1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet174/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   170   171   172   173   174   175   176   177   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Təbiətin dili. Təbiətin dili varmı? Təbiət hadisələrlə ol-
duqca zəngindir. Bu hadisələr müşahidə edildikdə, izlənil-
dikdə burada bəzi cəhətlər diqqəti cəlb edir. Məsələn, ya-
ğışdan əvvəl təbiətdə baş verən hadisələrə nəzər yetirdikdə 
aydın olur ki, qara buludlar bir yerə toplaşır, külək qalxır 
və nəhayət, yağış yağır. Deməli, yağışdan əvvəlki hadisələr 
yağışın yağacağına işarədir. Lakin aydın məsələdir ki, bu 
vəziyyət heç də yağışın yağmasına dair insanları xəbərdar 
etmək “məqsədini güdmür”. İnsanlar, sadəcə olaraq, təbiət 
hadisələrindəki müəyyən qanunauyğunluqlara əsaslanaraq, 
vaxtilə həmin hadisələrin “danışdığına” inanmışlar. Hətta 
bu inam o dərəcədə möhkəm olmuşdur ki, onlar hadisələrlə 
bərabər, cansız əşyaların da “danışdığını” güman etmişlər; 
guya, məsələn, ağaclar, bitkilər, çaylar, dənizlər, dərələr, dağ-
lar... insan kimi dilə gəlib bir-biri ilə və eləcə də insanlarla ün-
siyyətdə olmuşdur. Təbiətin “dilinə” dair fikirlər ən çox nağıl 
və əfsanələrdə özünə yer tapmış, əsrlərdən-əsrlərə, nəsillər-
dən-nəsillərə keçərək bizə qədər gəlib çatmışdır. Azərbaycan 
xalq nağıllarında da təbiət hadisə və əşyalarının “danışdırıl-
ması” hallarına təsadüf olunur. “Tapdıq” adlı xalq nağılından 
Günəşlə Tufanın “danışığına” diqqət edək:
“Gün xanım dedi:
– Ey Tufan, gərək and içəsən ki, Qəmər xanımı mənsiz 
azad etməyəcəksən.
Tufan dedi:
– Xanım, elə gözəli həmişə tilsimdə saxlamaq insaf-
sızlıqdır”.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
300
Bu cür fikirlərə bütün dünya xalqlarının əfsanə və na-
ğıllarında külli miqdarda təsadüf olunur. Təbiətin cansız 
varlıqlarının danışması klassik ədəbiyyatda da vardır. Bö-
yük Füzulinin “Söhbətül-əsmar” (“Meyvələrin söhbəti”) 
adlı əsərində meyvələr belə danışdırılır:
Xəllaqi-cahani-zülmətü nur
Püstə mənim adımı qoyubdur.
Qönçə kimi ağzım açmışam mən,
Hər talibə danə saçmışam mən.
Bir yandan eşitdi Xoxü Fıstıq,
Həm Süncüdü Şahpaludü Fındıq,
İnnab ilə Tut, Alubalu,
İncirü Zoğalü Cövz, Limu,
Hər biri bir afəti-zəmanə,
Hər biri söylərdi bir fəsanə;
Şaftalu deyərdi: – Padişahəm,
Fıstıq ki: – Əncüm içrə mahəm.
Həm cövz deyərdi: – Xosrovam mən.
Fındıq deyərdi: – Sərvərəm mən.
Limu ki: – Mənəm bu bağə mahmud.
– Şahəm ki, deyərdi Şahpalud.
Göründüyü kimi, burada meyvələr obrazlaşdırılmış 
bədii vasitələrdir, söz sənətkarlarının istifadə etdikləri 
üsullardan biridir. Dil haqqındakı müasir biliklər elmi bü-
növrə üzərində inkişaf etdiyi üçün, onlar qədim insanların 
ibtidai təsəvvürlərinin əksinə olaraq, cansız varlıqların da-
nışmasını məcazi mənada başa düşürlər.
İndi elm “təbiətin danışması” fikirlərinə son qoyaraq 
müəyyən etmişdir ki, danışan ancaq canlı varlıqdır. Bu-
rada, əlbəttə, belə sual qarşıya çıxır: canlıların hansı növü 
danışmaq imkanına malikdir? Bu haqda elm aləmində 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
301
müxtəlif fikirlər, baxışlar, nəzəriyyələr mövcuddur. Bun-
larda bir-birindən fərqlənən iki fikir vardır. Birincisi bütün 
canlıların danışması, ikincisi isə insanlarla bərabər, bəzi 
canlıların, o cümlədən quşların və heyvanların danışa bil-
məsi fikirləridir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   170   171   172   173   174   175   176   177   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish