1. ÜMumi DİLÇİLİk I indd


ORTA ƏSRLƏRDƏ DİLÇİLİYİN İNKİŞAFI



Download 10,63 Mb.
Pdf ko'rish
bet24/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   20   21   22   23   24   25   26   27   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

2.04. ORTA ƏSRLƏRDƏ DİLÇİLİYİN İNKİŞAFI
Dilçiliyin inkişafı tarixindən bəhs edərkən orta əsr-
lər dedikdə, adətən, V əsrdən təxminən XVI əsrə qədərki 
dövr nəzərdə tutulur. Bu əsrlər ərzində dünyanın müxtəlif 
ölkələrində dil məsələlərinin öyrənilməsi ilə bağlı əhəmiy-
yətli dərəcədə işlər görülmüşdür. Orta əsrlərin dilə dair 
fikir və mülahizələrini Qərb və Şərq qütblərinə görə ümu-
miləşdirib təsvir etdikdə aşağıdakı elmi mənzərə alınır.
Şərq dilçiliyi
Feodalizmin ilk dövrlərində, konkret demiş olsaq, 
V–XV əsrlərdə Şərq xalqları (Qərb xalqlarına nisbətən) ol-
duqca böyük maddi və mədəni nailiyyətlər əldə etmişlər. 
Şərq xalqları orta əsrlərdə bir sıra elm xadimləri, o cüm-
lədən filosof, tarixçi, riyaziyyatçı, coğrafiyaçı, botanik, 
astro nom, ədəbiyyatçı və dilçi yetişdirmişlər ki, bunlar da 
dün ya elminin inkişafında xüsusi rol oynamışlar.
Orta əsrlərdə digər elmlərlə yanaşı, dil haqqında elm 
də müəyyən inkişaf yolu keçmişdir. V əsrdən başlayaraq 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
49
Hindistanda, Çində və başqa Şərq ölkələrində dilçiliyə 
dair bir çox əsərlər yaranmışdı.
Orta əsrlərdə dilçilik elmi diqqətəlayiq səviyyədə, əsasən 
müsəlman feodal dövləti olan ərəb xilafətində inkişaf etmiş-
dir. VII əsrin ortalarında ərəb aristokratiyası islam bayrağı al-
tında çoxlu hərbçi toplamış, Suriya, Misir, İran, Azərbaycan, 
Gürcüstan, Orta Asiya və başqa ölkələri istila etmişdi. Ərəb 
hakimiyyəti və onun xilafəti 600 ilə qədər hökm sürmüşdür.
Ərəb xilafəti dövründə elm və mədəniyyət sürətlə inki-
şaf etmişdir. Bütün dünyada ilk dəfə olaraq Şərq ölkələrin-
də kağız meydana çıxmışdır. VIII əsrdə ərəblərin təsiri ilə 
Səmərqənd şəhərində kağız istehsal olunmuşdur ki, bu da 
xilafətin tərkibində olan xalqların mədəni inkişafına öz müs-
bət təsirini göstərmişdir. İqtisadi tərəqqi, ticarət və sənayenin 
Şərq ölkələrində inkişafı elmi biliyin müxtəlif sahələrinin in-
kişafına səbəb olmuşdu. Ticarətin, dənizçiliyin, əkinçiliyin, 
sənayenin inkişafı ilə bağlı coğrafiya, riyaziyyat, astronomiya 
və başqa elmlərlə yanaşı, dilçilik də inkişaf etmişdir. VII əsrin 
ortalarından başlayaraq Yaxın və Orta Şərq ölkələrində ya-
ranmış zəngin və çoxcəhətli dilçilik elmi ərəb dilçiliyi adlanır. 
Ərəb dilçiliyi mahiyyətinə görə istila olunmuş xalqların dil 
haqqında biliklərinin məcmusudur. Ərəb elminin görkəmli 
xadimləri xilafətin tərkibindəki müxtəlif xalqların, yaxud da 
onlarla iqtisadi, mədəni əlaqəsi olan xalqların nümayəndələ-
ridir. Burada ərəblərlə bərabər suriyalılar, farslar, misirlilər, 
yəhudilər, türklər, yunanlar və başqaları da vardır.
Ərəb xilafəti dövründə ərəb dili elm və dövlət dili idi. 
Buna görə də dilçiliyə dair bilik ərəb dilində inkişaf etdiri-
lirdi. Hətta başqa sistemli dillər tədqiq olunanda, məsələn, 
türk dilləri öyrəniləndə də izahat ərəbcə verilirdi.
Orta əsrdə ərəb dilçiliyinin yaranması və inkişafı ilk 
