1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet193/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   189   190   191   192   193   194   195   196   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Heykəl-abidə ünsiyyəti. İnsan əməyinin məhsulu olan 
bütün heykəl-abidələr optik vasitədir, onları görməklə dərk 
etmək olur. Meydançalara, mədəniyyət evlərinə, muzeylərə 
və başqa ictimai yerlərə yaraşıq verən hər bir heykəl sadəcə 
bəzək vasitəsi olmayıb, dərin insani düşüncələrlə bağlıdır.
“Heykəltəraşlıqda əsas obyekt insandır”. Burada in-
san müxtəlif cəhətdən əks olunur. Belə ki, insanın qaməti, 
xarakteri, arzusu, istəyi və s. göstərilir. Heykəlləri, adətən, 
iki yerə bölürlər. Bunlardan biri relyeflərdir. Binaların di-
varına vurulmuş lövhə üzərində insanın qabarıq portreti 
relyef adlanır. Relyeflərdə insan portretinin az qabarıq ve-
rilməsi barelyef, çox qabarıq göstərilməsi qorelyef adlanır. 
Bu növ abidələrə şəhərlərdə çox rast gəlmək olur. Bizim 
Bakının da bir çox binalarında buna təsadüf edilir.
Abidələrin ikinci növü dəyirmi heykəl adlanır. Bu növ 
abidələrə heykəl, büst və portret daxildir. İnsanı bütün 
qaməti ilə əks etdirmək heykəl, döş və kəmər yerinə qədər 
göstərmək büst, yalnız insan başı hazırlanması portret he-
sab edilir.
Relyefə nisbətən bu növ heykəllərin hazırlanması çox 
çətindir. Çünki burada heykəl dörd tərəfdən işlənilir. Bun-
dan əlavə, həmin növlə hadisə əks etdirmək olmur.
Heykəllər bərk materialdan hazırlanır: ağac və daş-
dan yonulur, qranit və mərmərdən düzəldilir, tunc və 
çuqundan tökülür.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
338
Hər bir monumental əsər müəyyən ideya ilə bağlı olur. 
Müəllif hazırladığı heykəldə əks etdirdiyi şəxsin psixoloji 
aləmini açmağa xüsusi fikir verir. Heykəltəraşlığın sirlə-
rinə bələd olmaq üçün Tokay Məmmədov və Ömər Elda-
rovun 1964-cü ildə birgə yaratdıqları Füzulinin heykəlinə 
(Bakı şəhərində) tamaşa etmək kifayətdir. Bu heykəl tunc-
dan tökülmüş, postamenti qranitdən yonulmuşdur. Böyük 
Füzuli düşüncələr içərisindədir, onun qəm karvanı asta-as-
ta hərəkət edir. Heykəlin postamentində həkk olunmuş şə-
killər də ümumi ideyanın vəhdətini təşkil edərək onu ta-
mamlayır. Füzuli heykəli çox məzmunlu olduğu üçün ta-
maşaçıya böyük təsir bağışlayır. Elə bil ki, heykəl tamaşaçı 
ilə ünsiyyət bağlayır, fikrini, arzusunu bildirmək istəyir.
Göründüyü kimi, heykəltəraş yaratdığı əsərlə müəy-
yən fikir söyləyir, öz sənətinin dili ilə Füzuli haqqında də-
rin bir məna ifadə edir. Lakin aydın məsələdir ki, bu vasitə 
 canlı dili əvəz etməyə qadir deyildir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   189   190   191   192   193   194   195   196   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish