1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet200/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   196   197   198   199   200   201   202   203   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

8.01. DİLİN ƏMƏLƏ GƏLMƏSİ 
 
PROBLEMİNİN QOYULUŞU
İnsan düşünən və danışan varlıq kimi formalaşmağa 
başladığı dövrdən maddi aləmin hər bir ünsürü onu özünə 
cəlb etmiş, kainatdakı hər şey ona yeni və qəribə görün-
müşdür. Buna görə də o, əhatəsində olduğu maddi varlı-
ğın əşya və hadisələrini, bunların əlamət və xüsusiyyətlərini 
öyrənməyə xüsusi səy göstərmişdir. İnsanı yalnız insandan 
kənardakı hadisələr deyil, onun özü ilə bilavasitə əlaqədar 
olan hadisələr, bunların yaranma səbəbi və s. də çox maraq-
landırmışdır. Lap qədimdən insanların diqqətini cəlb edən 
məsələlərdən biri dilin necə əmələ gəlməsi olmuşdur.
Əfsanələrdə, bədii və elmi ədəbiyyatlarda dilin mən-
şəyinə dair çox müxtəlif fikirlər söylənilmişdir. Bu fikir
mülahizə və müddəaların əksəriyyəti mahiyyətcə bir-bi-
rindən kəskin şəkildə fərqlənir. Bunların bir qismi sadə-
uydurma olub, dilin mənşəyini aydınlaşdırmaq üçün 
heç bir əsas vermir. Lakin irəli sürülmüş fikirlərin bəziləri 
məsələnin elmi zəminini təşkil etmək baxımından maraqlı 
və dəyərlidir.
Yer kürəsinin ayrı-ayrı qitələrində yaşayan xalqların 
dini fikir tarixinə müraciət edildikdə dilin mənşəyinə dair 
saysız-hesabsız əfsanələrin yarandığını görmək olur. Bu 
əfsanələrin çox hissəsində dilin ilahi bir qüvvə tərəfindən 
VIII FƏSİL
DİLİN MƏNŞƏYİ


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
349
yarandığı fikri irəli sürülür. Məlumdur ki, insanlar qədim 
tarixi dövrlərdə bir çox hadisələrin əmələgəlmə səbəbini 
obyektiv izah edə bilməyəndə onu ilahiyyatla bağlayırdı-
lar. Dilin yaranması haqqındakı dini mülahizə də məhz bu 
səbəbdən irəli gəlmişdir.
Dini mülahizələr dilin yaranmasını necə izah edir? 
Bizim eradan əvvəl qədim yəhudi dilində yazılmış dini 
kitabda dünyanın necə yaranmasından, insanların necə 
təşəkkül tapmasından bəhs olunarkən dilin mənşəyindən, 
inkişaf etməsindən də danışılır. Bu dini əfsanədə deyilir: 
Allah işıqlı vaxtı “gündüz”, qaranlıq vaxtı “gecə”, su çoxlu-
ğunu “dəniz” adlandırmışdır. Sonra Allah bütün heyvan və 
quşları torpaqdan yaratmışdır. Allah ilk insan olan Adəmi 
kainata gətirmiş, Adəm isə bütün yer üzünün heyvanla-
rına, göyün quşlarına, çöllərin və meşələrin bitkilərinə ad 
vermişdir. Çox qəribədir ki, əfsanədə Adəmin bütün var-
lıqlara ad qoyanda hansı dildə danışdığı göstərilmir. Bu 
məsələ bəzi adamları çox düşündürürdü. Yəhudilər sübut 
etməyə çalışmışlar ki, guya Adəm yəhudi dilində danış-
mışdır. Adəmin hansı dildə ünsiyyətdə olmasına dair bir 
çox başqa fikirlər də söylənilmişdir. Bunların birində de-
yilir ki, guya Adəm Həvva ilə fars dilində, onları (Adəm 
və Həvvanı) çaşdıran ilan ərəb dilində, Arxangel Qavriil 
isə onlarla türk dilində söhbət etmişdir. Bundan əlavə, bə-
ziləri də inandırmağa cəhd etmişlər ki, guya “Allah Adəmə 
İsveç dilində müraciət etmiş, Adəm isə ona Daniya dilində 
cavab vermişdir”.
Göründüyü kimi, bu fikirlərin hamısı elmdən, həqiqət-
dən uzaq olan boş mülahizələrdir. Bunları sübut etməyə 
çalışanlar ancaq millətçilik ideyaları təsirində hərəkət et-
mişlər. Onlar öz dillərini ilk və qədim hesab etməklə mən-
sub olduqları xalqın hamıdan üstün olduğunu göstərməyə 
çalışmışlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
350
Dilin mənşəyinə dair başqa dini bir kitabda deyilir ki
guya hər dilin xüsusi allahı vardır. Bu allah xalqın dilini 
yaratmış, bununla yanaşı, insanlarda danışıq vərdişi və 
bacarığı əmələ gəlmişdir. Qədim misirlilər özləri üçün dil 
allahı Totu, qədim yunanlar isə Prometeyi hesab etmişlər. 
Bu mülahizədən də göründüyü kimi, dil ilahi qüvvə ilə 
əlaqələndirilmişdir.
İnsanlar zaman keçdikcə dini görüşlərdən ayrılaraq 
dilin mənşəyinə dair başqa fikrə gəlmişlər. Qədim mi-
sirlilər, onların ardınca qədim yunanlar və başqa bir sıra 
xalqlar dilin insan təbiətinə daxil olduğunu düşünmüşlər; 
dilin Allah tərəfindən verilmədiyini, təbii olaraq insana nə-
sib olduğunu göstərmişlər. Beləliklə, dilin təbiət tərəfindən 
yaradıldığı haqqında ideya meydana çıxmışdır. Bu ideya-
nın dini mistikadan fərqlənməsinə baxmayaraq, mahiyyət-
cə dini kitablarda göstərilənlərdən nisbətən əhəmiyyətli 
olmasına baxmayaraq, burada da dilin mənşəyinə dair 
əsaslı və düzgün fikir yürüdülməmişdir. Məlum olduğu 
kimi, təbiət material verir. Məsələn, ağac və ondan hazır-
lanan şeylərə fikir verək. Ağacdan tikinti materialı – taxta, 
şalban, tir və sair alınır. Bunlardan da müxtəlif əşyalar – 
stol-stul, parta, çarpayı, şkaf, pəncərə, qapı və sair hazırla-
nır. Belə olanda deyə bilərikmi ki, stol, stul və başqa şeyləri 
də təbiət yaratmışdır.
Şübhəsiz ki, bunu demək doğru ola bilməz. Çünki 
təbiət ağacı yetirmiş, insanlar isə ondan müxtəlif şeyləri 
düzəltmişlər. Deməli, burada təbiət ancaq hazırlamaq, qu-
rub-yaratmaq üçün material vermişdir.
Beləliklə, aydın olur ki, “dili təbiət yaratmışdır” ide-
yası da qeyri-elmidir. Çünki dili təbiət yox, insanların öz-
ləri yaratmışlar.
Dilin mənşəyi məsələsi qədim fəlsəfi görüşlərdə də 
özünə yer tapmışdır. Bu məsələ ilə elmi şəkildə hələ antik 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
351
dövrün alimləri məşğul olmuşlar. “Dilin mənşəyi məsələ-
si antik dövr mütəfəkkirlərinin çoxu tərəfindən hələ lap 
əvvəldən bir qədər başqa məsələ ilə – ad və həmin adla 
göstərilən əşya arasında olan əlaqənin xarakteri haqqında-
kı məsələ ilə əvəz edilirdi”
1
.
Qədim yunan filosofları əşyaya necə ad verildi-
yi məsələsinə dair bir-birinin ziddini təşkil edən iki fikir 
söyləmişlər. Antik dövrün məşhur materialist filosofu De-
mokrit (eramızdan əvvəl 460–370-ci illər) belə bir fikir irəli 
sürmüşdür ki, əşya ilə onun adı arasında heç bir əlaqə yox-
dur. Əşyaya adı həmişə insanlar vermişlər. Lakin Platon 
bu fikrin əksinə olaraq deyirdi ki, əşya ilə onun adı arasın-
da əlaqə mövcuddur və əşyaya ad ilahi qüvvə tərəfindən 
verilir.
Bizim eradan əvvəl böyük Roma şairi və mütəfəkkiri 

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   196   197   198   199   200   201   202   203   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish