1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet192/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   188   189   190   191   192   193   194   195   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Rəsm ünsiyyəti. Fikrin təcəssüm olunmasında istifa-
də edilən vasitələrdən biri də rəsmdir. İnsanlar arasında 
bu vasitənin istifadə tarixi çox-çox qədimdir. Xalqımı-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
336
zın tarixinə nəzər yetirdikdə aydın olur ki, “Qobustanda 
və Abşeronda qayalara nəqş edilmiş rəsmlərin yarandığı 
vaxtdan min illər keçir”
1
. Bu vasitə insanların həyatı, dü-
şüncəsi ilə əlaqədar olaraq tədricən inkişaf edib müasir 
tələblər səviyyəsinə qədər ucala bilmişdir. İndi rəsmlərə 
hər yerdə – kitab və jurnallarda, ev və idarələrdə, küçə 
və meydançalarda, sərgi və muzeylərdə rast gəlmək olur.
Təbiidir ki, zaman keçdikcə rəsm əsərlərinin yaradıl-
masında istifadə edilən ləvazimat dəyişir, təkmilləşir. İndi 
keçmiş dövrlərdən fərqli olaraq, şəkil çəkmək üçün müxtə-
lif növ karandaş, fırça, kömür və sairdən istifadə olunur. 
Rəsm əsərlərində xətt, cizgi və s. işlədilir. İxtisasçıların mə-
lumatlarına görə, rəssam öz fikrini birbaşa materiala köçü-
rüb şəklini çəkmir, o, əks etdirmək istədiyinə dair qeydlər 
aparır, əvvəlcə onun, bir növ, ibtidai formasını hazırlayır.
Rəsm əsərlərində bir sıra ifadə vasitələrindən istifadə 
olunur. Bunlardan ən başlıcası rənglərdir. Şəkillərdə rən-
gin zəruriliyi dildə səslərin vacibliyi ilə müqayisə edilə 
bilər. Rənglər maddi aləmin zənginliyini, gözəlliyini əks 
etdirməkdə, əşyaların əlamətini, keyfiyyətini, formasını, 
hərəkətin vəziyyətini, tərzini göstərməkdə rəssama ge-
niş imkanlar verir. Şəklin rəngi insanı düşündürür, onda 
müxtəlif əhvali-ruhiyyə yarada bilir. Buna görə də rəssam-
lar öz təəssüratlarını, duyğu və hislərini rənglərin dili ilə 
ifadə edirlər. Rəsm əsərlərində rənglərin sintezi mühüm 
məsələdir. Bu mühüm cəhət əsasında rəssamlar bir-birin-
dən fərqlənirlər.
Rəsm ünsiyyətinin başlıca cəhəti ondan ibarətdir ki, 
bəzən bir şəkildə ifadə edilən fikri yazıçı nitqlə bir neçə 
səhifədə, hətta bir kitabda təsvir edə bilmir. Rəsmin bu 
xarakter xüsusiyyəti ilə əlaqədar olaraq onu oxumağı və 
1
Azərbaycan SSR-in incəsənəti. “Avrora” nəşriyyatı. L. 1972, səh. 9.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
337
mahiyyətini başa düşməyi bacarmaq mümkün şərt sayı-
lır. Buna görədir ki, rəsmin “dilini” bilmədən rəssamın nə 
demək istədiyini aydınlaşdırmaq olmur.
Bütün bu deyilənləri ümumiləşdirərək belə bir nəti-
cəyə gəlmək olar ki, rəsm insan duyğularının dərinliyinə 
nüfuz edib müxtəlif mövzuları təsirli və obrazlı şəkildə 
izah etməsinə baxmayaraq, dil kimi ünsiyyət vasitəsi de-
yil, çünki o, hər şeydən əvvəl, qarşılıqlı ünsiyyət yaratmır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   188   189   190   191   192   193   194   195   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish