Dilin ictimai hadisələr arasında mövqeyi
Bizə məlum olduğu kimi, müxtəlif ictimai hadisələr
bazislərə
3
və üstqurumlara aid olub, onların əsasında
müəyyənləşir. Bazis cəmiyyətin inkişafının müxtəlif dövr-
lərdə iqtisadi quruluşudur. Üstqurum isə onun siyasi və
digər görüşləridir. Hər bir bazisin özünəməxsus üstqu-
rumu vardır. Bu üstqurum bir sıra ictimai hadisələrdən
ibarət olur. İctimai hadisələr cərgəsinə cəmiyyətin həm si-
yasi baxışları, həm də hüquqi, fəlsəfi görüşləri... daxildir.
Bununla bərabər, “cəmiyyətin estetik tələblərini ödəyən
incəsənət və həmçinin ədəbiyyat da buraya aiddir”.
1
Yenə orada.
2
Б.Косивский. «Общее языкознание». Минск, 1969, c. 33-34.
3
“Bazis” (basis) mənşəcə yunan sözüdür, “əsas, bünövrə, özül” mənasını ifadə edir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
321
Bəs dil bunlardan, yəni bazis və üstqurumdan hansına
daxildir? Alimlərin dedikləri kimi, indiyədək dili heç kəs
bazisə aid etməmişdir. Lakin bəzi alimlər dili üstqurum
hadisəsi kimi xarakterizə etmişlər. Onlar ictimai hadisələ-
rin incə fərqinə varmadan, səciyyəvi xüsusiyyətlərinə daha
diqqətlə nəzər yetirmədən bütün ictimai hadisələri ancaq
iki növə – bazis və üstquruma görə təsnif etmişlər. Dili də
ikinci qrup hadisələrə oxşadıb onların cərgəsində göstər-
mişlər. Dili üstqurum hesab edən dilçi və ya filosoflar belə
bir nəticəyə gəlmişlər ki, guya bazis və üstquruma məxsus
olmayan ictimai hadisə yoxdur və buna görə də dil mütləq
bunlardan birinə aid edilməlidir. Bu müddəa elmi cəhət-
dən doğru deyil. Elə buna görə də dil haqqında bir sıra
qeyri-məntiqi baxışlar meydana çıxmışdır.
Elm sübut etmişdir ki, dil nə bazisdir, nə də üstqurum-
dur. Çünki dil spesifik ictimai hadisədir. İctimai hadisələr
sırasında o, xüsusi mövqeyə malikdir. Bu onun başqa icti-
mai hadisələrdən əlamətdar cəhətlərinə görə fərqlənməsi
ilə müəyyən edilir. Bir cəhəti xatırlayaq. Məlumdur ki, dil
ictimai sahədəki hər bir dəyişikliyi özündə əks etdirməyə
qabildir. Bu xüsusiyyət onu başqa ictimai hadisələrdən
əsaslı surətdə fərqləndirir. Lakin ədəbi dildə üstqurum-
luq əlaməti də vardır. Ədəbi dil, məlumdur ki, süni olaraq
müəyyən normalara tabe edilir, dövrün tələblərinə uyğun
gəlməyən söz və ifadələr ondan uzaqlaşdırılır. Bu xüsu-
siyyət, adətən, ədəbi dildə üstqurumluq əlaməti kimi izah
edilir. Lakin bu əməliyyatı xalqın danışıq dilində həyata
keçirmək mümkün deyildir. Ona görə də dili üstqurum
hesab etmək elmi cəhətdən yanlışdır.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
322
Do'stlaringiz bilan baham: |