növbədə İslamiyyətin müxtəlifdilli qəbilə və xalqlar ara-
sında yayılması hadisəsi ilə bağlı olmuşdur. İslam dininin 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
50
yayıldığı xalqlar arasında ərəbcə yazılmış Quranı təbliğ 
etmək əsas vəzifələrdən biri idi. Bunun üçün isə ərəb di-
linin fonetikasını, lüğət tərkibini, morfologiyasını, sintak-
sisini elmi əsaslar üzrə işləyib hazırlamaq və onun tədrisi 
metodikasını müəyyənləşdirmək ən mühüm vəzifələrdən 
biri idi. Beləliklə, ərəb dünyasında dilçilik geniş bir surətdə 
inkişaf etdirilirdi. Lakin ərəb dilçiliyini təkcə ərəblər deyil, 
eyni zamanda hind, yunan, fars, türk, yəhudi alimləri in-
kişaf etdirirdilər.
Ərəb xilafətinin dilçiləri qədim dövrün dilçilik ənə nə-
lə rindən istifadə etmişlər. Hind və yunan dilçiliyindən isti-
fadə olunduğu üçün bəzi Avropa dilçiləri ərəb dilçiliyinin 
müstəqilliyinə şübhə ilə yanaşmışlar. Orta əsr Şərq dilçili-
yinin qədim dövr dilçiliyinin ənənələrindən istifadə etməsi 
ərəb dilçiliyinin müstəqilliyinə heç cür xələl gətirmir. Ərəb 
dilçiliyi qədim dilçiliyə əsaslanaraq müstəqil inkişaf etmiş 
və yeni-yeni elmi müddəalarla dilçiliyi zənginləşdirmişdir.
Şərq xalqlarının dilçiliyi ərəb xilafəti dövründə nəzəri 
və əməli dilçiliyin bir sıra məsələlərini işləmiş, dil haqqın-
da elmə yeniliklər gətirmişdir. Bu dövrün dilçiliyi fonetik, 
qrammatikleksikoloji məsələlərin aydınlaşdırılması ilə 
xarakterizə edilir.
VII və VIII əsrlərdə ərəb dilçiliyinin elmi mərkəzi xi-
lafətin iki böyük şəhəri – Bəsrə və Kufə şəhərləri idi. Bu 
şəhərlərin hər birində ayrıca qrammatika məktəbləri ya-
ranmışdır və bunlar arasında tez-tez geniş elmi müba-
hisələr olurdu. Bir neçə əsrdən sonra elmi mərkəz ərəb xi-
lafətinin paytaxtı Bağdad şəhəri olmuşdu.
Ərəb dilçiliyinin banilərindən biri Xəlil Fərahidi (718–
791) hesab olunur. Bəsrə məktəbinin nümayəndəsi olan 
Xəlil “Kitab əl-Ain” adlı ilk ərəb dili lüğətini tərtib etmişdir.
Şərq filologiyasının inkişafında Sibaveyhinin də xüsu-
si rolu olmuşdur. Milliyyətcə fars olan bu alim Xəlil Fəra-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
51
hidinin tələbəsi olmuşdur. O, “Əl-kitab” adlı əsərində ilk 
dəfə olaraq ərəb dilinin sistemli qrammatikasını yazmış-
dır. Burada klassik ərəb dilinin qrammatik xüsusiyyətlə-
ri geniş işlənilmişdir. Uzun zaman bu əsərdən ərəb dilini 
əməli surətdə öyrənmək məqsədilə istifadə olunmuşdur. 
Müəllifdən sonra bu əsərdə dilçilər çox az dəyişikliklər et-
mişlər. Bu nəhəng əsər dərin məzmuna malik olduğundan 
onu yalnız Bəsrə məktəbinin yox, həm də Kufə məktəbinin 
nümayəndələri yüksək qiymətləndirirdilər.
Şərqin ən böyük alimi olan Əbu Əli İbn Sina (980–1037) 
ərəb dilçiliyinin inkişafında böyük işlər görmüşdür. O, “Da­
nışıq səslərinin səbəbləri” adlı filoloji əsər yaratmışdır.
Orta əsrlər dövrü Şərq dilçiliyində diqqəti cəlb edən 
alimlərdən biri də Mahmud Kaşqarlıdır. Mahmud Kaşqar-
lı dövrünün ensiklopedik biliyə malik ən görkəmli alimlə-
rindəndir. O, ilk türkoloq-filoloqdur
1
.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   20   21   22   23   24   25   26   27   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish