Vahid uşaq dili nəzəriyyəsi
“Vahid uşaq dili” nəzəriyyəsinin mahiyyəti nədən
ibarətdir? Bu nəzəriyyəyə görə, Yer kürəsindəki xalqla-
rın hamısının uşaqları ümumi bir dilə malikdir. Guya hər
bir uşaq müəyyən vaxt həmin ümumi dildə danışır, son-
ra mənsub olduğu xalqın dilinin təsirinə düşür. Bu fikirlə
heç cür razılaşmaq olmaz. Hər şeydən əvvəl ona görə ki,
belə bir dil – bütün xalqlar üçün vahid uşaq dili yoxdur.
Hər bir xalqın uşaqları danışmağa başlarkən ancaq asan
deyilə bilən səs birləşmələrini tələffüz edirlər. Məsələn,
Azərbaycan körpələri bəbə (uşaq), oppa “gəzmək” və s. de-
yirlər. Müşahidələr göstərir ki, bütün xalqların uşaqları bu
və ya başqa anlayış üçün eyni səs birləşməsini ifadə etmir-
lər. Məsələn, azərbaycanlı uşağı bəbə dediyi halda, həmin
anlayış üçün rus uşağı lya-lya deyir. Bununla belə, müxtə-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
314
lif dillərdə uşaqların işlətdikləri sözlər fonetik tərkibcə də
bir-birinə uyğun gəlmir. Məsələn, azərbaycanlı uşaqları-
nın dilində işlədilən bəbə sözünün mənası ingilis dilində
beybi (baby) sözü ilə ifadə edilir.
Dil və irq
Məlumdur ki, yer üzərində yaşayan milyonlarla insa-
nın zahiri əlamətləri bir-birinin eyni deyildir. Belə ki, bəzilə-
rinin dərisi ağ, bəzilərininki qara, bəzilərininki isə sarı və ya
nisbətən tünd rənglidir. Yaxud ayrı-ayrı insan qruplarında
başın, gözün, burunun və s. quruluşunda, dişlərin düzü-
lüşündə, baş tüklərinin diametrində və s. müəyyən fərqlər
nəzərə çarpır. Bu fərqlər insanların tarixi inkişafı nəticəsində
əmələ gəlmişdir. İnsan tarixi minilliklərlə bağlıdır. Hələ qə-
dim dövrlərdə həyat çox sərt olmuşdur. Qida axtarmaq, öz
şəraitlərini yaxşılaşdırmaq üçün insanlar bir yerdən başqa
yerə köçmüşlər. Bu zaman fiziki cəhətdən zəif olanlar hə-
yatın çətinliklərinə, o cümlədən günəşin yandırıcı şüalarına,
güclü küləklərə, leysan yağışlara, aclığa, susuzluğa tab gə-
tirməyib məhv olmuşlar. Qüvvətli olanlar isə bunlara döz-
müş, özləri üçün şərait yaratmağa çalışmışlar. Əmək prose-
sində insanlar isti və soyuğa uyğunlaşır, bərkiyir və möh-
kəmlənirdi. Şəraitlə əlaqədar olaraq insanlar arasında fərqli
zahiri əlamətlər meydana çıxmışdır. Məhz həmin əlamətlər
sonralar insanların irqi təsnifi üçün əsas olmuşdur.
Antropoloq və bioloqların müəyyən etdiklərinə görə,
başlıca irqi əlamətlər bunlardır: dərinin və saçın rəngi, sa-
çın forması, üzün və bədənin tüklə örtülməsi, gözün da-
ralması, başın, sifətin, burunun, boyun uzunluğu
1
və s.
bu əlamətlərdən əlavə nisbətən az səciyyəvi olan cəhətlər
də vardır.
1
М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 381.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
315
İrq insanların bioloji qruplaşdırılmasıdır. Buna görə
də irqi təsnif çox mürəkkəb və çətindir. Bu, insanlar ara-
sında qəti sərhəd qoya bilmir. Belə ki, bu və ya başqa irqin
nümayəndəsinə aid edilən əlamət bəzən digərinə də məx-
sus olur. Deməli, irqi bölgü ancaq şərtidir.
Köhnə bölgüyə görə, müasir insanlar 3 böyük irqə bö-
lünürlər
1
. Yeni bölgüyə görə isə insan cəmiyyətində dörd
irq müəyyənləşdirilir. Bunlar aşağıdakılardır:
Do'stlaringiz bilan baham: |