1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet88/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   84   85   86   87   88   89   90   91   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

4. DİLÇİLİK VƏ MƏNTİQ
Məntiq – düzgün təfəkkür, onun quruluşu və inkişaf 
qanunauyğunluqları haqqında elmdir. “Məntiq elminin 
mövzusu təfəkkür prosesidir. Lakin insan təfəkküründən 
bəhs edən digər elmlərdən (fəlsəfə, psixologiya, kiberne-
tika, ali əsəb fəaliyyətinin fiziologiyası və i.) fərqli olaraq, 
məntiq elmi təfəkkürü bizi əhatə edən obyektiv gerçəkliyi 
və sosial həyatı dərk etməyin mühüm vasitəsi kimi tədqiq 
edir. Məntiq düzgün təfəkkürün forma və qanunlarını öy-
rənməklə obyektiv gerçəkliyin beynimizdə adekvat (doğ-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
160
ru) inikasına kömək edir”
1
. Dil isə təfəkkürün maddi for-
masıdır. Məntiqi kateqoriyalar və onların ifadə vasitələri 
dildə mövcud olan leksik və qrammatik kateqoriyalardan 
kənarda ola bilməz. Həmin dil vahidləri hər bir məntiqi 
kateqoriyanın mahiyyətini açmaqda əsas vasitə rolunu 
oynayır. Buna görə də dilçiliyin məntiqlə əlaqəsi obyektiv 
zərurət kimi meydana çıxır. Dilçiliyin məntiqlə əlaqəsinin 
qədim tarixi vardır. Hələ eramızdan əvvəl Aristotel dilçi-
lik məsələlərini məntiqi kateqoriyalarla əlaqəli öyrənməyə 
çalışmışdır. Lakin dilin məntiqi kateqoriyalarla əlaqəsi hə-
mişə birtərəfli aparılmışdır. Burada bəzən birtərəfli mən-
tiqi istiqamət, bəzən də psixoloji istiqamət güclü olmuş-
dur. Əslində, bu tədqiqat əlaqələri dilçilik və məntiqin 
bir-birinə qarşılıqlı təsiri nəticəsində baş vermişdir.
Dilçiliklə məntiqin əlaqəsi problemi müasir dövrdə 
daha aktualdır.
Buna görə də mövcud elmi ədəbiyyatda bu məsələnin 
müxtəlif aspektdə şərhinə rast gəlmək olur
2
.
Dilçilik dilin, məntiq isə fikrin müxtəlif təzahür for-
malarını öyrənir. Bunların hər ikisində söz, məfhum, cüm-
lə kateqoriyaları tədqiqat obyektinə çevrilir. Lakin bunlar-
dan başqa da dilçiliyin bir sıra fonetik (vurğu, intonasiya), 
leksik, morfoloji, semantik, sintaktik problemlərinin öy-
rənilməsi prosesində onları məntiqi məfhum, hökm, əqli 
nəticə və s. kateqoriyaları ilə əlaqələndirmək lazım gəlir.
Qeyd etmək lazımdır ki, bu əlaqələri nəzərdən keçir-
dikdə məlum olur ki, məntiq həmişə filoloji elmlərə xidmət 
1
M.İ.İsrafilov. Məntiq. Bakı, 1987, səh.8.
2
Bax: Д.П.Горский, И.Г.Комелев. К вопросу соотношения педагогики и грамматики. 
ВФ, 1953, №6; Д.П.Горский. Логика, М., 1963; Проблема значения в логике и лингвис-
тике. М., 1963; В.З.Панфилов. Взаимоотношение языка и мышления. М., 1971; К.Ф.Ро-
машкин. Логико-грамматическая характеристика сочинительных союзов (на матери-
але современного немецкого языка). Автореф. канд. дисс., М., 1972; Н.А.Тропова. К 
исследованию логических частиц. ВЯ, 1978, №5; А.В.Кривоносов. О некоторых аспектах 
соотношения языка и логики. ВЯ, 1979, №6 və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
161
etmişdir. Dilçilikdə qrammatik kateqoriyaların aydınlaşdı-
rılmasında məntiqin mühüm əhəmiyyəti olmuşdur. Hətta 
məntiqlə dilçiliyin konkret əlaqəsi əsasında dilçilikdə mən-
tiqizm cərəyanı əmələ gəlmişdir
1
.
Dilçilikdə məntiq elminin tətbiqi əhəmiyyəti indi 
də diqqət mərkəzindədir. Belə ki, dil nəzəriyyəsinin 
başlıca məsələləri məntiq elminin tələbləri əsasında 
müəyyənləşdirilir. Buna görə də filoloq məntiqi, özü 
də formal məntiqin kateqoriyalarını dərindən öyrən-
məli və bilməlidir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   84   85   86   87   88   89   90   91   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish