1. ÜMumi DİLÇİLİk I indd


I.  DİLÇİLİYİN İCTİMAİ ELMLƏRLƏ ƏLAQƏSİ



Download 10,63 Mb.
Pdf ko'rish
bet85/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   81   82   83   84   85   86   87   88   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

I. 
DİLÇİLİYİN İCTİMAİ ELMLƏRLƏ ƏLAQƏSİ
Dilçiliyin ictimai elmlərlə əlaqəsinin tarixi uzaq keç-
mişlə bağlıdır. Dil haqqında elm başqa ictimai elmlərin 
əhatəsində formalaşmışdır. Bu elm, təbii olaraq, bəzi təd-
qiqat üsullarını həmin elmlərdən əxz etmiş, ilk dövrlərdə 
onların köməyi ilə inkişaf yoluna qədəm qoymuşdur. Dün-
ya elmləri cərgəsində öz nailiyyətləri ilə nəzəri cəlb edən 
dilçilik indi də ictimai elmlərlə əlaqəli şəkildə öz inkişafını 
davam etdirir.
Hazırda dilçilik ictimai elmlərdən, əsasən, ədəbiyyat­
şünaslıq, mətnşünaslıq, fəlsəfə, məntiq, psixologiya, pedaqogika, 
tarix, sosiologiya və estetika ilə daha sıx əlaqədardır.
1. DİLÇİLİK VƏ ƏDƏBİYYATŞÜNASLIQ
Ədəbiyyatşünaslıq – ədəbiyyat haqqında elmdir. Bu 
elm üç şöbədən ibarətdir: ədəbiyyat nəzəriyyəsi, ədəbiy-
yat tarixi, ədəbi tənqid. Ədəbiyyat nəzəriyyəsi bədii ədə-
biyyatın ictimai mahiyyətini, onun özünə aid cəhətlərini, 
qanunauyğunluqlarını, bədii əsərlərin janr, dil və digər 
xüsusiyyətlərini öyrənir. Ədəbiyyat tarixi ədəbiyyatın inki-
şaf tarixini ardıcıl şəkildə tədqiq edir. Bu, ədəbi prosesləri 
izləyir, hər bir ədəbi hadisənin ümumi inkişaf dairəsində 
əhəmiyyətini müəyyənləşdirir.
Ədəbi tənqid isə bu və ya başqa ədəbi hadisəni ideya- 
bədii cəhətdən qiymətləndirir, hər hansı bir dövrün ədəbi 
pro sesinə istiqamət verir. Ədəbi tənqiddə təhlil olunan əsə-
rin digər cəhətləri ilə yanaşı, onun sənətkarlıq əlamətləri, 
di li, ifadə və təsvir vasitələri, obrazların danışıq xüsusiy-
yət ləri və s. aydınlaşdırılır.
Dilçilik ədəbiyyatşünaslığın hər üç şöbəsi ilə sıx əlaqə-
dədir. Dil haqqında elmin ədəbiyyatşünaslıqla daha yaxın 
və möhkəm əlaqəli olması ilk növbədə bu elmlərin qohum-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
153
luğu ilə bağlıdır. Məlumdur ki, ədəbiyyatşünaslığın obyekti 
olan söz sənəti – bədii ədəbiyyat dilsiz qeyri-mümkündür. 
Bununla bərabər bədii ədəbiyyat vaxtilə dildə baş verən və 
hazırda mövcud olan hadisələri mühafizə edən vasitədir. 
Buna görə də bədii ədəbiyyat dilçilik tədqiqatı üçün başlı-
ca mənbədir. Hər bir fakta aid misallar, nümunələr də ən 
çox ədəbiyyatdan götürülür. Məsələn, sintaksis şöbəsinə 
nəzər yetirək. Burada cümlənin növləri şərh olunarkən hər 
bir növə aid fərqli əlamətlər, xarakterik cəhətlər məhz bədii 
ədəbiyyatdan götürülən nümunələr üzərində təhlil olunur. 
Yaxud, onomalogiyanın bir sahəsi olan poetik onomastika 
bədii əsərlərdəki xüsusi adları öyrənir.
Dilçiliyin ədəbiyyatşünaslıqla əlaqəsi qarşılıqlı və 
çoxcəhətlidir. Dil haqqında elmin elə problemləri, zəruri 
məsələləri vardır ki, onları ədəbiyyatşünaslığın köməyi ol-
madan həll etmək imkan xaricindədir.
Dil haqqında elmin ədəbiyyatşünaslıqla əlaqəsi aşağı-
dakı sahələrdə daha bariz şəkildə özünü göstərir
1
.
Dil tarixinin tədqiqində. Dilin tarixi ədəbiyyatın tarixi 
ilə ayrılmaz şəkildə bağlıdır. Bu hər iki ictimai hadisənin 
inkişafı prosesində bir ümumilik, paralellik mövcuddur. 
Bunların arasındakı münasibət sadə analogiya olmayıb, 
qarşılıqlı təsir xarakterindədir.
Dil tarixinin, əsasən, ədəbi dil tarixi sahəsi ədəbiyyat 
tarixi ilə daha çox əlaqəlidir. Doğrudan da, “üslublar, ifa-
dələr, terminlər, ayrı-ayrı alimlərin, yazıçı və şairlərin dil 
və üslub xüsusiyyətləri, ümumiyyətlə, dil tarixini aydın-
laşdırmaqda çox mühüm və mötəbər mənbələrdəndir”
2
.
XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafı şərh olu-
narkən başqa bir sıra mənbələrlə yanaşı, M.P.Vaqifin ya-
1
В.И.Кодухов. Введение в языкознание. M., 1979, c. 10.
2
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, səh. 28.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
154
radıcılığına müraciət edilməsə, həmin dövrün dil tari-
xi məsələləri düzgün aydınlaşdırıla bilməz. Eləcə də 
M.F.Axun dovsuz XIX əsrin, C.Məmmədquluzadə və Sabir-
siz XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili məsələlə-
rini işıqlandırmaq qeyri-mümkündür. Deməli, müxtəlif 
dövrlərdə yaşayıb-yaratmış hər bir məşhur söz sənətka-
rının ədəbi-bədii fəaliyyəti dil tarixinin əsaslı öyrənilməsi 
üçün də çox əhəmiyyətlidir.
Üslubiyyat məsələlərinin həllində. Üslubiyyat filologiya-
nın ən mürəkkəb sahəsini təşkil edir. Bu məsələlərlə filoloji 
aspektdə həm dilçilik, həm də ədəbiyyatşünaslıq məşğul 
olur. Üslubiyyat məsələlərinin həllində hər iki filoloji elmin 
qarşılıqlı əlaqəsi çox konkret şəkildə özünü göstərir. Belə ki, 
dilçilik ədəbiyyatşünaslığın, ədəbiyyatşünaslıq da dilçiliyin 
nailiyyətlərindən, tədqiqat üsullarından geniş istifadə edir.
Bütün bunlarla belə, üslubi məsələlərlə bu elmlərin 
münasibətində fərqli cəhətlər də mövcuddur. Dilçilik-
də ünsiyyətin məqsəd və məqamından asılı olaraq dil va-
sitələrinin istifadəolunma xüsusiyyətlərindən bəhs olunur. 
Üslubiyyatla məşğul olan dilçi alim dilin fonetik, leksik və 
qrammatik üslubu imkanlarını təhlil edir
1
. Lakin ədəbiyyat-
şünaslıqdan fərqli olaraq, üslubiyyat məsələləri izah olu-
narkən ədəbi proseslərlə, bədii cərəyanlarla bağlı məsələlərə 
müraciət edilir. Üslub ədəbiyyatşünaslıqda yazıçının qələmi 
ilə dünyagörüşünün vəhdəti kimi təsəvvür olunur.
Üslubiyyat məsələlərinin həllinə həm dilçilik
2
, həm 
də ədəbiyyatşünaslıq mövqeyindən yanaşıldığı üçün iki 
formada üslubiyyat meydana gəlmişdir: a) linqvistik üslu­
biyyat; b) bədii üslubiyyat, yaxud ədəbiyyatşünaslıq üslubiyyatı.
1
Üslubiyyat – iki ünsürün birləşməsindən əmələ gəlmişdir. Ərəb dilinə məxsus olan “üslub” 
sözü düzmək, tərz mənasını bildirir. Beynəlxalq məzmun kəsb edən “stilistika” termini isə 
yunanca “qələm” mənasını bildirən “stil” sözündəndir.
2
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
155
Bədii ədəbiyyatın dil xüsusiyyətlərinin aydınlaşdı-
rılması ilə həm ədəbiyyatşünaslıq, həm də dilçilik elmi 
məşğul olur. Ədəbiyyatşünaslığın xüsusi şöbələrindən 
biri olan ədəbiyyat nəzəriyyəsində bədii əsərin dilinin 
nəzəri məsələləri şərh olunur. Burada dilçiliyə məxsus bir 
çox anlayışlar, o cümlədən dilin lüğət tərkibi, leksik sis-
tem, arxaizm, neologizm, vulqarizm, dialektizm, sinonim, 
çoxmənalılıq, məcazi məna, intonasiya və sair haqqında 
elmi məlumatlar verilir. Bu məlumatlar dilçiliyin əldə et-
diyi nailiyyətlərə əsaslanır.
Bədii əsərlərin dilinin öyrənilməsində dilçi ilə ədəbiyyat-
çının tədqiqat üsulunda müəyyən fərqlər olur. Dilçi bədii 
mətni linqvistik baxımdan tədqiq edir. Bu o deməkdir ki, 
dilçi bədii əsərin dilini təhlil edərkən yazıçının nitq fəaliy-
yətini, dildən istifadə bacarığını aydınlaşdırmağa çalışır. 
Lakin ədəbiyyatçı dili bədii formanın ünsürü kimi izah 
edir.
Bədii ədəbiyyatın dili istər dilçilik və istərsə də ədə-
biyyatşünaslıq baxımından təhlil olunarkən hər iki elmin 
nailiyyətlərindən qarşılıqlı şəkildə istifadə olunur, bunun 
da nəticəsində elmi əlaqə daha da möhkəmlənir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   81   82   83   84   85   86   87   88   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish