1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet187/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   183   184   185   186   187   188   189   190   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Silbo ünsiyyəti. XIX əsrdə qəribə bir danışıq forma-
sı insanları təəccübləndirmişdir. Bu dil fit verməklə fikri 
ifadə etməkdən ibarət idi. Həmin qəribə dilin sirri uzun 
zaman açılmamış, gizli şəkildə qalmışdır. Məhz buna görə 
də səhv olaraq belə bir ideya meydana çıxmışdır ki, guya 
sözsüz də dil ola bilər. Şübhəsiz ki, belə məntiqsizlik dil 
faktları və hadisələrinə səthi yanaşmaq, ümumiyyətlə, dil 
haqqındakı elmin o dövrdə nisbətən zəif olmasının nəticə-
sində əmələ gəlmişdir.
Bəs həmin ideya necə meydana çıxmışdır? Hələ çox qə-
dimlərdə Homer adasının quançes adlanan ilk sakinləri müəy-
yən şərait və məqamda fikri ifadə etmək üçün fit çalmaq va-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
324
sitəsindən də istifadə etmişlər. 1402–1405-ci illərdə ispanlar 
Homer adasını zəbt etmiş və orada yaşamışlar. Bu zaman 
yerli xalqın – quançeslərin öz dilləri sıradan çıxmış, onlar 
ispan dilinin bir dialektində danışmağa başlamışlar. Həmin 
vaxtdan onların fit dilləri də ispan dialektinə əsaslanmışdır.
Tədqiqatçılar fitlə ünsiyyətin yerli şəraitdən irəli gə lə-
rək meydana çıxdığını söyləyirlər. Belə ki, Homer adası dağ-
lıq, dərəlik yerdir. Burada sıldırımlı zirvələrin, uçurumların 
sayı-hesabı yoxdur. Yollar son dərəcə pis haldadır. Kəndlər 
arasında gediş-gəliş təhlükəlidir. Kiçik bir gəzinti, deyilənə 
görə, böyük zəhmət və əziyyətə səbəb olur. Bu çətinliyin 
tələbi əsasında adanın sakinləri özlərindən bir qədər uzaq-
da olana təcili nəsə demək istəyəndə fit vasitəsilə müraciət 
edirlər. Deməli, fit dili məlumatı uzaq məsafəyə çatdırmaq 
vasitəsi olmuşdur. Homer adasının müasir sakinləri indi, 
keçmişdən fərqli olaraq, başqa ölkələrdən gələnlər arasın-
da bir-biri ilə gizli danışmaq və ya onları təəccübləndirmək 
üçün də fit dilindən istifadə edirlər.
Fit dili ispanca silbo adlanır. Silbo ilə danışanlara isə sil­
bodor deyilir. Silbo böyük güc və enerji tələb edir. Buna görə 
də hamı eyni dərəcədə fit verə bilmir, burada bəzi adamlar 
fərqlənir. Məharətlə fit verə bilənlər rekord silbodor, adi fitlə 
“danışmağı” bacaranlar isə orta silbodor hesab olunur. Orta 
silbodorun fiti 8, rekord silbodorun fiti isə 14 kilometrdən 
eşidilir
1
. Bundan əlavə, hər bir silbodorun fərdi üslubu var-
dır. Bunun əsasında onlardan biri digərindən fərqlənir. Hətta 
fitin sahibini də bilmək olur. Silbo əraziyə görə də fərqlənir. 
Belə ki, adanın müxtəlif sahələrində silbonun səsi xarakterinə 
görə seçilir. Bu, bir növ, ləhcə fərqini xatırladır.
Silbo səsi çox güclü və qulaqbatırıcı olur. Adətən, 
bunu alimlər parovoz fiti ilə müqayisə edirlər
2
. Elmi məlu-
1
Сильбо Гомеро. «Наука и жизнь», 1964, № 11.
2
Георгий Польской. Необыкновенный язык». «Boкруг света», 1957,№ 9.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
325
matlara görə, silboda səsin tonu həlledicidir. Bu danışıqda 
səsin tonu ağız boşluğu vasitəsilə variantlaşdırılır.
Silbo ünsiyyətinin xüsusi prinsipləri mövcuddur. Bu 
prinsiplər bir çox tədqiqatçıların nəzərini cəlb etmişdir. Fransız 
professor Andres Klass Homer adasında olmuş və silbonun 
xüsusiyyətlərini öyrənmişdir. O, silbonun bir çox xarakterik 
cəhətlərini izah edə bilmişdir. Bundan başqa, bir sıra alim-
lər silbo səslərini aydınlaşdırmağa çalışmış və buna müxtəlif 
cəhətdən yanaşmışlar. Bunlardan biri və ən maraqlısı silbo 
dilinə musiqilik baxımından yanaşılmasıdır. Bəzi tədqiqatçı-
lar silbonun musiqi ilə əlaqədar olduğunu söyləmişlər. Buna 
görə də silbo səsinin tonuna müvafiq musiqi yazmışlar. Lakin 
bu musiqini heç bir silbodor ünsiyyət vasitəsi kimi başa düş-
məmişdir. Bununla da aydın olmuşdur ki, silbonun musiqi ilə 
əlaqəsi yoxdur. Silbo tədqiqatçılarının bəziləri isə silboda səsin 
tonunun adi dilin sait səslərinə uyğun gəldiyini bildirmiş və 
bunları “ifadənin fonetik skeleti” adlandırmışlar.
Silbonun texnikası da maraqlıdır. O öz texnikasına 
görə adi fitvermədən çox-çox mürəkkəbdir. Belə ki, bu cür 
fit verilərkən, əsasən, barmaqların köməyindən istifadə 
olunur. Bu, silbonun tələbindən irəli gəlir. Tədqiqatçılar 
fitçalmanın 6 üsulunu müəyyən etmişlər. Bunlardan beşi 
barmaqların köməyi ilə, biri isə barmaqdan istifadə etmə-
dən danışmaq üsuludur. Barmaqların köməyi ilə fitvermə 
üsulunun dördündə ancaq bir barmaqdan (baş, şəhadət və 
kiçik barmaqdan), birində isə iki barmaqdan istifadə olu-
nur. Sonuncu üsulda hər iki əlin üçüncü barmaqları ağız 
boşluğuna keçirilir və dilin ucu ilə birləşdirilir. Nəhayət, 
qüvvətli hava axını ilə güclü fit yaradılır.
Barmaqların köməyi olmadan fit çalınanda dilin ucu 
sərt damağa toxunur və yenə də maksimum qüvvə ilə fit 
yaradılır. Bu, ən çətin üsuldur. Ona görə də bu üsuldan 
daha çox təcrübəli silbodorlar istifadə edirlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
326
Elmi ədəbiyyatda uzun illər silbonun ancaq Homer 
adasında və ümumiyyətlə, dünyada yeganə olduğu fikri 
hökm sürməkdə idi. Lakin son zamanlar elm aləminə ay-
dın olmuşdur ki, Homer silbosu heç də vahid möcüzə deyil. 
Belə bir dilə Hindistanın şimalında da təsadüf edilmişdir.
Fitlə fikri ifadə etməyə müxtəlif yerlərdə rast gəlmək 
olur. Bundan müxtəlif ixtisas sahibləri şərti məna əsasında 
istifadə edirlər.
Şübhə etmək olmaz ki, bütün bunlar dil deyil, müəy-
yən şərti siqnallardır.
Bəzi ölkələrdə fit ünsiyyətinin əksini təşkil edən pı-

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   183   184   185   186   187   188   189   190   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish