2. İCTİMAİ HADİSƏ KİMİ DİLİN MAHİYYƏTİ
İnsanı əhatə edən varlıq və mühit rəngarəng ha-
disələrlə zəngindir. Lakin bu hadisələr nə qədər çox və
müxtəlif olsa da, onları bəzi cəhətlər qruplaşdırmağa im-
kan verir. Bunlardan biri təbiət hadisələridir. Küləyin əs-
məsini, yağışın yağmasını, zəlzələ baş verməsini, daşqın
olmasını və s. təbiət hadisələrini misal göstərmək olar.
Dil bu qrup və buna bənzər digər hadisələrdən olmayıb,
yalnız və bilavasitə insanın özünə məxsus ictimai ha-
disələrdəndir. Lakin dilin ictimai hadisə olması haqqın-
dakı vahid ümumməqbul fikir heç də birdən-birə forma-
laşmamışdır. Bu barədə bir çox baxışlar meydana çıxmış,
nəzəri dilçiliyə dair ədəbiyyatda dil bioloji, psixoloji və ya
başqa hadisə adlandırılmışdır.
1
А.А.Леонтьев. «Возникновение и первоначальное развитие языка». M., 1963, c. 6.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
309
Nə üçün dil bioloji hadisə deyil? Dilin ictimai zərurət əsa-
sında yarandığını hələ antik dövrün filosofları söyləmişlər.
XIX əsrin əvvəllərində isə bu nəzəri müddəa xüsusi vüsət
almışdır. Məşhur alman alimi Vilhelm Humboldt dilin tələ-
bat əsasında meydana çıxdığını əsaslı sübut etməyə çalış-
mışdır. Bunlarla bərabər, XIX əsrin ortalarında təbiətşünas-
lığın inkişafı və təsiri nəticəsində dilçilikdə bioloji ideya da
meydana çıxmışdır. Həmin ideyanın baniləri və tərəfdar-
ları səhvən dilin bioloji təbiətli olduğunu göstərməyə cəhd
etmişlər. Bu müddəanın yanlışlığını sübut etmək üçün, hər
şeydən əvvəl, dilin irs, irq və canlı orqanizmlə əlaqəsinin
olub-olmamasını aydınlaşdırmaq lazımdır.
Dil və irs
Məlumdur ki, insanlarda bir çox cəhətlər irsi səciyyə
daşıyır. Lakin ictimai zərurət nəticəsində meydana çıxan dil
irsi ola bilməz. Dili irsi məsələlərlə qarışdıranların fikrinə
görə, guya görmək, yemək və s. kimi, dil də təbiətən irsidir.
Buna görə kiçik uşaq heç bir şərait və mühitdən asılı olma-
yaraq, bioloji qanunlar əsasında inkişaf etdiyi, böyüdüyü
və yeridiyi kimi də danışır. Bu ideyanı müdafiə etmək üçün
dilə bioloji münasibət bəsləyənlər hətta bütün xalqların “va-
hid uşaq dili” olduğunu da iddia etmişlər
1
. Şübhəsiz ki, bu
ideyaların hər ikisi səhvdir, qeyri-məntiqidir.
Əvvəla deməliyik ki, dili anadangəlmə hesab edənlər
məsələnin mahiyyətini düzgün anlaya bilməmişlər. Hər
şeydən əvvəl, dilin cəmiyyətdə öyrənildiyini unutmuşlar.
Məlumdur ki, hər bir uşaq dili cəmiyyətdə mənimsəyir.
Buna görə də əgər dil açmamış körpə uşaq insan cəmiyyə-
tindən kənarda qalsa, o, qaçmağı, tullanmağı, gizlənməyi
və hətta bəzi heyvanlar kimi səs çıxarmağı bacaracaq, lakin
1
A.A.Реформатский. «Введение в языкознание». M., 1955.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
310
ona dil öyrədən olmadığı üçün danışmayacaqdır. Bunu
heyvanlar arasına düşmüş uşaqların həyatı aydın sübut
edir
1
. İndiyə kimi 40-a qədər belə hadisə olmuşdur. Bun-
lardan biri Hindistanda canavarlar arasında yaşamış iki
qız haqqındakı məlumatı xatırlayaq.
Do'stlaringiz bilan baham: |