1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet198/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   194   195   196   197   198   199   200   201   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

4. DİLİN XARAKTERİ
Dilin xarakterini müəyyən edən bir çox əlamətdar 
cəhətlər vardır. Əvvəla onu deməliyik ki, dil xüsusi xarak-
terə malik ictimai hadisədir. Onun başqa ictimai hadisələr-
lə ümumi və fərqli cəhətləri mövcuddur. Başqa ictimai 
hadisələr kimi, dil də ancaq cəmiyyətlə bağlıdır. Bu, onun 
ümumi cəhətidir. Lakin dil başqa ictimai hadisələrdən ya-
ranma səbəbinə, vəzifəsinə, inkişaf qanunauyğunluqlarına 
və zənginləşmə yollarına görə xüsusi olaraq fərqlənir. Bu 
əlamətdar fərqlər üstqurumun əsas xüsusiyyətləri ilə qar-
şılaşdırıldıqda, müqayisə edildikdə dilin necə xarakterə 
malik olduğu aydın müəyyənləşir.
Dil və üstqurum
Dillə üstqurum hadisələrini bir-birindən ayıran bir 
çox fərqlər vardır. Bunların ən başlıcalarından bir neçəsinə 
nəzər yetirək.
Birincisi, üstqurum müəyyən bazisin məhsulu olur. 
Lakin dil bir bazisin yetirməsi deyil. O, minilliklər, onlarca 
əsrlər ərzində təşəkkül tapır və formalaşır. Ümumiyyətlə, 
dilin tarixi
1
cəmiyyətin tarixi ilə, konkret dillərin yaran-
ması isə əsrlərlə müəyyənləşə bilir. Məsələn, insanın da-
nışmağa necə başladığını bilmək üçün insanın yaranma 
tarixinə elmi səyahət etmək lazım gəlir; konkret dillərin, 
o cümlədən Azərbaycan dilinin təşəkkülünü öyrənmək 
üçün lap uzaq keçmişi, çox-çox qədim minillikləri axtar-
maq tələb olunmur.
İkincisi, üstqurum bazisdən asılıdır, buna görə də cə-
miyyət bir bazisdən digərinə keçəndə onun üstqurum ha-
disələri də dəyişir və ya ləğv olur. Lakin dil bu cəhətdən 
tam fərqlidir. Belə ki, bazisin dəyişməsi ilə dil sıradan çıx-
1
Bu haqda “Dilin mənşəyi” bəhsində geniş danışılır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
344
mır. Demək, mövcud dil məhv olub, yeni dil əmələ gəlmir. 
Bu fikrin həqiqiliyinə inanmaq üçün keçmiş əsrlərdə ya-
zılmış bədii parçalardan birini nəzərdən keçirmək kifayət 
edər.
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahib-camalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.
XVIII əsrdə başqa ictimai quruluşa malik olan Azər-
baycanda yazılmış bu əsərdən aydın olur ki, Azərbaycan 
dili ictimai formasiya ilə əlaqədar dəyişməmişdir. Həmin 
şeirin dili bugünkü dilimizdir.
Bazis dəyişdiyi zaman dil düz xətlə öz fəaliyyətini da-
vam etdirir. Bu prosesdə köhnə quruluşa aid sözlər pas-
siv fonda keçir, yeni quruluşla əlaqədar anlayışları ifadə 
etmək üçün təzə sözlər meydana çıxır. Bunların əsasında 
isə dilin lüğət tərkibində müəyyən dəyişikliklər baş verir.
Üçüncüsü, üstqurum nisbətən qısa, dil isə uzun tarixə 
malikdir. Elə bir üstqurum hadisəsi göstərmək olmaz ki, 
onun tarixi dilin tarixi qədər qədim ola bilsin. Üstqurum 
hadisələrinin tarixi bazisin (və ya bir neçə bazisin) tarixinə 
bərabər olur. Lakin dil aid olduğu xalqla təşəkkül tapa-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
345
raq onun qədər yaşayır. Məhz buna görədir ki, dilin tarixi 
xalqın tarixi qədər qədimdir və onunla ayrılmaz şəkildə 
bağlıdır. Eyni zamanda, dilin taleyi onun yaradıcısı olan 
xalqın taleyindən asılıdır.
Dördüncüsü, üstqurum sinifli cəmiyyətdə ancaq bir 
sinfə, dil isə bütün siniflərə xidmət edir. Bu barədə aşağıda 
geniş bəhs ediləcəkdir.
Üstqurum hadisələrinin dilə təsiri. Üstqurum dilə xüsusi 
təsir edir. Bu təsirin dərəcəsi və məqsədi üstqurumun xa-
rakteri ilə əlaqədardır. Belə ki, bəzi üstqurumlar mütərəqqi 
mövqedən dilin inkişafına güclü təsir göstərə bilir. Üstqu-
rum hadisələrinin dilə təsirindən bəhs olunanda yazılı ədə-
biyyatın rolunu unutmaq olmaz
1
. Görkəmli şair və yazıçı-
ların bu sahədə xüsusi xidmətləri olur. Məsələn, XIX əsrdə 
Azərbaycan ədəbi dilinin inkişafında M.F.Axundovun, rus 
ədəbi dilinin formalaşmasında A.S.Puşkinin böyük təsiri 
olmuşdur.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   194   195   196   197   198   199   200   201   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish