıxır.
II mərhələ (1920-1949-cu illər) Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və açıq dənizdə “Neft daşlarının” kəşfi dövrünü əhatə edir. Bu dövr Rusiya imperiyasının süqutundan sonra Bolşeviklərin Azərbaycanı-Bakını yenidən işğal etdiyi dövrdür. Sovet hökuməti Azərbaycana ayırdığı kapital qoyuluşunun çox hissəsini neft istehsalının genişləndirilməsinə istifadə edirdi. 1920-ci ildə ölkədə 2,4 mln ton, 1941-ci ildə 23,6 min ton neft hasil edildi.
7 noyabr 1949-cu ildə Neft Daşlarında 1№-li quyu gündə 100 t hasilatla istismara daxil olur və Azərbaycanda dənizdə neftçıxarmanın əsası qoyulur. Azərbaycan dənizdə ilk neftçıxaran ölkə kimi tarixə düşdü, dəniz mədəni tikildi və neftçilər şəhərciyi yaradıldı.
III mərhələ (1950-1969-cu illər) “Neft daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır. Bu mərhələdə geoloji kəşfiyyat işləri genişlənir, yeni neft və qaz yataqları aşkar edilib (Qum dəniz, Sanqaçal-Divanni-dəniz Xərə zirə adası, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.) dənizqazma işlərinin, hidrotexniki neft qurğularının tikintisinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir. Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz kondensat yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir.
Do'stlaringiz bilan baham: |