1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet87/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   83   84   85   86   87   88   89   90   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

3. DİLÇİLİK VƏ FƏLSƏFƏ
Fəlsəfə – təbiət və cəmiyyət hadisələrinin ümumi in-
kişaf qanunauyğunluqlarını öyrənən ən qədim elmdir. 
Fəlsəfə
1
öz-özlüyündə müəyyən dünyagörüşü yaradır, ət-
raf aləm haqqında insanlarda ümumi baxış əmələ gətirir, 
kainatda insanın yerini müəyyənləşdirir, materiya və şüu-
run hansının əvvəl olduğunu bizə aydınlaşdırır. Fəlsəfənin 
əsas məsələsi kimi məlum olan bu problem bütün elmlərin, 
o cümlədən dilçiliyin əsasını təşkil edir. Fəlsəfi dialektika-
nın qanunları bütün elmlərə, o cümlədən dilçiliyin düzgün 
inkişafına istiqamət verir.
Ta qədimdən başlayaraq fəlsəfi biliklərdə elmlərin ək-
səriyyətinin əlamətləri öz əksini tapmışdır. Buna görə də 
qədim yunan filosoflarının əsərlərində sırf fəlsəfi təlimlə 
yanaşı, müxtəlif xüsusi elmlərə, məsələn, dilçilik, ədəbiy-
1
Yunanca phileo – sevirəm, Sophia – hikmət, yəni ağla, hikmətə məhəbbət deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
158
yatşünaslıq, məntiq, tarix, psixologiya, pedaqogika, fizio-
logiya və s. aid nəzəri məlumatlara da rast gəlinir. Qədim 
yunan filosofu Aristotel bu cəhətdən dahi ensiklopedik bi-
liyə malik şəxsiyyət olmuşdur. Onun məşhur “Poetika” əsə-
rində müxtəlif dil hadisələri dialektik inkişaf qanunauyğun-
luqları əsasında şərh olunur
1
. Buradan məlum olur ki, lap 
qədim dövrdən dilçilik fəlsəfənin tərkib hissəsi olmuşdur.
Qədim yunan filosoflarından Platon, Demokrit öz əsərlə-
rinin bir qismini dilçiliyin fəlsəfi problemlərinə həsr etmişlər.
Orta əsrlər dövründə dilçiliyin fəlsəfi aspektdə tədqiqi 
daha geniş yayılmışdır. Bu dövrün görkəmli filosofları F.Be-
kon, C.Lokk fəlsəfi dilçilik sahəsində xüsusi təlim yaratmışlar
2
.
Əsrlər ötdükcə dilçilik fəlsəfənin tərkibindən ayrılaraq 
xüsusi elmə çevrilsə də, filosoflar dilə olan maraqlarını heç 
vaxt azaltmamışlar. XX əsrdə fəlsəfə ilə dilçilik arasındakı 
əlaqələrdə bir sıra mühüm problemlər diqqət mərkəzində 
durmuşdur. Burada fəlsəfi təfəkkürlə dil arasında çox yaxın 
əlaqələrin mövcudluğu əksəriyyət tərəfindən təsdiq edil-
mişdir. Bu əlaqələr içərisində dilçiliyin nəzəri əsasları, dilin 
ictimai şüurun bir forması kimi öyrənilməsi, dil qanunauy-
ğunluqlarının obyektivliyi və s. problemlərin tədqiqi fəlsəfə 
ilə dilçiliyi qırılmaz tellərlə bir-birinə bağlayır.
Göründüyü kimi, bəşər tarixində fəlsəfənin dilçiliklə, 
yaxud dilçiliyin fəlsəfə ilə əlaqəsi həmişə diqqət mərkəzin-
də olmuşdur. Bu elmlərin konkret əlaqəsinə dair bir çox 
əsərlərdə müəyyən məlumatlar vardır
3
.
1
Bax: Aristotel. Poetika. Bakı, 1974, səh. 92-98.
2
Pedaqogikanı da tətbiqi fəlsəfəyə aid etmişlər. Məsələn, P.Natop (1854–1924), F.Paulsen 
(1846–1908), Q.Kerşenşteyner (1854–1932) bu fikirdə olmuşlar. XX əsrin əvvəllərinə qədər 
bu fikir qaldı. İndi də bəzi xarici ölkələrin pedaqoji məktəblərində “pedaqogika” tərbiyənin 
fəlsəfəsi adlanır və bu adda fənn tədris olunur.
3
Bax: Энгельс и языкознание. M., 1972; М.В.Попович. Философский аспект проблемы 
значения и смысла. “Вопросы философии”, 1962, №12; В.З.Панфилов. Философские 
проблемы языкознания. M., 1977; A.M.Qurbanov, Onomalogiyanın fəlsəfi nəzəri əsasları. 
“Azərbaycan dilinin onomalogiyası”, Bakı, 1988, səh.33-38.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
159
Müasir dövrdə dilçiliyin bir sıra ümumi problemləri-
nin tədqiqi birbaşa fəlsəfənin müddəalarına əsaslanmalıdır. 
Bu problemlərdən dil və cəmiyyət, dilin mənşəyi, dil və 
ictimai-iqtisadi formasiyalar, dil, xalq, irq və s. problemlər 
indiki dövrdə hər iki elmin tədqiqat obyektinə çevrilmişdir.
Dilçiliyin müasir elmi-nəzəri zirvəyə çatmasında dil-
çiliklə fəlsəfi biliklərin vəhdəti çox mühüm rol oynamışdır.
Məlumdur ki, cəmiyyətin inkişaf prosesi fəlsəfənin 
əsas tədqiqat obyektlərindən biridir. İctimai hadisə olan 
dil də cəmiyyətlə bağlıdır. Buna görə də mütəfəkkir filosof 
cəmiyyətin bu və ya digər məsələlərindən bəhs edərkən 
başlıca ünsiyyət vasitəsi olan dilinə toxunmaya bilməzdi.
Dildə söz və əşyanın hansının birinci olması məsələsi 
də birbaşa materialist fəlsəfə nöqteyi-nəzərindən izah edil-
məlidir. İdealist dilçilər materialistlərin əşyanın birincili-
yi fikrinin əleyhinə olaraq sözün birinci yaranması fikrini 
irəli sürürlər. Deməli, bu məsələni obyektiv şəkildə şərh 
etmək üçün mütləq dialektik materializmə əsaslanmaq la-
zım gəlir.
Dilçilikdə dilin mahiyyəti, inkişafı, ictimai rolu və s. 
problemlər fəlsəfəyə əsaslanılmadan düzgün şərh edilə 
bilməz.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   83   84   85   86   87   88   89   90   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish