1. ÜMumi DİLÇİLİk I indd


OPTİK ÜNSİYYƏT VASİTƏLƏRİ



Download 10,63 Mb.
Pdf ko'rish
bet190/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   186   187   188   189   190   191   192   193   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

2. OPTİK ÜNSİYYƏT VASİTƏLƏRİ
Görməklə dərk edilən ünsiyyət vasitələri optik ünsiy­
yət vasitələri adlanır. Belə vasitələr də növlərinə görə az de-
yil. Bunlardan bir neçəsinə nəzər yetirək.
Yazı ünsiyyəti. Yazı birinci dərəcəli optik ünsiyyət va-
sitəsidir. Şifahi danışıq üçün danışmaq və dinləmək vacib-
dirsə, yazı üçün yazmaq və oxumaq zəruridir. Yazı geniş 
anlayışdır. Buraya adi yazıdan başqa teleqraf əlifbası (mor-
ze), yol işarələri, not yazıları və s. daxildir. Yazı öz mənşə-
yinə görə başqa optik vasitələrlə bağlıdır. Yazı həqiqi mə-
nada öz təşəkkülünə şəkillərdən başlamışdır
1
.
Hazırkı dövrdə yazı da ən zəruri ünsiyyət vasitə-
sidir. Müasir insanların həyatı o dərəcədə yazı ilə bağ-
lıdır ki, mədəni adam onsuz bir gün belə ötüşə bilmir. 
Müasir adamın həyatını qəzetsiz, jurnalsız, kitabsız, 
ümumiyyətlə, yazısız təsəvvür etmək qeyri-mümkün-
dür. Müasir cəmiyyətdə yazının imkanları daha da ge-
nişlənir.
Yazı haqqında deyilənləri yekunlaşdıraraq belə nəti-
cəyə gəlmək olar ki, yazı insanların öz arzu və fikirlərini 
başqasına çatdırmaq üçün vacib vasitə olmasına baxmaya-
raq, müstəqil deyil, çünki yazı dil üzərində qurulur, ondan 
asılıdır, onsuz yaşaya bilməz.
1
Yazı və onun tiplərini ayrıca fəsildə şərh etdiyimiz üçün burada çox qısa məlumat verməklə 
kifayətlənirik.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
332
Jest ünsiyyəti. Əlin, qolun, ayağın, başın və eləcə də 
bədənin hərəkəti ilə fikrin ifadə edilməsi jest adlanır; üzün, 
gözün, alnın, burunun və dodaqların hərəkəti vasitəsilə fi-
kir ifadə etməyə isə mimika deyilir. Bu vasitə Azərbaycan 
dilçilik ədəbiyyatında əl-hərəkət dili termini ilə ifadə olunur.
Hər bir jest və ya mimikanın məzmunu qabaqcadan 
sözlə müəyyən edilir. Bu şərti müəyyənlik olmazsa, danı-
şanlar bir-birini düzgün anlaya bilməzlər. Bu barədə hələ 
uzaq keçmişdə bir çox təcrübələr aparılmışdır. Lakin nəti-
cələr göstərmişdir ki, şərtləşdirilməmiş jest və mimikalar 
danışıq üçün vasitə ola bilmir.
Aparılmış təcrübələrdən biri belədir: iki nəfər şəxs 
bir-biri ilə jestlərlə danışdırılmışdır; birinci şəxs bir barmaq 
göstərmiş, ikinci şəxs (onun bir gözü şikəst imiş) cavabın-
da 2 barmağını yuxarı qaldırmış, birinci şəxs 3 barmaq 
göstərmiş, ikinci şəxs isə yumruq göstərmişdir. “Danışıq” 
beləcə davam etdirilmişdir. Həmin müsahiblər bir-birini 
başa düşmüşlərmi? Məsələni aydınlaşdırmaq üçün onların 
hansı fikirləri ifadə etdiklərini və bir-birini necə anladıqla-
rını öyrənək. Birinci şəxs göstərdiyi bir barmaqla deyibmiş 
ki, “Allah birdir”. O, müsahibinin 2 barmaq göstərməsini 
belə başa düşübmüş ki, “Allah bir yox, ikidir”. Buna görə 
də onun özü 3 barmaq göstərməklə bildiribmiş ki, “bəlkə 
Allah iki yox, üçdür”. Müsahibinin yumruğunu isə belə 
anlayıbmış ki, guya o yenə də təkid və inadla “Allahın va-
hid olduğunu” deyir. Bəs ikinci şəxs öz müsahibini necə 
başa düşübmüş? İkinci şəxs birinci şəxsin barmaq göstər-
məsinin mənasını belə başa düşübmüş ki, o, “sənin gözün 
birdir” deyir. Ona görə də iki barmaq göstərib deyibmiş ki, 
“mənim bir gözüm sənin iki gözünə bərabərdir”. Müsahi-
binin 3 barmaq göstərməsinin mənasını belə dərk edibmiş 
ki, “zarafatdan əl çək, bizim ikimizin ancaq üç gözümüz 
vardır”. Yumruq göstərməklə deyibmiş ki, “sənin kimisinə 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
333
söz kar eləməz, səni, bax, bununla öyrətmək olar”. Görün-
düyü kimi, onların heç biri bir-birini anlamayıbmış. Səbəbi 
odur ki, jestlər əvvəlcədən müəyyənləşdirilməmiş və onla-
ra şərti məna verilməmişdir.
Hər bir jest və ya mimika ondan istifadə edən xalq 
tərəfindən şərti mənalandırılır. Elə buna görə də bütün 
dünya xalqlarının jest və mimikaları bütünlükdə bir-bi-
rinin eynini təşkil etmir. Məsələni aydın təsəvvür etmək 
üçün bir neçə jestin xarakterini və xüsusiyyətini nəzərdən 
keçirək.
Başı sinəyə əymək jesti bəzi xalqlarda razılıq bildirir, 
bir sıra başqa xalqlarda isə rədd anlayışını ifadə edir. “Çox 
yaxşı, çox qəşəng” anlayışını bildirmək üçün biz baş bar-
mağı yuxarı qaldırmaq jestindən istifadə edirik. Ruslar da 
bu fikir üçün həmin jesti işlədirlər. Lakin fransız bu anlayış 
üçün baş və şəhadət barmaqlarının uclarını birləşdirib do-
daqlara toxundurur və öpüş səsi çıxarır. Braziliyalı isə bu 
məqsəd üçün qulağın aşağı ucunu əli ilə tutur.
Ayrı-ayrı xalqlarda eyni jestin eyni anlayış bildirdiyi 
hallar da vardır. Məsələn, çiynini çəkmək jesti ilə azərbay-
canlılar “bilmirəm” fikrini ifadə edirlər. Rus, alman, ingi-
lis, fransız da bu jesti həmin mənada işlədir.
Dünya xalqlarının istifadə etdikləri jest və mimikalar, 
ilk dövrlərdən başlayaraq, xüsusi inkişaf yolu keçmişdir. 
Bunun nəticəsində sadə və mürəkkəb jestlər formalaşmışdır. 
Azər baycanlıların istifadə etdiyi jestlər sadədir; məsələn, ba-
şı silkələmək – etiraz; şəhadət barmağını qaldırmaq – təhlükəni 
bildirmək; ağız büzmək – razı qalmamaq; alın qırışdırmaq – 
düşünmək; şəhadət barmağını dodaqlara toxundurmaq – sakit 
olmaq, səs salmamaq; qaşları çatmaq – fikirləşmək, yada sal-
maq, xatırlamaq; qımışmaq – tərəddüd, istehza; gözlərini ge­
niş açmaq – təəccüblənmək; əlini üzünə tutmaq – utanmaq; üz 
turşutmaq – xoşu gəlməmək və s. fikrini bildirir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
334
Afrika, Amerika və Avstraliyanın bir sıra xalqlarında 
bu vasitələr daha çox inkişaf etmiş, qəliz, mürəkkəb forma-
lar meydana çıxmışdır.
Amerika hindiləri mürəkkəb jestlər sistemi yarada 
bilmişlər. Onlar bu vasitə ilə qəliz anlayışları ifadə edə 
bilirlər. Müşahidəçilərin qeydlərinə görə, onlar “ağac”, 
“yarpaq” və “açılmaq” anlayışlarına dair jest müəyyən et-
mişlər. Bu jestlərin birləşdirilməsi, kombinasiyası əsasında 
“bahar” anlayışını ifadə edə bilirlər.
Avstraliyanın yerli əhalisi arasında jestlərin daha 
müxtəlif və mürəkkəb sistemi formalaşmışdır. Avstrali-
yanın xüsusən aranta tayfasının jestlər sistemi bütün dün-
yada fərqlənir. Alimlər onlarda 500-dən artıq müxtəlif jest 
olduğunu göstərirlər. Aranta tayfasında jestlərlə geniş ha-
disələr nəql edilir, bununla bərabər, müxtəlif əşya, hadisə, 
rən garəng əlamət və keyfiyyətlər bildirilir. Aranta tayfası bu 
vasitədən çox geniş istifadə edir. Buna görə də bəzi təd qi-
qatçılarda belə bir təəssürat oyanmışdır ki, guya, onlar səs li 
dili bilmirlər, ondan heç zaman istifadə etməmişlər və i. Bu 
təəssüratların təsirinə düşən dilçilər dilin mənşəyinə dair 
qeyri-elmi və məntiqsiz nəzəriyyə söyləmişlər
1
.
Əslində, aranta tayfası lap ilk dövrdən səsli dildə da-
nışmış, indi də səs dilində danışırlar. Onlar jestlərdən di-
gər xalq və tayfalar kimi həmişə yox, müəyyən məqamda 
bu və ya digər məqsədlə əlaqədar istifadə edirlər. Jestlər 
sistemindən çox inkişaf etmiş tayfa və xalqlar, əsasən, aşa-
ğıdakı hallarda istifadə edirlər:

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   186   187   188   189   190   191   192   193   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish