1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet82/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   78   79   80   81   82   83   84   85   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

İkinci amil. Bunu dilçilik elminin konkret inkişaf sə-
viyyəsi təşkil edir. Dilçilik elmi dilin tədqiqi sahəsində az iş 
görməmiş, onun bir çox məsələlərinin aydın və dərin elmi 
şərhini vermişdir. Bu elm son dərəcə inkişaf edərək öz sər-
hədini çox-çox genişləndirmişdir. Vaxtilə bu və ya digər elm 
sahəsində görülən dilçilik indi müasir elmin qabaqcıl elmlə-
ri cərgəsindədir. Hazırkı dövrdə elmlərin bir çoxu dilçiliyə 
müraciət nəticəsində lazımi müvəffəqiyyətə nail ola bilər.
Lakin bütün bunlarla yanaşı, deməliyik (dil haqqın-
da elmin inkişaf səviyyəsindən göründüyü kimi) ki, hələ 
dilçiliyin həll olunmamış zəruri məsələləri çoxdur. Buna 
görə də dilçiliyin işlənməmiş problemləri ilə əlaqədar yeni 
tələblər meydana çıxır və bunun da əsasında qarşıya ye-
ni-yeni vəzifələr qoyulur. Elmin yeni vəzifələri dedikdə, 
adətən, çox hallarda yeni tələblərdən doğan vəzifələr yox, 
həm də vaxtilə irəli sürülmüş, ancaq hələ həll edilməmiş 
vəzifələr də unudulmur. Müasir dilçiliyin vəzifələri müəy-
yənləşdirilərkən bu iki cəhət mütləq nəzərə alınır.
Dilçiliyin həm nəzəri, həm də tətbiqi əhəmiyyəti olan 
problemlərinə dair vəzifələri vardır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
146
Nəzəri sahəyə dair vəzifələr. Bu sahənin vəzifələrinin 
əsasını dilçiliyin nəzəri problemlərinin öyrənilməsi təşkil 
edir. Dil haqqında nəzəri elmin inkişafının indiki mərhələ-
sində bir çox mürəkkəb problemlər və zəruri vəzifələr öz 
həllini gözləyir. Bunlardan bir neçəsini xatırlatmaq yerinə 
düşər.
Müasir dilçiliyin qarşısında duran başlıca vəzifələr-
dən biri bu elmin tədqiqat metodlarını, üsul və prinsiplə-
rini təkmilləşdirməkdən ibarətdir. Məlumdur ki, hər bir 
elm öz xüsusi tədqiqat metodlarını təkmilləşdirmək yolu 
ilə inkişafını sürətləndirməyə nail olur. Dil hadisələrinin 
tədqiqinə bir sıra elmi metodlar tətbiq olunur. İndiyə kimi 
bunların mahiyyətini aça bilən əsərlər yaradılmamışdır. 
Bu metalinqvistik problemin həlli sahəsində dilçilikdə cid-
di işlər aparılmalı, hər bir metodun elmi səciyyəsi verilmə-
li, onun nə dərəcədə səmərəli olduğu aşkar olunmalı, eyni 
zamanda, yeni üsullar işlənib hazırlanmalıdır.
Hazırda kifayət qədər öyrənilməmiş məsələlər içəri-
sində dilin semantikası diqqəti daha çox cəlb edir. Dilçili-
yin bu sahədəki birinci dərəcəli vəzifəsi dilin həm leksik, 
həm də qrammatik sisteminə aid semantik cəhətləri tədqiq 
etmək və bununla da semasioloji nəzəriyyəni daha da zən-
ginləşdirməkdir. Son illərdə dünya dilçiliyində, o cümlə-
dən Azərbaycan elmində semantikanın tədqiqinə maraq 
artmış, bir sıra tədqiqat işi meydana gəlmişdir. Bu sahədə-
ki əsərləri ancaq ilk mərhələ hesab etmək olar. Ona görə də 
elmi tədqiqatın istiqamətini semantikanın öyrənilməsinə 
doğru yönəltmək və onu gücləndirmək əsas vəzifələrdən 
hesab edilir.
Müasir dövrdə dünya dillərindəki universallıq, 
ümumbəşəri dil, vahid yazı sistemi, bunun inkişaf etdiril-
məsi və sair onlarca belə problemlərin həlli müasir dilçilik 
elminin qarşısında mühüm vəzifə kimi durur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
147
İndiki dilçiliyin nailiyyətlərindən aydındır ki, dilçi-
liyin şöbələrinin bir çoxu elmi-nəzəri məlumatlarla zən-
gindir. Bu şöbələrin mövzuları elmi tədqiqata ətraflı cəlb 
edilmişdir. Lakin elə dilçilik şöbələri də vardır ki, onlara 
diqqəti artırmaq lazımdır. Belə şöbələrdən biri onomalogi­
yadır. Onomastikaya aid tədqiqatları daha da inkişaf etdir-
mək müasir dilçiliyin vacib vəzifələrindəndir. Toponim və 
hidronimlərin linqvistik baxımdan tədqiqi dilin və xalqın 
tarixinin bir sıra mühüm məsələlərinin aydınlaşdırılma-
sında olduqca əhəmiyyətlidir. Azərbaycan ərazisinə aid 
zəngin və rəngarəng toponimik material mövcuddur. Dili-
mizin leksik sistemində xüsusi mövqeyə malik olan topo-
nimik vahidlərin tədqiqi həm nəzəri, həm də praktik bir 
məqsəd daşımalıdır. Bunun üçün tədqiqatçı hər bir toponi-
min elmi-nəzəri tədqiqi ilə yanaşı, onun düzgün deyilişi və 
yazılışı ilə də maraqlanmalı, praktik əhəmiyyətli nəticələr 
əldə etməyə çalışmalıdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   78   79   80   81   82   83   84   85   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish