“TƏSDİQ EDİRƏM”
Kafedra müdiri:
“____”______________2022-ci il
MÖVZU-1. Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu,vəzifələri və Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili. Mülki Müdafiə biliklərinin təbliği
.
Keçirmə vaxtı : 2 saat
Keçirmə üsulu : Mühazirə
Keçirmə yeri : auditoriya
Dərsin məqsədi: 1. Tələbələrə “Mülki müdafiə” fənninin tədrisini izah etmək, Mülki müda-
fiə üzrə rəhbər sənədlərlə və onların tələbləri ilə tanış etmək.
2. Dinc və müharibə dövründə yaranan fövqəladə halların təsnifatı,
yaranma səbəbləri və anlayışı barədə tələbələri məlumatlandırmaq.
Dərsin sualları: 1. Mülki müdafiənin yaranma tarixi və anlayışı
2. Mülki müdafiənin rolu və vəzifələri.
3. Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahə-
sində əhalinin hazırlığının təşkili.
4. İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin hazırlanması.
5. İşçilərə və işləməyən əhaliyə Mülki Müdafiə biliklərinin öyrədilməsi və
əbliği.
Ədəbiyyat : - Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu;
- “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarı;
- H.Ocaqov - Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliy;
I .Giriş hissə - 5 dəq.
Tələbələrin dərsə hazırlığını yoxlayıram.
Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram.
II. Əsas hissə - 70 dəq.
1931-ci ilin may ayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı Corc Sant-Pol “Cenevrə regionu” Assosiasiyasını yaratmışdır.
Bu təşkilatın əsasını qoyanların məqsədi ondan ibarət idi ki, bütün ölkələrdə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.
1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüş və generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmişdir. Onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.
Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. Əgər “Cenevrə regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital yaradılması təsdiq edildi və əlavə olundu ki, xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.
1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Assosiasiyası potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olundu. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.
Do'stlaringiz bilan baham: |