Obyekt — metod — məqsəd
Bunlardan elm üçün obyekt daha əsasdır. Elmdə obyekt
müştərəkliyi də ola bilər. Belə ki, müəyyən bir obyektin
müxtəlif sahələrini ayrı-ayrı elmlər öyrənir. Məsələn, yer
haqqındakı elmlərə (coğrafiya, geologiya) fikir verək. Bun-
lardan coğrafiya elmi yerin səthini, torpağın morfologiyasını,
flora, fauna və əhalisini öyrənir. Geologiya elmi isə yerin al-
tını, yer qatlarının quruluşunu və onun meydanagəlmə ta-
rixini izah edir. Deməli, hər bir elmin obyekti maddi aləmin
varlığını bütövlükdə və ya onun bir sahəsini təşkil edə bilir.
Dilçilik elminin obyekti dildir. Lakin dillə başqa elm-
lər də (fəlsəfə, məntiq, psixologiya, antropologiya, loqope-
diya, kibernetika, coğrafiya, ədəbiyyatşünaslıq, tarix, semi-
otika...) maraqlanır
1
.
Dilçilik isə öz obyektinin tədqiqi ilə hərtərəfli məşğul olur.
Dilçilik elminin mövcud olduğu bütün dövrlərdə dilin tə-
biət və mahiyyətinin necə başa düşülməsi və ayrı-ayrı dillərin
1
Bax: A.Qurbanov. Ümumi dilçilik. Bakı, 1977, səh. 9; Ф.М.Березин, Б.Н.Головин. Общее
языкознание. М., 1979, c. 30-31.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
138
elmi inkişafının istiqamətindən asılı olaraq dilçiliyin başqa elmlər
sistemində yeri müxtəlif şəkildə müəyyənləşdirilmişdir.
Əvvəla qeyd etməliyik ki, dilçiliyin müstəqil elm
olması haqqında uzun illər fikir eyniliyi olmamışdı. Bə-
ziləri dilçiliyi müstəqil elm hesab etməmişlər. Dilçiliyin
müstəqilliyinə şübhə ilə yanaşanlara indi də təsadüf edi-
lir. Onlar bu elmi riyaziyyatın bir sahəsi adlandırırlar. Belə
fikirlərlə heç cür razılaşmaq olmaz. Dilçilik bizim eradan
əvvəl başlamış, XIX əsrə kimi başqa bir sıra elmlər kimi (o
zaman pedaqogikaya tərbiyənin fəlsəfəsi, fizikaya natural
fəlsəfə deyilirdi) fəlsəfənin tərkibində olmuş və bu sahədə-
ki biliklər dilin fəlsəfəsi adlanmışdır.
XIX əsrdə dünya elminin sürətlə inkişafı ilə bağlı dilçi-
lik də elmin müstəqil sahəsinə çevrilmiş, onun obyekti ta-
mamilə müəyyənləşmiş, xüsusi tədqiqat metodları çoxal-
mış, dilin xüsusiyyətlərini açan onlarca elmi əsər meyda-
na çıxmışdır. Bütün bunların nəticəsində dilçilik elminin
müstəqilliyinə heç bir şübhə yeri qalmamışdır.
XIX əsrdən başlayaraq dilin mahiyyətinin necə başa dü-
şülməsi ilə bağlı dilçilik haqqında müxtəlif mülahizələr yürü-
dülmüşdür. Həmin əsrin məşhur dilçi alimlərindən Avqust
Şleyxer (1812-1868) dili orqanizm adlandırırdı. O deyirdi:
“Səs materialından əmələ gəlmiş dillər təbii orqanizmdir...”
Məlum olduğu üzrə, XIX əsrdə təbiətşünaslıq yüksək səviy-
yədə inkişaf etmişdir. Bu elm başqa sahələrdə olduğu kimi,
dilçiliyə də güclü təsir göstərmişdir. Əsrin böyük təbiətşü-
nası Ç.Darvinin təkamül nəzəriyyəsi başqa dilçi alimlərdən
daha çox A.Şleyxeri öz təsiri altına almışdı. A.Şleyxer “Darvin
nəzəriyyəsinin dil haqqında elmə tətbiqi” adlı əsərində yazırdı ki,
Darvinin heyvan və bitki növlərinə aid müəyyən etdiyi qa-
nunları dillərin orqanizminə də tətbiq etmək olar
1
.
1
А.Шлейхер. Теория Дарвина в применении к науке о языке. СПБ, 1864, c. 5.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
139
A.Şleyxer dili bioloji hadisə kimi – insan iradəsindən
asılı olmayaraq yaranan, inkişaf edən və ölən təbii orqa-
nizm kimi təsəvvür etdiyi üçün dilçiliyi təbiət elmi hesab
edirdi
1
. A.Şleyxerin dilçiliyi təbiət elmləri sırasına daxil et-
mək ideyası onun davamçıları tərəfindən möhkəm müda-
fiə olunmuşdur.
XIX əsrdə dilçiliyi təbiət elmi sayanlardan biri də
Oks
ford Universitetinin professoru Maks Müller (1823-1900)
olmuşdur. Naturalizmin nümayəndəsi olan bu alim dilçiliyin
yerini ancaq təbiət elmləri arasında axtarırdı.
XIX əsrin məşhur dilçilərindən Avstriya alimi Huqo
Şuxardt da (1842–1927) dilçiliyin hansı elm növünə aid oldu-
ğuna dair məsələ ilə maraqlanmışdır. Şuxardta görə, dilçili-
yi nə təbiət elmlərinə, nə də ictimai elmlərə aid etmək olar.
H.Şu xardt yazır ki, dilçilik ayrıca elm olaraq qalmalıdır.
Dilçiliyin hansı elm növünə aid olması problemi ilə
XIX əsrin axırlarında Polşa alimi Karl Appel də məşğul ol-
muşdur. O, dilçiliyin xarakterinə görə ictimai elm olduğunu
göstərmişdir. Dilçiliyin ictimai elm olduğu fikrinin alimlər
tərəfindən əsasən qəbul edilməsinə baxmayaraq, bu haqda
bir sıra tərəddüd edənlər də olmuşdur. Dilçiliyin qeyri-icti-
mai elm olması fikrinin tərəfdarları indi də az deyildir. “Bəzi
müasir xarici alimlərin fikrinə görə, dilçiliyin yeri dəqiq
elmlər (qeyri-ictimai elmlər – A.Q.) arasında olmalıdır
2
.
Göründüyü kimi, dilçiliyin elmlər sırasında mövqeyi
problemi uzun zaman müxtəlif şəkildə şərh edilmiş və ha-
zırda da dünya dilçiliyində fikir ayrılığı mövcuddur. Bü-
tün bunlara baxmayaraq, müasir elmin nailiyyətləri əsa-
sında deməliyik ki, dilçilik öz xarakterinə görə tamamilə
ictimai elmlərə məxsusdur. Bu elmin ictimai elmlərə aid
1
Общее языкознание. Формы существования, функции, история языка. Редактор член-
корреспондент АН СССР Б.А.Серебрянников. M., 1970, c. 417.
2
Е.Н.Шенделс. Связь языкознания с другими науками. M., 1962, c. 6.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
140
olduğunun əsaslarını onun ictimai hadisə olan (dil) obyek-
ti, özünəməxsus xüsusi elmi-tədqiqat metodları
1
və müəy-
yən məqsədə malik olması təşkil edir.
Do'stlaringiz bilan baham: |